Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-849/2020 02.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X1rşı icarə müqaviləsinin bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması və çəkilmiş xərclərin cavabdehdən tutulması tələbinə dair iddianın mümkünlüyünü açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1rşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək X7 X6 aid və Quba rayonu, Xucbala kənd ərazisində yerləşən Alpan meşəliyində 7,0 ha torpaq sahəsinə dair onunla cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 ilə icarə müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması və ya tərəfindən həmin ərazidə bağ salma ilə bağlı xərclənən pulun cavabdehdən xeyrinə tutulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 2017-ci il tarixdə cavabdeh - Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X3 müraciət edərək X7 və Bərpası Müəssisəsinin ərazisindən 5-10 ha torpaq sahəsinin fındıq və qoz bağı salmaq məqsədilə istifadəyə verilməsini xahiş etmişdir. Bununla əlaqədar olaraq cavabdeh təşkilat X7 X6 məktubla müraciət edərək məsələnin yerində araşdırılması, istənilən sahənin ümumi vəziyyətinin və s. məsələlərin araşdırıb sənədlərin təqdim edilməsi tapşırılmışdır.X7 və Bərpası Müəssisəsi yerində araşdırmalar aparılmış və Alpan meşəliyində 6 ha sahədə müxtəlif meyvə cinslərindən bağın salınmasına razılıq vermişdir. İddiaçı və digər sakinlərlə öz növbələrində xx xxxx 2017-ci il tarixdə tərtib olunmuş aktda qeyd olunan işləri görmüşlər.Bundan sonra iddiaçı yenidən cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 müraciət edərək həmin əraziyə dair rəsmi icarə müqaviləsi bağlanmasını xahiş etmişdir. Cavabdeh təşkilat xx xxx 2018-ci il tarixli məktuba əsasən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritəsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 06 dekabr tarixli 1138 nömrəli Fərmanına istinad edərək meşə fondu ərazisindən torpaq sahəsinin ayrılması qeyri-mümkün hesab etmişdir. Halbuki, yuxarıda qeyd olunan Fərman meşə fondu ərazisindən torpaq sahəsinin ayrılmasının qeyri-mümkün hesab edilməsi üçün əsas ola bilməz.Cavabdeh təşkilatın xx.xx.2018-ci il tarixli məktubu ilə bildirilmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X2 tabeli qurumlarında aparılan struktur islahatları ilə əlaqədar müqavilənin bağlanması məsələsinə bu işlər başa çatdıqdan sonra baxılacaqdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, İnzibati Prosessual Məcəllə bir tərəfdən inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasında yaranmış inzibati mübahisələrə baxılması və həll edilməsinin prosessual qaydalarını müəyyən edir, digər tərəfdən isə şəxsin bu sahədə hüquqi müdafiəsinin inzibati məhkəmə prosesi formasında təmin olunmasını nəzərdə tutur. İnzibati münasibətlərbaşqa sözlə publik hüquq münasibətləri dövlət idarəçiliyi və ya yerli özünü idarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq müvafıq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən müvafiq inzibati aktı qəbul etmək səlahiyyəti verilmiş subyekt-inzibati orqan iştirak edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Qanunun tələbinə görə inzibati məhkəmələr Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsində nəzərdə tutulmuş mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliyin icrası haqqında, müəyyən hərəkətləri etməkdən çəkinməyə dair, müəyyən etmə və ya tanınma haqqında, qanunauyğunluq haqqında, inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiya və bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına baxırlar. Məhkəmə qeyd edir ki, hazırki iddia üzrə tərəflər arasında yaranmış mübahisə mülkihüquq münasibətlərindən yaranmaqla icarə müqaviləsinin bağlanması ilə bağlıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 4 saylı Qərarının 15.3cü bəndinə görə mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiacının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən cəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxx 2015-ci il tarixli 5 nomrəli Qərarında gostəlir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması ucun zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti uzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona gorə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər uzrə icraat qaydasında baxılmalı olan mubahisələrə dair iddialar mumkun sayılmamalı, iddiacıya aidiyyəti uzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər uzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır.” Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1rşı “X7 X6 aid və Quba rayonu, Xucbala kənd ərazisində yerləşən Alpan meşəliyində 7,0 ha torpaq sahəsinə dair onunla cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 ilə icarə müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması və ya tərəfindən həmin ərazidə bağ salma ilə bağlı xərclənən pulun cavabdehdən xeyrinə tutulması ələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X1rşı “X7 X6 aid və Quba rayonu, Xucbala kənd ərazisində yerləşən Alpan meşəliyində 7,0 ha torpaq sahəsinə dair onunla cavabdeh Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi X4 ilə icarə müqaviləsi bağlanması vəzifəsinin cavabdehin üzərinə qoyulması və ya tərəfindən həmin ərazidə bağ salma ilə bağlı xərclənən pulun cavabdehdən xeyrinə tutulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-849/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-849/2020
02.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver