Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-849/2021 02.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 193B ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı Sumqayıt şəhər, Corat qəsəbəsində yerləşən mülkiyyətindəki 193B saylı fərdi yaşayış evindən Hacıyev Nazim Həmdi oğlunun qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Sumqayıt şəhər Polis İdarəsinə qarşı Sumqayıt şəhər, Corat qəsəbəsində yerləşən 193B saylı fərdi yaşayış evindən Hacıyev Nazim Həmdi oğlunun qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin 12.03.2021-ci il tarixli qərardadı ilə Hacıyev Nazim Həmdi oğlu üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Şifahi məhkəmə baxışında iştirak edən İddiaçı izahat verərək bildirdi ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 193B ünvanında yerləşən ümumi sahəsi 46,8 kv/metr, yaşayış sahəsi 33 kv/metr, yardımçı sahəsi 13,8 kv/metr olan 2 otaqlı fərdi yaşayış evini Sumqayıt şəhəri 3 saylı notariat kontorunun xüsusi notariusu X2 tərəfindən təsdiq edilmiş AN - 1 ******* nömrəli 26 fevral 2016- cı il tarixli alqı-satqı müqaviləsi əsasında alıb. Həmin müqavilə əsasında qeyd edilən daşınmaz əmlaka onun mülkiyyət hüququna dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Sumqayıt Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. "Sumqayıt- Asan” Xidməti tərəfindən ona təqdim edilmiş 21 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin “yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* nömrəli arayışdan məlum olur ki, Hacıyev Nazim Həmdi oğlu adlı şəxs onun mülkiyyətində olan fərdi yaşayış evində qeydiyyatdadır. Həmin şəxsin onun mülkiyyətində olan mənzildən qeydiyyatdan çıxarılmasına dair müraciətinə cavab olaraq Sumqayıt şəhəri Polis İdarəsinin 23 fevral 2021-ci il tarixli 123-7239M-3221 saylı məktubunda bildirilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq Hacıyev Nazim Həmdi oğlunun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədəuyğundur. Cavabdeh və üçüncü şəxs şifahi məhkəmə baxışının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İş materiallarında olan: - 26 fevral 2016-cı il tarixli, AN - İ № ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, İddiaçı X1 Sumqayıt şəhəri, Corat qəsəbəsi, 193B saylı evi 25000 manata almışdır. - ƏMDK yannda DƏDRX-nin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 05.03.2016-cı il tarixli, seriya RX ******* saylı çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 193B İddiaçı xüsusi mülkiyyətindədir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsi tərəfindən verilmiş 19.05.2021-ci il tarixli 018-6633-1221 saylı sorğuya verilmiş cavabdan görünür ki, 20.08.1956-cı il təvəllüdlü Hacıyev Nazim Həmdi oğlu 08.12.2003-cü il tarixdə Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 193B ünvanına yaşayış yeri üzrə qeydiyyata alınaraq Sumqayıt ŞPİ tərəfindən AZE 01637978 nömrəli şəxsiyyət vəsiqəsi ilə təmin edilmişdir, həmin vəsiqənin verilməsinə əsas olan sənədlərin saxlama müddəti başa çatdığı üçün məhv edildiyindən təqdim edilməsi mümkün deyildir. -Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 20.05.2021-ci il tarixli, 123-19495- 1221 saylı məktubundan görünür ki, vətəndaş Hacıyev Nazim Həmdi oğlu 08.12.2003-cü ildən indiyədək Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 193B ünvanında qeydiyyatdadır. Lakin şəxsiyyət vəsiqəsinin verilməsinə əsas olan sənədlərin müddəti keçdiyindən yandırma yolu ilə məhv edilmişdir. - Daxili İşlər Nazirliyi tərəfindən verilmiş 21.01.2021-ci il tarixli, ******* yaşayış yeri üzrə qeydiyyat haqqında arayışlardan görünür ki, Hacıyev Nazim Həmdi oğlu Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 193B ünvanında qeydiyyatdadır. - Sumqayıt Şəhər İHB-nın Corat qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 12.02.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 4 ünvanda qeydiyyatda olan yoxdur. - Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 05.04.2021-ci il tarixli, 123-13237- 1221 saylı məktubundan görünür ki, İddiaçı iddiasına dair qərar qəbul olunarsa, onlar tərəfindən icra olunacağı bildirilmişdir. - Sumqayıt şəhər Polis İdarəsi tərəfindən verilmiş 23.02.2021-ci il tarixli, 123-7239M- 3221 saylı imtina məktubundan görünür ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında ” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi ilə müəyyən edilmiş şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasına əsas olan hallar, eləcə də qeyd edilən məsələnin yaşayış sahəsinə münasibətdə hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınaraq Hacıyev Nazim Həmdi oğlunun yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması məsələsinə inzibati məhkəmə icraatı qaydasında baxılması məqsədə uyğundur, iddiaçıya aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iddiaçının izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.4-cü maddəsinin tələblərinə görə əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda olan şəxslərin qeydyiyatdan çıxarılması üçün tələb hüququnun mövcudluğu müəyyən olunur. Cavabdeh inzibati orqan imtinanın əsası kimi, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmamasını göstərmişdir. Məhkəmə imtina cavabının dəlilləri ilə razılaşmayaraq qeyd edir ki, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Göründüyü kimi, qanun yaşayış yeri üzrə qeydiyyatın məqsədini müəyyən etmişdir və bu məqsəd üçün hər bir şəxs yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Şəxsin uzun müddət (hazırki vəziyyətdə iki ildən çox) qeydiyyatda olduğu ünvanda yaşamaması qeyd edilən qanunun məqsədlərinə ziddir. İş materiallarından göründüyü kimi qeyd olunan mənzil iddiaçının mülkiyyətindədir. Üçüncü şəxsin mənzilin mülkiyyətçisi dəyişməmişdən əvvəl qeydiyyata düşməsri təsdiq edilir. Onun formal qeydiyyatı üzündən iddiaçı mülkiyyətində olan mənzil üzərində sərəncam vermək hüququnu həyata keçirə bilmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarının 3cü bəndində göstərilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Bununla bağlı məhkəmə hesab edir ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzildə pasport qeydiyyatında olması iddiaçının konstitusiyon hüququ olan xüsusi mülkiyyət hüququnu pozur. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, Hacıyev Nazim Həmdi oğlunun ünvan 6 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. Hacıyev Nazim Həmdi oğlunun Sumqayıt şəhəri, Corat qəsəbəsi, ev 193B ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyi cavabdeh Sumqayıt şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 7 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-849/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-849/2021
02.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver