Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-849/2022 16.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçılar İddiaçı və X1 iştirakları ilə, İddiaçılar İddiaçı və X1 Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat şöbəsinə qarşı “Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 08.04.2005-ci il tarixli 403 nömrəli doğum haqqında akt qeydində doğum yeri Bərdə rayonu Alaçardırlı kəndində qeyd edilmiş aktın ləğvi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisəyə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı X3 ilə 23.08.2011-ci il tarixli 532 nömrəli nigahın bağlanması aktı qeyd edilmişdir. Nigahlarından iki övladlar 08.03.2002-ci tarixdə X10 və 22.06.2004-cü il tarixdə X11 Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuşdur. Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri, Frunzen rayonu admistrasiyasının VVAQ Şöbəsində 06.08.2002-ci il tarixdə İ-AK Na 661031 nömrəli akt X5 adına qeydə alınmış və 22.02.2005-ci il tarixdə İ-AK Na 828300 nömrəli akt X8 adına qeydə alınmışdır. Bir müddətdən sonra iddiaçı ailəsi ilə Azərbaycan Respublikasına qayıtmış və burada yaşayırlar. Azərbaycan Respublikasına köçəndə mərhum atası Məhər Muxtarov övladlarına doğum haqqında şəhadətnamələr əldə etmiş və həmin doğum haqqında şəhadətnamələrdə övladalarının doğum yeri Bərdə rayonu Alaçardırlı kəndi kimi qeyd edilmişdir. Övladlarının adına iki doğum haqqında şəhadətnamənin olması ona bir sıra problemlər yaradır. Müvafiq akt qeydinin ləğv edilməsinin cavabdehdən xahiş etmiş, lakin cavabdeh inzibati orqan ona məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Bu səbəbdən də iddiaçılar məhkəməyə müraciət edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Sonradan iddiaçılar iddia tələbinə dəqiqləşdirmə verərək, övladları Bərdə rayon VVAQ şöbəsi tərəfindən X4 adına edilmiş 403 nömrəli 08 aprel 2005-ci il tarixli doğum qeydinin və X6 adına edilmiş 327 nömrəli 07.10.2002-ci il tarixli doğum qeydinin ləğv edilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə prosesində iştirak edən iddiaçılar eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdilər. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, 22.02.2005-ci il tarixdə 422 nömrə ilə Rusiya Federasiyasının Sankt Peterburq şəhəri, Frunzen rayon VVAQ şöbəsində tərtib edilmiş doğum haqqında akt qeydində doğum yeri “Rusiya, Sankt- Peterburq”, Bərdə rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş 08.04.2005-ci il tarixli 403 nömrəli doğum haqqında akt qeydində doğum yeri “Bərdə rayonu, Alaçadırlı kəndi” qeyd edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. Bundan başqa cavabdeh qeydiyyat şöbəsinin iş yükünün çoxluğu ilə əlaqədar olaraq məhkəmə iclasına nümayəndənin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 25.05.2021-ci il tarixli, 05/Q-665/15 nömrəli imtina məktubu, etiraz ərizəsi, Nikah haqqında şəhadətnamənin surəti, Doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətləri, cavabdehin 11.03.2022-ci il tarixli, 05/Q-348/13 nömrəli məktubun surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında sübutları qiymətləndirərək hesab edir ki, iddiaçının tələbinin təmin olunmamasında ifadə olunan cavabdeh inzibati orqanın hərəkətləri qanunidir. Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçıların hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onların valideyinlik hüquqlarının həyata keçirilməsindən irəli gəlir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin müddəaları baxımından uşağın mənafeyini məhkəmədə təmsil etməsi yolveriləndir. Ona görə də hesab olunur ki, iddiaçılar özlərinin valideyinlik hüquqlarından irəli gələn imkanlarından istifadə etməkdə sərbəstdirlər və hazırkı iddia tələbini qaldırmaqda subyektiv hüquqları var. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat şöbəsi hazırkı iddiaya cavab verməli olan orqandır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 163-cü maddəsinə əsasən, akt qeydin ləğv edilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə verilən səlahiyyətdir. Hazırkı iddia tələbi üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat şöbəsi məhkəmənin qərarının olmaması səbəbindən akt qeydinin ləğv edilməsindən imtina etmişdir. Ona görə də məhkəmə hesab edir ki, iddiaçılar iddia tələbini Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat şöbəsinə qarşı verməkdə haqlı olmuşdur. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən məlum olmuşdur ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat şöbəsi tərəfindən iddiaçının müraciətinin yerinə yetirilməsindən imtina olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət edib-etməməsidir. İddiaçı övladlarının soyadının dəyişdirilməsi ilə bağlı cavabdehə müraciət etmiş, sonuncu 25.05.2021-ci il tarixli, 05/Q-665/15 nömrəli məktubu ilə iddiaçının tələbinin yerinə yetirilməsindən imtina etmiş və tərəflər arasında hazırkı mübahisə yaranmışdır. İddianın mümükünlük şərtlərindən biri olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasından ibarətdir. Belə ki, hazırkı iddia tələbi öhdəliyin icrası ilə bağlı olduğundan və öhdəliyin icrası tələblərində iddia müddətinin qanunda nəzərdə tututlmaması səbəbindən bu hissədə də iddia mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.4-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddialara cavabdehin yerləşdiyi yerin, yaşayış yerinin, yaşayış yerinin olmadığı hallarda olduğu yerin və ya axırıncı yaşayış yaxud olduğu yerin məhkəməsi tərəfindən baxılır. Hazırkı iddia tələbindən məlum olur ki, cavabdeh təşkilatın ünvanı Abşeron rayonunda yerləşir. Ona görə də məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakılara əsasən hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydə alınması həm dövlət mənafeyi və ictimai mənafe üçün, həm də vətəndaşların şəxsi və əmlak hüquqlarının qorunması məqsədilə aparılır. Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında məlumatlar ailə həyatına dair məlumat hesab olunur və onların əldə edilməsinə məhdudiyyət qoyulur. Bu məlumatlar yalnız qanunvericiliklə nəzərdə tutulmuş hallarda və bu məlumatı əldə etmək hüququna malik şəxslərə təqdim edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. Həmin Məcəllənin 163-cü maddəsinə əsasən, vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və ya təkrar tərtib edilmiş qeydlərin ləğv olunması məhkəmənin qətnaməsi əsasında və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Həmin Məcəllənin 168.1-ci maddəsinə əsasən doğum haqqında qeydiyyatda uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat bu Məcəllənin 46 və 53-cü maddələrinə uyğun yazılır. Həmçinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas müddəalar”a əsasən vətəndaşlıq vəziyyəti aktlarının ilkin qeydlərinin ləğv olunması məhkəmənin qətnaməsi əsasında, bərpa və təkrar tərtib edilmiş qeydlərin ləğv olunması isə məhkəmənin qətnaməsi əsasında və ya qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Ərizə verən şəxsin daimi yaşayış yerində qeydiyyat şöbələri və konsulluq idarələri təqdim olunmuş sənədlərə və yoxlamanın nəticələrinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsi haqqında rəy qəbul edir və ya vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinin ləğv edilməsindən imtina edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ilə X2 birgə nikahlarından 08.03.2002-ci il təvəllüdlü X10 və 22.06.2004-cü il təvəllüdlü X11 adlı övladları Rusiya Federasiyası, Sankt-Peterburq şəhərində anadan olmuşdur. Rusiya Federasiyası, Sankt-Peterburq şəhəri, Frunzen rayonu admistrasiyasının VVAQ Şöbəsində 06.08.2002-ci il tarixdə İ-AK Na 661031 nömrəli akt X5 adına və 22.02.2005-ci il tarixdə İ-AK Na 828300 nömrəli akt X8 adına qeydə alınmışdır. Abşeron rayon VVAQ şöbəsinin sorğusuna əsasən Rusiya Federasiyasının Sank-Peterburq şəhərinin Nevs rayon VVAQ şöbəsindən göndərilmiş X5 2075 saylı doğum qeydinin surətindən məlum olmuşdurki, Aygünün doğumu barədə məlumat Sankt Peterburq doğum evinin 08 mart 2002-ci il tarixli Sankt Peterburq şəhərinin Nevsk VVAQ şöbəsinə göndərdiyi arayış əsasında müəyyən edilib. İddiaçıların digər övladı olan Ruslan barəsində anoloji sorğunun Abşeron VVAQ şöbəsi tərəfindən Sank Peterburq şəhərinin Frunze VVAQ şöbəsinə göndərməsinə baxmayaraq doğum akt qeydinin surəti təqdim edilməmişdir. İddiaçılar Rusiya Federasiyasında yaşadığı müddətdə İddiaçı mərhum atası Məhər Muxtarov nəvələrinə doğum haqqında şəhadətnamələr əldə etmiş və həmin doğum haqqında şəhadətnamələrdə övladlarının doğum yeri Bərdə rayonu Alaçardırlı kəndi kimi qeyd edilmişdir. Bərdə rayon VVAQ şöbəsi tərəfindən X7 verilən doğum haqqımnda şəhadətnamədə doğum qeydinin nömrəsi 403, tarixi 08 aprel 2005-ci il kimi, X6 doğum qeydinin nömrəsi 327, tarixi 07.10.2002-ci il kimi göstərilmişdir. Halbu ki, Sankt Peterburq şəhərinin müvafiq rayonlarının VVAQ şöbələrinin verdiyi doğum haqqında şəhadətnamələrində Ruslan Muxtarovun doğum qeydinin nömrəsi 422, tarixi isə Bərdə VVAQ şöbəsi tərəfindən verilən sənədin tarixindən 1 ay əvvəl, yəni 22 fevral 2005-ci il kimi, Aygün Muxtarovanın doğum qeydinin nömrəsi 2075, tarixi isə Bərdə VVAQ şöbəsi tərəfindən verilən sənədin tarixindən 2 ay əvvəl, yəni 06 avqust 2002-ci il kimi qeyd olunmuşdur. Bu isə bir daha Bərdə VVAQ şöbəsi tərəfindən edilmiş qeydlərin həqiqətə uyğun olmamasına dəlalət edir. Ona görədə məhkəmə hesab edir ki, iddia tələbi təmin edilərək, Bərdə rayon VVAQ şöbəsi tərəfindən X4 adına edilmiş 403 nömrəli 08 aprel 2005-ci il tarixli doğum qeydi və X6 adına edilmiş 327 nömrəli 07.10.2002-ci il tarixli doğum qeydi ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Nəticəvi hissə: Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81.1 və 85.1 maddələrinə əsasən, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Bərdə rayon VVAQ şöbəsi tərəfindən X4 adına edilmiş 403 nömrəli 08 aprel 2005-ci il tarixli doğum qeydinin və X6 adına edilmiş 327 nömrəli 07.10.2002-ci il tarixli doğum qeydinin ləğv edilmə vəzifəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Abşeron rayon Qeydiyyat şöbəsinə həvalə olunsun. rdan, tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-849/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-849/2022
16.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver