Məhkəmə qərarları › İş №2-1(118)-85/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-85/2020

30.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-85/2020 30.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X5 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı X1rşı “Cavabdeh tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli “Vergilərin hesablanması barədə” **********016500 saylı qərarın qanunsuz və əsassız hesab edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixdə **********1401001 saylı “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” qərarın ləğv edilməsi, **********3523 saylı Yük bəyannaməsinin 2019-cu il mart ayı üzrə nəzərə alınmasına”dairiddiasınaSumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı “İddiaçı” MMC məhkəməyə müraciət edərək, “Cavabdeh tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli “Vergilərin hesablanması barədə” **********016500 saylı qərarın qanunsuz və əsassız hesab edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il “Vergilərin hesablanması barədə” qərarın ləğv edilməsi, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixdə **********1401001 saylı “Pul vəsaitinin dir.vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” qərarın ləğv edilməsi, **********3523 saylı Yük bəyannaməsinin 2019-cu il mart ayı üzrə nəzərə alınmasına” dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmiş İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC xx.xx.2008-ci il tarixdə Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. 2 saylı X6 tərəfindən MMC-yə xx.xx.2019-cu il tarixli **********700500 saylı “Komeral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktub daxil olmuşdur. Məktubla **********3523 saylı Yük gömrük bəyannaməsində kənarlaşma aşkar olunduğu qeyd edilib. MMC müəyyən edilmiş 5 gün müddəti ötürmədən xx.xx.2019-cu il tarixində tələb edilən sənədləri 2 saylı X2 təqdim etmişdir. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq xx xxxx 2019-cu il tarixli “Vergilərin hesablanması barədə” **********016500 saylı Qərar qəbul edilmişdir və 13869,62 manat məbləğində Əlavə dəyər vergisi hesablanmışdır. Qanunsuz vergi hesablanması əsasında xx.xx.2019-cu il tarixdə **********1401001 saylı “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” qərar qəbul edilmişdir və qanunzuz yaradılan borcun 105 faizi miqdarında pul vəsaiti dondurulmuşdur. 2 saylı X6 tərəfindən MMC-dən tələb edilən bütün lazımi sənədləri vaxtında təqim etməklərinə baxmayaraq vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Bu səbəbdən həmin qərar ləğv edilməlidir. İddiaçı İnzibati İcraat Haqqında Qanunun 67-ci maadəsinə istinad edir. İddiaçı hesab edir ki, cavabdeh heç bir hüquqi əsas olmadan qanunsuz qərar qəbul etmişdir və bu qərarın qəbul edilməsi üçün qanuni əsasların olmasını, qərarın qəbul edilməsinin vacibliyi cavabdeh tərəfindən sübut edilə bilməyəcəkdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş edir. xx xxxxxxx 2020-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili İsmayılov Ceyhun Zöhrab oğlu iştirak etmiş, məhkəməyə təqdim edilmiş yazılı izahatı ilə bildirmişdir ki, İddiaçı MMC cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Qərarın qanunsuz hesab edilərək ləğv edilməsi tələbinə dair” (Mübahisələndirmə haqqında) İddia Ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmiş xx xxxx 2019-cu il tarixli, **********016500 saylı “Vergilərin hesablanması barədə” Qərarın qanunsuz və əsassız hesab edilməsi; həmin Qərarın və xx.xx.2019-cu il tarixdə **********1401001 saylı “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” Qərarın ləğv edilməsinə dair qərar qəbul edilməsini, **********3523 saylı Yük gömrük bəyannaməsinin 2019-cu il mart ayı üzrə nəzərə alınmasını xahiş etmişdir. X8 əsasən, 2 saylı X6 tərəfindən MMC-yə xx.xx.2019-cu il tarixli **********700500 saylı “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında’“ məktub daxil olmuşdur. Məktubla **********3523 saylı Yük gömrük bəyannaməsində kənarlaşma aşkar olunduğu qeyd edilib. İddiaçı MMC müəyyən edilmiş 5 gün müddəti ötürmədən xx.xx.2019- cu il tarixində tələb edilən sənədləri 2 saylı X3 təqdim etmişdir. Buna baxmayaraq, qanunsuz və əsassız olaraq xx xxxx 2019- cu il tarixli, **********016500 saylı “Vergilərin hesablanması barədə” Qərar qəbul edilmişdir və 13869.62 manat məbləğində Əlavə dəyər vergisi hesablanmışdır. Qanunsuz vergi hesablanması əsasında xx.xx.2019-cu il tarixdə **********1401001 saylı “pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” qərar qəbul edilmişdir və qanunzuz yaradılan borcun 105 faizi miqdarında pul vəsaiti dondurulmuşdur. 2 saylı X6 tərəfindən İddiaçı MMC MMC- dən tələb edilən bütün lazımi sənədləri vaxtında təqdim edilməsinə baxmayaraq vergilərin hesablanması barədə qərarın qəbul edilməsi qanunsuzdur. Belə ki, Vergi Məcəlləsinə əsasən idxal vaxtı gömrük ödənişlərinin ödənilməsi vaxtıdır. Əlavə edilən ödəniş sənədlərindən də görünür ki, xx xxxx 2019-cu il tarixində gömrük ödənişləri ödənilmişdir. Halbuki, vergi orqanı qanunsuz olaraq bunları nəzərə almamış və qərəzli olaraq xx xxxx 2019-cu il tarixli, **********016500 saylı “Vergilərin hesablanması barədə” qanunsuz qərar qəbul etmişdir. Bu səbəbdən həmin qərar ləğv edilməlidir. İddianın qanuni və əsaslı olması İddia Ərizəsinə əlavə edilən və iş materiallarında mövcud olan mötəbər sübutlarla (sənədlərlə) tam və qəti təsdiq olunur. Belə ki, **********3523 saylı Yük gömrük bəyannaməsi xx xxxx 2019-cu il tarixdə Bakı Baş Gömrük İdarəsinə bəyan edilmiş və həmin gömrük orqanı tərəfindən qəbul edilmişdir. Həmin Bəyannaməyə İNVOİCE sənədi və 188022.38 (On səkkiz min iyirmi iki manat 38 qəpik) AZN məbləğində pulun ödənilməsinə dair xx xxxx 2019-cu il tarixli “Ödəniş Tapşırığı 61” adlı maliyyə sənədi əlavə edilmişdir. Qeyd edilən sənədlər mötəbər sübutlar olmaqla cavabdeh tərəfindən **********3523 saylı Yük gömrük bəyannaməsində kənarlaşma olmasının müəyyən edilməsinin qanunsuz və əsassız olduğunu təsdiq edir. Hesab edir ki, cavabdeh heç bir hüquqi cəhət olmadan qanunsuz qərar qəbul etmişdir və bu qərarın qəbul edilməsi üçün qanuni əsasların olması, qərarın qəbul ediməsinin vacibliyi cavabdeh tərəfindən sübut edilməmişdir. İddiaçının nümayəndəsi və vəkili İsmayılov Ceyhun Zöhrab oğlu sonda iddianın təmin edilməsini məhkəmədənxahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, Cavabdeh 2 saylı X4 aşağıda göstərilənlərə əsasən iddia tələbini əsassız hesab edir: Bildirirlər ki, cavabdeh vergi orqanı tərəfindən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən **********3523 nömrəli YGB seriyalı yük gömrük bəyannaməsi aşkar edilməmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən jə vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi bdəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən xx.xx.2019-cu il tarixli **********900500 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu acarmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Yəcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış b nası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu soarmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat .ə hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. Beləliklə, iddiaçıya ünvanlanmış xx.xx.2019-cı il tarixli məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********016500 Qərara əsasən 2018-ci il üçün ƏDV vergisi üzrə 13869,62 manat əlavə vergi məbləği hesablanmışdır. Həmçinin iddiaçı iddia əirəzəsində xx xxxx 2019-cu il tarixli **********1401001saylı “Pul vəsaitlərinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” qərarın qanunsuz və əsassız hesab edilməklə ləğv edilməsini bildirmişdir. Bununla bağlı cavabdeh bildirir ki, Vergi Məcəlləsinin 23.1.7-ci maddəsinə əsasən vergi ödəyicilərinin hesablaşma, valyuta və ya digər hesablarından qanunvericiliyə müvafiq olaraq hesablanmış vergilər üzrə borcların və faizlərin, tətbiq edilmiş maliyyə sanksiyalarının dövlət büdcəsinə alınması üçün banklara və ya digər kredit təşkilatlarına icra (ödəniş) sənədi olan sərəncam vermək, inzibati cərimələrin alınmasını təşkil etmək vergi orqanlarının hüququ kimi təsbit edilmişdir. Həmin Məcəllənin 65.2.1 və 65.2.1.2-ci maddələrinə əsasən vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1 -ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə şikayət verilmədikdə vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir. Həmin Məcəllənin 65.1-ci maddəsinə əsasən vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə vergi orqanı bu Məcəlləyə müvafiq olaraq hesablanmış və ya yenidən hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının 5 gün müddətində ödənilməsinə dair vergi ödəyicisinə bildiriş göndərir. Bundan əlavə olaraq, Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi təsbit edilmişdir. İstinad edilən maddənin məzmununa əsasən vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı məhkəmə mübahisəsi olduğu halda əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin bank hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsi kimi müəyyən edilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməməsini məhkəmədən xahiş edirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X7 iştirak etmiş, iddiya etirazı müdafiyə etmiş, məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, vergi orqanı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara nəzərə alaraq yoxlama aparır. Vergi ödəyicisi isə tələb edilən sənədləri vergi orqanına təqdim etməmişdir. Vergi ödəyicisinə cərimə hesablanmamışdır. Hesablanan vergi borcu tarixləri fərqli olsada, istənilən halda dövlət büdcəsinə ödənilməlidir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Cavabdeh vergi orqanı mübahisələndirirlən qərar və hərəkətlərinin qanuniliyini onunla əsaslandırır ki, tərəflərindən həyata keçirilmiş kameral vergi yoxlaması zamanı Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən **********3523 nömrəli YGB seriyalı yük gömrük bəyannaməsi aşkar edilməmişdir. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı ərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və ergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Cavabdeh inzibati orqan yuxarıda qeyd olunanlara əsasən xx.xx.2019-cu il tarixli **********900500 nömrəli Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəliri (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərin saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibat və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri və vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində vergi bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıq göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasına dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri və vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüququ göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmaq üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə, vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüququ vardır. İnzibati orqan yuxarıda qeyd edilənlərə əsaslanaraq iddiaçıya ünvanlanmış məktubda tələb olunan sənədlər vergi orqanına təqdim edilmədiyindən, Vergi Məcəlləsinin 37.4-cü və 67.1-ci maddələri rəhbər tutulmaqla “Vergilərin hesablanması barədə” xx.xx.2019-cu il tarixli **********016500 Qərara əsasən 2018-ci il üçün ƏDV vergisi üzrə 13869,62 manat əlavə vergi məbləği hesablanmışdır. İddiaçı iddia ərizəsində cavabdeh tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan sənədləri xx xxx 2019-cu il cavab məktubu ilə 2 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərdiyini bildirmişdir. İddiaçı qeyd edir ki, Vergi Məcəlləsinə əsasən idxal vaxtı gömrük ödənişlərinin ödənilməsi vaxtıdır. Əlavə edilən ödəniş sənədlərindən də görünür ki, xx xxxx 2019-cu il tarixində gömrük ödənişləri ödənilmişdir. Lakin “İddiaçı “ MMC-nin adına **********3523 sorğu nömrəli gömrük bəyannaməsinin xx.xx.2019-cu il tarixdə qeydiyyata alınması barədə məlumat olsada gömrük ödənişlərinin ödənilməsi müəyyən edilmir. İddiaçı məhkəməyə ödəniş tapşırığı təqdim etsədə bu ödənişin hara edildiyi qeyri müəyyəndir. Bundan başqa məhkəmə qeyd edir ki, idiaçının mübahisələndirdiyi qərar hüquqi nəticələri baxımındanda hüquqi müdafiyə vasitəsi kimi məhkəmədə mübahisələndirilməsi zəruri olan olan qərar kimi qiymətləndirilməməlidir. Mübahisələndirilən qərar ilə iddiaçıya maliyyə sanksiyası tətbiq edilməmişdir. Dövlət büdcəsinə ödənilməli olan məbləğin digər ayda göstərilməsi ilə mübahisənin həll edilməsi imkanı olduğu halda, məhkəmədə iddia qaldırılması prossessual qənaət baxımındanda əsaslı hesab edilə bilməz. Vergi qanunvericiliyinə əsasən qanunla müəyyən edilmiş vergiləri və digər məcburi ödənişləri ödəmək vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən olunmuşdur. Bundan əlavə iddia ərizəsində qoyulmuş digər tələbə əsasən iddiaçı, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2019-cu il tarixli **********1401001 saylı “Pul vəsaitinin vergi ödəyicisinin ƏDV sub-hesabında dondurulması barədə” Qərarının ləğv edilməsini istəyir. Məhkəmə hesab edir ki, iddia həmin hissədə də təmin edilməməlidir. Belə ki, Vergi Məcəlləsinin 16.1.11-2-ci maddəsinə əsasən vergi orqanı tərəfindən kameral və səyyar vergi yoxlamaları zamanı hesablanmış və ya yenidən hesablanmış vergilər, faizlər, habelə tətbiq edilmiş maliyyə sanksiyalarından verilmiş şikayətə məhkəmədə baxıldığı dövrdə və həmin şikayət üzrə məhkəmənin çıxardığı qərar qanuni qüvvəyə minənədək (vergi ödəyicisinin həmin vəsaitləri öz razılığı ilə ödədiyi hallar istisna olmaqla) əlavə hesablanmış məbləğin 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etmək vergi ödəyicisinin vəzifəsidir. Göründüyü kimi hesabdakı vəsaitin dondurulması həmin vəsaitin hesabdan kənarlaşdırılmayacağına dair bir təminatdır və əgər vergi orqanı tərəfindən vergi ödəyicisinə hesablanmış vergi borcları məhkəmə mübahisəsinin predmetidirsə, mübahisəyə baxıldığı dövrdə vergi ödəyicisinin özü əlavə hesablanmış məbləğin (əgər həmin məbləği könüllü olaraq ödəməmişdirsə) 105 faizi həcmində pul vəsaitinin milli və ya xarici valyutada cari və digər hesablarında məxaric əməliyyatları üzrə dondurulmasını təmin etməlidir. Vergi Məcəlləsinin 65.2-ci maddəsinə əsasən bu Məcəllənin 65.2.1.1 və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı vergilər, faizlər və ya tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi orqanı vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarında borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin məxaric əməliyyatları üzrə dondurulması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra sənədi olan sərəncam verir. Bu zaman kredit təşkilatları və ya bank əməliyyatlarını aparan şəxslər tərəfindən bank hesablarında dondurulmuş vəsaitdən artıq olan pul vəsaitinə dair hesabdan məxaric edilməsini nəzərdə tutan vergi ödəyicisinin ödəmə tapşırıqları icra edilir. Bu məcəllənin 65.2.1-ci maddəsinə əsasən Vergi orqanı aşağıdakı hallarda vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların vergi ödəyicisinin milli və ya xarici valyutada cari və ya digər hesablarından dövlət büdcəsinə alınması haqqında kredit təşkilatına və ya bank əməliyyatları aparan şəxsə icra (ödəniş) sənədi olan sərəncam verir: 65.2.1.1. vergi ödəyicisi tərəfindən hesablanmış və bəyan edilmiş vergilər bu Məcəllənin 65.1-ci maddəsi nəzərə alınmaqla müəyyən edilmiş müddətdə ödənilmədikdə; 65.2.1.2. vergi orqanının hesabladığı vergilər, faizlər və tətbiq etdiyi maliyyə sanksiyaları üzrə vergi ödəyicisi tərəfindən bu Məcəllənin 65.1-ci maddəsində göstərilən bildirişin alındığı tarixdən 30 təqvim günü müddətində məhkəməyə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) şikayət verilmədikdə; Həmin Məcəllənin 65.2.3-1-ci maddəsinə əsasən Bu Məcəllənin 65.2.1.1-ci və 65.2.1.4-cü maddələrində nəzərdə tutulan hallar istisna olmaqla digər hallarda vergi orqanının hesabladığı və ya yenidən hesabladığı ƏDV üzrə vergi, faiz və ya tətbiq etdiyi maliyyə sanksiyası üzrə borc məbləğinin 105 faizi həcmində pul vəsaitinin vergi ödəyicisinin ƏDV depozit hesabında dondurulması barədə vergi orqanı tərəfindən qərar qəbul edilir. Göründüyü kimi vergi orqanı qanunvericiliklə onun səlahiyyətinə aid edilmiş hüquqdan istifadə etmişdir. Beləliklə iddianın təmin olunması üçün hər hansı bir əsas müəyyən olunmur və məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68,69,73,75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar