Məhkəmə qərarları › İş №2-1(118)-850/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-850/2021

31.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-850/2021 31.03.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X8 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Siyəzən şəhər, S.Xeyrullayev küçəsindəki 2 saylı evin yerləşdiyi, JN-597A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin, 0.0209 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə verilmiş Seriya RX ******* №-li çıxarışın və bu çıxarışın, “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi, xx.xx.1963-cü il tarixdə mövcud olmuş 0.0350 ha torpaq sahəsinin ilkin həqiqi həndəsi ölçüləri, planı daxilində müəyyən edilməsi və bu torpaq sahəsinə dair yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “Siyəzən şəhər, S.Xeyrullayev küçəsindəki 2 saylı evin yerləşdiyi, JN-597A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin, 0.0209 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə verilmiş Seriya RX ******* №-li çıxarışın və bu çıxarışın, “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi, xx.xx.1963-cü il tarixdə mövcud olmuş 0.0350 ha torpaq sahəsinin ilkin həqiqi həndəsi ölçüləri, planı daxilində müəyyən edilməsi və bu torpaq sahəsinə dair yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, üçüncü şəxslə qonşu torpaq sahələrində yaşayırlar, habelə qohumluq əlaqələri vardır, elə bundan sui-istifadə edən cavabdeh onlara məxsus həyətyanı torpaq sahəsini zəbt edərək, müəyyən hissəsində özbaşına tikinti işləri aparmışdır. Bunun nəticəsində torpaq sahəsinin zəbt olunmuş 0.0141 ha.hisəsindən tamamilə, digər hissələrindən isə bu sahələrdə aparılan tikinti işlərinə görə istifadə hüquqlarından qismən məhrum olunmuşdurlar. Belə ki, zəbt olunmuş, ünvan 1 ünvanda yerləşən və mülkiyyətlərində olan torpaq sahəsi mərhum atası, X2 məxsus olmuş,’’Şəxsi mülkiyyət hüquq ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə dair PASPORT”A əsasən həyətyanı torpaq sahəsinin ilkin plan həndəsi ölçülərinə görə sahəsi 0,0350 ha olmuşdur. Hazırda ləğvi mübahisələndirilən 0.0209 ha. torpaq sahəsi, iddiaçıya zəbt olunun həyətyanı torpaq sahəsi nəzərə alınmadan savadsız və xəstəliyindən sui-istifadə edilərək verilmişdir. Belə ki, ünvan 2 ünvanda yerləşən, mərhum atası, X2 məxsus olmuş,’’Şəxsi mülkiyyət hüquq ilə evlərin texniki inventarizasiya və qiymətləndirməsinə dair pasporta əsasən 0,0350 ha.həyətyanı toıpaq sahəsini adına rəsmiləşdirilməsi üçün müvafiq orqana müracət edərkən, torpaq sahələrinin zəbt olunmasını, əvvəlcədən qismən bilsələr də, Seriya RX ******* № “Çıxarış”ı aldıqdan sonra daha da dəqiq ölçülərinədək bilmişdirlər, belə ki, torpağın sahəsi faktiki 0,0350 ha.olduğu halda, verilən “Çıxarış”da torpağın sahəsi 0.0209 ha. göstərilmişdir. Bu məqsədlə zəbt olunmuş torpağın qaytarılması üçün məhkəməyə müracət edərkən, onlara bildirilmişdir ki, torpağa aid əllərində “Çıxarış” olmasa işə baxıla bilməz və iddiaçı məcbur olub, zəbt olunmuş torpaqlar istisna olmaqla yerdə qalan torpaq sahəsi üzərində mülkiyyət sənədi almışdır. Sonradan bilmişdir ki, artıq xərc çəkmişdir, bu “Çıxarış” olmasaydı da məhkəmədə hüquqlarını müdafıyə edə bilərdi. Beləliklə, iddiaçı məcbur olunaraq, faktiki 0,0350 ha.həyətyanı torpaq sahəsinin əvəzinə 0.0141 ha.(zəbt olunmuş) hissə əksik olmaqla 0.0209 ha. torpaq sahəsi üzərində mülkiyyət hüquqlarını rəsmiləşdirmişdir. Bununla da hazırda mülkiyyətlərinə daxil olan, 0.0141 ha.(zəbt olunmuş) həyətyanı torpaq sahəsi üçüncü şəxs tərəfindən zəbt olunaraq üzərində tikinti işləri apardığından, iddiaçının bu sahədən, habelə digər torpaq sahələrindən istifadə hüquqları məhdudlaşdırılmışdır. Buna görə də Siyəzən rayon Məhkəməsinə müraciət edərək, “Zəbt edilmiş (0.0141 ha.) torpaq sahəsinin üzərində özbaşına tikililərin cavabdehin hesabına sökməklə qaytarılması, qaytarılmış torpaq sahəsi də nəzərə alınmaqla həyətyanı torpaq sahəsinin, xx.xx.1963-cü il tarixli ilkin mövcud olmuş (0,0350 ha.) torpaq planının (cizgisinin) həndəsi ölçüləri daxilində həqiqi planı (cizgisi) müəyyən edilərək tərtib olunması, üzərində mülkiyyət hüquqlarının tanınması, buna müvafiq yeni “Çıxarış”ın verilməsi, Seriya RX ******* № “Çıxarış”ın və bu“Çıxarış”ın verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi” barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Tələb Siyəzən rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(059)-20/2019 saylı qətnaməsi ilə qismən təmin edilərək, “cavadeh X5 tərəfindən Siyəzən şəhəri,S.Xeyrullayev küçəsindəki 2 saylı evin yerləşdiyi iddiaçılar İddiaçı və X3 məxsus 282.3 kv.m torpaq sahəsinin 17 kv.metr hissəsinin üzərində inşa edilmiş tikililər cavabdehin vəsaiti hesabına sökülməklə torpaq sahəsi iddiaçıların sahibinə qaytarılması” qət edilmişdir. Siyəzən rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(059)-20/2019 saylı qətnaməsindən narazı qalan iddiaçı, apellyasiya şikayəti vermiş,şikayət Sumqayıt Apellyasiya Məhkəməsinin MİÜMK-nin 2(105)-1326/2020 saylı xx xxxx 2020-ci il tarixli qətnaməsi ilə daha sonra Apellyasiya məhkəməsinin qətnaməsindən verilən şikayəti isə Ali Məhkəmənin 2(102)- 5105/2020 saylı,xx.xx.2020-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmış və iddiaçıya aşağıdakılar izah olunmuşdur. “İnzibati orqanların Təsnifatı’nın təsdiq edilməsi haqqında AR NK-nin xx xxxxxx 2007-ci il tarixli, 136 sayı qərarının 2-ci bölməsinin 31-ci sırasında AR ƏMDK inzibati orqanlar kimi müəyyən edilmişdir. Məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçılar qaytarılmış torpaq sahəsi də nəzərə alınmaqla, həyətyanı torpaq sahəsinin, xx.xx.1963-cü il tarixli ilkin mövcud olmuş həyətyanı torpaq planının (cizgisinin) müəyyən edilərək tərtib olunmasını, üzərində mülkiyyət hüquqlarının tanınmasını, buna müvafiq yeni “Çıxarış”ın verilməsini tələb etməklə,mahiyyət etibarilə məcburetmə haqqında iddia irəli sürmüşdür. Habelə Apelyasiya instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçılar tələb etdikləri məsələlərlə bağlı ilk növbədə müvafiq inzibati orqana müraciət etmək, həmin orqan imtina etdikdə isə aidiyyəti üzrə inzibati məhkəmə icraatı qaydasında müraciət etməli olduğları halda,bununla bağlı ümumi məhkəməyə müraciət etmiş, habelə cavabdeh qismində Qüdrət Allahverdiyev göstərilmişdir”. Yəni,bildirilmişdir ki, iddiaçı inzibati məhkəməyə müraciət etməlidir. İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü və 49-cü maddələrinə əsasən iddiaçı məhkəmə iclasına dəvət olunmuş, məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddiaçıya hüquqi yardım edilmiş, iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarı ilə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi inzibati akt kmi yox, hüquqi akt kimi qiymətləndirilmiş və mübahisənin xarakterinin işə baxacaq məhkəmənin müəyyən olunmasında əsas amil kimi nəzərə alınmalı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırki iddia tələbi ilə iddiaçı Siyəzən şəhər, S.Xeyrullayev küçəsindəki 2 saylı evin yerləşdiyi, JN-597A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin, 0.0209 ha torpaq sahəsinə dair xx.xx.2019-cu il tarixdə verilmiş Seriya RX ******* №-li çıxarışın və bu çıxarışın, “torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin verilməsinə əsas olmuş sənədlərin ləğv edilməsi, xx.xx.1963-cü il tarixdə mövcud olmuş 0.0350 ha torpaq sahəsinin ilkin həqiqi həndəsi ölçüləri, planı daxilində müəyyən edilməsi və bu torpaq sahəsinə dair yeni çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. Lakin iş materiallarından görsənir ki, iddiaçı eyni tələblə ilkin olaraq inzibati orqana müraciət etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. İddiaçıya izah edilsin ki, məhkəmədə qaldırdığı tələb ilə inzibati orqana müracət edə bilər. İnzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 3 ünvanında yerləşən) Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar