Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-854/2020 03.06.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi ilə, X1 Ramiz katibliyi ilə, İddiaçı cavabdeh DSMF-nin Sumqayıt şəhər Şöbəsinə qarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və hesablanmayan pensiya ödənişlərinin ödənilməsi dair iddiası üzrə inzibati işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər DSMF-nin Sumqayıt şəhər Şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və hesablanmayan pensiya ödənişlərinin ödənilməsi dair qərar qəbul edilməsini xahiş etmişdir. xx.xx.2020-ci il tarixdə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia tələbindən imtina etdiyini və bununla bağlı iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi tərəflərin mənafelərinə zidd olmadığından iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən məhkəmə qərarı qanuni qüvvəyə minənə qədər iddiaçı iddiadan imtina etməyə haqlıdır. Həmin Məcəllənin 55.4-cü maddəsinə əsasən iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Göstərilən Məcəllənin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçının iddia tələbindən imtina etməsi tərəflərin hüquqlarına və qanunla qorunan maraqlarına və qanuna zidd olmadığından iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 55, 80, 81.2-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasə ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsinə qarşı təhsil müddətinin sosial sığorta stajına daxil edilməsi və hesablanmayan pensiya ödənişlərinin ödənilməsinə dair iddiası üzrə icraata xitam verilsin. İddiaçıya izah edilsin ki, iddiadan imtina edilməsi eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən iddia qaldırma imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-854/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-854/2020
03.06.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver