Məhkəmə qərarları › İş №2-1(118)-855/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-855/2020

25.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-855/2020 25.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ xx xxxxxx 2020-ci il Sumqayıt şəhəri Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Məhkəmə iclasının katibi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçının nümayəndəsi X4 və vəkili X10, Üçüncü şəxsin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinə qarşı Xaçmaz bələdiyyəsinin onun mülkiyyətində olan 50 kv m torpaq sahəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə bələdiyyə torpağı kimi X14 oöluna satılması barədə qərarının və həmin qərar əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xaçmaz bələdiyyəsinin onun mülkiyyətində olan 50 kv m torpaq sahəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə bələdiyyə torpağı kimi X14 oöluna satılması barədə qərarının və həmin qərar əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərarın çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı mülkiyyətində olan 277 kv m torpaq sahəsinin 227 kv m hissəsini və onun üzərində yerləşən fərdi yaşayış evini notariat qaydasında təsdiq edilmiş xx xxxxxx 2007-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən X2. Lakin sonradan ona məlum olmuşdur ki, DƏDRXnin 5 saylı X17 C.Ağayevə verdiyi çıxarışda 227 kv m göstərmişdir. Həmin idarə Xaçmaz bələdiyyəsinin qanunsuz xx.xx.2011-ci il tarixli qərarına istinda edir. Halbuki, 50 kv m torpaq sahəsi iddiaçıya vərəsəlik qaydasında keçmiş və xx xxxxxx 2007-ci il tarixli çıxarışa əsasən onun mülkiyyəti kimi qeydə alınmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh Xaçmaz bələdiyyəsi və üçüncü şəxs DƏDRX-nin 5 saylı X15 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qatdada xəbərdar edilməsinə baxmayaraq səbəbinin bidlirmədən məhkəmə iclasına gəlməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin və üçüncü şəxsin iştirakı olmadan mümkün hesab etmişdir. Üçüncü şəxs X7 nümayəndəsi X9 iddianı qəbul etmədi və izah etdi ki, X11 xx xxxxxx 2007-ci il tarixli alqı- satqı müqaviləsinə əsasən İddiaçı məxsus 227 kv m torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evini əldə etmişdir. 2008-ci ilin may-iyun aylarında ona daşınmaz əmlakın dövlət reyestrindən çıxarış və texniki pasport verilmişdir. Həmin vaxt texniki pasportda həyətyanı torpaq sahəsinin ölçüsü 227 kv m göstərilsə də, çıxarışda yanlışlıq nəticəsində 277 kv m göstərilmişdir. Həmin evin yerləşdiyi həyətdə 48 kv m zəbt edilmiş torpaq sahəsi olmuşdur. İddiaçının anası Fəzilə Allahverdiyeva 2006-cı ildə 42 kv m torpaq sahəsində fərdi mağaza tikmiş və 2019-cu ildə həmin torpağa dair çıxarış almışdır. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qətnaməsi ilə İddiaçı iddiası qismən təmin edilərək daşınmaz əmlakın dövlət reyestrində və çıxarışda düzəliş edilməsi qərara alınmış və C.Ağayevə 227 kv m göstərilməklə yeni çıxarışın verilməsi qərara alınmışdır. həmin qətnamə ilə müəyyən edilmişdir ki, həyətyanı torpaq sahəsinin 48 kv m bələdiyyə mülkiyyətində olan zəbt edilmiş torpaq sahəsi vardır. İddiaçının tələb etdiyi torpaq sahəsi onun anasının adına olan mağaza binasının yerləşdiyi hissədir. qətnamə qanuni qüvvəyə mindikdən sonra C.Ağayev bələdiyyəyə müraciət edərək qeyd olunan torpaq sahəsini bələdiyyədən satın almışdır. Xaçmaz rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi ilə iddiaçının 50 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair iddiası təmin edilməmişdir. Beləliklə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarlarının olmasına baxmayaraq iddiaçı hazırkiu iddia ilə bir daha məhkəməyə mürqciət etmişdir. Bununla bağlı üçüncü şəxsin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Xaçmaz rayon Məhkəməsinin 2(067)-781/2011 saylı xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X8 qarşı daşınmaz əmlaka qeydiyyatın əsassız hesab edilərək dəyişidirilməsi və torpaq sahəsinə mülkiyyət hüququnun tanınmasına dair iddiası qismən təmin edilərək daşınmaz əmlakın dövlət reyestrində və çıxarışda düzəliş edilməsi qərara alınmış və C.Ağayevə 227 kv m göstərilməklə yeni çıxarışın verilməsi qərara alınmış, iddia qalan hissədə təmin edilməmişdir. Həmin qətnamə ilə müəyyən edilmişdir ki, ünvan 2 saylı ünvanda yerləşən yaşayış evinin yerləşdiyi torpaq sahəsində 53.9 kv m deyil, həm sənəd üzrə, həm də faktiki olaraq 48 kv m bələdiyyə mülkiyyətinə aid zəbt hissə mövcuddur. Qətnamədə həmçinin izah edilmişdir ki, bələdiyyə mülkiyyətinə aid torpaq sahəsi vətəndaşın müraciəti əsasında hazırda qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olaraq həmin şəxsə hərrac yolu ilə satıla bilər. İş materiallarına əlavə edilmiş Xaçmaz rayon Xaçmaz bələdiyyəsinin xx xxxxxxx 2011-ci il tarixli 16 saylı qərarından görünür ki, X8 həyətyanı torpaq sahəsinə əlavə kimi 48 kv m torpaq sahəsinin hərrac və ya müsabiqə keçirilmədən satılması qərara alınmışdır. İşdə olan Xaçmaz rayon Məhkəməsinin 2(067)-1711 saylı xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı cavabdeh X8 qarşı 50 kv m torpaq sahəsi üzərində mülkiyyət hüququnun tanınmasına dair iddiası təmin edilməmişdir. Həmin qətnamədə göstərilmişdir ki, cavabdeh C.Ağayev öz izahatında 48 kv m torpaq sahəsinin hərrac yolu ilə bələdiyyədən aldığını izah etmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2018-ci il tarixli qətnaməsi ilə həmin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sadalanan məhkəmə qərarları ilə müəyyən edilmişdir ki, qeyd edilən torpaq sahəsində 48 kv m zəbt edilmiş bələdiyyə torpağı olmuş və həmin torpaq sahəsi bələdiyyənin 28.102011-ci il tarixli qərarı ilə hərrac keçirilmədən X1. Hazırki iddada isə İddiaçı üçüncü şəxs C.Ağayevə 48 kv m torpaq sahəsinin satılması barədə qərarın ləğv edilməsini tələb edir. Əvvəla məhkəmə qeyd edir ki, yuxarıda göstərilən məhkəmə qərarları ilə mübahisəli torpaq sahəsinin müqəddəratı müəyyən edilmiş və iddiaçının həmin torpaq sahəsinin mülkiyyət hüququnun tanınmasına dair iddiası təmin edilməmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə İddiaçı mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olması təkzib edilmişdir. Bundan başqa məhkəmə hesab edir ki, hazırki iddia üzrə iddia müddəti ötürülmüşdür. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddiaların növünə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddia da (mübahisələndirmə haqqında iddia) daxil edilmişdir. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən bir il ərzində ləğv edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 24.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən olunmuş müddət proses iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Həmin Məcəllənin 24.4-cü maddəsinə görə təbii fəlakət və digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. «E.Həkimovun şikayəti ilə əlaqədar» xx xxxxxx 2008-ci il tarixli qərarında Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi qeyd etmişdir ki, iddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. Bu iki müxtəlif faktorun mövcudluğu, habelə onların heç də hər zaman üst-üstə düşməməsi iddia müddətinin başlanğıcının təyin olunmasına təsir göstərən mühüm amildir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, mübahiəsli 48 kv m torpaq sahəsinin X3 barədə bələdiyyə qərarından ən azı 2017-ci ildə, Xaçmaz rayon Məhkəməsi tərəfindən araşdırma aparılarkən xəbərdar olmuşdur, lakin vaxtında həmin qərarın ləğv edilməsinə dair iddia qaldırmamış, bununla da göstərilən inzibati aktın mübahisələndirilməsi üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə qərarlarında dəfələrlə mübahiəsləndirilən qərara istinad edilmişdir və iddiaçının həmin qərardan xəbərdar olmaması ağlabatan deyildir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinə qarşı Xaçmaz bələdiyyəsinin onun mülkiyyətində olan 50 kv m torpaq sahəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə bələdiyyə torpağı kimi X14 oöluna satılması barədə qərarının və həmin qərar əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinə qarşı Xaçmaz bələdiyyəsinin onun mülkiyyətində olan 50 kv m torpaq sahəsinin xx.xx.2011-ci il tarixli qərarı ilə bələdiyyə torpağı kimi X14 oöluna satılması barədə qərarının və həmin qərar əsasında verilmiş daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar