Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-855/2021 19.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X15 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı Babayeva (Hüseynova) Əzizə Əziz qızının cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən üçüncü şəxs X4 adına 24.01.2020-ci il qeydiyyat tarixli, **********39 reyestr nömrəli çıxarışa əsasən işlənmiş torpaq sahəsinin planı və ölçülərinə dair sənədin ləğv edilməsi” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Babayeva (Hüseynova) Əzizə Əziz qızı üçüncü şəxs X4 adına 24.01.2020-ci il qeydiyyat tarixli, **********39 reyestr nömrəli çıxarışa əsasən işlənmiş torpaq sahəsinin planı və ölçülərinə dair sənədin ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin **********58 saylı, 25 fevral 2021-ci il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Torpaq islahatı haqqında müvafiq qanunvericiliyə uyğun olaraq Dövlət tərəfindən iddiaçının ailəsinə torpaq payı verilmiş, hüquqların torpağa mülkiyyət hüququna dair JN- 0045 saylı, 30211038 kodlu Dövlət Aktına əsasən rəsmiləşdirilmişdir. Ailə başçısı X11 olmaqla, altı nəfərlik ailəsinə Hacıqurban-Oba kəndi ərazisindən 2,67 ha kənd təsərrüfatı məhsulları üçün torpaq sahəsi verilmişdir. Həmin torpaq sahəsinin aşağı tərəfdən 2,0 ha hissəsi 13.09.2006-ci il tarixli alqısatqı müqaviləsinə əsasən X1. Torpaq sahəsi satılarkən topaq sahəsi iki hissəyə bölünmüş, arada yol saxlanılmış və həmin vaxtdan da tərəflər öz torpağından istifadəyə başlamışlar. Başqa sözlə, satılmış 0,2 ha torpaq sahəsi ilə iddiaçıda qalan 0.67 ha topaq sahəsi arasında hazırda da ara yol mövcuddur. 2006-ci ildə X14 və ailəsi torpağı aldıqdan sonra öz vəsaitləri hesabına torpağda fındıq bağı saldılar və sonradan aldıqları torpağın aşağı hissəsində əkdikləri qələmləri çıxararaq orada taxıl əkirdilər. Satılmamış hissədə 2009-cu ildə özləri fındıq bağı salaraq istifadə etməyə başlamışdırlar, başqa sözlə onlarda qalan torpaqla qarşı tərəfin torpağı tamamilə ayrılmış torpaqlardır. X10 vəfatından sonra arvadı X9 vərəsəlik alaraq torpağı adına keçirmişdir. Torpaq sahəsinin plan və ölçüsü düzgün tərtib edilməmiş, X6 məxsus 2,0 ha torpaq sahəsi aradakı yol göstərilmədən mülkiyyətində olan 0,67 ha torpaq sahəsini əhatə etməklə göstərilmiş, ümumilikdə torpaq sahəsinin aşağı hissəsi, yəni qarşı tərəfə məxsus ərazi onların torpağı kimi göstərilmişdir. Qeyd olunan torpaq sahəsinin planı və ölçüsü hansı əsasla və kimin göstərişi ilə saxtalaşdırılmışsa bu barədə heç bir məlumatı yoxdur. Göstərilən torpaq sahəsinin planı və ölçüsü tərtib edilərkən ərazidə hər-hansı ölçmə işləri aprılmamış və onlara bu barədə heç bir məlumat verilməmişdir. Mütəxəsislər sənədi tərtib edərkən yerində baxış keçirsəydilər və iidiaçını dəvət etsəydi, hər şey aydınlaşardı. Nədənsə bütün bu işlər gizli aparılmışdır. Ona görə də, qeyd olunan X3 DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən işlənmiş torpaq sahəsinin planı və ölçüsü ləğv edilməlidir. Bununla əlaqədar rəsmi qaydada DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək X5 adına DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən işlənmiş torpaq sahəsinin planı və ölçüsü barədə sənədin ləğv edilməsini və ya yuxarıda göstərilən qaydaya uyğun dəyişdirilməsini xahiş etmişdir. DƏDRX-nın 5 saylı Xaçmaz Ərazi İdarəsindən ünvanına daxil olmuş 25.02.2021 - ci il tarixli **********58 saylı imtina məktubunda göstərilir ki, guya torpaq sahəsinin planı və ölçüsü sənədlərə uyğun verilmişdir. Lakin, hansı sənədə uyğun verilməsi barədə heçnə göstərilməmişdir. Əslində ərazinin bölgü planı tətbiq edilməmiş, tərəflərindən imzalanmamışdır. Ona görə də, X5 adına işlənmiş 24.01,2020-ci il qeydiyyat tarixli **********39 reyestr nömrəli çıxarışa əsasən onun adına işlənmiş Torpaq sahəsinin planı və ölçüsüünə dair sənəd ləğv edilməlidir. İddiaçı torpaq sahəsinin hansı hissəsini satdığını yaxşı bilir, ona görə də satılmış hissəyə uyğun olaraq X5 adına Torpaq sahəsinin planı və ölçüsüünə dair yeni sənəd işlənməlidir. Azərbaycan Respublikası İPM-nin 2.2.-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) daniddialara (mübahisələndirmə haqqında iddia) Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Babayeva (Hüseynova) Əzizə Əziz qızı iştirak etmiş, iddia ərizəsinə uyğun izahatvermiş və iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Babayeva (Hüseynova) X24 rayonu, Hacıqurban-oba kəndində yerləşən vətəndaş X5 mülkiyyətində olan 2.0 ha torpaq sahəsinə dair hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədinin ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 23.02.2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Müraciətə 19.02.2021-ci il tarixli **********38 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “ ərizənizdə qeyd olunan 2.0 ha torpaq sahəsinə dair X10 adına olan 07.10.2006-cı il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilən Xaçmaz rayon Birinci Dövlət Notariat Kontoru tərəfindən təsdiqlənmiş 13.09.2006-ci il tarixli 4Ə/9-1832 reyestr nömrəli torpaq sahəsinin alqı-satqı müqaviləsi əsasında hazırlanmışdır. S.Xəmmədovanın adına olan 24.01,2020-ci il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi Xaçmaz rayon bir saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş 16.01.2020 –ci il tarixli 2V-60 reyesr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hazırlanmışdır. S.Xəmmədova vərəsəlik qaydasında əldə etdiyi 2.0 ha torpaq sahəsinin planı və ölçüsü sənədində hər hansı bir dəyişiklik aparılmamış, 07.10.2006-cı il tarixdə hazırlanmış torpaq sahəsinin planı və ölçüsü sənədində uyğun verilmişdir. Bu səbəblərdən ərizənizin icrası Ərazi idarəsi tərəfindən mümkün olmamışdır. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən “daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr”, “vərəsəlik hüququ haqqında şəhadətnamələr” Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Odur ki, X10 adına olan 07.10.2006-cı il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi yuxarıda qeyd olunan qanunun tələblərinə riayət etməklə hazırlanmışdır və ləğv edilməsi üçün heç bir əsas yoxdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Qeyd edilənlərə əasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi və üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclası cavabdehin və üçüncü şəxsin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti baxımından əsaslı deyildir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, JN 0045, KOD 30211038 saylı Dövlət Aktına əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 02 nömrəli qərarı ilə verilmiş cizgidə göstərilən sərhəd daxilində 2.67 ha torpaq sahəsi kənd təsərrüfatı məhsulları istehsalı üçün X8 və onun ailə üzvlərinin o cümlədən iddiaçı Babayeva (Hüseynova) Əzizə Əziz qızının paylı mülkiyyətinə mülkiyyətinə verilmişdir. 13 sentyabr 2006-cı il tarixli AN-İ №0094809 saylı daşınmaz əmlakın alqısatqı müqaviləsinə əsasən X11, X18, X19, X22 və X20 tərəfindən Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə komitəsi Xaçmaz rayon torpaq şöbəsi tərəfindən 05.08.1998-ci ildə verilmiş JN 0045 saylı, kodu 30211038 olan torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Xaçmaz rayon Hacıqurbanoba kəndində yerləşən 2.0 ha torpaq sahəsi alıcı X10 mülkiyyətinə verilmişdir. Göründüyü kimi iddiaçının ailə üzvləri öz paylarından 2.0 ha torpaq sahəsini alıcı X2. Həmin 2.0 ha torpaq sahəsi hazırda X5 mülkiyyətindədir. Cavabdeh inzbati orqan qeyd edir ki, S.Xəmmədovanın adına olan 24.01,2020-ci il tarixli çıxarış və torpaq sahəsinin planı və ölçüsü sənədi Xaçmaz rayon bir saylı Notariat ofisi tərəfindən təsdiqlənmiş 16.01.2020–ci il tarixli 2V-60 reyesr nömrəli Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə əsasında hazırlanmışdır. İddiaçı qeyd edir ki, X5 adına olan torpaq sahəsinin plan və ölçü sənədi düzgün tərtib edilməmiş, X7 məxsus 2,0 ha torpaq sahəsi aradakı yol göstərilmədən iddiaçının mülkiyyətində olan 0.67 ha torpaq sahəsini əhatə etməklə göstərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, 11.01.2020-ci il tarixli ********** qeydiyyat nömrəli, **********39 reyestr nömrəli çıxarışa əsasən X12 məxsus Xaçmaz rayonu, Hacı Qurbanoba kəndində yerləşən 2.0 ha torpaq sahəsi Xaçmaz rayon 1 saylı Notariat Kontorunun 16.01.2020-ci il tarixli, 2V-60 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən X5 adına qeydiyyata alınmış və dövlət reyestrindən X5 adına 24.01.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarış işlənmişdir. İş materiallarından göründüyü kimi JN 0045, KOD 30211038 saylı Dövlət Aktına əsasən Xaçmaz rayon Aqrar İslahat Komissiyasının 1998-ci il 25 fevral tarixli 02 nömrəli qərarı ilə verilmiş 2.67 ha torpaq sahəsinin altıda bir hissəsi hazırda iddiaçının mülkiyyətindədir. Paylı mülkiyyət olan 2.67 ha torpaq sahəsinin müəyyən hissəsi satılan zaman tərəflərin razılığı ilə paylar müəyyən edilməli idi. Notarial qaydada təsdiq edilmiş müqavilə və ya vərəsəlik şəhadətnamələri əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlərin siyahısı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin 31.08.2009-cu il tarixli 47 nömrəli əmri ilə təsdiq edilmiş Qaydalara 2 nömrəli Əlavədə göstərilib. Əlavəyə əsasən notarial qaydada təsdiq edilmiş müqavilə və ya vərəsəlik şəhadətnamələri əsasında mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün tələb olunan sənədlər bunlardır: - ərizə (müraciət); - alqı-satqı, bağışlama, dəyişmə, renta müqaviləsi, vərəsəlik şəhadətnaməsi, nikah kontraktı və s.; - daşınmaz əmlak hissələrlə özgəninkiləşdirildikdə Xidmətin müvafiq ərazi idarələri tərəfindən tərtib edilmiş və notarial qaydada təsdiq edilmiş bölgü sxemi; - dövlət rüsumunun ödənilməsi barədə qəbz. Lakin hazırkı iş üzrə iddiaçının paylı mülkiyyətində olan əmlakın müəyyən hisəsinin digər payçılar tərəfindən satılması zamanı bölgü sxeminin tərtib olunması ilə bağlı məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. İddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş notariat işində və cavabdeh inzibati orqandan tələb edilən sənədlər arasında torpaq sahəsinin bölgü sxeminin olması müəyyən edilmir. Halbu ki, torpaq sahəsi satılan zaman payçıların razılığı ilə bolgü sxemi tərtib edilməli, payçılar və alıcı arasında razılıq olmadıqda isə paylar məhkəmə qaydasında müəyyən edilməli idi. Qeyd edilənlər iddianın əsaslı olduğu göstərir. Məhkəmə hesab edir ki, qeydiyyat orqanlarının qanunsuz hərəkətləri nəticəsində iddiaçının hüquqları pozulmuşdur və ona görədə üçüncü şəxs X4 adına 24.01.2020-ci il qeydiyyat tarixli, **********39 reyestr nömrəli çıxarışa əsasən işlənmiş torpaq sahəsinin planı və ölçünə dair sənəd ləğv edilməli, tərəflər arasında razılıq əsasında bölgü sxemi tərtib edilməsi mümkün olmadıqda isə mübahisə mülki məhkəmə icraatı qaydasında həllini tapmalıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli və cavabdeh tərəfindən üçüncü şəxs X4 adına 24.01.2020-ci il qeydiyyat tarixli, **********39 reyestr nömrəli çıxarışa əsasən işlənmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənədin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. Üçüncü şəxs X4 adına 24.01.2020-ci il qeydiyyat tarixli, **********39 reyestr nömrəli çıxarışa əsasən işlənmiş torpaq sahəsinin planı və ölçüsünə dair sənədin ləğv edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 2 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-855/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-855/2021
19.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver