Məhkəmə qərarları › İş №2-1(118)-856/2020

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-856/2020

25.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-856/2020 25.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Şamaxı rayon filialına qarşı imtinanın əsassız hesab edilməsi və 1969-cu ildən xx.xx.1973-cü ilədək Şamaxı rayon Göylər kənd “Engels” adına kolxozda, xx.xx.1988-ci ildən xx.xx.1989cu il tarixədək və xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək 24 və 101 saylı SMD-də, xx.xx.1997-ci ildən xx.xx.1998-ci il tarixədək Şamaxı rayon Kərkənc kənd “Şəfəq” kolxozinda, xx.xx.1985-ci ildən xx.xx.1985-ci il tarixədək Şamaxı rayon Lenin adına sovxozda və xx.xx.1990-cı il tarixədək xx.xx.1993-cü il tarixədək Şamaxı rayon Kooperativ Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə iş materiallarını yoxlayaraq və iddiaçınıniddia ərizəsinin qaytarılması barədə ərizəsinə baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Şamaxı rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək imtinanın əsassız hesab edilməsi və 1969-cu ildən xx.xx.1973-cü ilədək Şamaxı rayon Göylər kənd “Engels” adına kolxozda, xx.xx.1988-ci ildən xx.xx.1989-cu il tarixədək və xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək 24 və 101 saylı SMD-də, xx.xx.1997-ci ildən xx.xx.1998-ci il tarixədək Şamaxı rayon Kərkənc kənd “Şəfəq” kolxozinda, xx.xx.1985-ci ildən xx.xx.1985-ci il tarixədək Şamaxı rayon Lenin adına sovxozda və xx.xx.1990-cı il tarixədək xx.xx.1993-cü il tarixədək Şamaxı rayon Kooperativ Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Daha sonra prosessual hüquq varisi kimi Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Şamaxı rayon filialı cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Hazırda iddiaçı ərizə ilə məhkəməyə müraciət edərək iddia ərizəsinin və sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddia ərizəsinin geri qaytarılması barədə ərizəsinə baxaraq hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya qaytarılmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin qaytarılmasına dair ərizəsi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki,iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası İPM-nin 49, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nin Şamaxı rayon filialına qarşı imtinanın əsassız hesab edilməsi və 1969-cu ildən xx.xx.1973-cü ilədək Şamaxı rayon Göylər kənd “Engels” adına kolxozda, xx.xx.1988-ci ildən xx.xx.1989cu il tarixədək və xx.xx.1989-cu ildən xx.xx.1990-cı ilədək 24 və 101 saylı SMD-də, xx.xx.1997-ci ildən xx.xx.1998-ci il tarixədək Şamaxı rayon Kərkənc kənd “Şəfəq” kolxozinda, xx.xx.1985-ci ildən xx.xx.1985-ci il tarixədək Şamaxı rayon Lenin adına sovxozda və xx.xx.1990-cı il tarixədək xx.xx.1993-cü il tarixədək Şamaxı rayon Kooperativ Cəmiyyətində işlədiyi müddətin sosial sığorta stajına daxil edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan onun təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar