Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-857/2022 15.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi ilə, Mustafayev Aygün Ələmdar qızının katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azəraycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən iddiaçıya verilən 28.09.2010cu il tarixli, **********67 reyestr nömrəli, **********5 qeydiyyat nömrəli və ******* seriya nömrəli torpağa dair çıxarışın və iddiaçının adına verilmiş 25.09.2010-cu il tarixli, **********67 reyestr nömrəli, № AA023796 seriyalı “Torpaq sahəsinin plan və ölçüsü”nə dair sənədin bərpasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsinə Sumqayıt şəhərində məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azəraycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “cavabdeh tərəfindən iddiaçıya verilən 28.09.2010-cu il tarixli, **********67 reyestr nömrəli, **********5 qeydiyyat nömrəli və ******* seriya nömrəli torpağa dair çıxarışın və iddiaçının adına verilmiş 25.09.2010-cu il tarixli, **********67 reyestr nömrəli, № AA023796 seriyalı “Torpaq sahəsinin plan və ölçüsü”nə dair sənədin bərpasının cavabdehə həvalə edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Həmin normaya uyğun olaraq iddiaçının nümayəndəsinə hüquqi yardım edilmiş və ona izah edilmişdir ki, mübahisəli torpaq sahəsinə dair çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin bərpa edilməsi ilə bağlı iddia qaldırmamışdan öncə, həmin çıxarış ləğv edildikdən sonra torpaq sahəsi üzərində hüququn daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair çıxarışın ləğv edilməsi ilə bağlı inzibati orqana müraciət edilməlidir. İnzibati orqan tərəfindən həmin çıxarış ləğv edilmədiyi təqdirdə müvafiq iddia ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəməyə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Lakin hazırkı işdə iddiaçının nümayəndəsinin və vəkilinin ərizənin geri qaytarılmasını xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddiaçı cavabdeh Azəraycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 4 saylı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən iddiaçıya verilən 28.09.2010cu il tarixli, **********67 reyestr nömrəli, **********5 qeydiyyat nömrəli və ******* seriya nömrəli torpağa dair çıxarışın və iddiaçının adına verilmiş 25.09.2010-cu il tarixli, **********67 reyestr nömrəli, № AA023796 seriyalı “Torpaq sahəsinin plan və ölçüsü”nə dair sənədin bərpasının cavabdehə həvalə edilməsi”nə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-857/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-857/2022
15.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver