Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-857/2025 16.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********509700 saylı qərarının ləğv olunması, vergi borcunun yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, "xxxx" Firması Nizamnamə əsasında 31000 47121 saylı VÖEN-lə hüquqi şəxs kimi sahibkarlıq (metal konstruksiyalarının alqı satqısı, istehsalı və satışı) fəaliyyəti göstərir. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul olunmuş xx.xx.2023-cü il tarixli **********509700 saylı qərarına əsasən "xxxx" firmasının hazırda 95787, 97 manat (vergi, İşsizlikdən sığorta və məcburi dövlət sosial haqqları və sair) borcu vardır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********509700 saylı qərarında qeyd olunur ki, hesablanmış komeral vergi borcunn 53040,22 manatı vergi orqanı tərəfindən aparılmış komeral yoxlama nəticəsində müəyyən edilmiş borcdur, 52781,94 manatı isə əlavə hesablanmış vergi borcudur. Dövlət Vergi Xidmətinin 2 sayl Ərazi Vergilər Baş İdarəsinin **********509700 saylı qərarı əsasında hesablanmış 53040,22 manat borc məhkəmə qətnaməsi ilə mübahisələndirilmiş borcdur. Hesablanmış borcun bir hissəsi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli e-2-l(118)-1384/2023 saylı Qərarına əsasən "xxxx" Firmasının 43000 manat dəyərində olan əmlakına yönəldilməsi, həmin əmlakın aşıq hərracdan satılmasına , borcun ödənilməsinə yönəldilmiəsi qərara alınmışdır. Qərar 2 saylı Ərazi Vergilər Baş İdarəsinin **********509700 saylı qərarında qeyd olunur ki, “ aparılmış riskli vergi ödəyic'ısinin ( "xxxx" MMC) EBBV seriyalı 192917 nömrəli ƏDV-siz dəyəri 13158 manat, EBBV seriyalı 192305 nömrəli ƏDV-siz dəyəri 13515 manat , EBBV seriyalı 192961 nömrəli ümumi ƏDV-siz dəyəri 13331,4 manat, EBBV seriyalı 257359 nömrəli ümumi ƏDV-siz dəyəri 12750 manat, EBBV seriyalı 257671 nömrəli ümumi ƏDV-siz dəyəri 12240, EBBV seriyalı 258151 seriyalı ƏDV-siz dəyəri 13260 manat və sair bəyannamədə və hesabatda göstərilən məbləğdə düzəlişlər edilmişdir. Qeyd etmək istəyirik ki, "xxxx" Firması 01/2022 saylı 25 aprel 2022-ci il tarixli alqısatqı müqaviləsinə əsasən "xxxx" MMC-dən və 25 aprel 2022-cİ il tarixli 01/2022 saylı alqı satqı müqaviləsinə əsasən "xxxx" MMC- dən müxtəlif növ metal qırıntıları almışdır. Sonradan həmin metal qırıntılarından "xxxx" Firması metal konstruksiyaları istehsal edərək daxili və xarici bazarda satmışdır.( müqavilələr, təhvil təslim aktları, bank ödənişləri və sair təqdim olunur.) Hazırda "xxxx" Firması "xxxx" MMC-yə və "xxxx" MMC-yə olan borcunun bir hissəsini onların bank hesabına ödəmiş və hazırda istehsal dayandığından ödəniş edə bilməmişdir. Metal qırıntıları qeyd olunan "xxxx" MMC- dən və “DESPLAZ ST’ MMC-dən onlar ilə "xxxx" Firması arasında bağlanmış təhvil-təslim aktına əsasən icra olunmuşdur. Vergi orqanı isə həmin borcu bizə əsasız hesablamışdır. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmdən xahiş etmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Cavabdeh iddia müddətinin tətbiqi barədə ərizəsində qeyd edir ki, iddiaçının mübahisələndirdiyi: - "Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə" xx.xx.2023-cü İİ tarixli **********509700 nömrəli Qərar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixdə göndərilmiş və vergi ödəyicisi tərəfindənxx.xx.2024-cü il tarixdə saat 17:30-da oxunmuşdur. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 70.2-1-ci maddəsinə əsasən sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 1.1 - vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə şəxsən verildiyi gün; 1.2 - poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə - poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 1.3 - elektron üsulla elektron kabinetinə göndərildikdə - elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. “inzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 62.2-ci maddəsinə əsasən görə poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçtla təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Azərbaycan Respublikası İPM-nin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Yuxarda qeyd edildiyi kimi, mübahisələndirilən inzibati qərarlar iddiaçıya təqdim edilmiş və qanunun tələbinə əsasən iddiaçı tərəfindən 30 gün müddətində şikayət instansiyasına və ya məhkəməyə müraciət edilməklə mübahisələndirilməmişdir. Göründüyü kimi, yuxarıda qeyd edilən və iddiaçıya təqdim edilən sənədlərin təqdim edilməsi vaxtından uzun müddət keçdikdən sonra məhkəməyə ərizə verməklə mübahisələndirmişdir ki, bu da iddia verilməsi ilə əlaqədar qanunvericiliyin tələblərinə ziddir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, ərizəni müdafiə edərək iddianın mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, belə nəticəyə gəlir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə ilkin olaraq iddianın növü ilə bağlı qeyd edir ki, hazırkı iddia mahiyyəti etibarı ilə mübahisələndirmə haqqında iddiadır. Qanunvericilikdə inzibati məhkəmə icraatı qaydasında müəyyən növ iddiaların qaldırılması üçün müəyyən müddətlər nəzərdə tutulmuşdur ki, həmin müddətlərdə məhkəmədə iddia qaldırılmaması iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Qanunun həmin normasından göründüyü kimi inzibati aktla hüquqları pozulan şəxs bu qərarın ləğv edilməsini ancaq müəyyən müddət ərzində tələb edə bilər. İnzibati icraat haqqında qanunvericiliyə və formalaşmış məhkəmə təcrübəsinə əsasən iddiaçıya şikayət vermək hüququ izah edilmədikdə isə iddia müddəti 6 ay olaraq qəbul edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normaya görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” xx.xx.2023-cü il tarixli, **********509700 saylı qərarının ləğv olunması, vergi borcunun yenidən hesablanmasını istəyir. Lakin iddiaçı sözügedən qərarın mübahisələndirilməsi üçün qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürmüşdür. Cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş vergi ödəyiciləri ilə yazışmalar barədə hesabatdan çıxarışdan görünür ki, xx.xx.2023-cü il tarixli **********509700 saylı qərar xx.xx.2023-cü il tarixində vergi ödəyicisinə göndərilmiş, sənəd xx.xx.2023-cü il tarixində saat 17:30:35-də vergi ödəyicisi tərəfindən oxunmuş, lakin iddiaçı 9 ay sonra, yəni 2024-cü ilin 06 fevral tarixində iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Beləliklə, iddiaçı tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş müddəti ötürməklə məhkəmədə iddia qaldırmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının oxşar işlər üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)-1901/2024 saylı qərardadında qeyd edilmişdir ki: “9. Məhkəmə kollegiyası hesab edir ki, İPM-in 94.2, 96.2-96.3, 98-1-ci maddələrinin müddəalarına, eləcə də, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “İnzibati məhkəmə icraatında kassasiya şikayətinin mümkünlüyünə dair” 2023-cü il 06 noyabr tarixli Qərardadındakı hüquqi mövqelərə əsasən kassasiya şikayəti mümkün sayılmamalıdır.
10. Məhkəmə kollegiyası xatırladır ki, qeyd olunan Qərardadda hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyinin, ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiqinin və hüququn inkişafına nail olmanın təmin edilməsi məsələsinə Ali Məhkəmədəki icraatın özəl xüsusiyyətləri nəzərə alınmaqla baxılaraq qərara alınmışdır ki: “1. “Azərbaycan Respublikasının Konstitusiyasının 131-ci maddəsində və İnzibati Prosessual Məcəllənin 91 və 94.2-ci maddələrində müəyyən edilmiş Ali Məhkəmənin konstitusion statusuna və kassasiya icraatının xüsusi təyinatına uyğun olaraq kassasiya şikayəti hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər əks olunmaqla əsaslandırılmalıdır.
2. Kassasiya şikayətində hüququn düzgün tətbiq edilmədiyinə dair dəlillər göstərilərkən məhkəmə tərəfindən mübahisəyə tətbiq edilməli olan hüquq normalarının tətbiq edilmədiyinə və ya natamam tətbiq edildiyinə, tətbiq edilməli olmayan normaların tətbiq edildiyinə, yaxud da normaların düzgün təfsir edilmədiyinə dair münasibət işin halları ilə əlaqəli şəkildə əsaslandırılmış qaydada təqdim olunmalıdır.
3. Kassasiya şikayətində vahid məhkəmə təcrübəsinə dair dəlillər göstərilərkən məhkəmənin iş üzrə gəldiyi nəticənin mövcud məhkəmə təcrübəsinə zidd olduğu və ya məhkəmə təcrübəsinin özünün ziddiyyətli olduğu, yaxud təcrübənin ümumiyyətlə olmadığı, yaxud da mövcud təcrübənin dəyişdirilməsinə zərurət yarandığı əsaslandırılmalıdır.
4. Baxılan mübahisə üzrə vahid məhkəmə təcrübəsi mövcud və aydın olduqda, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrildikdə, həmçinin təcrübə tərəflər üçün əlçatan və bəlli olduqda, əgər oxşar işlər üzrə kassasiya şikayəti həmin təcrübəni nəzərə almadan və ya təcrübəni dəyişdirməyə yönəlmiş yeni dəlillərə istinad olunmadan verilmişsə, şikayət əsaslandırılmamış hesab edilə bilər.
5. Hüququn düzgün tətbiq edilmədiyinə və vahid məhkəmə təcrübəsinə dair dəlillər kassasiya şikayətində lazımi qaydada əsaslandırılmadıqda, eləcə də şikayət hüququndan sui-istifadə edildikdə İnzibati Prosessual Məcəllənin 96.2 və 96.3-cü maddələrinə əsasən kassasiya şikayəti mümkün sayılmaya bilər”.
11. Hazırkı işdə, şikayətçi əvvəllər kassasiya məhkəməsi tərəfindən oxşar mübahisələr həll edilərkən baxılmamış və qiymətləndirilməmiş yeni dəlillərə və məlumatlara istinad etməmişdir. Nəticədə, məhkəmə kollegiyası hesab edir ki, hazırkı işdə mövcud məhkəmə təcrübəsinə qarşı əsaslı dəlillər irəli sürülməmişdir.
12. Məhkəmə kollegiyası hesab edir ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsinin mövcud və aydın olması, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməsi və təcrübənin tərəflər üçün əlçatan və bəlli olması) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi qərarlarda (xx.xx.2023-ci il tarixli 2-1(102)1045/2023 nömrəli, xx.xx.2024-cü il tarixli, 2- 1(102)344/2024 nömrəli xx.xx.2024-cü il tarixli, 2-1(102)1036/2024 nömrəli qərarlarda) formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, vergi ödəyicilərinin elektron kabinetinə göndərilən inzibati aktlar “İnzibati icraat haqqında” Qanunun 62.2-ci maddəsinə əsasən, göndərildiyi gündən 3 gün keçdikdən sonra təqdim olunmuş sayılır.
13. Beləliklə, mübahisəli məsələyə münasibətdə hüququn tətbiqinə dair vahid məhkəmə təcrübəsi mövcud və aydındır, eləcə də həmin təcrübə kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilmişdir. Məhkəmə təcrübəsini müəyyən edən qərarlar Ali Məhkəmənin internet saytında yerləşdirildiyinə, həmçinin sözügedən hüquqi mövqe məhkəmə mübahisələri üzrə çıxarılmış qərarlarda təkrarlandığına görə, kassasiya şikayəti verən iddiaçı üçün əlçatan və bəlli olmuşdur.” Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.
Hakim Aynur Axundova