Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-859/2021 11.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Oruclu Nurlan Zöhrab oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X7 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən Quba rayon ərazisində yerləşən “Bulanlıq” yaylağından 150 ha yay otlaq sahəsinin 15 il müddətinə istifadəyə verilməsi barədə 25.08.2016-cı il tarixli, 173 saylı sərəncamın ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt inzibati məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında yoxlayaraq, Müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq Cavabdeh tərəfindən Quba rayon ərazisində yerləşən “Bulanlıq” yaylağından 150 ha yay otlaq sahəsinin 15 il müddətinə istifadəyə verilməsi barədə 25.08.2016-cı il tarixli, 173 saylı sərəncamın ləğv edilməsi tələbinə dair iddia ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, yuxarıda göstərilən ünvanda 5 nəfər ailə üzvləri ilə yaşayır. Onun 2002-ci ildən qanuni əsaslarla istifadə etdiyi Quba rayonu ərazisində yerləşən Bulanlıq yaylağından 161 ha yay otlaq sahəsi sonuncu dəfə Cavabdeh başçısının 26 iyul 2016-cı il tarixli 155 saylı Sərəncamı əsasında 15 il müddətinə heyvandarlığın inkişafı məqsədi ilə onun istifadəsinə verilmişdir. Bundan başqa həmin torpaq sahəsi ilə bağlı onun mülkiyyətçisi hesab edilən AR Dövlət Əmlak Komitəsi tərəfindən onun hüquqları tanınmaqla həmin kənd təsərrüfatı təyinatlı örüş sahəsinin yerquruluşu planı verilmiş və bununla əlaqədar o, həmin komitənin hesabına 17.01.2018-ci ildə 606 manat vəsait ödəmişdir. Lakin Qəbələ rayon Laza kənd sakini X4 onun qanuni istifadəsinə ayrılmış bu örüş sahəsini qeyri-qanuni şəkildə əldə etməklə Cavabdeh tərtib etdiyi xəritə əsasında zəbt etmiş və həmin sahənin ona ayrıldığını bildirməklə ona həmin örüş sahəsindən istifadə etməyə imkan verməmişdir. Həmin torpaq sahələri hazırda Dövlət Əmlak Komitəsinin balansında və mülkiyyətində olduğu üçün onun üzərində sərəncam vermək hüququ yalnız həmin komitəyə məxsusdur və komitə tərəfindən də onun hüquqları tanınmışdır. O, həmin ərazidən istifadə etmək üçün komitəyə vəsait ödəmiş və həmin sahədən təyinatına uyğun istifadə etməklə gəlir götürmək və himayəsində olan ailəsini dolandırmaq istəmişdir. Lakin qanunsuz sənədləşmə üzündən, yəni istifadəsinə verilmiş torpaq sahəsinin eyni cizgilər əsasında başqa bir şəxsin istifadəsinə də verilməsi səbəbindən o nəinki gəlir götürmüş, maddi zərərə uğramışdır. O, bu məsələ ilə bağlı polisə müraciət etmiş, lakin ona bu məsələnin mülki qaydada həll edilməsi bildirilmişdir. Buna görə də o, cavabdeh təşkilata dəfələrlə ərizələr göndərmiş və həmin ərizələrdə ayrılmış torpaq sahəsinə dair xəritədə dəyişiklik edilməsini və bu barədə sərəncamın İəğv olunmasını, ona başqa sahədən torpaq sahəsinin ayrılmasını xahiş etmiş, sonuncu dəfə 06.02.2021-ci il tarixdə teleqramla müraciət edərək cavabdehdən bu məsələni yoluna qoymasını bildirmiş lakin, cavabdeh bu müraciətinə də cavab verməmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Quba RİHB-nin 26 iyul 2016-cı il tarixli,155 nömrəli sərəncamına əsasən heyvandarlığın inkişaf etdirilməsi məqsədilə Quba rayonu ərazisində yerləşən “Bulanlıq” yaylağından 161 ha yay otlaq sahəsi 15 il müəddtinə İddiaçı istifadəsinə verilmişdir. Həmçinin Quba RİHB-nin 25 avqust 2016-cı il tarixli 173 nömrəli sərəncamına əsasn heyvandarlığın inkişaf etdirilməsi məqsədilə Quba rayonu ərazisində yerləşən “Bulanlıq” yaylağından 150 ha yay otlaq sahəsi 15 il müddətinə X1 istifadəsinə verilmişdir. İddiaçı ilə yuxarıda qeyd olunan şəxs Qəbələ rayonu Laza kənd sakinidirlər. Onlar uzun müddət öz heyvanlarını həmin otlaq sahələrində qarşılıqlı razılıq əsasında saxlamış və hər birinə verilmiş sərəncamlar barədə məlumatlı olmuşdur. Rayon İcra Hakimiyyətinin arxivində saxlanılan qeyd olunan materiallarda (Sərəncamların verilməsinə əsas olan sənədlərdə) torpaq sahələrinin yerquruluşu planları və cizgiləri mövcud deyildir. X5 və həmin yaylaqda yerləşən digər şəxslərə rayon İcra Hakimiyyəti tərəfindən 2020-ci il tarixdə məktub ünvanlanaraq bildirilmişdir ki, rayon ərazisində mövcud olan yay və qış otlaq sahələrində (dövlət mülkiyyətində) elektron uçot işlərinin (dəqiqləşdirmələrin) aparılması nəzərdə tutulmuşdur. Bununla əlaqədar müvafiq sənədlərin rayon icra hakimiyyətinə təqdim edilməsi barədə xəbərdar edilsələr də, qeyd olunan müraciətlərə cavab verilməmişdir. Həmçinin Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi tərəfindən İddiaçı verilmiş yerquruluşu planından görünür ki, şərti işarələrlə işarələnmiş 161 ha torpaq sahəsinin İddiaçı icarəsinə verilməsi nəzərdə tutulmuşdur. Elektron baza məlumatlarında həmin 161 ha örüş sahəsi göstərilsə də, ora hər-hansı bir digər şəxsin adına yerquruluşu planının işlənməsi müəyyən edilməmişdir. Vətəndaşlara sərəncamla birlikdə verilmiş cizgi planlar yerində faktiki araşdırma aparılmadan tərtib edilmişdir. Dövlət mülkiyyətində olan torpaq sahələrinin icarəyə verilməsi zamanı ilkin olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzindən yerquruluşu planı alınmalı və müvafiq orqanların razılığından sonra sərəncam verilməlidir. Həmin qaydalara əməl edilmədən verilmiş yerquruluşu planı etibarlı hüquqi sənəd hesab edilə bilməz. İşin şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və üçüncü şəxsin nümayəndəsi və vəkili gəlmiş, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saydı. Üçüncü şəxsin nümayəndəsi və vəkili X11 izahatında bildirdi ki, Qəbələ rayon İcra Hakimiyyətinin 16 noyabr 2001-ci il tarixli, 276 saylı sərəncamı ilə hazırda İddiaçı ilə X4 arasında mübahisələndirilən yay örüş torpaq sahələri istifadəsinə verilmişdir. Bundan sonra Cavabdeh 25 avqust 2016-cı il tarixli 173 saylı sərəncamı ilə Quba rayonu “Bulanlıq” yaylağından 150 ha yay otlaq sahəsi 15 il müddətinə heyvandarlığın inkişafı məqsədilə X1 istifadəsinə verilmiş və sərəncam verən dövlət orqanı ilə aralarında torpaq sahəsinin icarəsinə dair müqavilə bağlanmışdır. Üçüncü şəxslə iddiaçı qonşuluq münasibətlərində yaşamışlar. Buna baxmayaraq sonradan münasibətləri pozulmuş və iddiaçı həmin torpaq sahəsinə sərəncam almışdır. Lakin faktiki olaraq Quba rayonu ərazisində olan həmin yaylağın ətrafında, eləcə də İsmayıılı rayonunun Qalacıq kəndindən Quba rayonu ərazisinə keçid yaylaqlarında babasının adına dağ keçid yolları , dolamalar mövcuddur. Bu faktın özü həmin yaylaq sahələrindən fərdi təsərrüfatlardan əvvəl onların istifadəsində olmasına dəlalət edən faktdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddiaçını dinləyərək belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarının 2.3-cü bəndində qeyd olunmuşdur ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını yoxlamalıdırlar. İddiaçı Cavabdeh “Bulanlıq” yaylağından 150 ha yay otlaq sahəsinin 15 il müddətinə istifadəyə verilməsi barədə 25.08.2016-cı il tarixli, 173 saylı sərəncamının ləğv edilməsini məhkəmədən xahiş edir. O, hesab edir ki, mübahisələndirdiyi sərəncamla üçüncü şəxsin istifadəsinə verilmiş torpaq sahəsi Cavabdeh 26 iyul 2016-cı il tarixli 155 saylı sərəncamı əsasında onun istifadəsinə ayrılmış torpaq sahəsi ilə üst-üstə düşür. İş materiallarına əlavə edilmiş İddiaçı Şirəli oğlunun şikyəti üzrə Quba rayon polis şöbəsinin təhqiqatçısı, polis kaitanı X6 21 avqust 2020-ci il tarixli qərarından görünür ki, iddiaçı Quba rayon icra başçısı Yaşar Məmmədov tərəfindən 26.07.2016-cı il tarixdə Quba rayonu Haput kəndi ərazisində yerləşən yaylaq sahəsinin xəritəsinin yeniləndiyi vaxt həmin ərazinin həmkəndlisi X3 da sərəncam və xəritə ilə verildiyinin müəyyən edildiyi, Qədirin həmin ərazini Haput kənd sakinlərinə icarəyə verməsi bununla bağlı aralarında münaqişə yaranması ilə bağlı rayon polis şöbəsinə teleqramma ünvanlamışdır. Qeyd olunan qərarla qərarın təsviri hissəsində göstərilənlərə əsasən, X1 barəsində cinayət işinin başlanması rədd edilmişdir. Qərarın təsviri hissəsində qeyd edilmişdir ki, Quba RİHB tərəfindən 26.07.2016-cı il tarixli 155 nömrəli sərəncamla İddiaçı icarəyə verilmiş161 ha yay otlaq sahəsi, onunla qonşu olan 25.08.2016-cı il tarixli 173 nömrəli sərəncamla X2 icarəsinə verilmiş 150 ha yay otlaq sahələrinin ilkin yer quruluşu xəritələrində göstərilən cizgilərin hər iksində eyni olması təqdim olunan ilkin sənədlərin surətləri ilə müəyyən edilmişdir. Araşdırma zamanı İddiaçı icarəyə verilmiş 161 ha yay otlaq sahəsinin xəritə sənədlərində göstərilən sahənin ona verilməsi Qədir Muştaqova verilən yay otlaq sahəsinin xəritədə göstərilən cizgiləri səhvən Cəlal Mikayılova verilən sahənin xəritəsinin cizgi sxemi ilə eyni olduğundan Nəsrulla Vəliyev tərəfindən dəyişdirilməklə ona yeni xəritə sxemi verilmiş, Qədir Mikayılova düzəlişlə verilən yeni xəritə sxemi verildiyi, sonuncu isə ona səhvən verilmiş Cəlal Mikayılovun sahəsinin xəritəsini özündə saxladığı və hal-hazırda polisə təqdim etdiyi xəritə olduğu Nəsrulla Vəliyev, Məhəmməd Məmmədov, Ağməmməd Qədirov, Ramiq Qədirov və İddiaçı izahatları ilə təsdiq olunmuşdur. Məhkəmə tərəfindən Cavabdeh tərəfindən üçüncü şəxs X1 istifadəsinə verilmiş torpaq sahəsinin yerquruluşu planından çıxarışın məhkəməyə təqdim edilməsi ilə bağlı müvafiq sorğular verilmiş, lakin onun istifadəsinə verilmiş torpaq sahəsinə yerquruluşu planından çıxarışın verildiyi müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etmək üçün subyektiv hüququ yoxdur və iddiaçı düzgün olmayan hüquq müdafiə vasitəsi seçmişdir. Belə ki, üçüncü şəxsin istifadəsinə verilmiş torpaq sahəsinin iddiaçıya ayrılmış torpaq sahəsi ilə üst-üstə düşməsini təsdiq edən hər hansı bir sənəd mövcud deyildir. Belə olan halda iddiaçının üçüncü şəxslərə torpaq sahəsi ayrılması ilə bağlı sərəncamları mübahisələndirmək üçün subyektiv hüququ mövcud deyil. İddiaçı düzgün olmayan hüquqi müdafiə vasitəsi seçmişdir. İddiaçı və üçüncü şəxslər mübahisəli torpaq sahəsinin onlara ayrıldığını iddia edirlər, cavabdeh inzibati orqan isə onlara ayrı-ayrı torpaq sahələrinin ayrıldığını lakin arxivdə yerqruluşu planları və cizgilərin mövcud olmadığını qeyd edir. Bu halda hüquqi müdafiə vasitəsi olaraq mülki məhkəmə icraatı qaydasında torpaq sahəsindən qanunsuz istifadə ilə bağlı iddialar qaldırıla bilər. İnzibati orqanların torpaq sahəsinin plan və cizgi ilə bağlı müvafiq sənədlərin verilməsi ilə bağlı hərəkətlərində qanunsuzluq olarsa, həmin hissədə inzibati məhkəmə icraatı qaydasında iddialar qaldırıla bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən Quba rayon ərazisində yerləşən “Bulanlıq” yaylağından 150 ha yay otlaq sahəsinin 15 il müddətinə istifadəyə verilməsi barədə 25.08.2016-cı il tarixli, 173 saylı sərəncamın ləğv edilməsinə dair iddiası mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı : İddiaçı Cavabdehnə qarşı Cavabdeh tərəfindən Quba rayon ərazisində yerləşən “Bulanlıq” yaylağından 150 ha yay otlaq sahəsinin 15 il müddətinə istifadəyə verilməsi barədə 25.08.2016-cı il tarixli, 173 saylı sərəncamın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-859/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-859/2021
11.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver