Məhkəmə qərarları › İş №2-1(118)-859/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-859/2024

11.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-859/2024 11.10.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Əhmədli Əhməd Dünyamin oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı ““cavabdehin **********172986 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən tətbiq edilmiş 6997.38 manat mailiyyə sanksiyası hissəsində istisna olmaqla ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı MMC-yə vergi ödəyicisinin və ya sığortaedənin vergi qanunvericiliyinin və ya icbari tibbi sığorta və sosial sığorta qanunvericiliyinin pozulmasna görə məsuliyyətə cəlb edilməsi haqqında **********172986 nömrəli qərarın ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, “cavabdehin **********172986 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən tətbiq edilmiş 6997.38 manat mailiyyə sanksiyası hissəsində istisna olmaqla ləğv edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı MMC (bundan sonra MMC) 2018-ci il tarixdə təsis edilmiş və Kommersiya hüquqi şəxslərin Dövlət qeydiyyatından çıxarışa əsasən dövlət qeydiyyatına alınmışdır. MMC nizamnaməyə uyğun olaraq kommersiya fəaliyyəti ilə məşğul olur və fəaliyyət dövrü ərzində üzərinə düşən öhdəlikləri vaxtı vaxtında yerinə yetirmiş yəni gəlirlərinə uyğun olaraq üzərinə düşən vergiləri vaxtı vaxtında vergi orqanında bəyan etməklə ödəmişdir. Dəfələrlə vergi orqanı tərəfindən əsassız olaraq qəbul edilmiş əlavə vergilərin hesablanması barədə qərarları iddiaçı tərəfindən mübahisələndirilmiş və yekun məhkəmə aktlarına əsasən ləğv edilmişdir. xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin rəis müavini tərəfindən qəbul edilmiş **********172986 nömrəli Qərarla MMC-yə 1.113.490,18 əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləğinə 556.704,6 maliyyə sanksiyası tətbiq edilmişdir. Qərarda göstərilmişdir ki, aparılmış yoxlama dövründə vergi ödəyicisi müxtəlif çeşiddə malları idxal edib topdan və pərakəndə satışını həyata keçirmişdir. Vergi ödəyicisinin 2019-cu il ərzində mənfəət vergisi bəyannaməsində göstərdiyi 9.727.613,74 manat dövriyyəsinin 183018,19 manat elektron qaimə-fakturalara əsasən təsdiq olunduğu halda fərq kimi müəyyən edilən (97276xx.xx-183018.19) = 9.544.595,55 manat dövriyyə təsdiqedici sənədlər əsasında təsdiqini tapmamışdır. Belə ki, vergi ödəyicisi tərəfindən pərakəndə satışla bağlı dövriyyənin açılışı ilə əlaqədar təqdim edilən excel fayl məlumatlarında müvafiq dövrlər üzrə əldə edilmiş yük gömrük bəyannamələrinə əsasən əldə edilmiş mallar üzərinə 2% ticarət əlavəsi tətbiq edilmiş satışlar mövcud olmuşdur. Kassa vasitəsilə həyata keçirilən satışlara dair vergi ödəyicisi tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərində satışlar həyata keçirilən şəxslərin məlumatları tam olmadığından həmin şəxslərin vergi ödəyicisi olub-olmadığını müəyyən etmək mümkün olmamışdır. Halbuki MMC tərəfindən ticarət əlavəsi 2 % həddində olduğu halda cavabdeh qurum isə daha çox ticarət əlavəsinin qoyulmasını tələb edərək özlərinin müəyyənləşdirdiyi həddə hesablamalarını aparmışlar. İddiaçı hesab edir ki, qərarda göstərilən əsaslar həqiqəti əks etdirmir və bu səbəbdən də qərar qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iddiaçının nümayəndəsi X3 iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddiaya qarşı yazılı etiraza uyğun izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh orqanın iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi aşağıda göstərilənlərə əsasən iddia tələbini mümkünsüz hesab edir: İddia ərizəsi ilə əlaqədar olaraq bildiririk ki, cavabdeh vergi orqanının “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” xx.xx.2022-ci il tarixli **********164838 saylı qərarına əsasən "xxxx" MMC-də xx.xx.2019-cu il tarixdən xx.xx.2022-ci il tarixədək olan dövrü əhatə edilməklə növbədənkənar vergi yoxlaması təyin edilmiş edilmişdir. “Növbəti səyyar vergi yoxlamasının keçirilməsi barədə” Qərar, Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən Çıxarış, “Vergi yoxlamanın keçirilməsi üçün zəruri olan sənədlərin təqdim edilməsi barədə” Tələbnamə vergi ödəyicisinə təqdim edilmiş və xx.xx.2022-ci il tarixli **********164855 saylı Tələbnamədə qeyd olunan sənədlərin 15 (on beş) iş günü müddətində yoxlamaya təqdim edilməsi təklif edilmişdir. Yoxlanılan dövr ərzində vergi ödəyicisi ixtisaslaşdırılmamış malların topdan və pərakəndə satışı fəaliyyəti ilə məşğul olmuşdur. Vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilən 2019-cu ilin Mənfəət vergisi bəyannaməsində dövriyyə məbləği 9 736 252.81 manat, cəmi xərclərini 9 647 211.09 manat göstərməklə vergitutma məqsədləri üçün mənfəəti 89 041.72 manat, hesablanmış vergi məbləği isə 17 808.34 manat olmuşdur. Aparılmış yoxlama dövründə vergi ödəyicisi müxtəlif çeşiddə malları idxal edib topdan və pərakəndə satışını həyata keçirmişdir. Vergi ödəyicisinin 2019-cu il ərzində mənfəət vergisi bəyannaməsində göstərdiyi 9 727 613.74 manat dövriyyənin 183 018,19 manatı elektron qaimə-fakturalara əsasən təsdiq olunduğu halda fərq kimi müəyyən edilən (9 727 613.74-183 018.19) = 9 544 595.55 manat dövriyyə təsdiqedici sənədlər əsasında təsdiqini tapmamışdır. Belə ki, vergi ödəyicisi tərəfindən pərakəndə satışla bağlı dövriyyənin açılışı ilə əlaqədar təqdim edilən excel fayl məlumatlarında müvafiq dövrlər üzrə əldə edilmiş yük gömrük bəyannamələrinə əsasən əldə ediliş mallar üzərinə 2 % ticarət əlavəsi tətbiq edilmiş satışlar mövcud olmuşdur. Kassa vasitəsilə həyata keçirilən satışlara dair vergi ödəyicisi tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərində satışlar həyata keçirilən şəxslərin məlumatları tam olmadığından həmin şəxslərin vergi ödəyicisi olub-olmadığını müəyyən etmək də mümkün olmamışdır. Həmçinin vergi ödəyicisi tərəfindən mal-material hesabatı, dövriyyə açılışı kimi müəyyən təqdim edilən excel fayl məlumatlarının alt sənədi olan kassa çıxarışları təqdim edilmədiyindən, yoxlama üçün naməlum olan gəlirlərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin müəyyən edilməsi üçün Bəyannamələrin təhlili və kamera vergi yoxlamaları idarəsinə xx.xx.2023-cü il tarixli **********613100 nömrəli məktubla müraciət edilmişdir. Alınmış xx.xx.2023-cü il tarixli **********699900 nömrəli cavab məktubunda İddiaçı (VÖEN **********) fəaliyyət göstərdiyi ərazi üzrə eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ilə məşğul olan analoji vergi ödəyiciləri barədə məlumat aşkar edilməmişdir. Odur ki, vergi məcəlləsinin 67.14-cü maddəsinə əsasən məcəllənin 67.1-ci maddəsində göstərilən məlumatların müəyyən edilməməsi səbəbindən vergi ödəyicisinin gəlirlərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin vergiyə cəlb edilən mənfəəti Vergi Məcəlləsinin 83.9 maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) xərcə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilməklə müəyyən edilmişdir. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. 2019-cu il üzrə ATLANTİS-2018 GLOBAL MMC-nin (VÖEN **********) xərclərinin 9 663 360,50 manat olduğu müəyyən olunmuşdur. Həmin xərclər əmək haqqı və ona uyğun olaraq ödənilmiş sosial sığorta haqları, malın dəyəri, icarə xərci, bank xərci və digər xərclərdən ibarət olmuşdur. Belə ki, vergi ödəyicisinin 2019-cu il ərzində bəyannaməsində xərc maddəsi kimi göstərilmiş 19525,67 manat əmək haqqı və ona uyğun olaraq hesablanmış 3950.14 manat sosial sığorta haqları həmin dövr ərzində təqdim edilmiş MDSS hesabatlarına əsasən təsdiqlənmişdir. Malların dəyəri kimi göstərilmiş 9 601 408.89 manat xərc 2019-cu ildə idxal edilmiş yük gömrük bəyannamələrinə əsasən invoys dəyəri kimi təsdiqlənmişdir. İcarə haqqı məbləği 2019-cu il ərzində təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə əsasən 2400.00 manat olduğu müəyyən edilmişdir. Bank xidmətləri üzrə xərcləri çıxarışlara əsasən öz təsdiqini tapmışdır. Digər xərc kimi müəyyən göstərilən 32 116.11 manat xərc isə elektron qaimə-fakturalara əsasən müəyyən edilmiş və xərc kimi öz təsdiqini tapmışdır. Vergi ödəyicisinin vergiyə cəlb olunmalı mənfəəti aşağıdakı kimi müəyyən edildi: M 2019 = 9 663 360,50 / 100 x 20 = 1 932 672,10 manat Vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 1 932 672,10 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 386 534,42 manat (1 932 672,10 * 20% = 386 534,42) olacaqdır. Ödəyici tərəfindən 2019-cu il üzrə 17 808,34 manat Mənfəət vergisi hesablanmışdır. 2019-cu il mənfəət vergisi üzrə Vergi Məcəlləsinin 83.9-cu, 104-cü maddəsinə əsasən 368 726,08 (386 534,42 - 17 808,34) manat əlavə vəsait hesablanmışdır. Vergi ödəyicisi tərəfindən hesablama metodu ilə təqdim edilən 2020-ci ilin Mənfəət vergisi bəyannaməsində dövriyyə məbləği 10 554 852.04 manat, cəmi xərclərini 10 391 038.94 manat göstərməklə vergitutma məqsədləri üçün mənfəəti 163813.10 manat, hesablanmış vergi məbləği isə 32 762.62 manat olmuşdur. Aparılmış yoxlama dövründə vergi ödəyicisi müxtəlif çeşiddə malları idxal edib topdan və pərakəndə satışını həyata keçirmişdir. Vergi ödəyicisinin 2020-ci il ərzində mənfəət vergisi bəyannaməsinfə göstərdiyi 10 492 589.34 manat dövriyyənin 255 368.13 manatı elektron qaimə-fakturalara əsasən təsdiq olunduğu halda fərq kimi müəyyən edilən (10 492 589.34255 368.13) = 10 237 221.21 manat dövriyyə təsdiqedici sənədlər əsasında təsdiqini tapmamışdır. Vergi orqanında olan baza məlumatlarına əsasən vergi ödəyicisinin **********-31002 kodlu obyektində qeydiyyatda olan SUNMİ V1S markalı VS43204P61546 zavod nömrəli onlayn kassa aparatından alınmış çıxarışa əsasən 3 996 129,07 manat kassa dövriyyəsi olmuşdur. Baza məlumatlarına olan kassa dövriyyəsi ilə bağlı ƏDV geri al portalına daxil edilmiş çeklərə baxış keçirilmiş və alışların bir neçə şəxs tərəfindən həyata keçirildiyi müəyyən edilmişdir. Kassa vasitəsilə həyata keçirilən satışlara dair vergi ödəyicisi tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərində satışlar həyata keçirilən şəxslərin məlumatları tam olmadığından həmin şəxslərin vergi ödəyicisi olub-olmadığını müəyyən etmək də mümkün olmamışdır. Həmçinin vergi ödəyicisi tərəfindən mal-material hesabatı, kassa çıxarışları təqdim edilmədiyindən yoxlama üçün naməlum olan gəlirlərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Belə ki, vergi ödəyicisinin təsdiqlənməyən dövriyyəsinin açılışı bilinmədiyindən, mal-material hesabatı olmadığından illər üzrə əldə edilən malların adlarını, miqdarlarını, dəyərlərini müəyyən etmək mümkün olmamışdır. Odur ki, vergi məcəlləsinin 67.14-cü maddəsinə əsasən məcəllənin 67.1-ci maddəsində göstərilən məlumatların müəyyən edilməməsi səbəbindən vergi ödəyicisinin gəlirlərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin vergiyə cəlb edilən mənfəəti Vergi Məcəlləsinin 83.9 maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilməklə müəyyən edilmişdir. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. M 2020 = 10 421 356.72/ 100 x 20 = 2 084 271.34 manat SVY ilə aparılmış araşdırma zamanı vergi ödəyicisinin 2020-ci il ərzində xərclərinin 10 421 356.72 manat olduğu müəyyən olunmuşdur. Həmin xərclər əmək haqqı və ona uyğun olaraq ödənilmiş sosial sığorta haqları, malın dəyəri, icarə xərci, bank xərci və digər xərclərdən ibarət olmuşdur. Belə ki, vergi ödəyicisinin 2020-ci il ərzində bəyannaməsində xərc maddəsi kimi göstərilmiş 17600 manat əmək haqqı və ona uyğun olaraq hesablanmış 3736 manat sosial sığorta haqları həmin dövr ərzində təqdim edilmiş MDSS hesabatlarına əsasən təsdiqlənmişdir. Malların dəyəri kimi göstərilmiş 10 337 584 manat xərc 2020-ci ildə idxal edilmiş yük gömrük bəyannamələrinə əsasən invoys dəyəri kimi təsdiqlənmişdir. İcarə haqqı məbləği 2020-ci il ərzində təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə əsasən 2400 olduğu müəyyən edilmişdir. Bank xidmətləri üzrə xərcləri çıxarışlara əsasən öz təsdiqini tapmışdır. Digər xərc kimi müəyyən göstərilən 52 584.38 manat xərc isə elektron qaimə-fakturalara əsasən müəyyən edilmiş və xərc kimi öz təsdiqini tapmışdır. Vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 2 084 271.34 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 416 854.27 manat (2 084 271.34* 20% = 415 641,56) olacaqdır. Ödəyici tərəfindən 2020-ci il üzrə 32 762,62 manat Mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 83.9-cu, 104-cü maddəsinə əsasən 2020-ci il mənfəət vergisi üzrə 384 091,65 (416 854.27 - 32 762,62) manat əlavə vəsait hesablanmışdır. Vergi ödəyicisi tərəfindən kassa metodu ilə təqdim edilən 2021-ci ilin Mənfəət vergisi bəyannaməsində dövriyyə məbləği 9 759 695.76 manat, cəmi xərclərini 9 629 977.39 manat göstərməklə vergitutma məqsədləri üçün mənfəəti 129 718.37 manat, hesablanmış vergi məbləği isə 25 943.67 manat olmuşdur. Aparılmış yoxlama dövründə vergi ödəyicisi müxtəlif çeşiddə malları idxal edib topdan və pərakəndə satışını həyata keçirmişdir. Vergi ödəyicisinin 2020-ci il ərzində mənfəət vergisi bəyannaməsində göstərdiyi 9 746 899.04 manat dövriyyənin 144 854.78 manatı elektron qaimə-fakturalara əsasən təsdiq olunduğu halda fərq kimi müəyyən edilən (9 746 899.04 - 144854.78) =9 602044.26 manat dövriyyə təsdiqedici sənədlər əsasında təsdiqini tapmamışdır. Belə ki, vergi ödəyicisi tərəfindən pərakəndə satışla bağlı dövriyyənin açılışı ilə əlaqədar təqdim edilən excel fayl məlumatlarında müvafiq dövrlər üzrə əldə edilmiş yük gömrük bəyannamələrinə əsasən əldə ediliş mallar üzərinə 2 % ticarət əlavəsi tətbiq edilmiş satışlar mövcud olmuşdur. Kassa vasitəsilə həyata keçirilən satışlara dair vergi ödəyicisi tərəfindən təqdim edilmiş kassa mədaxil orderlərində satışlar həyata keçirilən şəxslərin məlumatları tam olmadığından həmin şəxslərin vergi ödəyicisi olub-olmadığını müəyyən etmək də mümkün olmamışdır. Həmçinin vergi ödəyicisi tərəfindən mal-material hesabatı, dövriyyə açılışı kimi müəyyən təqdim edilən excel fayl məlumatlarının alt sənədi olan kassa çıxarışları təqdim edilmədiyindən yoxlama üçün naməlum olan gəlirlərin Vergi Məcəlləsinin 67.1-ci maddəsində sadalanan əlaqəli məlumatların müəyyən edilməsi mümkün olmamışdır. Odur ki, vergi məcəlləsinin 67.14-cü maddəsinə əsasən məcəllənin 67.1-ci maddəsində göstərilən məlumatların müəyyən edilməməsi səbəbindən vergi ödəyicisinin gəlirlərini müəyyən etmək mümkün olmadığı üçün vergi ödəyicisinin vergiyə cəlb edilən mənfəəti Vergi Məcəlləsinin 83.9 maddəsinə və Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı qərarına əsasən (04 aprel 2003-cü il tarixli 42 saylı qərarı ilə edilmiş əlavə və dəyişikliklər nəzərə alınmaqla) gəlirə görə şərti rentabellik norması əsasında aşağıdakı üsuldan istifadə edilməklə müəyyən edilmişdir. M = G x R : (100+R) M - Vergiyə cəlb olunmalı mənfəət məbləği G - Vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir R - Şərti rentabellik normasıdır və bu norma 20 % səviyyəsində götürülür. M 2021 = 9 663 377.95 / 100 x 20 = 1 932 675,59 manat SVY ilə aparılmış araşdırma zamanı vergi ödəyicisinin 2021-ci il ərzində xərclərinin 9 663 377.95 manat olduğu müəyyən olunmuşdur. Həmin xərclər əmək haqqı və ona uyğun olaraq ödənilmiş sosial sığorta haqları, malın dəyəri, icarə xərci, bank xərci və digər xərclərdən ibarət olmuşdur. Belə ki, vergi ödəyicisinin 2021-ci il ərzində bəyannaməsində xərc maddəsi kimi göstərilmiş 29 414.50 manat əmək haqqı və ona uyğun olaraq hesablanmış 6 468.56 manat sosial sığorta haqları həmin dövr ərzində təqdim edilmiş MDSS hesabatlarına əsasən təsdiqlənmişdir. Malların dəyəri kimi göstərilmiş 9 558 709.84 manat xərc 2021-ci ildə idxal edilmiş yük gömrük bəyannamələrinə əsasən invoys dəyəri kimi təsdiqlənmişdir. İcarə haqqı məbləği 2020-ci il ərzində təqdim edilmiş ödəmə mənbəyində tutulan vergi bəyannamələrinə əsasən 2400.00 manat olduğu müəyyən edilmişdir. Bank xidmətləri üzrə xərcləri çıxarışlara əsasən öz təsdiqini tapmışdır. Digər xərc kimi müəyyən göstərilən 58 534.56 manat xərc isə elektron qaimə-fakturalara əsasən müəyyən edilmiş və xərc kimi öz təsdiqini tapmışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş izahat məktubuna əsasən 2021-ci il üzrə hesabatlarını Vergi Məcəlləsinin 130-cu maddəsinə əsasən uçotunu hesablama metoduna əsasən apardığını və mənfəət vergisi bəyannamələrini hesablama metodunə əsasən tərtib etdiyini bildirmişdir. Göstərilən səbəbdən yoxlama ilə vergi ödəyicisinin təqdim etdiyi 2021-ci ilin mənfəət vergisi bəyannaməsi hesablama metodunə keçirilmişdir. Vergi ödəyicisinin vergiyə cəlb olunan mənfəəti 1 932 675,59 manat olduğundan həmin mənfəətdən hesablanacaq mənfəət vergisinin məbləği 386 535.12 manat (1 932 675,59 * 20% = 386 535.12) olacaqdır. Ödəyici tərəfindən 2021-ci il üzrə 25 943.67 manat Mənfəət vergisi hesablanmışdır. Vergi Məcəlləsinin 83.9-cu, 104-cü maddəsinə əsasən 2021-ci il mənfəət vergisi üzrə 360 591.45 (386.535.12 - 25.943.67) manat əlavə vəsait hesablanmışdır. Beləliklə 2019-2021-ci mənfəət vergisi bəyannamələri üzrə Vergi Məcəlləsinin 67-ci, 83.9-cu, 104-cü və 135-ci maddəsinin tələblərinə əsasən 1 113 490.18 manat əlavə vəsait hesablanmış, hesablanmış vergi məbləğinə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 556 704.6 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Vergi məcəlləsinin 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi ödəyicisi tərfindən idxal zamanı əldə edilmiş yük gömrük bəyannamələrinin araşdırılması zamanı Aprel 2021-ci il dövrü üzrə 649.64 AZN, Aprel 2022-ci il dövrü üzrə 3722.09 AZN, Avqust 2022-ci il dövrü üzrə 196.21 AZN, Sentyabr 2022-ci il dövrü üzrə 2864.90 manat ödədiyi ƏDV məbləğinin əvəzləşdirilməməsi müəyyən edilmiş, vergi məcəlləsinin 175.1-ci maddəsinə əsasən müvafiq aylarda ƏDV bəyannaməsində müvafiq əvəzləşdirilmələr bərpa edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2019-cu ilin noyabr ayının ƏDV bəyannaməsində aparılan kameral vergi yoxlaması vergi ödəyicisinə xx.xx.2019-cu il tarixində göndərilmiş “Vergi ödəyicisi xx.xx.2018 tarixdən və 13,12,2019 tarixədək olan dövr ərzində 11804032,61 manat (ƏDV-siz) dəyərində mal idxal etmişdir. Vergi ödəyicisinin təqdim etdiyi bəyannamələrdə 11050843,42 ƏDV-siz dövriyyə. Müşahidə baxış hərəkətləri zamanı 12 dekabr 2019-cu il tarixdə tərtib olunmuş akta əsasən vergi ödəyicisində mal-qalığı aşkar edilməmişdir. Qeyd olunanları nəzərə alaraq, “vergi ödəyicisinin mal qalığının olmamasını idxal olunmuş malların satılması kimi qiymətləndirilmişdir” məzmunlu uyğunsuzluq məktubu, svy ilə aparılmış yoxlama zamanı təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2020-ci ilin fevral ayının ƏDV bəyannaməsində aparılan kameral vergi yoxlaması “Təqdim edilmiş bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə ( 307-1.1 ) hesabat dövrünün əvvəlinə debitor borc məbləği 0.00 manat məbləğ, ötən dövr üzrə təqdim edilmiş bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə ( 307-1.1 ) hesabat dövrünün sonuna debitor borc 40 144.06 manat məbləğə bərabər olmamışdır.” məzmunlu uyğunsuzluqla bağlı olmuşdur. Belə ki, vergi ödəyicisinin təqdim etdiyi izahata əsasən də e-qaimə faktura əsasında təqdim edilmiş mallar üzrə mədaxillər nağd alınır. Göstərilən səbəbdən əsassız göstərilmiş debitor məbləğ dövriyyəyə cəlb edilməklə hesablama aparılmışdır. VM-nin 159.1, 166-cı maddələrinə əsasən hesablama təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2020-ci ilin mart ayının ƏDV bəyannaməsində aparılan kameral vergi yoxlaması vergi ödəyicisinin əvvəlki dövr üzrə bəyan etdiyi dövriyyənin azaldılması ilə bağlı olmuşdur. Belə ki, kameral vergi yoxlaması mart ayının ədv bəyannaməsinin dövriyyəsi baza məlumatlarında kassa dövriyyəsi ilə müqayisə edilmiş və fərq kimi aşkar olunan dövriyyə bərpa edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən hesablama təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2020-ci ilin aprel ayının ƏDV bəyannaməsində aparılan kameral vergi yoxlaması vergi ödəyicisinin əvvəlki dövr üzrə bəyan etdiyi dövriyyənin azaldılması ilə bağlı olmuşdur. Belə ki, kameral vergi yoxlaması aprel ayının ədv bəyannaməsinin dövriyyəsi baza məlumatlarında kassa dövriyyəsi ilə müqayisə edilmiş və fərq kimi aşkar olunan dövriyyə bərpa edilmişdir. Vergi Məcəlləsinin 159.1-ci maddəsinə əsasən hesablama təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2020-ci ilin avqust ayının ƏDV bəyannaməsinə kameral münasibət bildirilsə də, əlavə hesablama aparılmamışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2021-ci ilin yanvar ayının ƏDV bəyannaməsinə kameral münasibət bildirilsə də əlavə hesablama aparılmamışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2021-ci ilin fevral ayının ƏDV bəyannaməsinə aparılan kameral vergi yoxlaması yük gömrük bəyannamələrinin ƏDV dəyərlərində aşkar olunan fərqlə bağlı olmuşdur. Belə ki, həmin dövr ərzində 18 faiz ƏDV məbləğində YGB-də 1 (bir) qəpik fərq olmuş və həmin fərq kameral vergi yoxlaması ilə bərpa edilmişdir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən hesablama təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2021-ci ilin mart ayının ƏDV bəyannaməsində aparılan kameral vergi yoxlaması “Təqdim edilmiş bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə ( 307.1 ) hesabat dövrünün əvvəlinə debitor borc məbləği 0.00 manat məbləğ, ötən dövr üzrə təqdim edilmiş bəyannamənin ƏDV-nə 18 faiz dərəcə ilə cəlb olunan əməliyyatlar üzrə ( 307.1 ) hesabat dövrünün sonuna debitor borc 10 719.43 manat məbləğə bərabər olmamışdır.” məzmunlu uyğunsuzluqla bağlı olmuşdur. Belə ki, vergi ödəyicisinin təqdim etdiyi izahata əsasən də e-qaimə faktura əsasında təqdim edilmiş mallar üzrə mədaxillər nağd alınır. Göstərilən səbəbdən əsassız göstərilmiş debitor məbləğ dövriyyəyə cəlb edilməklə hesablama aparılmışdır. VM-nin 159.1, 166-cı maddələrinə əsasən hesablama təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2021-ci ilin aprel ayının ƏDV bəyannaməsinə aparılan kameral vergi yoxlaması yük gömrük bəyannamələrinin ƏDV dəyərlərində aşkar olunan fərqlə bağlı olmuşdur. Belə ki, həmin dövr ərzində YGB-də 1 (bir) qəpik fərq olmuş və həmin fərq kameral vergi yoxlaması ilə bərpa edilmişdir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən hesablama təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2021-ci ilin may ayının ƏDV bəyannaməsinə aparılan kameral vergi yoxlaması yük gömrük bəyannamələrinin ƏDV dəyərlərində aşkar olunan fərqlə bağlı olmuşdur. Belə ki, həmin dövr ərzində YGB-də 1 (bir) qəpik fərq olmuş və həmin fərq kameral vergi yoxlaması ilə bərpa edilmişdir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən hesablama təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2021-ci ilin iyun ayının ƏDV bəyannaməsinə aparılan kameral vergi yoxlaması yük gömrük bəyannamələrinin ƏDV dəyərlərində aşkar olunan fərqlə bağlı olmuşdur. Belə ki, həmin dövr ərzində YGB-də 1 (bir) qəpik fərq olmuş və həmin fərq kameral vergi yoxlaması ilə bərpa edilmişdir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən hesablama təsdiq edilmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2021-ci ilin iyul ayının ƏDV bəyannaməsində aparılan kameral vergi yoxlaması “Əvəzləşmə üçün təqdim edilmiş **********1752 nömrəli yük gömrük bəyannaməsi AR Dövlət Gömrük Komitəsindən vergi orqanına daxil olmuş məlumatlarda mövcud deyil. (Başqa VÖEN-ə aid ola bilər,faktura ləğv oluna bilər, saxlancda ola bilər və ya mövcud olmaya bilər) **********5828” məzmunlu uyğunsuzluğa əsasən aparılmış və yoxlama ilə VM-nin 175.1-ci maddəsinə əsasən təsdiqlənmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2021-ci ilin dekabr ayının ƏDV bəyannaməsində aparılan kameral vergi yoxlaması “Əvəzləşmə üçün təqdim edilmiş **********1752 nömrəli yük gömrük bəyannaməsinin tarixi (YGB-nin tarixi 20210727 ) hesabat dövründən fərqli dövr ola bilməz.” məzmunlu uyğunsuzluğa əsasən aparılmış və yoxlama ilə VM-nin 175.1-ci maddəsinə əsasən təsdiqlənmişdir. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2022-ci ilin fevral ayının ƏDV bəyannaməsinə kameral münasibət bildirilsə də əlavə hesablama aparılmamışdır. Vergi ödəyicisi tərəfindən təqdim edilən 2022-ci ilin sentyabr ayının ƏDV bəyannaməsində aparılan kameral vergi yoxlaması “Əvəzləşmə üçün təqdim edilmiş **********3044 nömrəli yük gömrük bəyannaməsi AR Dövlət Gömrük Komitəsindən vergi orqanına daxil olmuş məlumatlarda mövcud deyil. (Başqa VÖEN-ə aid ola bilər,faktura ləğv oluna bilər,saxlancda ola bilər və ya mövcud olmaya bilər)” məzmunlu uyğunsuzluğa əsasən aparılmış və yoxlama ilə VM-nin 175.1-ci maddəsinə əsasən təsdiqlənmişdir. Səyyar vergi yoxlaması dövrü Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulmalar üzrə vahid bəyannamələrdə uyğunsuzluqlara düzəliş zamanı 0.04 manat artıq hesablama müəyyən edilmişdir. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1.1.-ci maddəsinə əsasən yoxlanılan oktyabr 2019 - sentyabr 2022 dövr üzrə 69 973.75 manat əmək haqqının nağd şəkildə verilməsinə görə 6 997.38 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir. Yekun olaraq aparılan səyyar vergi yoxlaması zamanı İddiaçınə (VÖEN: **********) 1 105 976,30 manat əlavə hesablanmış vergi, 563 701,98 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Yoxlama xx.xx.2023-cü il tarixdə başlanılmış, xx.xx.2023-cü il il tarixdə başa çatdırılaraq, xx.xx.2023-cü il tarixli **********165307 nömrəli “Səyyar vergi yoxlaması aktı” ilə rəsmiləşdirilmiş və həmin akta əsasən “Vergi ödəyicisinin vergi qanunverciliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2023-cü il tarixli, **********172986 nömrəli Qərar qəbul edilmişdir.. Azərbaycan Respublikası İPM-nin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bunlarla əlaqədar sənədləri məhkəmə baxışı başlayana qədər təqdim etməyə borcludurlar.

3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər: İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Qeyd olunan sənədlərə: xx.xx.2023-cü il tarixli, **********3172986 saylı qərar; **********329600 saylı tələbnamə və digər sənədlər daxildirlər.

Əsaslandırma hissəsi:

4. İddianın növü və mümkünlüyü:

Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir və iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakılar qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3)qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ barəsində vergi orqanı tərəfindən vergi borcunu hesabladığı vaxtdan yaranmış olur. Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq 3 saylı Ərazi Vergilər İdarəsi hazırkı iddiaya cavab verməli olması müəyyənləşdirilmişdir. Belə ki, mübahisə predmeti olan qərar Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən qəbul edilmişdir, cavabdeh təşkilatın hüquqi ünvanı ünvan 1t göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə vergi yığımları 2 saylı Ərazi Vergilər Baş İdarəsinin səlahiyyətlərinə aiddir. Belə olduğu tədqirdə 2 saylı Ərazi Vergilər Baş İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu dəqiqləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, hazır ki, iddia tələbi mübahisələndirmə iddia tələbi növünə aid olduğuna görə məhkəmədə iddia tələbi qaldırmadan öncə qərarın ləğv edilməsi ilə bağlı Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət etməsinə, yəni pretenziya qaydasına riayət olunmasına zərurət yoxdur. Mübahisələndirmə növündə iddia tələbi üzrə prosessual müddətlərə riayət olunması imperativ xarakter daşıyır. İş materiallarından iddiaçı barəsində 2 saylı Ərazi Vergilər Baş İdarəsinin tərəfindən qəbul edilmiş **********172986 nömrəli, xx.xx.2023-cü il tarixli qərardan məhkəmədə iddia qaldırmaq üçün nəzərdə tutulmuş prosessual müddətlərin ötürülməməsi məlum olur. İddia tələbinin məhkəmə aidiyyatının müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Cavabdehin rəsmi ünvanının Sumqayıt İnzibati Məhkəməsinin ərazi aidiyyatına aid olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür.

5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:

Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslı iddia olduğundan təmin edilməlidir. İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli **********3172986 nömrəli Qərardan görünür ki, qərara əsasən cavabdeh vergi orqanı tərəfindən iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə münasibətdə 1.113.490.18 manat əlavə vergi məbləği hesablanmış və hesablanmış vergi məbləğinə 556.704.6 manat mailiyyə sanksiyası tətbiq edilmişdir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının hüquqi marağı cavabdeh tərəfindən onun barəsində qəbul edilmiş xx.xx.2023-cü il tarixli **********3172986 nömrəli qərarın 6997.38 manat mailiyyə sanksiyası hissəsində istisna olmaqla ləğvinə yönəlmişdir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, cavabdeh tərəfindən mübahisələndirilən qərar əsasında iddiaçıya mənfəət və ƏDV üzrə əlavə vergi məbləğləri hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. Qeyd olunmalıdır ki, tərəflər arasında yaranmış mübahisənin səbəbləri - yoxlanılan dövr üzrə iddiaçının apardığı əməliyyatlara dair vergitutma anı barədəki fikir ayrılığıdır. Nəzərə alınmalıdır ki, vergi orqanı tərəfindən iddiaçıya münasibətdə vergilərin hesablanması sonuncunun sahibkarlıq fəaliyyətinin yoxlanılması ilə bağlı aparılmış səyyar vergi yoxlaması nəticəsində həyata keçirilmişdir. Məhkəmə cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktın əsassız olduğu qənaətinə gəlir və gəldiyi nəticəni hər bir vergi növünə ayrı-ayrılıqda münasibətini bildirərək əsaslandırır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 3-cü maddəsinə əsasən: 3.1. Vergilər haqqında qanunvericilik vergitutmanın ümumi, bərabər və ədalətli olmasına əsaslanmalıdır. 3.2. Vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.3. Hər kəsin konstitusiya hüquqlarının və azadlıqlarının həyata keçirilməsinə maneçilik törədən vergilərin müəyyən edilməsinə yol verilmir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. Həmin Məcəllənin 15-ci maddəsinə əsasən: 15.1. Vergi ödəyicisinin aşağıdakı hüquqları vardır: 15.1.3. bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi güzəştlərindən istifadə etmək; Həmin Məcəllənin 24-cü maddəsinə əsasən: 24.0. Vergi orqanları: 24.0.2. vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; Həmin Məcəllənin 36-cı maddəsinə əsasən: 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Həmin Məcəllənin 38-ci maddəsinə əsasən: 38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir. 38.2. Vergi ödəyicisinə göndərilən bildirişdə vergi yoxlamasının əsası və tarixi, habelə vergi ödəyicisinin*və vergi orqanlarının hüquq və vəzifələri göstərilməlidir. Növbəti səyyar vergi yoxlaması təqvim ili ərzində bir dəfədən çox olmayaraq keçirilir. Səyyar vergi yoxlaması 30 iş günündən artıq davam edə bilməz. Müstəsna hallarda, yuxarı vergi orqanının qərarına müvafiq olaraq səyyar vergi yoxlamasının keçirilməsi müddəti 90 iş gününə qədər artırıla bilər. Aşağıda göstərilən hallarda yuxarı vergi orqanının əsaslandırılmış qərarına əsasən səyyar vergi yoxlamasının nəticələri üzrə aktın tərtibi müddəti 30 iş günündən çox olmayan müddətə uzadıla bilər: § nümunə kimi götürülən əşyaların tədqiqi, səyyar vergi yoxlaması zamanı ekspertizanın keçirilməsi və ya mütəxəssis tərəfindən rəy verilmə üçün müxtəlif bilik sahələrindən istifadə etməklə aparıldıqda; § səyyar vergi yoxlaması ilə əlaqədar vergi orqanları tərəfindən göndərilən sorğulara cavabların alınma müddətləri cavab göndərən şəxslər tərəfindən pozulduqda. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 53-cü maddəsində aşağıdakılar qeyd edilmişdir: 53.1. Bu Məcəllə ilə müəyyən edilmiş vergi ödəyiciləri, vergi agentləri və onların nümayəndələri, habelə vergi orqanlarının vəzifəli şəxsləri vergi qanunvericiliyinin pozulmasına görə bu Məcəllə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Azərbaycan Respublikasının digər qanunları ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. Vergi qanunvericiliyinin pozulmasına görə vergi ödəyicilərinə və vergi agentlərinə bu Məcəllə ilə müəyyən edilmiş maliyyə sanksiyaları və faizlər tətbiq edilir. 53.2. Heç bir kəs vergi qanunvericiliyinin pozuntusu olan eyni hərəkətə (hərəkətsizliyə) görə təkrarən məsuliyyətə cəlb oluna bilməz. 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir. Həmin Məcəllənin 55-ci maddəsinə əsaən: 55.1. Vergi qanunvericiliyinin pozulmasında şəxsin təqsirini istisna edən hallar aşağıdakılardır: 55.1.5. hər hansı vergilər, o cümlədən vergi agentləri tərəfindən ödənilən vergilər üzrə artıq ödənilmiş məbləğlərin hesabına digər vergilər üzrə borcların nəzərə alınması; 55.2. Bu Məcəllənin 55.1-ci maddəsində müəyyən edilən hallar olduqda, şəxs vergi qanunvericiliyi ilə bağlı hüquq pozuntusuna görə, bu Məcəllənin 55.1.6-cı maddəsində göstərilən hallarda faizlərin ödənilməsi istisna olmaqla, məsuliyyət daşımır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən: 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyrimaddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.1. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin (mənfəət və gəlir vergisi istisna olmaqla) əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.1.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.2. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır. Məhkəmə qeyd edir ki, iş materiallarından müəyyən edilir ki, cavabdeh vergi orqanı vergi ödəyicisinin çəkdiyi xərcləri birbaşa müəyyən etmək, eyni zamanda səyyar vergi yoxlaması zamanı vergilərin əlaqəli məlumatlar və analoji vergi ödəyiciləri barədə məlumatlar əsasında hesablanmasının mümkün olmamasına əsaslanaraq həmin xərcləri Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 83.9. maddəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 55 saylı Qərarı ilə şərti rentabellik səviyyəsi 20 % götürülərək müəssisəsinin əldə etdiyi gəlir əsasında hesablamışdır. Yəni, vergi orqanı iddiaçının gəlirini və xərcini Nazirlər Kabinetinin 55 saylı Qərarına istinad etməklə şərti rentabellik əsasında müəyyən etmişdir. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən istifadə olunan bu üsul düzgün olmamış və iddiaçının əlavə məsuliyyətə cəlb olunmasına səbəb olmuşdur. Belə ki, mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 67.14-cü maddəsinə (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 05 dekabr 2023-cü il tarixli Qanunu ilə ləğv edilmişdir) görə bu Məcəllənin 67.1-ci maddəsində göstərilən hallarda vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olduqda mənfəət (gəlir) vergisi bu Məcəllənin 83.9cu maddəsinə əsasən hesablanır. 83.9. (Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında 05 dekabr 2023-cü il tarixli Qanunu ilə ləğv edilmişdir) Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyətLorqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 55 saylı Qərarının 6.1.1-ci bəndinə əsasən vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda vergi orqanı şərti rentabellik norması əsasında onun mənfəətini (gəlirini) vergi ödəyicisinin fəaliyyəti ilə əlaqədar əldə etdiyi gəliri (ƏDV nəzərə alınmadan) əsasında müəyyən edir: M1= (G1 /(100 + R))xR burada: M1 - vergi ödəyicinin mənfəəti(gəliri); G1 - vergi ödəyicisinin fəaliyyətindən əldə etdiyi gəlir; R - şərti rentabellik normasıdır. Həmin Qərarın 6.1.3-cü bəndinə müvafiq olaraq vergi ödəyicisinin mənfəəti (gəliri) şərti üsulla müəyyən edilərkən şərti rentabellik norması (R) 20 faiz səviyyəsində götürülür. Mübahisələndirilən inzibati aktın qəbul edildiyi vaxtda qüvvədə olan Vergi Məcəlləsinin 67.14 və 83.9-cu maddələrinin sistemli təhlili o nəticəyə gəlməyə əsas verir ki, yalnız vergi ödəyicisinin gəlirlərini və ya xərclərini müəyyən etmək mümkün olmadığı halda, Nazirlər Kabinetinin 55 saylı Qərarı ilə müəyyən edilmiş şərti rentabellik norması tətbiq olunur. Yəni, ödənilməli olan verginin məbləğini şərti rentabellik əsasında hesablamış vergi organı, 67.1.1-67.1.9-cu maddələrində sadalanmış əlaqəli məlumatlardan istifadə etməklə vergini hesablamaq mümkün olmadığını sübut etməlidir. Vergi Məcəlləsinin 83.9-cu maddəsi və Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 55 nömrəli Qərarı əsasında verginin hesablanmasından əvvəl, ödənilməli olan verginin məbləğini hesablamaq üçün Vergi Məcəlləsinin 67-ci maddəsində nəzərdə tutulmuş qaydalara uyğun olaraq əlaqəli məlumatlara, analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarına və sairə istinad olunmalı idi. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün oimadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin uçot və hesabat məlumatları əsasında hesablanır. Lakin diskresion səlahiyyətlərin məhz bu qaydada həyata keçirilməsini zəruri edən şərtlərin, habelə 67.14-cü maddəyə istinadən 83.9-cu maddənin tətbiqini, yəni mənfəət vergisinin şərti rentabellik tətbiq edilməklə hesablanması qaydasının tətbiqini zəruri edən hüquqi əsasların və halların mövcudluğu cavabdeh tərəfindən əsaslandırılmamış, həmçinin məhkəmə tərəfindən də müəyyən edilməmişdir. Nəzərə almaq lazımdır ki, diskresion səlahiyyət əsasında qərar (inzibati akt) qəbul etdiyi hallarda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə izah etməyə, diskresion səlahiyyətlərindən niyə məhz bu cür istifadə etdiyini əsaslandırmağa borcludur. Məhkəmə qeyd edir ki, cavabdehin hazırkı vergi yoxlamasında Vergi Məcəlləsinin 67-ci maddəsində müəyyən edilmiş ardıcıllığı gözləmədən birbaşa 67.14-cü maddəsini və nəticə etibarı ilə 83.9-cu maddəsini tətbiqetməsi Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə ziddir və bu cür metodla aparılmış vergi yoxlaması qanuni sayıla bilməz. Məhkəmə iddiaçıya münasibətdə hesablanmış əlavə dəyər vergisinə münasibətdə bildirir ki, Vergi Məcəlləsinin 153-cü maddəsinə əsasən əlavə dəyər vergisi (bundan sonra ƏDV) vergi tutulan dövriyyədən hesablanan verginin məbləği ilə bu Məcəllənin müddəalarına uyğun olaraq verilən elektron qaimə-fakturalara və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği arasındakı fərqdir. Maddənin mətnindən və mahiyyətindən göründüyü kimi, hesabat dövrü ərzində ödənilməli olan ƏDV-nin məbləğinin hesablanması üçün aşağıdakı göstəricilər müəyyən edilməlidir: a. vergi tutulan dövriyyədən hesablanan verginin məbləği; b. elektron vergi hesab-fakturala və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği. Hesabat dövrü ərzində bu iki göstərici arasındaki fərq ödənilməli ƏDV-nin məbləğidir. Başqa sözlə desək, büdcəyə ödəniləcək ƏDV hesablamaq üçün vergi tutulan dövriyyədən hesablanan ƏDV məbləğindən əvəzləşdirilməli olan ƏDV-nin məbləğini çıxmaq lazımdır. Məcəllənin 159.1-ci maddəsinə əsasən malların təqdim edilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi, Azərbaycan Respublikası ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi və vergi tutulan idxal vergitutma obyektidir. Göründüyü kimi, malların təqdim edilməsi, işlərin və xidmətlərin göstərilməsi əlavə dəyər vergisinin vergi tutma obyekti kimi çıxış edir. Vergi Məcəlləsinin 175.1-ci maddəsinə əsasən, bu maddədə başqa hallar nəzərdə tutulmamışdırsa, ƏDV tutulan əməliyyatlar üçün malların (işlərin, xidmətlərin) alışı zamanı ödənilmiş ƏDV məbləği əməliyyatın dəyəri bank hesabına, ƏDV məbləği ƏDVnin depozit hesabına ödənildikdə əvəzləşdirilir. Göründüyü kimi, həmin maddədə iki növ ödəmələr nəzərdə tutulmuşdur: - elektron vergi hesab-fakturaları üzrə nağdsız qaydada (mal, iş və xidmət təqdim edənin bank hesabına birbaşa nağd qaydada ödənişlər istisna edilməklə) ödəmələr; - ƏDV-nin depozit hesabına və bu hesab daxilində aparılan əməliyyatlar ödənilən vergi. Cavabdeh tərəfindən iddiaçıya münasibətdə ƏDV məbləği hesablanarkən, yoxlama dövr ərzində bank hesabları olmadığı üçün bütün dövriyyədən mədaxillərin kassa medaxil order vasitəsi ilə rəsmiləşdirildiyi, bu səbəbdən də yoxlama kassa mədaxil orderlər əsasında aparılmışdır. Məhkəmə bildirir ki, ƏDV-nin məbləğinin hesablaması üçün yuxarıda da qeyd olunduğu kimi vergi tutulan dövriyyədən hesablanan verginin məbləği və elektron vergi hesab-fakturalar və ya idxalda ƏDV-nin ödənildiyini göstərən sənədlərə müvafiq surətdə əvəzləşdirilməli olan verginin məbləği müəyyən edilməsi zəruridir. Yalnız bu göstəricilər müəyyən edildikdən sonra hər iki məbləğ arasındaki fərqin ödənilməli ƏDV məbləği müəyyən olunur. Lakin hazırki işdən və yuxarıda qeyd olunan hallardan görünür ki, cavabdeh tərəfindən iddiaçının yoxlama dövrü üzrə vergi tutulan dövriyyəsi düzgün müəyyən olunmadığından, nə vergi tutulan dövriyyədən hesablanan verginin məbləği, nə də ki ƏDV məbləği düzgün hesablanmamışdır. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, hazırkı iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdehin etirazında sübutetmə vasitələri kimi istinad etdiyi hallar isə aktların qəbul edilməsini zəruri edən faktiki şərtləri ödəmir və yalnız ehtimal xarakteri daşıyır. Başqa sözlə, cavabdeh inzibati orqan mübahisələndirilən qərarın qəbulunu zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Həmin Məcəllənin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin edilməli, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş **********172986 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən tətbiq edilmiş 6997.38 manat mailiyyə sanksiyası hissəsində istisna olmaqla ləğv edilməlidir.

Nəticəvi hissə:

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Qərara aldı:

İddia təmin edilsin. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı barəsində qəbul edilmiş **********172986 nömrəli, xx.xx.2023-cü il tarixli qərarının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 58.7-1.1-ci maddəsinə əsasən tətbiq edilmiş 6997.38 manat mailiyyə sanksiyası hissəsində istisna olmaqla ləğv edilsin . Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar