Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-86/2022 18.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X2 və ailə üzvlərinə verilmiş 28.09.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanda yerləşən məhkəmənin binasında hazırlıq icraatı üzrə məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər DƏDRX-nin 5 saytlı Xaçmaz Ərazi İdarəsinə, Quba rayon İcra Hakimiyytətinə və Quba rayonu Vladimirovka bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Torpağın mülkiyyətə verilməsinə dair JN495A kod 30311018 saylı şəhadətnamənin, X2 və ailə üzvlərinə verilmiş 28.09.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və həmin çıxarışın verilməsinə əsas olmuş Quba rayonu İHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş 15.04.2019-cu il tarixli 425 nömrəli çıxarışın, Quba rayon Vladimirovka bələdiyyəsi tərəfindən verilmiş yerquruluşu sxemindən çıxarışın etibarsız hesab edilməsinə dair qərarın çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək cavabdeh qismində DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsini, iddia tələbi kimi X2 və ailə üzvlərinə verilmiş 28.09.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı “Quba” Aqrofirmasının 14 saylı 18 yanvar 1991-ci il tarixli arxiv çıxarışına əsasən fərdi yaşayış evinin tikintisi üçün 0.06 ha torpaq sahəsi ayrılmışdır. Həmin vaxtdan torpaq sahəsi onun istifadəsində olmuş, torpaq sahəsini dəmir setka ilə hasarlamışdır. Lakin bir müddət iddiaçı səhhəti ilə əlaqədar torpağa baş çəkə bilməmişdir. Növbəti dəfə gedəndə isə qon şusu X4 tərəfindən həmin torpağın hasarlandığını görmüşdür. Torpağın hansı əsasla Ə.Əhmədova keçməsini aydınlaşdırmaq üşün sənədlər topladıqda məlum olmuşdur ki, Quba İHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Vladimirovka kəndi üzrə 8 nömrəli təsərrüfatbaşına kitabında iddiaçının adına 0.06 torpaq sahəsi qeyd edilmişdir. O, torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasını istədikdə həmin torpaq sahəsinin başqa şəxsin torpağı ilə üst-üstə düşməsi bildirilmişdir. Beləliklə, iddiaçıya bəlli olmuşdur ki, İHB-nın Vladimirovka kənd İƏD üzrə nümayəndəliyinin 1996-2000-ci illər üzrə 8 nömrəli təsərrüfatbaşına kitabında 627 sayla aparılmış qeydə əsasən Vladimirovka kəndində Ə.Əhmədovun guya 0.12 ha torpaq sahəsinə malik olması barədə çıxarış verilmiş, daha sonra isə həmin çıxarış əsasında Ə.Əhmədov daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almağa nail olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbini müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdilər. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia mümkün sayılmamalıdır. İş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, Quba rayon İHB Vladimirovka İƏD üzrə nümayəndəliyinin təsərrüfatbaşına kitabında İddiaçı 0.06 ha həyətyanı torpaq sahəsi olmaqla 30.6 kv m yaşayış evinə və X3 627 saylı şəxsi hesabına əsasən 86 kv m yaşayış evinə və 0.06 ha həyətyanı torpaq sahəsinə malik olması barədə çıxarışlar verilmişdir. Məhkəmə araşdırması zamanı iddiaçının mübahisələndirilən çşıxarışın ləğv edilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciət etməsi öz təsdiqini tapmadı. Belə ki, onun müraciətləri mübahisəli torpaq sahəsi üezərində mülkiyyət hüququnun qeydə alınması, daha sonra elektron baza məlumatlarında məkumatın alınması ilə bağlı olmuşdur. Halbuki, hazırlki iddia öhdəliyin icrası növünda baxılan iddialara aiddir və mümkün hesab edilməsi üçün ilkin olaraq cavabdeh inzibati orqana müraciət etməsi vacib şərtlərdən biridir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 2.3-cü bəndinə görə məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X2 və ailə üzvlərinə verilmiş 28.09.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X2 və ailə üzvlərinə verilmiş 28.09.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-86/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-86/2022
18.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver