Məhkəmə qərarları › İş №2-1(118)-86/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-86/2024

15.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-86/2024 15.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Üçüncü şəxs X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X1 adına verilmiş 07 fevral 2019-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-ci il tarixdən ailəsi ilə birlikdə yuxarıda qeyd etdiyi ünvanda yaşayır. 0,04 ha torpaq sahəsində inşa eydiyi evə dair sənədləri olmasına baxmayaraq Xaçmaz şəhər Bələdiyyəsinin balansında olan 0,04 ha torpaq sahəsində Bələdiyyənin razılığı ilə ev tikmişlər. Belə ki, onun timsalında bacısı və qardaşı da onun ətrafında özlərinə ev tikmişlər. Bir müddət keçdikdən sonra onlar Bələdiyyəyə ərizələr ilə müraciət edərək bildirmişlər ki, 0,04 ha torpaq sahəsinə dair onların adılarına Bələdiyyədən alqı-satqı olmaq şərti ilə adlarına sənəd versin. Lakin Bələdiyyə sədri onların ərizələrini qəbul edərək, 0,04 ha torpaq sahəsinə adılara rəsmi sənəd verməmişdir. Bununla əlaqədar olaraq onlar ayrı-ayrılıqda yuxarı instansiyalara Bələdiyyə sədrindən şikayət etmiş, lakin onlara cavab olaraq bildirilmişdir ki, onlar 0,04 ha torpaq üzərində inşa etdiyi evin torpaq sahəsinə Xaçmaz şəhər Bələdiyyəsi tərəfindən adınıza rəsmi sənəd veriləcəkdir. Odur ki, yuxarıda qeyd etdiyi cavabdeh X3 DƏDRX-dən istifadə edərək, adıçəkilən 0,04 ha torpaq sahəsinə Çıxarış almışdır, həmin Çıxarışın saxta olmasını onunla bildikdə Xaçmaz şəhər Prokurorluğuna ərizə ilə müraciət etmiş və orada sənədlər araşdırılaraq müəyyən olunmuşdur ki, X3 0,04 ha torpaq sahəsinə dair Çıxarış saxtadır və ona tövsiyə olunmuş ki, həmin Çıxarışın ləğvi üçün məhkəməyə müraciət etsin. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, X1 adına verilmiş 07 fevral 2019-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı Xaçmaz şəhərində yerıəşən 0.04 ha torpaq sahəsinə dair vətəndaş X1 mülkiyyət hüququnu təsdiq, edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2021 -ci il tarixində daxil olmuş ərizə iiə müraciət etmişdir. Müraciətə xx.xx.2021-ci il tarixli, **********51 nömrəli məktubla cavab olaraq bildirilmişdir. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsi Hüquqların dövlət qeydiyyatının aparılması qaydalarını müəyyən edir. Qanunun 9.1-ci maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatının aşağıdakı qaydada aparılır: daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasrnın müəyyən edilməsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.6-cı maddəsinə əsasən Dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiiəşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclası barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh inzibati orqan nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə cavabdeh inzibati orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə prosesində iştirak edən üçüncü şəxs X3 iddia tələbinə etiraz edərək bildirmişdir ki, mübahisəli torpaq sahəsi onun tərəfindən qanuni əsaslarla alınmış və onun adına daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyatdan keçmişdir. Qeyd olunan çıxarış ona bələdiyyənin qərarı əsasında verilmişdir. İddiaçı tərəfindən bələdiyyənin həmin qərarı mübahisələndirilmiş, lakin məhkəmənin qərarı əsasında bələdiyyənin qərarı qüvvədə saxlanılmışdır. Bu səbəbdən də iddiaçının iddiası əsassız olduğundan iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin xx.xx.2021-ci il tarixli, **********51 nömrəli imtina məktubun surəti, cavabdehin etiraz ərizəsi, xx.xx.2019-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışın surəti, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********76 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu və ona əlavə edilmiş sənədlərin surəti, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-905/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərardadının surəti və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə Xaçmaz Bələdiyyəsinin 30 noyabr 2006-cı tarixli qərarının verildiyi vaxtından yaranmış olur. Belə ki, həmin qərarın əsasında 3-cü şəxsin adına torpaq sahəsinə dair çıxarış verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın xx.xx.2021-ci il tarixli, **********51 nömrəli imtina məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəlləsinin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mübahisəli daşınmaz əmlakın Xaçmaz rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. İddia tələbinə mahiyyəti üzrə baxan məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Hazırkı inzibati işin icraatı Sumqayıt İnzibati Məhkəməsinin icraatında olmuş 2- 1(118)-905/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərardadı qanuni qüvvəyə minənə qədər dayandrırılmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-905/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərardadına əsasən iddiaçının iddia tələbi mümkün sayılmamış, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)-616/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadına əsasən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-905/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Daha sonra iddiaçı həmin qərardaddan kassasiya şikayəti vermiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin 2- 1(102)-138/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardadı ilə iddiaçının kassasiya şikayəti mümkün sayılmamışdır. Nəticədə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-905/2022 nömrəli, 24 iyun 2022-ci il tarixli qərardadı qanuni qüvvəyə minmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İş materiallarından müəyyən olundu ki, iddiaçı üçüncü şəxsin adına verilmiş 07 fevral 2019-cu il tarixli **********38 reyestr nömrəli çıxarışın qanunsuz olduğu qənaətinə gələrək həmin çıxarışın ləğv edilməsini cavabdehdən xahiş etmiş, lakin cavabdeh təşkilat digər şəxsin mülkiyyət hüquqlarının pozulması halını nəzərə alaraq onun müraciətinin təmin edilməsindən imtina etmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etmişdir. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, mübahisələndirilən torpaq sahəsinə dair üçüncü şəxsin mülkiyyət hüquqları xx.xx.2019-cu il tarixində **********38 reyestr nömrəsi ilə qeydiyyata alınaraq çıxarış əldə etmişdir. Belə ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən verilmiş **********76 nömrəli, xx.xx.2022-ci il tarixli məktubuna əlavə edilmiş sənədlərin surətindən, həm də Xaçmaz rayon Prokurorluğunun 30 sentyabr 2020-ci il tarixli cinayət təqibinə xitam verilməsi haqqında qərarının surətindən də göründüyü kimi, həmin çıxarışın verilməsinə əsas Xaçmaz şəhər Bələdiyyəsinin 30 noyabr 2016-cı il tarixli 12 saylı qərarıdır. Nəzərə alınmalıdır ki, xx.xx.2019-cu il tarixində **********38 reyestr nömrəsi ilə qeydiyyata alınmış çıxarışın verilməsinə əsas olmuş Xaçmaz şəhər Bələdiyyəsinin 30 noyabr 2016-cı il tarixli 12 saylı qərarı qüvvədə olduğu halda iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyə əsasən mümkün deyil. Bundan başqa o da nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 73-cü maddəsinə əsasən torpaq sahələri üzərində hüquqi və fiziki şəxslərin hüquqlarına xitam verilməsinin əsasları qeyd olunmuşdur. Lakin, iddiaçı tərəfindən tədqim edilən sübutlar ilə mübahisə predmetinə dair Torpaq məcəlləsinin bu maddəsində nəzərdə tutulmuş hər hansı əsas müəyyən edilmədi. Həmçinin, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 8.0.3-cü maddəsinə əsasən daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, torpağa dair verilmiş şəhadətnamələr-daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 10.2.1-ci maddəsinə əsasən qeydiyyat orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri əlavə edilir. Həmin Qanunun 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatından imtina olunur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X1 adına verilmiş 07 fevral 2019-cu il tarixli, **********38 reyestr nömrəli çıxarışın ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar