Məhkəmə qərarları › İş №2-1(118)-863/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-863/2021

14.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-863/2021 14.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, Hakim köməkçisi Kazımova İradə Səlim qızının katibliyi ilə, İddiaçı Heydər Əliyev adına X8 nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Heydər Əliyev adına X8 cavabdehlər Abşeron rayon Xırdalan Bələdiyyəsinə, Cavabdeh2nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehlər tərəfindən “mühafizə zonası”nda ayrılmış 0.06 kv.m torpaq sahəsinə verilmiş Abşeron rayonu Xırdalan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 170 saylı və Cavabdeh2 xx.xx.2008-ci il tarixli 1287 saylı sərəncamları etibarsız hesab olunaraq, nəticədə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və ərazinin boşaldılması, gələcəkdə hər hansı bir tikinti işlərinin aparılmasının qadağan edilməsi”nə dair iddiasının mümkünlüyünü Sumqayıt şəhərində məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ İddiaçı Heydər Əliyev adına X11 cavabdehlər Abşeron rayon Xırdalan Bələdiyyəsinə, Cavabdeh2nə və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “cavabdehlər tərəfindən “mühafizə zonası”nda ayrılmış 0.06 kv.m torpaq sahəsinə verilmiş Abşeron rayonu Xırdalan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 170 saylı və Cavabdeh2 xx.xx.2008-ci il tarixli 1287 saylı sərəncamları etibarsız hesab olunaraq, nəticədə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və ərazinin boşaldılması, gələcəkdə hər hansı bir tikinti işlərinin aparılmasının qadağan edilməsi”nə barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Heydər Əliyev adına X10 məxsus neft məhsulu nəql olunan Dş-250 mm.(nafta) 54.82 km. uzunluğunda olan maqistral neft boru kəmərinin “Mühafizə Zonası”nın 26.5 x 31 metrlik məsafəsində torpaq zəbt edilməklə Abşeron rayonu, Xırdalan şəhəri R.Behbudov küçəsində X4 tərəfindən tikinti işlərinin başlanılması aşkar edilmişdir. Bundan başqa həmin ərazidən Dş-250 mm. neft boru kəmərinə paralel zavoda məxsus Dş-300 mm. (quru qaz), Dş-300 mm. (reaktiv mühərrik yanacağı) və Dş-500 mm. (dizel) neft boru kəmərləri keçir. Araşdırma zamanı məlum olmuşdur ki, həmin torpaq sahəsinə Abşeron rayonu Xırdalan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 170 saylı sərəncamı və torpağın alqı-satqısına dair aktı, Cavabdeh2 xx.xx.2008-ci il tarixli 1287 saylı sərəncamı, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsinin xx.xx.2008-ci il tarixli MH ******* saylı çıxarışı mövcud olmuş və sonradan S.R.Həsənova həmin torpaq sahəsini atası X3 adına rəsmiləşdirmiş və ona Azərbaycan Respublikası Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron ərazi idarəsi tərəfindən xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2003-cü il tarixli, 844 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsinə əsasən, Heydər Əliyev adına X11 Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturuna daxil olan hüquqi şəxs statuslu müəssisə kimi fəaliyyət göstərir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İstismar olunan ixrac neft boru kəmərlərinin “Mühafizə Zonası”nın müəyyənləşdirilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında xx xxxxxx 2004-cü il tarixli 167 nömrəli Qərarına əsasən ixrac neft boru kəmərlərinin marşrutu boyunca- boru kəmərinin oxunun hər tərəfindən 50 metrlik məsafə “Mühafizə Zonası”na aid edilir. “Mühafizə Zonası” ixrac boru kəmərinin təhlükəsiz istismarı və xidməti üçün şərait yaratmaq həmçinin boru kəmərinin zədələnmə ehtimalının qarşısının alınması məqsədi ilə müəyyənləşdirilmişdir. “X6 və Energetika Nazirliyinin (istismarçı təşkilatın rəyini almaqla) rəsmi icazəsi olmadan hər hansı tikinti işlərinin aparılması və həmin ərazinin digər məqsədlər üçün istifadə olunması qadağandır. İddiaçıya məxsus neft boru kəmərinin “Mühafizə Zonası”nda yerləşən torpaq sahəsi faktiki olaraq zəbt edilmişdir ki, bu da həmin kəmərə qulluq edilməsinə, onun istismar edilməsinə maneçilik yaratmaqla yanaşı insanların həyatı üçün də təhlükə yaradır. Zavodun fəaliyyətinin təmin edilməsi üçün müxtəlif istehsalat və sahələrdə ayrı-ayrı texnoloji əməliyyatlar həyata keçirildiyindən, həmin istehsalat və sahələrin bir-birindən xeyli aralı məsafədə yerləşdiyini nəzərə alaraq, aralarında boru kəmərləri çəkilmişdir. Həmçinin hazır məhsulların anbarlara yığılması üçün boru kəmərləri çəkilmişdir. Bu boru kəmərləri qanunvericiliyə əsasən, magistral boru kəmərləri hesab olunur. Normativ sənədlərə əsasən, boru kəmərinin təyinatı, diametri və kəmərdə olan təzyiqə görə boru kəmərləri ətrafında mühafizə zonası müəyyən olunmuşdur. Mühafizə zonalarının müəyyən edilməsi bir neçə amillə bağlıdır. İlk olaraq, boru kəmərləri və neft məhsulları anbarları dövlət əhəmiyyəti obyektlər hesab edilir. Bu obyektlərdə hər hansı bir qəza nəticəsində yanğın və partlayış baş verdiyi halda ətrafda olan şəxslər üçün böyük təhlükə yarada bilər. Digər tərəfdən, bu obyektlərin mühafizəsinin effektli təşkilinə həmin ərazidə inşa edilmiş tikililər maneçilik törədir. Bütün bunları nəzərə alaraq, mühafizə zonasının mövcudluğu olduqca zəruridir. İddiaçı qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı Heydər Əliyev adına X8 nümayəndəsi X7 iştirak etmiş, iddiaçının nümayəndəsinə hüquqi yardım edilmiş, inzibati məhkəmə icraatında müxtəlif orqanlara qarşı müxtəlif tələblərin bir icraatda baxılmasına, eyni zamanda mülki xarakterli tələblərə baxılmasına yol verilmədiyi izah edilmiş, iddiaçının nümayəndəsi müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materillarını araşdırıb, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı tələbini müxəlif cavabdehlərə yönəldərək “mühafizə zonası”nda ayrılmış 0.06 kv.m torpaq sahəsinə verilmiş Abşeron rayonu Xırdalan Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 170 saylı və Cavabdeh2 xx.xx.2008-ci il tarixli 1287 saylı sərəncamları etibarsız hesab olunaraq, nəticədə xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsi və ərazinin boşaldılması, gələcəkdə hər hansı bir tikinti işlərinin aparılmasının qadağan edilməsini istəyir. İddiaçı müxtəlif tələbləri müxtəlif orqanlara qarşı irəli sürür, hansıkı tələblərin müəyyin hissəsi mülki xarakterli olduğu üçün ümumiyyətlə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarının qüvvədən düşmüş hesab edilməsi və bəzi qərarlarına əlavə və dəyişikliklər edilməsi haqqında “20” fevral 2020-ci il tarixli qərarının 9-cu bəndinə əsasən “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2015-ci il 10 aprel tarixli, 04 nömrəli Qərarına aşağıdakı əlavə və dəyişikliklər edilmişdir:

13. 17-ci bənd aşağıdakı redaksiyada verilsin: “Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülkihüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.”

Göründüyü kimi digər şəxslərə aid sənədləri mübahisələndirməsi, iddianın uğurluluq ehtimalı baxımından həmin sənədlərin verilmə əsasından asılıdır və eyni zamanda uğurluluq ehtimalı yüksək iddianın seçilməsi məhkəmə praktikasına uyğun olaraq yuxarıda qeyd edilən mövqedən asılıdır. Hazırkı işdə iddia ərizəsində qeyd edilənlərdən görsənir ki, iddiaçının iradəsi “mühafizə zonası”nda tikinti işlərinin qarşısının alınmasına və “mühafizə zonası”nda torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi ilə bağlı qərarların və bununla bağlı əldə edilmiş mülkiyyət sənədlərinin mübahisələndirilməsinə yönəlmişdir. Məhkəmə iddianın inzibati məhkəmə icraatı qaydasında baxıla biləcək hissələri ilə bağlı qeyd edir ki, torpaq sahəsinin ayrılması və tikintiyə icazə verilməsi ayrı-ayrı inzibati orqanlar tərəfindən verilmiş inzibati aktlardır, eyni icraatda baxılmasına yol verilmir. Bu inzibati aktlar ayrılıqda mübahisələndirilə bilər. İnzibati orqanın qanunsuz hərəkətləri nəticəsində verilmiş digər şəxslərin mülkiyyət sənədlərinin mübahisələndirilməsi ilə bağlı iddialar öhdəliyin icrası ilə bağlı iddialar sayıldığından ilk əvvəl mübahisələndirilən sənədlərin ləğvi ilə bağlı cavabdeh inzibati orqana müraciət edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair xx xxx 2014-cü il tarixli qərarı ilə DƏDRX inzibati orqan hesab edilsə də, onun tərəfindən əmlaka mülkiyyət hüququnu tanıyan qeydiyyatın aparılması və müvafiq çıxarışın verilməsi inzibati akt kimi yox, hüquqi akt kimi qiymətləndirilmiş və mübahisənin xarakterinin işə baxacaq məhkəmənin müəyyən olunmasında əsas amil kimi nəzərə alınmalı olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddia öhdəliyin icrası haqqında iddiadır. X1rılmış iddia növünə münasibətdə ümumi mümkünlük şərtləri ilə yanaşı xüsusi mümkünlük şərtləri də nəzərdə tutulmuşdur. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarın 9-cu bəndində məhkəmələrə izah edilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. İddiaçı xx.xx.2020-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini istəyir. Göründüyü kimi iddia Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-ci maddəsinə uyğun olaraq inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara aiddir. (öhdəliyin icrası haqqında iddia) Bu halda isə iddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl inzibati orqana müraciət etməli, inzibati orqan imtina və ya hərəkətsizlik edərsə məhkəmədə iddia qaldıra bilər. İddiaçının digər tələbləri isə mülki məhkəmə icraatı qaydasında baxıla biləcək tələblərdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, iddianın düzgün seçilməsi və uğurluluq ehtimsalının yüksək olması üçün iddiaçı ilk növbədə onun hüquqlarının ilkin olaraq harda pozulmasını müəyyən etməlidir. Mülkiyyət sənədlərinin ilkin torpaqayırma sənədlərinə uyğun verilibverilməsi tələbin müəyyən edilməsi və düzgün cavabdehə yönəldilməsi baxımından əhəmiyət daşıyır. Mülkiyyət sənədləri ilkin torpaqayırma sənədlərinə uyğun verildiyi və mühafizə zolağına düşdüyü halda ilkin inzibati akt inzibati məhkəmə icraatı qaydasında mübahisələndirilə bilər. Bu iddianın nəticəsinə uyğun olaraq mülki məhkəmə icraatı qaydasında mülkiyyət sənədlərinin ləğvi və torpaq sahəsinin boşaldılması tələb edilə bilər. Mülkiyyət sənədləri ilkin torpaqayırma sənədlərinə uyğun olmayaraq qeydiyyat orqanın qanunsuz hərəkəti nəticəsində verildiyi halda ilkin olaraq qeydiyyat orqanına müraciət edilməli, imtina vəya hərəkətsizlik olarsa qanunvericilkdə nəzərdə tutulmuş müddətdə məhkəməyə müraciət edilə bilər. Tikinti işləri mülkiyyət sənədlərinə uyğun olmayan ərazidə aparıldığı zaman isə müllki məhkəmə icraatı qaydasında hüquq müdafiə vasitələrindən istifadə edilə bilər. Tikintiyə icazə verilməsi isə ayrıca mübahisələndirilə bilər. İddiaçıya izah edilsin ki, yuxarıda qeyd edilənləri nəzərə alaraq düzgün hüquqi madafiə vasitəsi seçməsi istisna edilmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar