Məhkəmə qərarları › İş №2-1(118)-865/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-865/2021

21.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-865/2021 21.04.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədirliyi, X6 Şaban qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh X1rşı “X2 işlədiyi 2006 və 2007-ci illərdə aldığı 2808,68 manat əmək haqqına uyğun o zaman köçürülməli olan 701,8 manat sosial sığorta haqqının və 2009-cu il üçün az ödənilən 111 manat sosial sığorta haqqının 15 il ərzində aparılan indeksləşdirmələr və devolvasiya artımları hesablanaraq fərdi şəxsi hesabına köçürülməsinin X3 üzərinə vəzifə kimi qoyulması, fərdi şəxsi hesabında olan artımlara görə pensiyasının yenidən hesablanması və xx.xx.2020-ci il tarixdə səhv təyin edilən 292,91 manatdan artıq vəsaitin keçmiş bütün aylar üçün birdəfəlik hesablanıb ödənilməsinin DSMF-nin üzərinə vəzifə olaraq qoyulması, X3 işini lazımi şəkildə yerinə yetirmədiyindən ona vurduğu mənəvi zərərə görə, həmçinin ictimai nəqliyyatın işləmədiyi şəraitdə 400 km gəlib-qayıtmağı üçün sərf etdiyi 30-50 manat yol xərci olmaqla hər məhkəmə iclasına görə 100 manat maddi-mənəvi təzminatın ona ödənilməsinin X3 üzərinə qoyulması” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh X1rşı iddia qaldıraraq “X2 işlədiyi 2006 və 2007-ci illərdə aldığı 2808,68 manat əmək haqqına uyğun o zaman köçürülməli olan 701,8 manat sosial sığorta haqqının və 2009-cu il üçün az ödənilən 111 manat sosial sığorta haqqının 15 il ərzində aparılan indeksləşdirmələr və devolvasiya artımları hesablanaraq fərdi şəxsi hesabına köçürülməsinin X3 üzərinə vəzifə kimi qoyulması, fərdi şəxsi hesabında olan artımlara görə pensiyasının yenidən hesablanması və xx.xx.2020-ci il tarixdə səhv təyin edilən 292,91 manatdan artıq vəsaitin keçmiş bütün aylar üçün birdəfəlik hesablanıb ödənilməsinin DSMF-nin üzərinə vəzifə olaraq qoyulması, X3 işini lazımi şəkildə yerinə yetirmədiyindən ona vurduğu mənəvi zərərə görə, həmçinin ictimai nəqliyyatın işləmədiyi şəraitdə 400 km gəlib-qayıtmağı üçün sərf etdiyi 30-50 manat yol xərci olmaqla hər məhkəmə iclasına görə 100 manat maddi-mənəvi təzminatın ona ödənilməsinin X3 üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İddiaçı həmin normaya uyğun olaraq hüquqi yardım olunması üçün məhkəməyə dəvət olunmuş, məhkəmə iclasında onun tələbi aydınlaşdırılmış və ona izah edilmişdir ki, inzibati məhkəmə icraatı qaydasında işə mahiyyəti üzrə baxılması üçün tərəflərdən heç olmasa biri inzibati orqan və ya inzibati akt qəbul etmək səlahiyyəti verilmiş orqan olmalı və mübahisə həmin orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. Lakin hazırki işdə cavabdeh X5 inzibati orqan olmamaqla yanaşı, tələb də inzibati deyil, mülki xarakterli tələbdir. Həmin tələblə bağlı ümumi məhkəməyə müraciət edə bilər. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsinin qaytarılmasına dair ərizəsi tərəflərin hüquqlarına və qanunla qorunan mənafelərinə toxunmur və prosesual qanunvericiliyin tələblərinə zidd deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80.1-ci maddəsinə əsasən həmin Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, QƏRARA ALDİ: İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar