Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-865/2025 03.06.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həbibova Könül Əbülfəz qızının sədrliyi, Bayramov Rəhman Elsevər oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “əmrin ləğvi, ehtiyata buraxılma əsasının dəyişdirilməsi, əmək haqqının ödənilməsi” tələblərinə dair inzibati işin mümkünlük məsələsinə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı tərəfindən iddia ərizəsinə qoşma şəklində əlavə edilmiş, həmçinin Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – “İPM”) 1N.3-cü maddəsinə əsasən, təqdim edilmiş və məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər:
1. SX seriyalı, ******* nömrəli “Hərbi bilet”dən görünür ki, İddiaçı N hərbi hissənin N yanvar N017-ci il tarixli əmri ilə hərbi hissənin siyahısına daxil olmuş, manqa komandirinin N iyun N017-ci il tarixli əmri ilə hərbi hissənin siyahısından çıxarılmışdır.
2. Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin N8 dekabr N0N3-cü il tarixli, 3-N5- 19/N-C-14xx-xx/N0N3 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr N017-ci il tarixli, NN nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Ordusunun hərbi qulluqçularının pul təminatı haqqında Əsasnamə”nin 1.5-ci bəndinə əsasən, Müdafiə Nazirliyi tərəfindən pul təminatı Azərbaycan Ordusunda həqiqi hərbi Xidmət keçən hərbi qulluqçulara ödənilir. İddiaçı 30 may N017-ci il tarixdə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, bu səbəbdən bağladığı müqavilənin sonuna qədər olan müddət üçün pul təminatının ödənilməsi barədə müraciətinin yuxarıda göstərilən Əsasnamənin tələblərinə zidd olduğu üçün təmin edilməsi mümkün hesab edilməmişdir.
Məhkəmə araşdırması zamanı İPM-in 1N.3-cü maddəsinə əsasən, verilmiş sorğulara cavab olaraq təqdim edilmiş sənədlər:
3. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N yanvar N0N4-cü il tarixli, 3-N5/N-vət-xx-xx/N0N4 nömrəli İddiaçı göndərilmiş məktubundan görünür ki, Azərbaycan Respublikası Baş Prokurorluğunun İstintaq İdarəsinin müvafiq qərarı əsasında yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmağı məqsədə uyğun hesab edildiyinə və xidmətə yenidən qəbul olunmağı barədə N nömrəli hərbi hissənin komandirinə ünvanladığı ərizə əsasında xidmətə yenidən qəbul olunmaqdan imtina etmişdir. Əlavə olaraq qeyd edilir ki, “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq, ehtiyata buraxıldığı gündən yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunacağı günədək xidmətdə olmadığı günlərə görə əlavə pul kompensasiyasının ödənilməsi yenidən müddətdən artıq həqiqi hərbi xidmətə qəbul olunmağı üçün əsas olan sənədlərdə qeyd olunmadığı üçün icra olunması mümkün olmamışdır.
4. Ağdam Hərbi Prokurorluğunun 19 mart N0N4-cü il tarixli, 3-3-170/N-698/N4 nömrəli məktubundan görünür ki, Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsində xidmət etmiş xx xxxxx 1995-ci il təvəllüdlü vətəndaş İddiaçı barəsində Ağdam Hərbi Prokurorluğunda hər hansı cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır.
5. Ağdam Hərbi Prokurorluğunun 30 mart N0N4-cü il tarixli, 3-3-170/N-833/N4 nömrəli məktubundan görünür ki, xx xxxxx 1995-ci il təvəllüdlü İddiaçı hərbi xidmət keçdiyi müddətdə fərarilik və ya xidmət yerini özbaşına tərk edib-etməməsi, eləcə də hərbi xidmət əleyhinə olan digər cinayətləri törədib-törətməməsi ilə bağlı İddiaçı barəsində Ağdam Hərbi Prokurorluğunda əvvəllər və hal-hazırda cinayət işi istintaq olunmamış və təqsirləndirici material araşdırılmamışdır.
6. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N aprel N0N4-cü il tarixli, 1N64 nömrəli, N5 iyul N0N4-cü il tarixli, N445 nömrəli və 31 iyul N0N4-cü il tarixli, N488 nömrəli məktubları ilə qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı dair “Təqdimat”. - əsgər İddiaçı dair “Xidməti xasiyyətnamə”. - İddiaçı dair “Xidmət vərəqəsi”. - N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçunun şərəf məhkəməsinin 6 iyun N017-ci il tarixli protokolundan 55 nömərli çıxarışdan görünür ki, MAHHXHQ əsgər İddiaçı dinlənilərək çıxışında ehtiyata buraxılmağın istədiyini bildirmişdir. - N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçunun şərəf məhkəməsinin 6 iyun N017-ci il tarixli qərarından görünür ki, MAHHXHQ əsgər İddiaçı vəzifəsinin öhdəsindən gələ bilmədiyinə verilən əmr və tapşırıqlara laqeyd yanaşmasını gələcəkdə perspektivinin olmadığına və özünün şəxsi keyfiyyətlərinin qənaitbəxş olmamasını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatətin qaldırılması qərara alınmışdır.
7. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi N nömrəli hərbi hissənin N avqust N0N4-cü il tarixli, N584 və N585 nömrəli məktubları ilə qoşma şəklində aşağıdakı sənədlər göndərilmişdir: - N nömrəli hərbi hissə komandirinin N yanvar N017-ci il tarixli, 10 nömrəli əmrindən çıxarışdan görünür ki, N nömrəli hərbi hissə komandirinin N yanvar N017-ci il tarixli, 05 nömrəli əmrinə əsasən N nömrəli hərbi hissədən xidmətini davam etdirmək üçün gəlmiş MAHHXHQ əsgər İddiaçı N yanvar N017-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatları daxil edilməsi və 4-cü tabor 11-ci bölük N-ci taqım 1-ci manqa komandiri vəzifəsinə təyin olunması əmr verilmişdir. - N nömrəli hərbi hissə komandirinin N iyun N017-ci il tarixli, 16N nömrəli əmrindən çıxarışdan görünür ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı 4cü taborun 10-cu bölüyün 1-ci taqımın N-ci manqa komandiri N nömrəli hərbi hissə komandirinin N iyun N017-ci il tarixli, 0116əç nömrəli əmri ilə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq müddətdən artıq həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığına görə N iyun N017-ci il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından bütün növ təminatlardan çıxarılması və hərbi qeydiyyata durmaq üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər idarəsinə göndərilməsi əmr edilmişdir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı N017-ci ilin xidmət dövrünə görə Azərbaycan Respublikası Müdafiə nazirinin 5 iyun N00N-ci il tarixli, NN0 nömrəli əmri ilə nəzərdə tutulmuş birdəfəlik pul mükafatını almağa layiq deyil. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər İddiaçı, ehtiyata buraxılması ilə əlaqədar çıxış müavinətinin ödənilməsi, N017-ci il üçün nəzərdə tutulmuş maddi yardımın ödənilməsi, N017-cı ilin növbəti məzuniyyət hesabından 5 gün istifadə edilmiş, məzuniyyət pulunun ödənilməsi əmr edilmişdir.
MÜBAHİSƏLİ HÜQUQİ MƏSƏLƏNİN QİSA XÜLASƏSİ:
İddia ərizəsinin dəlilləri:
8. İddiaçı (bundan sonra - “iddiaçı”) cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə (bundan sonra - “cavabdeh”) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması ilə bağlı əmrinin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı N016-cı ilin oktyabr ayından etibarən Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu olaraq xidmət etməyə başlamışdır. N017-ci ilin yanvar ayında xidməti davam etdirmək üçün Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinə göndərilmişdir. N017-ci ilin may ayında hazırda şərti olaraq “Tərtər işi” adlandırılan iş çərçivəsində qanunsuz sorğusuala, dindirməyə və ağır işgəncələrə məruz qalmışdır. Bu qanunsuz prosesin nəticəsi olaraq işgəncə və dindirmənin gedişində N iyun N017-ci il tarixdə “Hərbi xidmətkeçmə haqqında” Əsasnaməmin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. Bu barədə N iyun N017-ci il tarixli, 0116 ƏÇ saylı əmr qəbul edilmişdir. Qanunsuz və əsassız dindirməyə, işgəncələrə məruz qalmağı, ona qarşı cinayət əməllərinin törədilməsi Bakı Hərbi Məhkəməsinin 1-1(093)-58/N0N3 saylı, N9 noyabr N0N3cü il tarixli hökmündə də öz təsdiqini tapmışdır. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Çıxarılmış hökmlə yalnız iddiaçıya qarşı törədilmiş cinayət əməlləri deyil, eyni zamanda həmin cinayət əməllərinin nəticəsində qanunsuz və əsassız olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı da öz təsdiqini tapmışdır. İddiaçı işgəncə nəticəsində səhhətində yaranan problemlərə və mənəvi-psixoloji durumuna görə hərbi xidmətə bərpa olunmaq istəmir. Lakin həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılma barədə əmr qanunsuz və əsassız olduğundan əmr ləğv edilməli, ehtiyata buraxılma əsası dəyişdirilməli və bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqı ödənilməlidir. Ehtiyata buraxıldığı N017-ci ildə və ondan sonrakı dövrdə zərərçəkmiş şəxs statusu tanınmadığından hüquqlarının bərpası üçün cavabdehə müraciət ünvanlaya, yaxud hüquqi müdafiə vasitələrindən istifadə edə bilməmişdir. N017-ci ilin may ayında cinayət əməllərinə məruz qalmağı Bakı Hərbi Məhkəməsinin N9 noyabr N0N3-cü il tarixli hökmü ilə təsdiq olunduğundan yalnız bundan sonra, 18 dekabr N0N3-cü il tarixdə cavabdehə ərizə ilə müraciət etmişdir. Cavabdeh isə yalnız pul təminatı barədə müraciətini cavablandıraraq N8 dekabr N0N3-cü il tarixli, 3-N5- 19/N-C-14N933/N0N3 nömrəli cavab məktubunda bildirmişdir ki, xidməti uyğunsuzluğa görə ehtiyata buraxıldığı üçün pul təminatının ödənilməsi mümkün deyil. Digər müraciətlərinə isə baxılmamışdır. İddiaçının xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı üçün heç bir əsas olmadığı üçün, əmr qanunsuzdur. İddiaçı hərbi xidmət zamanı Nizamnamə qaydalarına əməl etmiş, xidmətilə həmişə yoldaşlarına da nümunə olmağa çalışmış, ruhu ilə hərbçi, həmişə namusu ilə, şərəfilə hərbi xidmət keçmişdir. Hərbi xidmət dövründə heç bir xidməti uyğunsuzluğa yol verməmiş, xidmətilə bağlı heç zaman irad bildirilməmişdir. Hərbi qulluqçunun şərəfini ləkələyən nalayiq hərəkətlər törətməmiş, heç bir qanunsuz hərəkətlərə yol verməmişdir. Hərbi xidmətlə bir araya sığmayan əməllər törətməmiş, hərbi qanunvericiliyin tələblərini, hərbi intizam qaydalarını pozmamış, intizam cəzası almamışdır. İddiaçı heç bir əsas olmadan, qanunsuz olaraq N017-ci ilin may ayında sorğu-suala, dindirməyə və ağır işgəncələrə məruz qalmışdır. Ona qarşı cinayət əməllərinin törədilməsi Bakı Hərbi Məhkəməsinin N9 noyabr N0N3-cü il tarixli hökmündə də əksini tapmışdır. Həmin iş üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. İddiaçı qanunsuz prosesin nəticəsi olaraq xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmışdır. Odur ki, xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı barədə əmr qanunsuz və əsassızdır, əmr ləğv edilməli, iddiaçının Silahlı Qüvvələrdən ehtiyata buraxılmağının əsası dəyişdirilməlidir.
10. İddia tələbinin maddi hüquqi əsası kimi Azərbaycan Respublikasının Konstitusiyasının N6, 60, 71, “Ümumdünya İnsan Hüquqları Bəyannaməsi”nin 8-ci maddələrinə, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “Mahmudov Rusiyaya qarşı”, “Qavazov Bolqarıstana qarşı” iş üzrə Qərarlarına, “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun N7.3, “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1, 13.1, 14, N0, NN.1, N4, 5N, 57, 58.1, 66, 67, 71.1, 80.1.N, “Vətəndaşların müraciətləri haqqında" Azərbaycan Respublikasının Qanununun 14.08-ci maddələrinə, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 15, 156-cı bəndlərinə, “İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiq olunması üçün” Ali Məhkəmənin Plenumunun 30 mart N006-cı il tarixli, 6 saylı Qərarına, prosessual hüquqi əsası kimi isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - “İPM”) N.N.1, 3N.1-ci maddələrinə istinad olunmuşdur.
11. İddiaçı daha sonra iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdehin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı N iyun N017-ci il tarixli əmrinin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın ödənilməsi öhdəliyinin vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Ərizə məhkəmənin N iyun N0N5-ci il tarixli protokol-qərardadı ilə icraata qəbul edilmişdir.
12. Eyni zamanda, iddiaçı buraxılmış prosessual müddətin bərpa edilməsinə dair ərizə təqdim edərək, iddia tələbinin dəlillərinə istinad etməklə (§9) ərizəni əsaslandırmışdır ki, qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. N017-ci ilin may ayında cinayət əməllərinə məruz qalmağı Bakı Hərbi Məhkəməsinin hökmü ilə təsdiq olunduğundan, iddiaçıya qarşı cinayət əməllərini törədən şəxslər barəsində yalnız indi ittiham hökmü çıxarıldığından həqiqi hərbi xidmətdən ehtiyata buraxıldığı zaman hüquqi müdafiə vasitələrindən istifadə edə bilməmişdir. Həmin zaman mənəvi-psixoloji vəziyyəti də çökmüş halda olub. “Tərtər hadisələri” zamanı və ondan sonrakı müddət ərzində güclü həyəcan keçirmişdir. Yaşadılanlarla yanaşı, ordunun digər hərbi qulluqçularının, ləyaqətli oğullarının “vətən xaini” adı ilə ağır işgəncələrə məruz qalması, onların “sındırılmasını” görməyi iddiaçıya olduqca ağır və bərpaolunmaz mənəvi iztirablar yaşadmışdır. Həmin vaxtlar iddiaçını da yaşadığı yerdə hər kəs “vətən xaini” hesab etmişdir. İddiaçıya dövlətə xəyanət adı altında qanunsuz əməllərə məruz qalmağı təkcə ona deyil, ailə üzvlərinə də mənəvi iztirab verib. Günlərlə, mütəmadi davam edən ağır və dözülməz işgəncələr nəticəsində səhhətində ciddi problemlər yaranmışdır. Səhhətinin bərpası üçün uzun müddət tələb olunmuşdur.
13. İPM-in 45.4-cü maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
14. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 49-cu maddəsinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və tərəflər işin halları, mübahisənin vəziyyəti və iddianın mümkünlüyü ilə bağlı məsələlərin müzakirəsi üçün məhkəməyə dəvət olunmuşlar.
İddia tələbinə qarşı etirazın dəlilləri:
15. Cavabdeh iddia tələbinə qarşı etiraz edərək, iddiaçının iddia ərizəsinin mümkün hesab edilməməsini xahiş etmişdir.
16. Etirazın əsasları kimi aşağıdakılara istinad olunmuşdur: İddia verilərkən iddianın mümkünlüyünün zəruri şərtlərindən olan müddət şərtinə riayət edilmədiyindən və müddət ötürüldüyündən iddia tələbi mümkün sayıla bilməz. İddiaçının hazırda mübahisələndirdiyi əmrdən həmin əmrin ona elan olunduğu tarixdən 30 gün müddət ərzində şikayət vermək hüququ olmuşdur, iddiaçı bu hüquqdan istifadə etməmiş, əmr, onun mübahisələndirilməsi üçün inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş 30 gün müddət ötürülməklə, 7 il sonra mübahisələndirilmişdir. Belə ki, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər olan iddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “e” bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən ehtiyata buraxılmışdır. N nömrəli hərbi hissənin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusunun şərəf məhkəməsinin 6 iyun N017-ci il tarixli qərarında iddiaçının vəzifəsinin öhdəsindən gələ bilmədiyinə, verilən əmr və tapşırıqlara laqeyd yanaşdığı, gələcəkdə perspektivinin olmadığına və özünün şəxsi keyfiyyətlərinin qənaətbəxş olmamasını nəzərə alaraq “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin e bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmağı barədə yuxarı komandanlıq qarşısında vəsatət qaldırılması qərara alınmışdır. Əmrin verilməsinə əsas olmuş surəti vəsatətə əlavə edilmiş N nömrəli hərbi hissə komandirinin təqdimatında iddiaçı N nömrəli hərbi hissədə xidmət etdiyi müddət ərzində özünü nizam intizamlı, bacarıqlı, təcrübəli, savadlı, işgüzar və tələbkar bir hərbi qulluqçu kimi göstərə bilmədiyi, vəzifəsinə aid rəhbər sənədləri zəif bildiyi, bilik səviyyəsini artırmaq üçün çalışmadığı, manqanın şəxsi heyəti ilə döyüş və ictimai-siyasi hazırlıq məşğələləri keçirməyə, əsgərlərə düzgün təlim vermələrinə, döyüş tapşırıqları yerinə yetirərkən isə manqaya bacarıqla komanda verməkdə çətinlik çəkdiyi qeyd edilmişdir. Lakin iddiaçı inzibati orqanın N iyun N017-ci il tarixli əmrini 7 il sonra mübahisələndirmişdir. Bununla da, iddiaçı iddia qaldırılması üçün müəyyən edilmiş müddəti ötürmüş, müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün sübutlar təqdim etməmişdir.
17. Etirazın maddi hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 6N, “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”nin 156, 165-ci maddələrinə, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N aprel N015-ci il tarixli, 5 nömrəli qərarına, prosessual hüquqi əsası kimi İPM-in 35.1, 35.3, 48.N-ci maddələrinə istinad edərək əsaslandırılmışdır.
TƏRƏFLƏRİN İŞTİRAKİ VƏ İZAHATLARİ:
18. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişdirlər.
19. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 18 may N0N1-ci il tarixli, N-1(10N)-895/N0N1 saylı qərarında qeyd olunmuşdur ki, “4N. Göründüyü kimi, məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərin məlumatlandırılması yalnız bildirişin qanunauyğun formada tərtib edilməsindən yox, eləcə də həmin bildirişin tərəflərə lazımi qaydada çatdırılmasından ibarətdir. Məhkəmələr məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verərkən həm bildirişin mətnini qanunauyğun formada tərtib etməli, həm də həmin bildirişin proses iştirakçılarına qanunvericilikdə nəzərdə tutulan formada təqdim edilməsini təmin etməlidir.”
20. Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə görə tərəflərin bərabərliyi ədalətli məhkəmə icraatının əsas xüsusiyyətidir. O, hər bir tərəfə iş üzrə izahatlarını əks tərəflə müqayisədə əlverişsiz vəziyyətdə qalmayacaq şəkildə təqdim etmək üçün ağlabatan imkanın təmin edilməsini tələb edir. Tərəflərin bərabərliyi tərəflər arasında ədalətli balansın qorunmasını tələb edir və cinayət işi və mülki işlərə eyni şəkildə tətbiq edilir. Çəkişməli məhkəmə prosesi hüququ prinsip etibarilə tərəflərin məhkəmənin qərarına təsir etmək məqsədilə təqdim olunmuş bütün sübutlardan və iradlardan xəbərdar olmaq və onları şərh etmək imkanına malik olmasını nəzərdə tutur. Çəkişməli məhkəmə prosesi hüququ tərəflərin bərabərliyi ilə sıx əlaqəlidir və bəzi hallarda Məhkəmə, doğrudan da, bu iki anlayışı birlikdə götürməklə 6 § 1-ci Maddənin müddəalarının pozulduğunu müəyyən edir (Fuşe Fransaya qarşı, § 34; Bulut Avstriyaya qarşı, Bobek Polşaya qarşı, § 56; Klimentyev Rusiyaya qarşı, § 95).
21. Tərəflərə göndərilmiş “Prosessual hüquq və vəzifələrin izahı haqqında” bildirişdə İPM-in 6N.3-cü maddəsinə uyğun olaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədikləri halda, onların iştirakları olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdar olunmuşdurlar.
22. Odur ki, məhkəmə İPM-in 6N.3-cü maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
23. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş iddiaçı izahat verərək, buraxılmış müddətin bərpa edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmiş, əlavə olaraq hazırki tələblə əlaqəli olan məhkəmə qərarlarının və hökmlərinin mövcud olduğunu, onun zərərçəkmiş şəxs qismində tanınmasını, kompensasiyanın ödənilməsi barədə məhkəmə aktının qəbul olunduğunu, lakin kompensasiyanın almadığını bildirmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ İddianın növü və mümkünlüyü
24. Qanunvericiliyin tələblərinə əsasən, iddianın mümkünlüyü şərtlərinin mövcudluğu tərəflərin tələbindən asılı olmayaq məhkəmə tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq yoxlanılmalıdır. Belə olan halda isə, iddianın mümkünlük şərtlərinin mövcudluğunun sübuta yetirilməsi iddiaçının üzərinə düşür.
25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: - N.0.1-ci maddəsinə əsasən, inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; - N.0.N-ci maddəsinə əsasən, inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; - 3.1-ci maddəsinə əsasən, bu qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur.
26. Məhkəmə qeyd edir ki, İPM inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur.
27. İnzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir.
28. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun N aprel N015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.”
29. İPM-in 1N.1-ci maddəsində nəzərdə tutulmuş işin araşdırılması prinsipi iddianın mümkünlük şərtlərinin mövcudluğunun yoxlanılmasına da şamil olunur. Belə ki, İPM-in 1N.1-ci maddəsinə əsasən, məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
30. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
31. Hazırkı iddia mübahisələndirmə haqqında iddiadır (İPM-in N.N.1-ci maddəsi). Mübahisələndirmə haqqında iddianın mümkün sayılması üçün ümumi mümkünlük şərtləri ilə yanaşı, xüsusi mümkünlük şərtləri də mövcud olmalıdır. Bunlar: - İPM-in 35-ci maddəsinə əsasən, iddia qaldırmaq səlahiyyəti; - İPM-in 38.1-ci maddəsinə əsasən, iddia qaldırmaq müddətinə riayət edilməsi.
32. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda adıçəkilən qərarının N.3-cü bəndində qeyd edilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar.
33. Beləliklə, iddia müddətlərinə riayət edilməsi iddianın mümkünlüyü elementlərindən biridir.
34. Cavabdeh tərəfindən verilmiş etiraz ərizəsində qeyd olunmuşdur ki, mübahisələndirilən əmrdən həmin əmrin iddiaçıya elan olunduğu tarixdən 30 gün müddət ərzində şikayət vermək hüququ olmasına baxmayaraq, iddiaçı bu hüquqdan istifadə etməmiş, əmri 7 il sonra mübahisələndirmiş, müddətin buraxılmasının üzrlü hesab edilməsi üçün sübutlar təqdim etməmişdir.
35. Avropa İnsan Hüquqları Məhkəməsinin “Miragall Eskolano və digərləri İspaniyaya qarşı” iş üzrə N5 yanvar N000-ci il tarixli qərarında qeyd edilmişdir ki, atılmalı olan formal addımları və şikayətlərin verilməsi üçün riayət edilməli olan müddət məhdudiyyətlərini tənzimləyən qaydalar ədalət mühakiməsinin lazımi qaydada həyata keçirilməsinin və xüsusi ilə hüquqi müəyyənlik prinsipi ilə uyğunluğunun təmin edilməsi məqsədini daşıyır. Məhkəmə mübahisəsi üzrə tərəflər bu qaydaların tətbiq edilməsini nəzərə almalıdırlar.
36. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir.
37. İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən N ay müddətində qaldırıla bilər.
38. Belə ki, iddiaçı əmrin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın sonuna qədər olan müddət üzrə məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanıb ona ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbi ilə 8 fevral N0N4-cü il tarixdə məhkəməyə müraciət etmişdir.
39. Göründüyü kimi, iddiaçı bir neçə tələb ilə məhkəməyə müraciət etmiş və bu tələbin hər biri “N iyun N017-ci il tarixli əmrin ləğvi” tələbi ilə birbaşa bağlıdır.
40. İPM-in: Maddə NN. Müddətlər NN.1. Bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Maddə N4. Prosessual müddətlərin bərpa olunması N4.1. Bu Məcəllə ilə müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. N4.N-ci maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi barədə ərizə müddətə əməl olunmasına mane olan hallar aradan qalxdığı gündən 15 gün ərzində verilməlidir. Müddətin buraxılmasına səbəb olmuş hallar ərizədə və ya ərizə üzrə keçirilən məhkəmə iclasında əsaslandırılmalıdır; N4.3-cü maddəsinə əsasən, ərizənin verilməsi ilə eyni vaxtda müddəti buraxılmış prosessual hərəkət də edilməlidir; N4.4-cü maddəsinə əsasən, təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz; N4.5-ci maddəsinə əsasən, ərizə prosessual hərəkətin edilməli olduğu məhkəməyə verilir. Həmin ərizəyə məhkəmə iclasında baxılır. Ərizəçiyə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilir; N4.6-cı maddəsinə əsasən, buraxılmış prosessual müddətin bərpa edilməsi haqqında qərardad qəbul edən məhkəmə, eyni vaxtda buraxılmış prosessual hərəkətlərə dair məsələni də həll etməlidir.
41. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” N7 dekabr N001-ci il tarixli Qərarında qeyd edilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır.
42. Sadalanmış normaların məzmunundan görünür ki, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin prosessual qanunvericiliklə məcburi hesab olunmadığı hallarda isə elan edilmə anından başlanır. Müəyyən olunmuş müddət inzibati məhkəmə icraatı iştirakçısının təqsiri olmadan buraxıldığı hallarda, məhkəmə həmin şəxsin ərizəsinə əsasən buraxılmış prosessual müddəti bərpa etməlidir. Lakin İPM bu hissəni imperativ normalarla tənzimləyir.
43. Belə ki, yalnız iki halda müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpası mümkündür: - təbii fəlakət və ya digər qarşısıalınmaz hallar; - hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar.
44. Hazırkı işdə isə məhkəmə tərəfindən sadalanmış halların heç birinin mövcud olmadığı müəyyən edilmişdir (§ 1-7).
45. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməməli, iddia mümkün sayılmamalıdır.
46. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
NƏTİCƏVİ HİSSƏ
47. Şərh edilənlərə əsasən və İPM-in 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı:
İddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpa edilməsinə dair ərizə təmin edilməsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “cavabdehin xidməti uyğunsuzluğa görə ehtiyata buraxılmağı ilə bağlı N iyun N017-ci il tarixli əmrinin ləğv edilməsi, həqiqi hərbi xidmətdən ehtiyata buraxılma əsasının dəyişdirilməsi, itirilmiş illərin əmək stajına hesablanması, bağlaşmanın ödənilməsi öhdəliyinin vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbi mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər.
Hakim Könül Həbibova