Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-867/2022 23.02.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X2 oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Mülkiyyətçisi olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1201,08 kv.m torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınmasına və torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi”nə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq “Mülkiyyətçisi olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1201,08 kv.m torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınmasına və torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi”-nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, 2-1(118)-867/2022 saylı inzibati işlə saylı inzibati işin birbirilə əlaqəli olduğunu, eyni cavabdehə qarşı yönəldiyini və eyni məhkəmənin icraatında olduğunu nəzərə alaraq 2-1(118)-114/2022 saylı işlə bir icraatda birləşdirilməli və 2- 1(118)-867/2022 saylı iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati prosesual Məcəlləsinin 37-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olduğu, bir cavabdehə yönəldiyi və bu Məcəllədə nəzərdə tutulmuş eyni məhkəməyə aid olduğu hallarda bir neçə iddia tələbi iddiaçı tərəfindən bir iddiada birləşdirilə bilər. Azərbaycan Respublikası İnzibati prosesual Məcəlləsinin 56.1-ci maddəsinə əsasən məhkəmə birgə baxılması və vahid qərar qəbul edilməsi məqsədilə icraatında olan və mübahisə predmetləri eyni olan müstəqil işlər üzrə icraatı bir icraatda birləşdirməyə və ya onları yenidən ayırmağa haqlıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Mülkiyyətçisi olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1201,08 kv.m torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınmasına və torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və planölçü sənədinin verilməsi”-nə dair 2-1(118)-867/2022 saylı inzibati iş Sumqayıt İnzibati Məhkəsinin icraatında olan iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “08.11.2019-cu il tarixli, **********60 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən payçısı olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınması və bu barədə plan-ölçü sənədi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair 2-1(118)-114/2022 saylı inzibati işlə bir icraatda birləşdirilməli , 2-1(118)-867/2022 saylı iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 67 və 80-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Mülkiyyətçisi olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1201,08 kv.m torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınmasına və torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi”-nə dair 2-1(118)- 867/2022 saylı inzibati iş, Sumqayıt İnzibati Məhkəsinin icraatında olan iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “08.11.2019-cu il tarixli, **********60 reyestr nömrəli hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən payçısı olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınması və bu barədə plan-ölçü sənədi verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına” dair 2-1(118)-114/2022 saylı inzibati işlə bir icraatda birləşdirilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “Mülkiyyətçisi olduğu Abşeron rayonu, Məmmədli kəndi ərazisində yerləşən 1201,08 kv.m torpaq sahəsinin plan və ölçüsündə cari dəyişiklik edilərək əvvəlki yerində qeydə alınmasına və torpaq sahəsinə Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən çıxarışın və plan-ölçü sənədinin verilməsi”-nə dair 2-1(118)- 867/2022 saylı inzibati işin icraatına xitam verilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-867/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-867/2022
23.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver