Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-868/2020 12.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi ilə, Hakim köməkçisi Ağasiyeva Ülviyyə Şəmşir qızının katibliyi ilə, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 5-ci mikr-n, ev 8, mənzil 59-da yaşayan), Cavabdehin nümyəndəsi X5 (DSMF piblik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, H.Zərdabi prospekti, ev 71 a,mənzil 15-də ünvanda yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində yanında Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Regional Ərazi filialına qarşı Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli 804 saylı Fərmanına əsasən cavabdehin üzərinə zərər vurmadan irəli gələn öhdəliyə görə 2244 manat pulun ödənilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq,aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007ci il tarixli, 804 saylı Fərmanına əsasən cavabdehin üzərinə zərər vurmadan irəli gələn öhdəliyə görə 2244 manat pulun ödənilməsi öhdəliyinin qoyulması tələbinə dairbarədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra cavabdehin prosessual hüquqi varisi kimi inzibati məhkəmə icraatına Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində DSMF publik hüquqi şəxsin 1 saylı Ərazi Regional filialı cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1983-1987-ci illərdə “xxxx” MMC-də çilingər işləmişdir. xx xxxx 1985-ci ildə iş zamanı yıxılmış və əmək xəsarəti almışdır. Aldığı xəsarət nəticəsində peşə əmək qabiliyyətinin 80%-i müddətsiz itirmiş, 2007-ci ilə qədər DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən ona müavinət ödənilmiş, müəssisə isə 2010cu ildə özəlləşdirilmişdir. Lakin təqsirkar müəssisə olan “xxxx” MMC əmək xəsarətinə görə aylıq ödənci ödəməkdən imtina etmişdir. Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli qətnaməsi ilə onun iddiası təmin edilərək, xx xxxxxx 2010-cu ildən etibarən ödəncin “xxxx” MMC-dən tutulması qət edilmişdir. Əmək xəsarətinə görə ödənclərin alınmasına köməklik edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli, 804 saylı fərmanına əsasən xx xxxxxxx 2003-cü ildən dövlət əmlakının özəlləşməsi başa çatanadək zərərə görə aylıq ödəncin ödənilməsi Dövlət Sosial Müdafiə Fondu tərəfindən, özəlləşməsi tam başa çatandan sonra isə təqsirkar müəssisə tərəfindən hesablanaraq ödənilməlidir. Fərmana əsasən onun X18 Komissiyasının rəyi əsasında siyahıya salınmış və ona 33 ay müddətinə, yəni 2007-2010-cu illər üzrə olan dövr üçün hər ay 68 manat olmaqla 2244 manat ödəniş edilməmişdir. Həmin ödəniş Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər Şöbəsi tərəfindən icra edilməmişdir. “xxxx” MMC-nin tam özəlləşməsi xx.xx.2010-cu ildə tam başa çatmış, reyestrdən çıxarış verilmişdir. Bununla bağlı iddiaçı xx.xx.2007-ci ildən xx.xx.2010-cu il tarixinə qədər olan dövr üçün ona ödənilməli olan 2244 manat ödənişin cavabdehdən tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X10 iddianı qəbul etmədi və izah etdi ki, “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaların 5.3-cü bəndinə əsasən, “Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir”. Həmin Qaydaların 5.2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təpdim edir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə ünvanlanmış xx.xx.2020ci tarixli **********2 nömrəli sorğuya cavab olaraq xx.xx.2020-ci il tarixli **********79 saylı məktubda qeyd olunmuşdur ki, “Az.Kond.Vent.Santexqurasdırma” Məhdud Məsuliyyətli Cəmiyyəti “Azsantexmontaj” İB-nin X4 özəlləşdirildikdən sonra onun bazasında yaradılmışdır və İdarənin özəlləşdirilməsi xx.xx.2006-cı ildə başa çatmışdır.Bu Qaydaların 5.1-ci bəndinə əsasən, “Aylıq müavinət onu almaq hüququ yarandığı gündən tez olmamaq şərtilə, 2003-cü il oktyabrın 1-dən başlayaraq dövlət müəssisələrinin özəlləşdirilməsi başa çatanadək və ya onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə minənədək olan dövr üçün verilir. Belə ki, xx.xx.2008-ci il tarixli 804 saylı Fərmanına əsasən Az.Kond.Vent.X1 Cəmiyyəti xx.xx.2006-ci il tarixində özəlləşdirildiyi üçün həmin tarixdən sonra aylıq müavinətin ödənilməsi Dövlət Sosial Müdafiə Fondunun səlahiyyətində olmamalıdır və bu faktimtinaya birbaşa əsas verir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur.Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır(Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1 -ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair x xxxxxx 2010-cu il tarixli Qərarı).Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir.Eyni zamanda, Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı- seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər.Aydın olduğu kimi iddia tələbləri əsassızdır. Bu səbəbdən də cavabdeh orqanın iddiaçının müraciətinə ilə bağlı verdiyi imtina qanuna uyğun olmuşdur. İş materiallarında olan : -xx xxxx 1985-ci il tarixlli 3 nömrəli aktdan görünür ki, X6 həmin tarixdə iş zamanı yıxılmış və əmək xəsarəti almışdır. - Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən verilmiş xx xxxxxx 2019-cu il tarixli məktubdan görünür ki, iddiaçının müraciətdə qeyd etdiyi müəssisə komitənin dislokasiyasında aşkar edilməmişdir. - Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən DSMF-nin Sumqayıt şəhər Şöbəsinə göndərilmiş xx xxxxxxxx 2019-cu il tarixli məktubdan görünür ki,Azərbaycan Respublikasında Dövlət Əmlakının özəlləşdirilməsinin İ Dövlət Programına uyğun olaraq- Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli 327 nömrəli sərəncamı ilə “xxxx” Dövlət Şirkətinin “Azərsitilikquraşdırma” trestinin X4nin bazasında Sumqayıt Quraşdırma ASC yaradılmış və səhmləri xx.xx.2014-cü il tarixdə tam özəlləşdirilərək mülkiyyətçisi dəyişmişdir. - “xxxx” MMC tərəfindən DSMF-nin Sumqayıt şəhər Şöbəsinə ünvanlanmış xx.xx.2012-ci il tarixli 6 saylı məktubdan görünür ki, müəssisədə X18 komissiyası tərəfindən 80-100% əməkm qabilliyətini itirmək dərəcəsi alanları, o cümlədən X3 aylıq ödəncinin bərpa edilməsinə köməklik göstərilməsi xahiş edilmişdir. -Sumqayıt şəhər Məhkəməsinin xx xxx 2019-cu il tarixli 2(060)-3714/2019 saylı qətnaməsindən görünür ki, İddiaçı cavabeh xxxx” MMC-yə xx xxxxxx 2010-cu ildən halhazıradək qarşı əmək şikəstliyi ilə əlaqədar ödənilməyən ödəncin idiaçının tutduğu vəzifənin əmək haqqındakı sonrakı dəyişikliklər nəzərə alınmaqla cavabdehdən tutularaq iddiaçlya verilməsi barədə iddiası təmin edilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, ünvan 4, 9 Kimyaçı küçəsi ünvanında yerləşən Sumqayıt Quraşdırma X2,X12 ,X8,X9 və Məmmədov abbas Şəmistan oğlu tərəfindən ödəzəlləşdirilmiş və onlara AR Dövlət Əmlakının İdarıə edilməsi üzrə Dövlət Komitəsi tərəfindən xx.xx.2006-cı il tarixli 000680 nömrəli mülkiyyət hüququ haqqında şəhadətnamə verilmişdir. -Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən məhkəmənin sorğusuna verilmiş xx.xx.2020-ci il tarixli və xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, “xxxx” MMC Azsantexmontaj İB-nin X4 özəlləşdikdən sonra onun bazasında yaradılmışdır və idarənin özəlləşdirilməsi xx.xx.2006-cı il tarixdə başa çatmışdır. - Sumqayıt şəhər Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 90 nömrəli xx.xx.2009-cu il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək əmək zədəsinə görə hər ay 60 manat müavinət ödənilmişdir. - Sumqayıt şəhər Əhalinin Sosial Müdafiə Mərkəzi tərəfindən verilmiş 90 nömrəli xx.xx.2009-cu il tarixli qərardan görünür ki, İddiaçı xx.xx.2003-cü il tarixdən xx.xx.2007-ci il tarixədək əmək zədəsinə görə 2936 manat məbləğ ödənilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı ödənilməmiş müavinətin ona ödənlməsi barədə cavabdeh DSMF-nin Sumqayıt şəhər Şöbəsinə müraciət etmiş, lakin cavabdeh özünün xx.xx.2020-ci il tarixli məktubu ilə bildirmişdir ki, ƏMDK-ya ünvanlanmış sorğu nəticəsində iddiaçının müraciətdə qeyd etdiyi müəssisə komitənin dislokasiyasında aşkar edilmədiyindən onun müraciətinin təmin edilməsi mümkün olmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrində istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçilərin və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinin və himayəsində olan digər şəxslərin sosial müdafiəsini gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2008-ci il tarixli Fərmanı verilmiş və həmin Fərmanla “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının təmzimlənməsi Qaydaları“ təsdiq edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Prezidentinin x xxxxxx 2008-ci il tarixli Fərmanı ilə itehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş müəyyən kateqoriya şəxslərin hüquqları dövlət təminatı altına alınmışdır. “Özəlləşdirilən və idarəetməyə verilən dövlət müəssisələrinin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq ödənc üzrə borclarının tənzimlənməsi” Qaydaların 5.3-cü bəndinə əsasən, “Bu Qaydaların 5.2-ci bəndində göstərilən müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə aylıq müavinətin təyin edilməsi və ödənilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanları və ya “DOST” mərkəzləri tərəfindən həyata keçirilir”. Həmin Qaydaların 5.2-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi özəlləşdirilməsi başa çatmış (başaçatma tarixi göstərilməklə) dövlət müəssisələri, özəlləşdirilməsi barədə qərar qəbul edilmiş (qəbul edilmiş qərarın tarixi göstərilməklə), lakin özəlləşdirilməsi başa çatmamış dövlət müəssisələri, eləcə də idarəetməyə verilən (idarə etmək hüququna dair bağlanılmış müqavilənin qüvvəyə minmə tarixi göstərilməklə) dövlət müəssisələri barədə məlumatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edir. Dövlət müəssisələrinin özəlləşdirilməsinin başa çatması tarixindən, eləcə də onları idarə etmək hüququna dair bağlanılmış müqavilə qüvvəyə mindikdən sonra istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə və ya bu səbəbdən həlak olmuş işçisinin ailə üzvlərinə və himayəsində olan digər şəxslərə ödənclər Azərbaycan respublikası Əmək Məcəlləsinin 236-cu maddəsinə uyöun olaraq Azərbaycan respublikasının Nazirlər Kabineti tərəfindən müəyyən edilmiş qaydada ödənilir (5.6). Sadalanan normaların məzmunundan göründüyü kimi özəlləşdirməsi başa çatmayan müəssisələrin istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçisinə müəssisənin özəlləşdirilməsi başa çatanadək ödənc müvafiq icra hakimiyyəti orqanı tərəfindən ödənilir. Müəsissənin özəlləşdirilməsibaşa çatandan sonra isə həmin ödənc müəssisənin özü tərəfindən ödənilməlidir. Məhkəmə araşdırlması zamanı müəyyən edildi ki, iddiaçının xəsarət aldığı müəssisə xx.xx.2006-cı ildə başa çatmışdır. İddiaçı xx.xx.2007-ci l tarixədək müavinətin aldığını izah etdi. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin müəssisədən ödəncin xx.xx.2010-cu il tarixdən ödənilməsi qət edilmişdir. Məhkəmə hesab edir ki, hazırki halda DSMF-nin 1 saylı Regional Ərazi filialına qarşı verilmiş iddia rədd edilməli və iddiaçıya xx.xx.2007-ci il tarixdən xx.xx.2010-cu il tarixədək müavinətin müəssisədən tutulmasına dair iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-868/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-868/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver