Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-869/2020 15.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 9-cu mikr-n, ev 23, mənzil 10-da yaşayan), Cavabdehin nümayəndəsi X1 (Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X8 publik hüquqi şəxsinin Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialında mütəxəssis işləyən, Bakı şəhəri, Nərimanov rayonu, Y.Nəsirov küç. ev 4, mənzil 34-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialına qarşı müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx xxxxxx 2018-ci ildən əvvəlki 3 (üç) illik dövr üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin xx xxxxxx 2018-ci ildən əvvəlki 3 (üç) illik dövr üçün hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi yanında Dövlət X7 Sumqayıt şəhər şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra Azərbaycan Respublikası ƏƏSMN-nin tabeliyində DSMF-nin 1 saylı Regional Ərazi filialı Azərbaycan Respublikası Əmək və X4 Nazirliyi tabeliyində Dövlət X7 Sumqayıt şəhər şöbəsinin prosessual hüquq varisi kimi cavabdeh qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi və əsaslandıraraq izah etdi ki, o, xx xxxxxxxx 1971-cı ildə Naxçıvan MR Ordubad rayonunda anadan olmuş, əvvəlcə Sovet Ordusu sıralarında, daha sonra isə, 1992-1993-cü illərdə Azərbaycan Respublikası Silahlı Qüvvələrində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. xx xxxxxx 2018-ci il tarixdə ona müharibə veteranı vəsiqəsi və müharibə veteranı statusu verilmişdir. O, müharibə veteranı kimi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. Bununla bağlı DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət etmişdir. Həmin təşkilat tərəfindən isə iddiaçıya xx xxxxxx 2018-ci il tarixdən, yəni müharibə veteranı vəsiqəsi aldığı gündən müavinət təyin edilmişdir. Bununla bağlı cavabdeh orqana ərizə ilə müraciət edərək müavinətin əvvəlki üç illik müddət üçün də təyin olunmasını xahiş etmişdir. Lakin cavabdeh özünün xx xxxxxx 2019-cu il tarixli iddiaçının xahişini təmin etməkdən imtina etmişdir. Cavabdeh Azərbaycan Respublikası ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər şöbəsinin nümayəndəsi X2 iddianı qəbul etmədi və izah etdi ki, müavinətin əvvəlki dövrlərdə verilməsi müvafiq qanunvericiliyin tələblərinə əsasən uyğun deyildir. İddiaçının sosial müavinəti almaq hüququ müharibə veteranı vəsiqəsinin verildiyi gündən yaranmışdır. Buna görə də ona əvvəlki üç illik dövr üçün müavinətin ödənilməsi barədə tələbi əsassız hesab edilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli M/V N 084900 saylı vəsiqədən görünür ki, İddiaçı müharibə veteranıdır və müharibə veteranları üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir. İş materiallarında olan ərizədən görünür ki, İddiaçı DSMF-nin Sumqayıt şəhər şöbəsinə müraciət edərək ona əvvəlki dövrlər üçün sosial müavinətin ödənilməsini xahiş etmişdir. Lakin cavabdeh xx xxxxxx 2019-cu il tarixli **********8 saylı məktubu ilə ona imtina cavabı vermişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İİİ hissəsinin tələbinə görə hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (işsilik müavinəti və vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Həmin Qanunun 10.1-ci maddəsinə əsasən müavinətlər şəxsin yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təyin edilir və ödənilir. 10-1.5-ci maddəsinə görə keçmiş müddət üçün alınmamış müavinətin məbləği müddətindən asılı olmayaraq ödənilir. Məhkəmə qeyd edir ki, İddiaçı müharibə veteranı adı döyüş bölgəsində xidmət etdiyinə görə verilmişdir, sadəcə həmin statusun ona verilməsi 2018-ci ilin noyabr ayında rəsmiləşdirilmişdir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının müharibə veteranı vəsiqəsi verildiyi vaxtdan əvvəlki üç illik dövr üçün sosial müavinətin ödənilməli olması barədə tələbini əsaslı hesab edir və belə qənaətə gəlir ki, cavabdeh orqan iddiaçıya qeyd olunan dövr üçün sosial müavinəti ödənilməklə «Sosial müavinətlər haqqında» Azərbaycan Respublikası Qanunun 9-cu mаddəsinin tələblərini nəzərə almamışdır. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalı, İddiaçı xx.xx.2018-ci il tarixdən əvvəlki 3 il üçün sosial müavinətin təyin olunması öhdəliyi cavabdeh inzibati orqanın üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69,75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə veteranı kimi müavinətin xx.xx.2018-ci ildən əvvəlki üç illik dövr üçün müavinətin iddiaçıya ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində Dövlət X7 1 saylı X5 üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-869/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-869/2020
15.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver