Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-870/2022 13.05.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X2 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Xaçmaz rayonu, Xanlıq Oba kəndində yaşayan) Cavabdehin nümayəndəsi X3 (DSMF X6 Məhkəmə Mübahisələri ilə iş üzrə Mərkəzi Filialında mütəxəssis işləyən, Bakı şəhəri, Y.Səfərov küçəsi ev 12 a, mənzil 17-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 1 saylı Quba-Xaçmaz regional filialına qarşı onun 14.11.1989-17.02.2002-ci il illərdə tikinti təşkilatlarında, Azərbaycan Dəmir yolunun Biləcəri stansiyasında mühafizə dəstəsində, təsərrüfatlararası təmir-tikinti müəssisələrində və teleradio veilişləri şirkətində işlədiyi dövrün sosial sığorta stajına daxil edilməsi və ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə ünvan 1 ünvanında üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 2 saylı Regional Ərazi filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 14.11.1989-17.02.2002-ci il illərdə tikinti təşkilatlarında, Azərbaycan Dəmir yolunun Biləcəri stansiyasında mühafizə dəstəsində, təsərrüfatlar arası təmir-tikinti müəssisələrində və teleradio veilişləri şirkətində işləməyinin sığorta stajına daxil edilməsi və ona pensiya təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 13.05.2022-ci il tarixli protokol qərardadı ilə cavabdehin adı dəyişdiyindən cavabdeh 1 saylı Quba-Xaçmaz regional filialı ilə əvəz edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. 12.15.1974-cü ildən 12.05.1976-cı ilə qədər hərbi xidmətdə olmuş, 05.07.1977ci ildən 21.08.1989-cu ilədək 12 il Xaçmaz rayonu Çarxı südçülük-tərəvəzçilik sovxozunda sürücü, fəhlə, çilingər işləmişdir. Bundan sonra o, 14.11.1989-cu il tarixdən 17.02.2002-ci il tarixədək tikinti təşkilatında sürücü, Azərbaycan Dəmir yolunun Biləcəri stansiyasında mühafizə dəstəsində mühafizəçi, təsərrüfatlar arası təmir-tikinti müəssisəsində və teleradio verilişləri şirkətində işləməklə 12 il 3 ay iş stajı qazanmışdır. Qeyd olunan idarə və müəssisələr başqa ərazilərə köçürüldüyündən, idarə və müəssisələrin birləşməsi səbəbindən, eləcə də arxivlər başqa arxivlərə birləşdiyindən əmək haqqının göstərilməsini təsdiq edən arxiv sənədlərini ala bilməmişdir. Ümumilikdə, onun hərbi xidməti ilə birlikdə 26 il 3 ay iş stajı vardır. Qanunvericilikdə müəyyən olunmuş yaş həddinə çatması ilə əlaqədar yaşa görə əmək pensiyasının təqaüd təyin olunması üçün Dövlət Sosial Müdafiə Fondu X6 2 saylı Regional Ərazi Filialına müraciət etmişdir. Lakin ona 12 il 3 aylıq dövrə görə arxiv sənədi təqdim edilmədiyimdən imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdi və iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi X5 iddia tələbini qəbul etmədi və izah etdi ki, İddiaçı yaşa görə pensiya təyin edilməsi üçün Fondun 1 saylı Quba-Xaçmaz regional filialına müraciət etmiş, lakin “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikas Qanununun 7-ci maddəsinə əsasən fərdi hesabın sığorta hissəsində pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan vermədiyindən və ya 25 il sığorta stajı olmadığından müraciətin müsbət həlli mümkün olmamışdır. İş materiallarında iddiaçıya məxsus olan 21.08.1989-cu il tarixli ******* nömrəli əmək kitabçasının və 12.05.1974-cü il tarixli ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı ümumilikdə mübahisəsiz sığorta stajı 17 il 07 av təşkil edir. İddiaçı 1972-1976-cı il tarixlərdə “Çarxı südçülük sovxozun”da, 01.11.1994-30.12.1994-cü il tarixlərdə Xaçmaz rayon Təmir Tikinti müəssisəsində, 11.07.1997-17.06.2002-ci il tarixlərdə “X4 verlişləri şirkətində işlədiyini iddia edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 31.2-ci maddəsinə görə əmək pensiyasının təyin edilməsi barədə təqdim edilmiş ərizəyə və siyahısı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müəyyən edilmiş sənədlərə baxılmaqla təyinat aparılır. Sözügedən siyahı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2017-ci il 11 dekabr tarixli 17 nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında’' Azərbaycan Respublikasının Qanununa əsasən, əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” ilə müəyyən edilmişdir.Həmin Qaydaların 3.2-ci bəndinə əsasən 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası, əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, mülki aviasiya uçuş və uçuş-sınaq heyətində işləyən şəxsi işəgötürənin arayışı, hərbi qulluqçuların, xüsusi rütbəli şəxslərin, prokurorluq və ədliyyə orqanları işçilərininxidmət müddətinə dair məlumat vərəqi, İ dərəcə əlilliyi olan şəxsə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşağa, habelə ahıl şəxslərə qulluq edilməsi müddətini təsdiq edən akt və sosial sığorta stajına güzəştlə daxil edilən dövrləri təsdiq edən sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Göründüyü kimi, sosial sığorta stajını təsdiq edən sənədlərə arxiv arayışları aid edilməmişdir. İş materiallarında olan : - - Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 22.05.2022-ci il tarixli 272 saylı arxiv arayışından görünür ki, İddiaçı 1972-ci ilin may-avqust, 1974-cü ilin yanvar-mart ayları, 1976-cı ilin sentyabr-noyabr ayları, 1977-ci ilin aprel-iyul,oktyabr –dekabr ayları, 1978-ci ilin yanvar-iyul, sentyabr-dekabr ayları, 1979-1980-cı illərdə,1981-ci ilin yanvariyun, sentyabr dekabr ayları,1982-ci ilin yanvar-iyun, avqust-dekabr ayları, 1983-1988-ci illərdə,1989-cu ilin yanvar-avqust ayları Xaçmaz rayon Çarxı Südçülük tərəvəçilik sovxozunda işləmiş və əmək haqqı almışdır. - -Azərbaycan Respublikası Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən verilmiş 19.08.2021-ci il tarixli arxiv arayışından görünür ki, İddiaçı 1989-cu ilin avqust dekabr ayları,1990-cı il və 1991-ci ilin yanvar-avqust aylarına “Azərrabitəinşaat” Trestinin 1 nömrəli X1 işləmiş və əmək haqqı alımışdır - Azərbaycan Dəmir Yolları QSC tərəfindən verilmiş 25.08.2021-ci il tarixli 94284 saylı arxiv arayışından görünür ki,İddiaçı 1992-ci ilin iyun-dekabr, 1993-cü ilin yanvar-avqust ayları "xxxx" QSC-nin Mühafizə idarəsində işləmişdir. - -İddiaçının adına açılmış ИТ№1491872 seriyalı əmək kitabçasından görünür ki, İddiaçı 05.07.1977-ci ildən 21.08.1989-cu il tarixədək Çarxı Tərəvəzçilik-südçülük sovxozunda, 14.11.1989-cu il tarixdən 08.02.1992-ci il tarixədək “Azərrabitəinşşat” 1 N-li X1, 27.05.1992-ci il tarixdən 08.08.1993-cü il tarixədək Biləcəri hərbiləşdirilmiş mühafizə dəstəsində, 01.11.1994-cü il tarixdən 30.12.1994-cü il tarixədək təsərrüfatlararası təmir tikinti müəssisəində, 11.07.1997-ci ildən 17.06.2002-ci il tarixədək X4 verilişləri şirkətində işləmişdir. - -НЗ № ******* seriyalı hərbi biletdən görünür ki, İddiaçı 1974-1976-cı illərdə hərbi xidmətdə olmuşdur. Məhkəmə sorğusuna əsasən 3 saylı Ərazi Vergilər İdarəsi tərərfindən verilmiş 01.04.2022-ci il tarixli cavab məktubundan görünür ki, Xaçmaz rayon Təmir Tikinti Müəssisəsi 3 saylı Ərazi Vergilər İdarəsi vergi ödəyicisi kimi uçota alınmamışdır. Xaçmaz rayon Teleradio Verilişləri Şirkəti (VÖEN: **********) Azərbaycan Respublikası Dövlət mətbuat komitəsinin kütləvi informasiya vasitələri baş idarəsi tərəfindən 08.06.1993-cü ii tarixdə 666 saylı şəhadətnamə ilə dövlət qeydiyyatına, 02.03.2005-ci il tarixdə vergi uçotuna alınmışdır. Vergi ödəyicisinin uçot məlumatlarına əsasən vəziyyəti aktiv, hüquqi ünvanı Xaçmaz şəhəri, Axundov küçəsi, ev 67-dir. -Xaçmaz rayon Dövlət Arxivi tərəfindən verilmiş 30 mart 2022-ci il tarixli cavab məktubundan görünür ki, “Xaçmaz rayon Təmir Tikinti” müəssisəsinin əmək haqqı cədvəlləri və əmr kitabları mühafizə olunmaq üçün arxivə təhvil verilmədiyindən, vətəndaş İddiaçı əmək fəaliyyəti barəsində məlumat verilə bilmir. İddiaçı Azərbaycan Respublikası Radio və Televiziya verilişləri şirkətinin X4 verilişləri şirkəti üzrə 11.07.1997-17.06.2002-ci illərdə işləmişdir. Çarxı Südçülük sovxozunun hesablaşma cədvəlləein( kitablarına) əsasən vətəndaş İddiaçı 1974-cü ilin yanvar-mart ayları ərzində işləmiş və əmək haqqı almışdır. -Cavabdehin 18 avqust 2021-ci il tarixli imtina məktubundan görünür ki, iddiaçının 13.05.1974-cü il tarixdən 08.08.1993-cü il tarixədək olan dövr üçün fasilələrlə müxtəlif illərdə əmək kitabçası və həqiqi hərbi xidmət haqqında sənədlərinə əsasən 17 il 7 sığorta stajına əsasən 13399,62 manat pensiya kapitalının mimimum əmək pensiyasına imkan vermədiyinə, eyni zamanda 25 il sığorta stajına malik olmadığı üçün yaşa görə əmək pensiyası hüququq yaranmır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Göstərilən Qanunun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun (01.07.2017-ci il tarixdən qüvvədə olan redaksiyada) 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddənin “Qeyd” hissəsinə görə bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Beləliklə, iddiaçıya yaşa görə əmək pensiyasının təyin olunması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verən pensiya kapitalı və ya 25 il sosial sığorta stajı tələb olunur. İddiaçı tələb olunan yaş həddinə çatsa da, onun mübahisələndirilən dövrdə istinad etdiyi müəssisələrdə işləməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadı. Belə ki, onun işə daxil olması və işdən azad olunması barədə əmrlərin, həmçinin həmin müəssisələrdən əmək haqqı almasını təsdiq edən sənədlər (əmək haqqı cədvəlləri) aşkar edilməmişdir. İddiaçının 11.07.1997-ci il tarixdə X4 verilişləri şirkətinə işə qəbul edilməsi və 17.06.2002-ci ildə onun işlədiyi avtomobilin özəlləşdirildiyindən teleşirkətin balansından çıxarılması barədə əmrlər arxivdə aşkar olunmuç, lakin əmək haqqı cədvəlləri aşkar edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının əmək kitabçasında aparılmış qeydiyyat başqa sübutlarla təsdiq olunmadığından həmin dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının təyin edilməsinə dair iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qeyd edir ki, mübahisələndirilən dövr iddiaçının sosial sığorta stajına daxil edilmədən tələb olunan 25 il sosial sığorta stajı tamamlanmır və onun yaşa görə əmək pensiyası hüququ yaranmamış olur. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən (Sumqayıt Məhkəmə Kompleksi) Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-870/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-870/2022
13.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver