Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-871/2020 19.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X6 Ramiz qızının katibliyi, İddiaçılar İddiaçı (işləməyən, Bakı şəhəriu, Qala qəsəbəsi, 3 N-li Zeytun Sovxozu küçəsində yaşayan) və X2 (işləməyən, Bakı şəhəri, Qala qəsəbəsi, 3 N-li Zeytun Sovxozu küçəsində yaşayan), Cavabdehin nümayəndəsi X5 (Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi vəzifəsində işləyən, Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 8, mənizlı 35-də yaşayan) iştirakı ilə, İddiaçılar İddiaçı və X2 cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı cavabdehin üzərinə təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçı və X7 cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx xxxxxxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində doğulmuş X4 doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Şifahi məhkəmə baxışında iştirak edən özünü X1 təqdim edən şəxs iddianı müdafiə etdi və izah etdi ki, o, xx xxxxxxxx 1984-cü ildə Şamaxı rayonu Quşçu kəndində Sumqayıt şəhərində anadan olmuşdur. Doğim haqqında şəhadətnaməsi digər sənədləri ilə birlikdə naməlum şəraitdə itdiyindən şəxsiyyət vəsiqəsi ala bilmir. Təkrar doğum haqqında şəhadətnamənin verilməsi üçün Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, lakin sonuncu onun ərizəsini təmin etməkdən imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, şəxsiyyət vəsiqəsi olmadığından ona təkrar doğum haqqında şəhadətnamə verilə bilməz. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o, X8 ilə rəsmi nikaha daxil olmuşdur. Onların birgə nikahdan xx.xx.1984-cü il tarixdə Hicran adlı bir qızları vardır. 1984-cü ildə qızına doğum haqqında şəhadətnamə verilmişdir. Lakin Sumqayıt şəhərindən Bakıya köçərkən bütün şəxsi sənədləri, o cümlədən Hicranın doğum haqqında şəhadətnaməsui naməlum şəraitdə itirilmişdir. Bu səbəbdən o, şəxsiyyət vəsiqəsini ala bilmir, şəxsiyyət vəsiqəsi olmadığından isə təkrar doğum haqqında şəhadətnaməsini da almaq hüququndan məhrum olmuşdur. Cavabdehin nümayəndəsi X9 iddianı qəbul etmədi və izah etdi ki, qeydiyyat şöbəsinin arxivində xx.xx.1984-cü il tarixdə anadan olmuş X3 doğum haqqında akt qeydi aşkar edilmişdir. Lakin iddiaçı şəxsiyyətini təsdiq edən sənədi təqdim edə bilmədiyindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsindən imtina edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər rayon İHB-nın Qala qəsəbə İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 1419 saylı xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, X7 anası İddiaçı ilə birlikdə Qala qəsəbəsi 3 N-li Zeytun sovxozunda yaşayır. İş materiallarına əlavə edilmiş xx xxxxxx 1984-cü il tarixli 4916 nömrəli doğum haqqında akt qeydindən görünür ki, X7 xx xxxxxxxx 1984-cü il tarixdə Sumqayıt şəhərində anadan olmuşdur, atası X8, anası İddiaçıdır. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı X7 təkrar doğum haqqında şəhadətnamə verilməsini xahiş etmişdir. Cavabdeh özünün xx.xx.2020-ci il tarixli 05/Q - 141/15 saylı məktubu ilə imtina cavabı verərək bildirmişdir ki, iddiaçı şəxsiyyətini təsdiq edən sənəd təqdim etmədiyindən ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Bununla bağlı iddiaçıya məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxxx 2003-cü il tarixli 145 saylı qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydaları”-nın 9.1ci bəndinə əsasən Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat kitablarında və ya Qeydiyyat şöbəsinin və konsulluq idarəsinin yaş kağızı kitablarında vətəndaşlıq vəziyyəti aktlarının qeydlərinə əsasən vətəndaşlara onların ərizəsi əsasında arzusu nəzərə alınmaqla, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı haqqında təkrar şəhadətnamə və ya arayış verilir. Cavabdeh inzibati orqanın imtinasındakı mövqeyinə görə iddiaçıya doğum haqqında şəhadətnamənin verilməsindən imtinanın səbəbi onun şəxsiyyət vəsiqəsinin olmamasıdır. X2 Azərbaycan Respublikası vətəndaşı olması mübahisə olunmur. O, xx xxxxxxxx 1984-cü ildə Sumqayıt şəhərində anadan olmuşdur və doğumla bağlı müvafiq orqanda qeydiyyat aparılmışdır. İddiaçının şəxsiyyət vəsiqəsi ala bilməməsinə səbəb şəxsiyyət vəsiqəsinin olmamasıdır. Lakin iddiaçının şəxsiyyəti ona məxsus olan doğum haqqında akt qeydi və müvafiq arayış ilə müəyyən olunur. “İnzibati icraat haqqında” Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəyə görə inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəyə görə təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 24.5-cü maddəyə əsaəsn inzibati orqan inzibati icraatda iştirak edən şəxslər tərəfindən təqdim olunmuş və baxılması onun səlahiyyət dairəsinə aid olan ərizə, şikayət və ya vəsatətləri işə aid olmaması və ya əsassız olması səbəbindən qəbul etməkdən imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddiaçı X2 iddiası təmin edilməli, ona təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. xx xxxxxx 1984-cü il tarixli 4916 nömrəli doğum haqqında akt qeydinə əsasən X4 təkrar doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyi Sumqayıt şəhər qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-871/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-871/2020
19.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver