Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-872/2023 21.11.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Mirzəliyeva Türkan Ərşad qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə1, Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iştirakları ilə İddiaçı cavabdeh Abşeron rayonu Novxanı bələdiyyəsinə qarşı “Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının ləğv edilməsi” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Abşeron rayonu Novxanı bələdiyyəsinə qarşı “Novxanı bələdiyəsinin xx.xx.2021-ci il tarixli iclasın 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin Mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına dair 2/1 qərarı və “X19” X34in Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 05 may 2022-ci il tarixli 94/1 saylı protokolu etibarsız hesab edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi və vəkili Nümayəndə1 məhkəməyə iddia tələbinin dəqiqləşməsi barədə ərizə təqdim edərək, “Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının ləğv edilməsi”nə dair qərar qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3391/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadı ilə “X19” X34 Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyası və X23, 2-1(118)-872/20223 saylı, xx.xx.2023-cü il tarixli qərardadı ilə X16 və X24 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdirlər. İddia onunla əsaslandırılmışdır ki, X23 iddiaçının övladıdır. Həyat yoldaşı olmuş və yuxarıda qeyd etdiyi övladının atası olmuş X31 xx.xx.2019-cu il tarixdə vəfat etmişdir. Vəfat etmiş X25 övladları və o, qanun üzrə vəfat etmiş şəxsin vərəsələridir. Onun istifadəsində Abşeron rayonu Novxanı kəndində 0,10 ha torpaq sahəsi olmuşdur. X11 ona bildirmişdir ki, həmin torpaq sahəsini ona versə, o vəfat etmiş və onun atası olmuş X25 digər əmlaklarında olan payından anasının xeyrinə imtina edəcək. İddiaçı ona inanaraq onun xahişi ilə 26 saylı notariat ofisinə gedərək ərizə yazmışdır. xx.xx.2021-ci il tarixli ərizəsində X20 göstərişi ilə bildirilmişdir ki, onun istifadəsində olan Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli 12 saylı iclasının 2/1 qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına etiraz etmir, razıdır. Sonradan bilmişdir ki, X9 bələdiyyəsi ilə razılaşaraq ona bu formada ərizəsini notariat ofisində yazdırmışdır. Bundan sonra 05 may 2022-ci il tarixdə Novxanı bələdiyyəsinin sifarişi ilə “X19” X34in Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyası tərəfindən hərrac təşkil edilmiş və sözü gedən torpaq sahəsi 4350 manata satılmışdır. Novxanı kəndində yerləşən 0,10 ha torpaq sahəsi cəmi 4350 manata satılmışdır. Halbuki, həmin torpağın bazar qiyməti 80000-100000 manat civarındadır. Burdanda məlum olur ki, Novxanı bələdiyyəsi ilə Mirzəyeva Samirə əlbir olaraq onu aldatmışdırlar. Novxanı bələdiyyəsi 0,10 ha torpaq sahəsinə dair qərardan çıxarışın və hərrac protokolunun sürətlərinin alınmasına dair sorğu verilmişdir, xx.xx.2022-ci il tarixdə sorğuya cavab alınmışdır. ƏMDX-nin Abşeron Ərazi Şöbəsindən isə sorğuya cavab xx.xx.2022-ci il tarixdə cavab alınmışdır. Bundan sonra X23 atasından və o cümlədən onun həyat yoldaşı olmuş X21 qalmış digər əmlakdakı payından imtina etməmişdir. Digər əmlakda payını notarial qaydada müəyyən edərək mülkiyyət hüququnu tanıtmışdır. Sonradan bilmişdir ki, bunları cavabdeh X28 Bələdiyyəsi ilə məsləhətləşmiş və onu aldatmışdır. Belə olan halda Abşeron rayon Novxanı bələdiyyəsinin xx.xx.2021-ci il tarixli iclasın 0,10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin Mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına dair 2/1 qərarı və “X19” X34in Abşeron Ərazi Torpaq müsabiqə və hərrac komissiyasının 05 may 2022-ci il tarixli 94/1 saylı protokolu etibarsız hesab edilməlidir. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi həmçinin vəkili Nümayəndə1 iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi və vəkili Nümayəndə2 iddiaya qarşı etiraz edərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxslər məhkəmə iclasında iştirak etməmişdir və cavabdeh tərəfindən iddiaya qarşı yazılı etiraz bildirilməmişdir, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün saydı.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. - İ-ЖГ № 373948 saylı “Nikahın bağlanması haqqında şəhaddətnamə”nin surətindən görünür ki, X31 ilə İddiaçı Hifayət qızı arasındakı nikah 09 oktyabr 1976-cı il tarixdə qeydə alınmışdır. - MA seriyalı, ******* saylı, xx.xx.2010-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində Abşeron rayonu Novxanı bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarından çıxarışdan görünür ki, Novxanı bələdiyyəsinin alqı-satqı predmeti olan 0.10 ha torpaq sahəsinin yaşayış evi tikintisi məqsədilə X7 qərara alınmışdır. - AZ-İİ № 050779 saylı, 25 noyabr 2019-cu il tarixli “ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X31 25 noyabr 2019-cu il tarixdə ölmüşdür. - Abşeron rayonu Novxanı bələdiyyəsinin 12 saylı, 05 noyabr 2021-ci il tarixli qərarından çıxarışdan görünür ki, Novxanı Bələdiyyəsinin alqı-satqı predmeti olan 0.10 hektar torpaq sahəsini yaşayış evi tikmək məqsədilə hər bir sotu 435 manat olmaqla satılması üçün Hərracların təşkili üzrə X22 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət olunması qərara alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş “X19” X34in HTM seriyalı, 000642 saylı şəhadətnaməsinin surətindən görünür ki, X10 rayonu ərazisində yerləşən Abşeron rayonu Novxanı bələdiyyəsinin mülkiyyətində olan 1000 kv.metr torpaq sahəsinə dair “X19” X34 Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasının keçirdiyi müsabiqənin qalibi olmuşdur. - Məhkəməyə sorğu əsasında daxil olmuş 4Ə-1017 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən X2. - Məhkəməyə sorğu əsasında daxil olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2022cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində X15 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. - Məhkəməyə sorğu əsasında daxil olmuş 4Ə-428 reyestr nömrəli, 01 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi X24 tərəfindən X1. - Məhkəməyə sorğu əsasında daxil olmuş ********** qeydiyyat nömrəli, xx.xx.2023cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində X12 mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
“İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Bu normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Beləliklə, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir (“Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 13 avqust 2020-ci il tarixli Qərardadı, №02, 24-cü bənd). İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 73.2-ci maddəsinə əsasən inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti nəzərdə tutulmadıqda və ya inzibati akt onun ünvanlanmadığı digər maraqlı şəxslərin qanuni maraqlarına (ilk dəfə) toxunduqda, həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilə bilər. İnzibati iş materiallarından göründüyü kimi, iddiaçı ona münasibətdə əlverişsiz inzibati akt olan və mübahisələndirdiyi Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclasın qərarınını Abşeron rayonu Novxanı bələdiyyəsinin 202 saylı, 19 sentyabr 2022-ci il tarixli məktubu ilə əldə etmiş və həmin qərarı 10 oktyabr 2022-ci il tarixdə məhkəməyə daxil olmuş iddia ərizəsi ilə mübahisələndirmişdir. Göründüyü kimi iddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir. İddiaçı tərəfindən hazırki iddianın qaldırılması üçün qanunvericilikdə müəyyən edilmiş prosessual müddət ötürülməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən edilir ki, mübahisəli torpaq sahəsi, yəni Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsinin Abşeron rayonu Novxanı bələdiyyəsinin 12 saylı, 05 noyabr 2021-ci il tarixli qərarı ilə fərdi yaşayış evi tikintisi üçün X26 ayrılması qərara alınmışdır. Qeyd olunan torpaq sahəsi həmin vaxtdan da onun istifadəsində və sahibliyində olmuşdur. O, vəfat etdikdən sonra torpaq sahəsi vərəsəsi olan həyat yoldaşı, yəni İddiaçı istidafəsində olmuşdur. Daha sonra Abşeron rayonu Novxanı bələdiyyəsinin 12 saylı, 05 noyabr 2021-ci il tarixli qərarı ilə Novxanı Bələdiyyəsinin alqı-satqı predmeti olan 0.10 hektar torpaq sahəsinin satılması üçün Hərracların təşkili üzrə X22 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət olunması qərara alınmışdır. Həmin qərar əsasında “X19” X34 Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasında qeyd olunan torpaq sahəsinin hərracı həyata keçirilmiş, X24 müsabiqənin qalibi olmuşdur və bununla bağlı onun adına “X19” X34in HTM seriyalı, 000642 saylı şəhadətnaməsi tərtib edilmişdir. Hərracın nəticəsi olaraq, 4Ə-1017 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.1 ha torpaq sahəsi Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən X5, ********** qeydiyyat nömrəli, xx.xx.2022-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla E.Abuşovun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Mübahisəli torpaq sahəsi sonuncu tərəfindən 4Ə-428 reyestr nömrəli, 01 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə X3 və ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla torpaq sahəsi üzərində N.İbrahimovun mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Hal-hazırda iddiaçı qeyd olunan torpaq sahəsinin üçüncü şəxslərin mülkiyyətinə verilməsinə əsas olmuş Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarının ləğv edilməsini məhkəmədən xahiş edir. Məhkəmə araşdırılanlara əsasən hesab edir ki, iddia təmin edilməli və Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarı ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Əmlakın tam müsadirəsinə yol verilmir. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər (Azərbaycan Respublikas Konstitusiyası 13-cü maddəsinin İ və İİ hissələri, 29-cu maddəsinin İ, İİ və İV hissələri). Məhkəmə tərəfindən inzibati işin araşdırılması zamanı zəruri sənədlərin təqdim edilməsi üçün aidiyyatı üzrə orqanlara sorğular ünvanlanmışdır. Sorğu əsasında əldə edilmiş MA seriyalı, ******* saylı, xx.xx.2010-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışın surətindən görünür ki, Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində Abşeron rayonu Novxanı bələdiyyəsinin mülkiyyət hüququ dövlət qeydiyyatına alınmışdır. Sorğu əsasında əldə edilmiş Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarından çıxarış ilə müəyyən edilmişdir ki, qeyd olunan bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin - Novxanı bələdiyyəsinin alqı-satqı predmeti olan 0.10 ha torpaq sahəsinin yaşayış evi tikintisi məqsədilə X7 qərara alınmışdır. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 19 iyul 2010-cu ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarı əsasında mərhuma satılmış torpaq sahəsi üzərində mərhumun mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Mərhuma torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır, həmin qərarın və alqı-satqının hərhansı səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. X14 tərəfindən həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün müraciətin edilməməsi onun mülkiyyət hüquqlarının pozulması və ya həmin hüquqlarından məhrum edilməsinin əsası ola bilməz. İddiaçı onun aldadıldığını, torpaq sahəsinin satılmayacağını zənn etdiyini bildirərək, torpaq sahəsinin satılmasına etirazının olmaması ilə bağlı 05 noyabr 2021-ci il tarixli ərizə imzalamışdır. Lakin daha sonra aldadıldığını anlayaraq, 05 noyabr 2021-ci il tarixdə həmin ərizəyə xitam verildiyini qeyd etmişdir. İnzibati iş materiallarında olan xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, İddiaçı istifadəsində olan Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il 12 saylı iclasının 2/1 qərarı ilə ayrılmış 0.10 ha torpaq sahəsi üzərində Abşeron rayonu, Novxanı bələdiyyəsinin mülkiyyət hüququnun qeydiyyata alınmasına və hərraca çıxarılmasına etiraz etməmiş, 05 noyabr 2021-ci il tarixdə isə həmin ərizənin icraatına xitam verilmişdir. MA seriyalı, ******* saylı, xx.xx.2010-cu il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla Abşeron rayonu, Novxanı kəndində yerləşən 0.10 ha torpaq sahəsi Abşeron rayonu Novxanı bələdiyyəsinin 09 saylı, 19 iyul 2010-cu il tarixli qərarı ilə X6 baxmayaraq, yenidən Abşeron rayonu Novxanı bələdiyyəsinin 12 saylı, 05 noyabr 2021-ci il tarixli qərarı ilə hər bir sotu 435 manat olmaqla satılması üçün Hərracların təşkili üzrə X22 ərazi Torpaq müsabiqə və hərrac komissiyasına müraciət olunması qərara alınmışdır. Həmin qərar əsasında “X19” X34 Abşeron Ərazi Torpaq Müsabiqə və Hərrac Komissiyasında qeyd olunan torpaq sahəsinin hərracı həyata keçirilmiş, X24 müsabiqənin qalibi olmuş, Hərracın nəticəsi olaraq, 4Ə-1017 reyestr nömrəli, xx.xx.2022-ci il tarixli alqı-satqı müqaviləsi ilə torpaq sahəsi Abşeron rayonu Novxanı bələdiyyəsi tərəfindən X5 və sonuncunun mülkiyyət hüquqları ********** qeydiyyat nömrəli, xx.xx.2022-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarışla dövlət qeydiyyatına alınmışdır. Daha sonra torpaq sahəsi 4Ə-428 reyestr nömrəli, 01 iyun 2023-cü il tarixli alqı-satqı müqaviləsi ilə X1 və sonuncunun adına ********** qeydiyyat nömrəli, xx.xx.2023-cü il tarixli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” çıxarış tərtib edilmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Qanunun 9.1-ci maddəsinə əsasən Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Azərbaycan Respublikasının 15 mart 2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Əsasnamənin 5-ci bəndinə əsasən bələdiyyələr öz ərazilərində bələdiyyə torpaqlarından həyətyanı sahə və kənd təsərrüfatı məqsədləri üçün, sənaye, nəqliyyat, rabitə və digər obyektlərin, fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi, sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə zəruri tikililərin inşası, habelə inzibati və çoxmənzilli çoxmərtəbəli binaların tikintisi üçün qanunvericiliyə və bu Əsasnamənin 2-4-cü bəndlərinə uyğun olaraq hüquqi və fiziki şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə, həmçinin bələdiyyələrin öz ehtiyaclarını və fəaliyyətlərini təmin etmək üçün torpaq sahəsi ayırırlar. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən bələdiyyələr bu Əsasnamənin 5-ci bəndində göstərilmiş məqsədlər üçün torpaq sahələrini ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olaraq ayırırlar. Həmin Əsasnamənin 7-ci bəndinə əsasən ərazinin planlaşdırılması və tikintisi layihələri olmadıqda, bu Əsasnamənin 5-ci bəndində göstərilmiş obyektlərin yerləşdirilməsi və ya tikintisi üçün, habelə fərdi yaşayış və bağ evlərinin, fərdi və kooperativ qarajların tikintisi zərurəti yarandığı hallarda yeni yaşayış məhəllələrinin salınması üçün bələdiyyələr torpaq sahələrinin seçilməsini və ayrılmasını dəqiqləşdirmək məqsədi ilə ərazinin yerquruluşu-təsərrüfat planı, yaşayış məntəqəsinin baş planı əsasında yaxın dövr üçün şəhərsalma və tikinti normalarına uyğun olaraq ərazinin planlaşdırılması və tikintisi layihələrinin hazırlanmasını və həyata keçirilməsini təşkil edirlər. Bələdiyyələr ərazinin planlaşdırılması və tikintisi layihələrini müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırırlar. Müvafiq icra hakimiyyəti orqanı memarlıq planlaşdırma baxımından obyektlərin yerləşdirilməsinə təklif verə bilər. Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Göründüyü kimi X17 torpaq sahəsinin satılması yuxarıda göstərilən qanunvericiliyin tələblərinə zidd olmuşdur. Belə ki, qeyd olunan qanunvericilik normalarından göründüyü kimi, bələdiyyə tərəfindən bir vətəndaşa satılmış torpaq sahəsinin sonradan digər bir vətəndaşa satılması nəzərdə tutulmamışdır. Bələdiyyə yalnız öz mülkiyyətində olan torpaq sahəsini digər şəxslərə sata bilər. Bələdiyyə tərəfindən yol verilmiş hüquq pozuntusu – yəni mərhum X8 torpaq sahəsinin sonradan X4 onun konstitusion hüququ olan mülkiyyət hüququnun pozuntusuna gətirib çıxarmışdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunun 21.2-ci maddəsinə əsasən Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. Qanunun 28.1-ci maddəsinə əsasən, inzibati icraatın başlanılması üçün əsaslar aşağıdakılardır: 28.1.1. fiziki və ya hüquqi şəxsin ərizəsi; 28.1.2. inzibati orqanın təşəbbüsü və ya qanunla nəzərdə tutulmuş hallarda inzibati orqanın inzibati aktı qəbul etmək vəzifəsi; 28.1.3. inzibati aktdan şikayət verildiyi halda, inzibati şikayət. 28.2. Bu Qanunun 28.1.1-ci və 28.1.3-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati icraat müvafiq olaraq ərizənin və ya şikayətin qeydiyyata alındığı andan başlanır. 28.3. Bu Qanunun 28.1.2-ci maddəsində nəzərdə tutulmuş hallarda inzibati icraat maraqlı şəxsə icraat haqqında məlumat verildiyi və ya maraqlı şəxsə münasibətdə ilk prosessual hərəkətin həyata keçirildiyi andan başlanır. Qanunun 62.1-ci maddəsinə əsasən inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Qanunun 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. İPM-in 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Qeyd edilən halları sübutetmə yükü cavabdehin üzərindədir və cavabdeh tərəfindən məhkəməyə həmin halların mövcudluğunu təsdiq edən hər hansı sübut təqdim edilməmişdir. İnzibati-Prosessual Məcəllənin 68.2-ci maddəsinin tələbinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarı ləğv edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. Abşeron rayonu Novxanı bələdiyyəsinin 05 noyabr 2021-ci il tarixli, 12 saylı iclas qərarı ləğv edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva