Məhkəmə qərarları › İş №2-1(118)-8724/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-8724/2025

13.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-8724/2025 13.01.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X7rşı “Sumqayıt şəhərinin "Novxanı" bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 5091c nömrəli bağ torpaq sahəsinə dair Quluzadə (Hüseynova) Afət Əhməd qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və Sumqayıt şəhərinin "Novxanı" bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 5091с nömrəli bağ torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması” barədə iddiasına dair işə inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2017ci il tarixli 2(060)-2065/2017 nömrəli qətnaməsi ilə (sədrlik edən, hakim İlyas Mahmudov) iddiaçı Hüseynova (Quluzadə) Afət Əhməd qızının cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı torpağa dair alqı-satqı aktının bağlanmış sayılması, bələdiyyə qərarının etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə üzrə iddia təmin edilmiş, Sumqayıt şəhərinin "Novxanı" bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 5091с nömrəli bağ torpaq sahəsinin Quluzadə (Hüseynova) Afət Əhməd qızının mülkiyyətinə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli 11 nömrəli qərarının etibarlı hesab edilməsi, Sumqayıt şəhərinin "Novxanı" bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 5091с nömrəli bağ torpaq sahəsinə dair Quluzadə (Hüseynova) Afət Əhməd qızı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqısatqı aktının (müqaviləsi) 29 aprel 2008-ci il tarixdən bağlanmış sayılması qət edilmişdir. Daha sonra xx.xx.2017-ci il tarixdə Sumqayıt "Asan Xidmət" mərkəzində bağlanılmış alqısatqı müqaviləsinə əsasən müvafiq bağ torpaq sahəsi X2 və onun adına ********** qeydiyyat nömrəsi ilə RX ******* seriyalı reyestrdən çıxarış verilmişdir. Qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı qətnamədən apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin 13 yanvar 2022-ci il tarixli qətnaməsi ilə qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı apellyasiya şikayətinin təmin edilməsi Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2017-ci il tarixli. 2(060)-2065/2017 nömrəli qətnaməsinin ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, iddiaçı Hüseynova (Quluzadə) Afət Əhməd qızının cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı torpağa dair alqı- satqı aktının bağlanmış sayılması və bələdiyyə qərarının etibarlı hesab edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. Daha sonra, Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli. 2(105)-301/2022 saylı qərardadına əsasən, qətnamə hüquq və vəzifələrinə toxunan şəxs İddiaçı ərizəsi təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2017-ci il tarixli qətnaməsinin icrasında dönüş edilmiş, həmin məhkəmə aktı əsasında Sumqayıt şəhərinin "Novxanı" bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 5091c nömrəli bağ torpaq sahəsinə dair Quluzadə (Hüseynova) Afət Əhməd qızının adına aparılmış qeydlərin əvvəlki vəziyyəti bərpa edilmişdir. Bununla əlaqədar Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli. 2(105)-301/2022 nömrəli qərardadı ilə əlaqədər daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılmışdır. Tərəfindən Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-301/2022 nömrəli qərardadının icra olunması və İddiaçı mülkiyyət hüququnun qeydə alınması barədə ərizə ilə cavabdeh orqana müraciət olunmuş lakin müraciətinə imtina cavabı verilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, məhkəmə tərəfindən hüquqi yardım edilərək mümkün hüquq müdafiə vasitələri izah edilmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 05 saylı qərarınının 1.1.-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Həmin Qərarın 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olubolmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddiaçı Sumqayıt şəhərinin "Novxanı" bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 5091c nömrəli bağ torpaq sahəsinə dair Quluzadə (Hüseynova) Afət Əhməd qızının adına Daşınmaz Əmlakın Dövlət Reyestrində aparılmış qeydiyyatın ləğv edilməsi və Sumqayıt şəhərinin "Novxanı" bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 5091с nömrəli bağ torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını istəyir. İşin hallarından görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2017-ci il tarixli, 2(060)-2065/2017 saylı qətnaməsi ilə (sədrlik edən, hakim İlyas Mahmudov) iddiaçı Hüseynova (Quluzadə) Afət Əhməd qızının cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı torpağa dair alqı-satqı aktının bağlanmış sayılması, bələdiyyə qərarının etibarlı hesab edilməsi tələbinə dair mülki iş üzrə üzrə iddia təmin edilmiş, Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 5091c nömrəli bağ torpaq sahəsinin Quluzadə (Hüseynova) Afət Əhməd qızının mülkiyyətinə verilməsi barədə Sumqayıt şəhər Bələdiyyəsinin 29 aprel 2008-ci il tarixli, 11 nömrəli qərarının etibarlı hesab edilməsi, Sumqayıt şəhərinin “Novxanı” bağları ərazisində yerləşən, sahəsi 1200 kvadrat metr olan 5091c nömrəli bağ torpaq sahəsinə dair Quluzadə (Hüseynova) Afət Əhməd qızı ilə Sumqayıt şəhər Bələdiyyəsi arasında alqı-satqı aktının (müqaviləsi) 29 aprel 2008-ci iİ tarixdən bağlanmış sayılması qət edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(105)-301/2022 saylı qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2017-ci il tarixli, 2(060)-2065/2017 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, iddiaçı Hüseynova (Quluzadə) Afət Əhməd qızının cavabdeh Sumqayıt şəhər Bələdiyyəsinə qarşı torpağa dair alqı-satqı aktının bağlanmış sayılması və bələdiyyə qərarının etibarlı hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(105)-301/2022 saylı qərardadı ilə Sumqayıt Şəhər Məhkəməsinin 06 mart 2017-ci il tarixli qətnaməsinin icrasında dönüş edilmiş, həmin məhkəmə aktı əsasında Sumqayıt şəhərinin Novxanı bağları ərazisində yerləşən, sahəsi 1200 kv.m olan 5091c nömrəli bağ torpaq sahəsinə dair Quluzadə (Hüseynova) Afət Əhməd qızının adına aparılmış qeydlərin əvvəlki vəziyyətinin bərpa edilməsi qərara alınmışdır. RX seriyalı ******* №li reyestr nömrəsi **********10 reyestr nömrəli çıxarışdan görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 5091C torpaq sahəsi üzərində X5 mülkiyyət hüququ qeydə alınmışdır. 11 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsi ilə torpaq sahəsi X1. Bu halda məhkəmə hesab edir ki, X3 adına verilmiş çıxarış və alqı-satqı müqaviləsi qüvvədə olduğu halda iddiaçı həmin torpaq sahəsinə hüququn qeydə alınmasını tələb edə bilməz. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il 4№li qərarında qeyd edilmişdir:

17. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir. Belə iddia uğurlu olarsa, daha sonra qeydiyyatı aparmış orqana müraciət edilməklə reyestrdəki qeydin dəyişdirilməsi tələb oluna və müvafiq olaraq qeydiyyat orqanının hərəkətindən narazı qalınan halda isə inzibati məhkəməyə müraciət edilə bilər. Konkret mübahisənin hallarından asılı olaraq bəzən inzibati aktın və mülki-hüquqi əqdin hər ikisi reyestrdəki qeydiyyatın aparılması üçün birgə hüquqi əsas təşkil edirlər. Bu kimi hallarda iddiaçının hüquqi marağı və iddia tələblərinin hüquqi təbiəti nəzərə alınmaqla inzibati aktın mübahisələndirilməsinə inzibati məhkəmə icraatı qaydasında, mülki-hüquqi əqdin mübahisələndirilməsinə isə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat hər hansı mülki-hüquqi əqdə və ya inzibati akta əsaslanmadan aparılmışdırsa, bu hal, inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilibkeçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır. İstinad edilən Plenum qərarındakı hüquqi mövqedən görünür ki, reyestrdə aparılmış qeyd və onun əsasında verilmiş çıxarış inzibati akt sayılmır və qeydin aparılması əsası kimi inzibati akt çıxış edirsə, həmin inzibati akt inzibati məhkəmə icraatı qaydasında, qeydin aparılmasına əsas mülki hüquqi əqddirsə, həmin əqdin əsaslılığı mülki məhkəmə icraatı qaydasında mübahisələndirilməlidir. İnzibati iddialar üzrə iddianın mühüm mümkün şərtlərindən biri qaldırılmış iddiaya münasibətdə iddiaçının hüquqi marağının müəyyən olunmasıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər. Hazırki halda iddiaçı məqsədinə X8 ilə X6 arasında bağlanmış 11 avqust 2017-ci il tarixli alqı-satqı müqaviləsinin və X3 adına verilmiş çıxarışın mübahisələndirilməsinə dair iddianın uğurlu olduğu təqdirdə çata bilər. İnzibati mübahisə üzrə iddia onun mümkünlüyü ilə bağlı şərt yerinə yetirildiyi halda mümkün sayıla bilər. Bu iddianın yolverilən olmasına dair mühüm şərtlərdən biridir. İddianın mümkünlüyü haqqında müddəaların tələblərinə görə, iddiaçı hüquqları pozulduğu halda məhkəməyə şikayət edə bilər. İddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində hüquq və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandıra bilsin. İddiaçıya izah edilsin ki, X3 adına verilmiş ********** qeydiyyat nömrəli RX ******* seriyalı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışı və 11 avqust 2017-ci il tarixli AN-İ ******* saylı alqı-satqı müqaviləsini mülki məhkəmə icraatı qaydasında mübahisələndirmək hüququ vardır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏRARA ALDİ:

İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər.

Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar