Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-873/2021 06.05.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X3 Ramiz qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh ƏMDX yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı cavabdehin imtina cavabının əsassız hesab edilməklə hərrac yolu ilə satılmış torpaq sahəsinin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddia ərizəsinin mümkünlüyünü Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh ƏMDX yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin imtina cavabının əsassız hesab edilməklə hərrac yolu ilə satılmış torpaq sahəsinin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Şamaxı rayonu Ovçulu blədiyyəsinə məxsus 7.0 ha torpaq sahəsini hərrac yolu ilə əldə etmişdir. O, aldığı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədi ilə cavabdeh inzibati orqana müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Bununla bağlı o, hazırki iddianı qaldırmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiət etdi və iddia ərizəsində göstərilənlərə uyğun izahat verdi. Cavabdeh DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinin nümayəndəsi X2 iddianı qəbul etmədi və izah etdi ki, İddiaçı cavabdeh inzibati orqana müraciət etməmiş, müvafiq müraciət Şamaxı rayon İcra və Probasiya şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə olunmuş və həmin şöbəyə məktub verilmişdir. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın mümkün sayılmaması barədə qərardad çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçıya torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından rəsmi şəkildə imtina edilməmişdir. İddiaçı tərəfindən iddia ərizəsinə yalnız Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şamaxı rayon İcra və Pobaiya şöbəsinə cavab məktubu əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətini təmin etməkdən imtina etməsi və ya iddiaçının müraciəti ilə bağlı hərəkətsizliyi öhdəliyin icrası növündə baxılan iddialarda da mümkünlük şərtlərindən biridir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən bu şərt yerinə yetirilmədiyindən iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 N-li Qərarının 2.1-ci bəndinə görə mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarın 9-cu bəndində qeyd edilmişdir ki, məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdeh ƏMDX yanında DƏDRXnin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı cavabdehin imtina cavabının əsassız hesab edilməklə hərrac yolu ilə satılmış torpaq sahəsinin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh ƏMDX yanında DƏDRX-nin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı cavabdehin imtina cavabının əsassız hesab edilməklə hərrac yolu ilə satılmış torpaq sahəsinin dövlət qeydiyyatına alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-873/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-873/2021
06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver