Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-877/2020 02.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, Ceyranbatan-1, 19 saylı X10 (Asfalt Zavodu) yaşayan ) iştirakı ilə, Cavabdehin nümayəndəsi X1 (AR ƏƏSMN tabeliyində DSMF publik hüquqi şəxsin Məhkəmə mübahisələri ilə iş üzrə Mərkəzi filialında mütəxəssis işləyən, Bakı şəhəri, Nərimanov rayonu,F.Yusifov 45A ünvanında yaşayan ) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X8 1 saylı X5rşı iddiaçının 1994-2004-cü illərdə Ağdam rayonunda fəaliyyət göstərən X12 adına kolxozda çilingər işlədiyi dövrün sosial siğorta stajı hesab edilərək, 64 yaşı tamam olan tarixdən, yəni xx xxxxxx 2019-cu il tarixindən yaşa görə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X6 Nazirliyi yanında Dövlət X8 Sumqayıt şəhər şöbəsinə qarşı 1994-2004-cü illərdə Ağdam rayonunda fəaliyyət göstərən X12 adına kolxozda çilingər işlədiyi dövrün sosial siğorta stajı hesab edilərək, 64 yaşı tamam olan tarixdən, yəni xx xxxxxx 2019-cu il tarixindən yaşa görə əmək pensiyası verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi yanında Dövlət X8 Sumqayıt şəhər şöbəsinin prosessual hüquq varisi kimi cavabdeh qismindəAzərbaycan Respublikası Əmək və X6 Nazirliyinin tabeliyində Dövlət X8 1 saylı X11 cəlb edilmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, o,xx xxxxxx 1955-ci ildə anadan olmuşdur. xx.xx.1974-cü ildə Ağdam rayon Hərbi Komissarlığı tərəfindən hərbi xidmətə çağrılmış və xx xxx 1976-cı ilə qədər hərbi xidmətdə olmuşdur. xx.xx.1977-ci ildə əmək faəliyyətinə başlamış və xx xxxxxx 2004-ci ilə qədər xalq təsərrüfatının müxtəlif sahələrində işləmişdir. Ümumi iş stajı 29 ildən artıqdır. xx xxxxxx 1994-cü ildən xx xxxxxx 2004-cü ilə qədər Ağdam rayonunda fəaliyyət göstərən X12 adına kolxozda çilingər işləmişdir. Qeyd edilənləri ona məxsus olan ИТ-İ seriyalı ******* saylı əmək kitabçası təsdiq edir. xx xxxxxx 2019-cu ildə 64 yaşı tamam olduğuna görə o, yaşa görə pensiya təyin edilməsi üçün Sumqayıt “Asan xidmət” Mərkəzinə müraciət etmişdir. Müraciətə cavab olaraq AR ƏƏSMN yanında DSMF-nin Sumqayıt şəhər Şöbəsi özünün xx.xx.2020-ci il tarixli **********1 saylı imtina məktubu ilə 25 il sığorta stajının olmaması və 1994-2004-cü illərin iş stajının yoxlanılmasının mümkün olmadığını bildirmişdir. İddiaçı cavabdehin imtinasını əsassız hesab edir. Cavabdehin nümayəndəsi X2 iddia tələbini qəbul etmədi və izah etdi ki, iddia tələbi aşağıdakı hüquqi əsaslara görə təmin edilə bilməz və rədd edilməlidir.Belə ki, Dövlət X8 Ağdam rayon şöbəsi Dövlət X8 Sumqayıt şəhər şöbəsinin sorğusuna xx.xx.2020-ci il tarixli **********2 saylı məktubla cavab olaraq bildirmişdir ki, İddiaçı xx.xx.1994-cü ildən xx.xx.2004cü ilədək olan sosial sığorta stajının yerində qarşılıqlı yoxlama aktı tərtib edilmişdir və xx.xx.2020-ci ildə DSMF-nun Ağdam rayon şöbəsinin pensiya təyinatı sektorunun məsləhətçisi Ələsgərov Xəqani, Sosial sığorta sektorunun baş məsləhətçisi Vəliməmmədov Elnur və Ağdam rayon Arxivinin direktoru Şükürova Aidənin iştirakı ilə akt tərtib edilmiş və müəyyən edilmişdir ki, “Q.B.Zakir” adına kəndli fermer təsərrüfatı 2000-2004-cü illərdə sosial sığorta haqqı üzrə hesablaşma aparmamış və İddiaçı 1994-2000-ci illərdə qeyd olunan kolxozda işlədiyi illərin sosial sığorta stajı təsdiq olunmamışdır. Bu səbəbdən həcavabdeh qismindəmin dövrün iddiaçının sosial sığorta stajına daxil olunmasından imtina edilmişdir. İş materiallarında olan : - İddiaçı aid şəxsiyyət vəsiqəsindən görünür ki, o, xx.xx.1955-ci il təvəllüdlüdür. - ИТ-№ 0156366-li iddiaçının adına açılmış əmək kitabçasından görünür ki, o, 1974- 1976-cı illərdə hərbi xidmətdə olmuş, xx.xx.1977-ci il tarixdən xx.xx.2004-cü il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuş, o cümlədən 1994-2000-ci illərdə Q.B.Zakir adına kolxozda, xx.xx.2000-ci ildən işləmişdir. - НЗ-2157430 saylı hərbi biletdən görünür ki, İddiaçı xx xxx 1974-cü ildən xx xxx 1976-cı ilədək hərbi xidmətdə olmuşdur. - Milli Arxiv İdarəsinin Ağdam filialının direktoru A.Şükürova, DSMF-nin Ağdam rayon şöbəsinin əməkdaşları X.Ələsgərov və E.Vəliməmmədov tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli aktdan və cədvəldən görünür ki, İddiaçı 1994-2000-ci illərdə Q.B.Zakir adına kolxozda işlədiyi stajı yoxlamış, minimum adam günü 180 saat olsa da, onun yerinə yetirilmiş adam günü və əmək haqqı alması aşkar edilməmişdir. - Milli Arxiv İdarəsinin Ağdam filialının xx.xx.2020-ci il tarixli 32 saylı aktdan görünür ki, X12 adına kolxozun əmr kiyabları filialda saxlanılmır. -BT № 040529 seriyalı diplomdan görünür ki, İddiaçı 1976-1980-cı illərdə Kirovabad Başa İnşaat Texnikumunda inşaatçı-texnik ixtisası üzrə tam kursu bitirmişdir. - Azərbaycan Respublikası DSMF-nin Sumqayıt şəhər şöbəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubdan görünür ki, 1994-2004-cü illərin iş stajının yoxlanılması zamanı işləmə faktı öz təsdiqini tapmadığı üçün həmin dövrlərin sosial siğorta stajı kimi hesablanması qeyri mümkündür. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası hüququna malikdirlər. Göstərilən Qanunun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı - əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Bu normanın “Qeyd” hissəsində nəzərdə tutulmuşdur ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. xx.xx.2006-cı il tarixədək qüvvədə olan “Vətəndaşların pesniya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ikinci hissəsində göstərilmişdir ki, əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddən üzrə nəzərə alınır. Məhkəmə araşdırması zamanı İddiaçı 1994-2004-cü illərdə işləyərək əmək haqqı alması, həmçinin müəyyən edilmiş adam günü normasını yerinə yetirməsi təsdiqini tapmadı. Bu halda məhkəmə hesab edir ki, yalnız əmək kitabçasında aparılmış qeyd həmin dövrün iddiaçının sosial sığorta stajına daxil edilməsi üçün yetərli deyildir. Mübahisələndirilən müddət daxil edilmədikdə iddiaçının sosial sığorta stajı cəmi 18 ilə yaxındır ki, bu iddiaçıya yaşa görə əmək pensiyasını təyin etməyə əsas vermir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-877/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-877/2020
02.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver