Məhkəmə qərarları › İş №2-1(118)-878/2024

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-878/2024

09.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-878/2024 09.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, X10 oğlunun katibliyi ilə, İddiaçı2 Cavabdeh Başçısının Niyazoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə qarşı “cavabdehin 18 avqust 2017-ci il tarixli, 419 saylı arayışının etibarsız hesab edilməsi”nə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 yuxarıda qeyd edilmiş iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçı2dır, o eyni zamanda azyaşlı oğlu İddiaçı1da iddiaçı kimi göstərmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı, İddiaçı1, iddiaçının, mərhum həyat yoldaşı X5 ilə birgə nikahdan xx.xx.2014- cü il tarixdə anadan olmuş uşağıdır. X5 ilə 2002-ci İldən faktiki nikah münasibətlərinə daxil olmaqla ailəvi qaydada yaşamış, nikahı 13 avqust 2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Birgə nikahdan xx.xx.2014-cü ildə Mövsüm adlı bir uşağı anadan olub. Həyat yoldaşı X5 uzun müddət xəstə olub və Bakı şəhərində, xəstəxanalarda müalicə almışdır. Müalicələrə baxmayaraq, xx.xx.2015-ci il tarixdə “kəskin ürək çatışmamazlığından Bakı şəhərində vəfat etmiş və Xaçmaz rayonu, Əbilyataq kənd qəbiristanlığında dəfn olunmuşdur. Həyat yoldaşının adına Xaçmaz rayonu, Əbilyataq kəndi ərazisində 1,78 ha pay torpaq sahəsi və 16 sot həyətyanı torpaq sahəsi olmuşdur. Həmin torpaq sahəsindən o və həyat yoldaşı Eyvaz istifadə etmişdir. Həmin torpaqda növbə ilə əkin və ot bəcərmişdir. Həyat yoldaşı rəhmətə gedəndən sonra bir müddət torpaqdan istifadə olunmamışdır. Həyat yoldaşı rəhmətə gedəndən sonra torpağı tələb edəndə Niyazabad Bələdiyyəsindən ona verilən arayışdan görünür ki, yoldaşının payı 0,59 ha.-dır və həmin arayış da məhkəməyə təqdim olunmuşdur. Əbdürrəhmanova (Məhərrəmova) Gülbiçə Ələskər qızı, məhrum həyat yoldaşı X1 həyat yoldaşı olmuş, X6 onların birgə nikahlarından xx.xx.1993-cü il tarixdə anadan olmuşdur. 2004-cü ildə onların nikahlarına məhkəmə qaydasında xitam verilmişdir. İddiaçı vərəsəliklə bağlı Xaçmaz rayon Notariat kontoruna müraciət etmiş və oradan aldığı sənədlərdən görünür ki, mərhum həyat yoldaşı X2 miras qalmış torpaq sahələri saxtakarlıq yolu ilə mənimsənilmişdir. Belə ki, Xaçmaz rayonu, Əbilyataq İƏV-i tərəfindən verilən xx.xx.2017-ci il tarixli, 419 saylı arayışdan görünür ki, xx.xx.2015-ci il tarixdə vəfat etmiş X3 vəfatından sonra aşağıdakı ailə tərkibi qalmışdır: 1.X4-keçmiş həyat yoldaşı və 2.X6 - qızı. Rəsmi nikahda həyat yoldaşı iddiaçı olduğu halda və birgə nikahdan xx.xx.2014-cü il tarixdə anadan olmuş İddiaçı1 adında bir ovladığı olduğu halda, cavabdeh bunları bilə-bilə, yuxarıda qeyd olunan saxta arayışı təqdim etmiş və bundan başqa Xaçmaz rayon Qeydiyyat şöbəsindən, guya mərhum X5 barəsində xx.xx.2004-xx.xx.2015ci illərdə- Xaçmaz rayon Qeydiyyat şöbəsində nikah haqqında akt qeydi aşkar olunmadığı barədə, 30 noyabr 2017-ci il tarixli, 869 № İlə saxta arayışa əsasən onlara məxsus torpaq sahəsini mənimsəmişdirlər. Ancaq iddiaçının, 16 mart 2021-ci il tarixdə Xaçmaz rayon Qeydiyyat şöbəsindən aldığı sənəddə göstərilmişdir ki, X5 ilə İddiaçı2 Qayıb qızı arasında nikah haqqında 15 avqust 2013-cü il tarixdə 435 № ilə akt qeydi tərtib olunmuşdur. Məhkəmədə təqdim etdiyi bütün sübutlarla tam təsdiq olunur ki, cavabdehlər mərhum həyat yoldaşından miras qalmış pay torpaq sahəsini və 0,16 ha həyətyanı torpaq sahəsini saxta sənədlərlə öz adlarına rəsmiləşdirərək çıxarış alıblar və kənd sakini X7 qeyri-qanuni olaraq satıblar. Mərhum həyat yoldaşından qalmış mirasa vərəsəlik açıldıqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada mirasdan vərəsəliklə pay almaq üçün Xaçmaz rayon Notariat Kontoruna müraciət etmişdir. Lakin, vərəsəlik işi mübahisəli xarakter daşıdığı üçün ona məhkəməyə müraciət etmək tövsiyə olunmuşdur. Hətta o, cavabdehdən torpağın həyat yoldaşına düşən hissəsinin könüllü verilməsini xahiş etsə də rədd cavabı verilmişdir. Məcburiyyət qarşısında məhkəməyə müraciət etməli olur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı2 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat vermişdir. Cavabdeh iddiaya müasibətində bildirmişdir ki, Niyazoba kənd İƏD-si üzrə nümayəndəsi X8 2020-ci ildən nümayəndə vəzifəsində çalışır. Odur ki, xx.xx.2017-ci il 419 saylı arayışın verilməsi ona aid deyildir. Cavabdehin nümayəndəsi həmçinin bildirmişdir ki, Nümayəndəliyin 2017 -ci il arayışlar kitabında 419 saylı arayış X3 adına Xaçmaz rayon Notariat kontoruna təqdim etmək üçün qeyd edilmişdir. İdarənin arxivində başqa bir məlumat aşkar olunmadı. O, X8 xx.xx.2020 ci il tarixdən nümayəndə vəzifəsində çalışır. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iş materiallarını araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı cavabdehin 18 avqust 2017-ci il tarixli, 419 saylı arayışının etibarsız hesab edilməsini istəyir. İlkin olaraq məhkəmə qeyd edir ki, məhkəmə araşdırması zamanı müəyyən edildiki iddiaçı eyni vaxtda məhkəmədə cavabdeh Xaçmaz rayon qeydiyyat şöbəsinə qarşı “cavabdeh Xaçmaz rayon qeydiyyat şöbəsinin 30 noyabr 2017-ci il tarixli, 869 №-li arayışının etibarsız hesab edilməsi”nə dair iddia ilədə müraciət etmişdir. İddiaçı özünün və oğlunun vərəsəlik hüquqları ilə bağlı torpaq sahəsindən pay əldə etmək niyyətindədir, ona görədə bu iki iddia ilə eyni vaxtda məhkəməyə müraciət etmişdir. Göründüyü kimi bu isə mülki mübahisədir və eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edildiki, qeyd edilənlərlə bağlı mülki mübahisələr olmuş, iddiaçının iddiası uğursuz olduqdan sonra hazırkı tələblərlə inzibati məhkəmə icraatı qaydasında tələblər irəli sürmüşdür. Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı Cavabdeh Başçısının Niyazoba İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 18 avqust 2017-ci il tarixli, 419 saylı arayışının etibarsız hesab edilməsini istəsə də arayış inzibati akt deyildir. İnzibati İcraat haqqında Qanuna əsasən: 65.1. Aşağıdakı inzibati aktlar etibarsız sayılır: 65.1.1. hansı inzibati orqan tərəfindən qəbul edildiyi məlum olmayan yazılı inzibati akt; 65.1.2. müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt; 65.1.3. qanunvericiliyə əsasən yalnız müəyyən rəsmi sənəd (rəsmi sənədin təqdim edilməsi) formasında qəbul edilə bilən, lakin həmin tələbə cavab verməyən inzibati akt; 65.1.4. maraqlı şəxsdən inzibati və ya cinayət məsuliyyətinə səbəb ola bilən hərəkətlər etməyi tələb edən inzibati akt; 65.1.5. faktiki səbəblər üzündən icrası mümkün olmayan inzibati akt; 65.1.6. kimə ünvanlandığı aydın olmayan inzibati akt. 65.2. Etibarsız inzibati akt qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılır və heç bir hüquqi nəticə yaratmır. 65.3. İnzibati aktı qəbul etmiş inzibati orqan bu Qanunun 65.1-ci maddəsində nəzərdə tutulmuş hallarda öz təşəbbüsü və ya maraqlı şəxsin müraciəti əsasında həmin aktın etibarsız olduğunu təsdiq etməyə borcludur. Bu barədə maraqlı şəxslərə həmin Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Lakin inzibati aktın etibarsızlığının müəyyən edən əsaslar isə hazırkı işdə müəyyən edilmir. Mübahisələndidirilən arayışın və onun hüquqi nəticələrinin əsaslı olmaması mülki məhkəmə icraatı qaydasında baxılan işlərdə tələb edilə bilər. Bu arayışın etibarsızlığının inzibati icraat qaydasında tələb edilməsi isə qanunvericilikdə nəzərdə tutulmamışdır. Qeyd edilənlərə əsasən iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar