Məhkəmə qərarları › İş №2-1(118)-88/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-88/2021

16.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-88/2021 16.02.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Üçüncü şəxsin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdehlər Abşeron İcra Hakimiyyəti, Azərbaycan Respublikası ƏMDK-nın Abşeron Ərazi Şöbəsi və Cavabdeh2nə qarşı “Abşeron rayon icra başçısının 13.02.2014cü il tarixli, 56 saylı sərəncamının dəyişdirilməsi, İnzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası ƏMDK-nın Abşeron Ərazi Şöbəsinin ******* nömrəli, 14.06.2019cu il tarixli və ******* nömrəli, 18.06.2019-cu il tarixli qərarlarının etibarsız hesab edilməsi, Cavabdeh2 icraata başlamaq haqqında 06.12.2019-cu il tarixli qərarının dayandırılması və Azərbaycan Respublikası ƏMDK-nın Abşeron Ərazi Şöbəsinin və digər təşkilatların torpaq sahəsinə qanunsuz müdaxilələrinə son qoyulması” tələbinə dair iddiasına inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı cavabdehlər Abşeron İcra Hakimiyyəti, Azərbaycan Respublikası ƏMDK-nın Abşeron Ərazi Şöbəsi və Cavabdeh2nə qarşı “Abşeron rayon icra başçısının 13.02.2014cü il tarixli, 56 saylı sərəncamının dəyişdirilməsi, İnzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası ƏMDK-nın Abşeron Ərazi Şöbəsinin ******* nömrəli, 14.06.2019cu il tarixli və ******* nömrəli, 18.06.2019-cu il tarixli qərarlarının etibarsız hesab edilməsi, Cavabdeh2 icraata başlamaq haqqında 06.12.2019-cu il tarixli qərarının dayandırılması və Azərbaycan Respublikası ƏMDK-nın Abşeron Ərazi Şöbəsinin və digər təşkilatların torpaq sahəsinə qanunsuz müdaxilələrinə son qoyulması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək iddia ərizəsininin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını və işə xitam verilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə görə iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Məhkəmə şərh olunanlara əsasən hesab edir ki, iddiaçı iddiadan imtina etdiyindən onun iddiadan imtinası qəbul edilməli və 2-1(118)-88/2021 nömrəli işin icraatına xitam verilməlidir. Məhkəmə hesab edir ki, inzibati məhkəmə icraatının mahiyyəti və məqsədi fiziki və hüquqi şəxslərlə inzibati akt qəbul etmək səlahiyyəti olan orqanlar arasında yaranmış mübahisənin həllindən ibarətdir. İnzibati məhkəmə icraatı qaydasında işə baxıla bilməsi üçün ilk növbədə iddiaçı ilə inzibati orqan arasında mübahisə olmalı və iddiaçının həmin mübahisəni inzibati məhkəmə icraatı qaydasında davam etdirmək iradəsi mövcud olmalıdır. Hazırkı işdə iddiaçının iddia tələbindən imtina etdiyini və işə xitam verilməsini xahiş etməsi onun bu iradəsinin olmadığını göstərir. Buna görə də məhkəmə hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən məhkəmə, qərara aldı : İddiaçı cavabdehlər Abşeron İcra Hakimiyyəti, Azərbaycan Respublikası ƏMDK-nın Abşeron Ərazi Şöbəsi və Cavabdeh2nə qarşı “Abşeron rayon icra başçısının 13.02.2014cü il tarixli, 56 saylı sərəncamının dəyişdirilməsi, İnzibati tənbeh vermə haqqında Azərbaycan Respublikası ƏMDK-nın Abşeron Ərazi Şöbəsinin ******* nömrəli, 14.06.2019cu il tarixli və ******* nömrəli, 18.06.2019-cu il tarixli qərarlarının etibarsız hesab edilməsi, Cavabdeh2 icraata başlamaq haqqında 06.12.2019-cu il tarixli qərarının dayandırılması və Azərbaycan Respublikası ƏMDK-nın Abşeron Ərazi Şöbəsinin və digər təşkilatların torpaq sahəsinə qanunsuz müdaxilələrinə son qoyulması” tələbinə dair iş üzrə icraata xitam verilsin. Qərardaddan şikayət verilə bilməz. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar