Məhkəmə qərarları › İş №2-1(118)-880/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-880/2025

11.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-880/2025 11.09.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: güzəştli şərtlərlə yaşa görə pensiya) Giriş hissə: Hakim Axundova Aynur Oqtay qızının sədrliyi, Həsənzadə Xəyal Əfqan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “iddiaçıya pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: Mübahisənin predmeti və mübahisə ilə bağlı işin faktiki vəziyyəti: İddiaçı ona pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi xx.xx.2024-cü il tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı tələbini onunla əsaslandırır ki, iddiaçı xx.xx.1960-cı ildə anadan olmuşdur. xx.xx.2022-ci il tarixinə 25 ildən çox ümumi və 12 il 6 ay xüsusi iş stajı toplandığına görə hüququnun yarandığı gündən-xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 30 mart 2023-cü il tarixində tələb olunan sənədləri Dövlət Sosial Müdafiə X10 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim etmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli 3-17-1/2-H-87428/2023 saylı cavab məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İnzibati orqan 11 ay güzəştli iş stajının sosial sığorta ödənilməməsi səbəbindən nəzərə alınmadığını bildirir. Halbuki onların vəzifə borcu idi ki, sosial sığorta məbləğlərinin həmin illər və aylar üzrə fərdi hesabında öz əksini tapmamasının səbəblərinı araşdırsınlar. Əmək kitabçasından göründüyü kimi həmin dövrdə fasiləsiz işləmişdir. Onlar hesab edirlər ki, işçilər məzuniyyətsiz, yəni istirahətsiz işləməlidir. Təbii ki, məzuniyyətdə və xəstəliklə bağlı bülletendə olduğu həmin aylarda əmək haqqı almamışdır. Ona da həmin aylarda fərdi hesabında sosial sığorta ödənişləri öz əksini tapmamışdır. Ona görə xx.xx.2023-cü il tarixində təkrar olaraq tələb olunan sənədləri X8 X4 İdarəsi tərəfindən verilmiş 27 noyabr 2023-cü il tarixli 14-2-1-9/2-326/2023 saylı şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışı və Bakı Metropoliteni QSC-nin xx.xx.2023-cü il tarixli A/433 saylı arayışını təqdim etmişdir. X8 X4 İdarəsi tərəfindən verilmiş arayışda xx.xx.2009-xx.xx.2011-ci il tarixləri arasında olan dövr ərzində 01 il 07 ay 12 gün güzəştli iş stajı olduğu, Bakı Metropoliteni QSC tərəfindən verilmiş arayışda isə xx.xx.2011-ci il tarixindən xx.xx.2023-cü il tarixə kimi olan dövr ərzində 12 il 29 gün güzəştli iş stajı olduğu göstərilmişdir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddianı müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd edir ki, Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X9 qərarlarını, X9 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dəkyaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının səğorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məvburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alıdığı subhesabdır. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Qanunun 21.1-ci maddəsinə əsasən şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. Qanunun 9.1-ci maddəsinə əsasən yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı ilə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın dağ-mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması, geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı axarların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin (1.1) faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər (1.1.1.) bəndinin il ərzində (hesablama dövründə) yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular (ç) yarımbəndində eletriklər (böyük elektriklər) vəzifəsi, həmin yarımbölmədə tikintidə, konstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndi 1.2.) neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin D) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində ).2) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən SOCAR-ın “Azneft” İstehsalat Birliyi “X3” İdarəsinin iddiaçıya dair 23 fevral 2023-cü il tarixli 14-2-1-9/2-66/2023 nömrəli arayışında xx.xx.2009-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin istismar avadanlıqlarının təmiri sexində mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan vəzifəyə aid deyil. Eyni zamanda, "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli A/144 nömrəli arayışında İddiaçı xx.xx.2011-ci il tarixindən günədək Azər Tunel Tikinti idarəsində “elektrik” vəzifəsində işlədiyi qeyd olunmuşdur, bununla əlaqədar iddiaçının həmin dövr üzrə iş stajına dair məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəsissləri tərəfindən yerində dəqiqləşdirməsi həyata keçirilib. Dəqiqləşdirmə zamanı iddiaçının işlədiyi sahənin sözügedən arayışda qeyd olunan Qərarla təsdiq edilmiş siyahının dağ-mədən işləri bölməsinin faydalı qazıntıların çıxarılması, geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bəndinin il ərzində (hesablanma dövründə) yeraltı işlər sahəsi bəndində deyil, həmin yarımbölmənin tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndində nəzərdə tutulan sahələrə aid olduğu, iddiaçının işlədiyi “elektrik” vəzifəsinin isə həmin bənddə nəzərdə tutulmadığı müəyyən edilmişdir. Bu faktı "xxxx" QSC tərəfindən 6 sentyabr 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Göstərilən səbəblərdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (20 gün (xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X2 iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə araşdırmasının predmetini təşkil edən sənədlər: İddiaçının əmək kitabçasının surəti, Bakı Metropoliteni QSC-nin tikinti departamentinin dəstəsində “elektrik” və “elektrik çilingəri” vəzifərində çalışan işçilərin vəzifə təlimatları məhkəməyə təqdim edilmişdir. X5 X3 İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-1-9/2-326/2023 saylı arxiv arayışı iş materiallarına əlavə edilmişdir. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli A/433 saylı arayışı iş materiallarına əlavə edilmişdir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Metropoliteni QSC-nin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixindən xx.xx.2014-cü il tarixinədək “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsində yeraltı əmək şəraiti ilə elektrik peşəsində işləmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SCnin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014cü il tarixindən İddiaçı "xxxx" QSC-nin Tikinti Departamentinin 1 saylı Tunel Tikinti Dəstəsinə yeraltı əmək şəraiti ilə elektrik peşəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixindən 2 saylı Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstəsində yeraltı əmək şəraiti ilə elektrik peşəsinə keçirilmiş, xx.xx.2022-ci il tarixindən Tikinti Departamentinin Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstəsində yeraltı iş şəraiti ilə elektrik peşəsində işləyir. İddiaçı yeraltı əmək şəraitində çalışdığı üçün (əmək stajı 13 il 07 ay 03 gün (on üç il yeddi ay üç gün)) onun elektrik peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1. Dağ-mədən işləri hissəsinin 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonsrtuksiyası, texniki cəhətdən təchizatı vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması bölməsinin 1.1.1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geolojı kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bəndinin ç) il ərzində (hesablama dövründə) yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular yarımbəndinə aid edilmişdir. Lakin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının əməkdaşı tərəfindən yerində əsaslı sənədlərlə araşdırma aparılaraq İddiaçı elektrik peşəsinin göstərilən yarımbəndə uyğun olmadığı müəyyən edilmişdir. Bununla bağlı xx.xx.2023-cü il tarixli akt tərtib edilmişdir (əlavə olunur). İddiaçı çalışdığı elektrik peşəsi üzrə əmək şəraitinin yeraltı olmasına baxmayaraq sözügedən siyahıda öz əksini tapmamışdır. Əsaslandırma hissəsi: İddianın növü və mümkünlüyü: Hazırki iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Belə ki, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”-nın dağ-mədən işləri bölməsinin (1) faydalı qazıntıların çıxarılması, geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı axarların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin (1.1) faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər (1.1.1.) bəndinin il ərzində (hesablama dövründə) yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular (ç) yarımbəndində eletriklər (böyük elektriklər) vəzifəsi, həmin yarımbölmədə tikintidə, konstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndi 1.2.) neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin D) neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi bəndində ).2) rəhbərlər və mütəxəssislər (b) yarımbəndində neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər vəzifəsi nəzərdə tutulmuşdur. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən SOCAR-ın “Azneft” İstehsalat Birliyi “X3” İdarəsinin iddiaçıya dair 23 fevral 2023-cü il tarixli 14-2-1-9/2-66/2023 nömrəli arayışında xx.xx.2009-xx.xx.2011-ci il tarixləri arasındakı dövr ərzində həmin müəssisənin istismar avadanlıqlarının təmiri sexində mexanik vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi vəzifə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan vəzifəyə aid deyil. Eyni zamanda, "xxxx" QSC-nin iddiaçıya dair xx.xx.2023-cü il tarixli A/144 nömrəli arayışında İddiaçı xx.xx.2011-ci il tarixindən günədək Azər Tunel Tikinti idarəsində “elektrik” vəzifəsində işlədiyi qeyd olunmuşdur, bununla əlaqədar iddiaçının həmin dövr üzrə iş stajına dair məlumatların Mərkəzi Filialın aidiyyəti mütəxəsissləri tərəfindən yerində dəqiqləşdirməsi həyata keçirilib. Dəqiqləşdirmə zamanı iddiaçının işlədiyi sahənin sözügedən arayışda qeyd olunan Qərarla təsdiq edilmiş siyahının dağ-mədən işləri bölməsinin faydalı qazıntıların çıxarılması, geoloji kəşfiyyat işləri, şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların, tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonstruksiyası, texniki cəhətdən təchizat vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması yarımbölməsinin faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bəndinin il ərzində (hesablanma dövründə) yeraltı işlər sahəsi bəndində deyil, həmin yarımbölmənin tikintidə, rekonstruksiyada, yenidən texniki təchizatda və əsaslı təmirdə: dağ-mədən yerlərində, metropolitenlərdə, yeraltı arxlarda, tunellərdə və s. yeraltı qurğularda yeraltı işlər bəndində nəzərdə tutulan sahələrə aid olduğu, iddiaçının işlədiyi “elektrik” vəzifəsinin isə həmin bənddə nəzərdə tutulmadığı müəyyən edilmişdir. Bu faktı "xxxx" QSC tərəfindən 6 sentyabr 2023-cü il tarixli birgə Aktı ilə təsdiq edilmişdir. Göstərilən səbəblərdən iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (20 gün (xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmamışdır. Belə ki, iddiaçıya münasibətdə 20 gün (xx.xx.2004-xx.xx.2004-cü il tarixləri arasındakı dövrlər) güzəştli iş stajı hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1-ci bəndində qeyd olunur ki, əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. X5 X3 İdarəsinin xx.xx.2023-cü il tarixli 14-2-1-9/2-326/2023 saylı arxiv arayışında qeyd edilmişdir ki, xx.xx.2009-cu il tarixindən 14,06.2011-ci il tarixinədək keçmiş X11 İstehsalat idarəsinin (indiki “X3” idarəsi) İstismar Avadanlıqlarını təmiri sexində mexanik vəzifəsində işləmişdir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Neft- qaz mədən avadanlıqlarının düzgün istimarı və etibarlı işini təmin edir;Neft- qaz mədən avadanlıqlarının vaxtında və keyfiyyətli profilaktik yoxlamasını, planlı təmirini təşkil edir; Neft-qaz mədən avadanlıqlarının texniki istismar qaydalarına əməl olunmasına və təhlükəsizlik qaydalarının tələblərinə uyğunluğuna nəzarəti həyata keçirir və onların təhlükəsizlik istismarını təşkil edir;Vaxtından əvvəl aşınma səbəblərini aşkar etmək məqsədilə avadanlığın, ayrı-ayrı hissə və qovşaqların iş şəraitini öyrənir;Aşınmış və mənəvi köhnəlmiş avadanlığın vaxtında dəyişdirilməsi üzrə tədbirlər görür;Neft-qaz mədən texnikasının yeni nümunələrinin sınağında iştirak edir;Təzyiq altında işləyən yükqaldırma mexanizmləri, yüktutan və çalovlu ləvazimat, aparat və qabların, asetilen, oksigen və kompressor qurğularının qaydalarla nəzərdə tutulmuş sınağının keçirilməsində, texnikanın yoxlanmasında və təftişində iştirak edir;Avadanlıq, alət və ləvazimatların defektoskopiya ilə nəzarətdən keçirilməsində iştirak edir, SOCAR “Azneft" İB-nin “X3” idarəsinin əsas fəaliyyəti qazın yeraltı anbarla vurulması və götürülməsindən ibarətdir. Qalmaz və Qaradağ YQA-lara yaz-yay aylarında qaz vurmaqla, (qazın hasilatı) payız-qış aylarında qazı anbarlardan götürülərək əhaliyə və sənaye obyektlərinə çatdırmaq məqsədi ilə qaz kəmərləri sisteminə nəql etməkdir. Qazqötürmə mövsümündə quyulardan götürülən qaz (qaz hasilatı) QPM-də (Qaz paylama məntəqəsi) yerləşən ilkin təmizləyici qurğulardan separatorlarda qaz maye və mexaniki qarışıqlardan təmizlənir və Separatorlarda tutumuş maye və mexaniki qarışıqlar xüsusi ayrılmış maye çənlərə ötürülür. Çənlərdə maye çeşidlənərək kondensat ayrılır və xususi çənlərə vurulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın təsdiq edilməsi barədə xx.xx.2007-ci il tarixli 12 saylı qərarının 10.2 b) bəndinə əsasən (“Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi") təsdiq edilmiş bu vəzifə (neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər) güzəştli sayılır. İşçilərin sağlamlıq və əməyin təhlükəsizliyi sorğu kitabının iş yerlərinin attestasiyasının nəticələrinə əsasən əmək şəraitinin ağır və zərərliyinin qiymətləndirilməsi metodikasının 7-ci bəndinə əsasən ağır səviyyə 2 balla qiymətlədirilib. Vəzifənin kodu 2130200b —23485 Güzəştli iş ştajı; 01 il 07 ay 12 gün təşkil edir. Bakı Metropoliteni Qapalı Səhmdar Cəmiyyətinin xx.xx.2023-cü il tarixli A/433 saylı arayışında qeyd edilmişdir ki, “Azərtunelmetrotikinti” SC-nin 3 saylı Tunel Tikinti İdarəsinə 03.11 2011 -ci il tarixindən yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli elektrik peşəsinə qəbul edilmiş, xx.xx.2014-cü il tarixindən ARƏM-nin 68-ci maddəsinin 2-ci hissəsinin “a” bəndinə əsasən (tərəflərin birinin təşəbbüsü) əmək müqaviləsinə xitam verilmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2014-cü il tarixli 289 saylı Sərəncamına əsasən Bakı Metropoliteni və “Azərtunelmetrotikinti” SC-nin yenidən təşkili yolu ilə səhmləri dövlətə məxsus "xxxx" QSC yaradılmışdır. xx.xx.2014-cü il tarixindən "xxxx" QSC-nin Tikinti Departamentinin 1 saylı Tunel Tikinti Dəstəsinə yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli elektrik peşəsinə qəbul edilmiş, xx.xx.2017-ci il tarixindən 2 saylı Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstəsində yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli elektrik peşəsinə keçirilmişdir və xx.xx.2022-cı il tarixindən Tikinti Departamentinin Tunel və Ümumi Tikinti İşləri üzrə Dəstəsində yeraltı iş şəraiti üzrə 4-cü dərəcəli elektrik peşəsində işləyir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli 12 №-li qərara uyğun olaraq həmin siyahının 1 Dağ-mədən işləri hissəsinin 1.1. Faydalı qazıntıların çıxarılması. Geoloji kəşfiyyat işləri. Şaxtaların, mədənlərin, metropolitenlərin, yeraltı arxların,tunellərin və digər yeraltı qurğuların tikintisi, rekonsrtuksiyası, texniki cəhətdən təchizatı vasitələrinin tamamilə yeniləşdirilməsi və əsaslı təmir olunması bölməsinin 1.1.1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda.mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bəndinin ç) il ərzində (hesablama dövründə) yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular yarımbəndinə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun güzəştli şərtlərlə əmək stajı 12 il 29 gün (on iki il iyirmi doqquz gun) təşkil edir. Qeyd: yeraltı iş şəraitinə görə İddiaçı əmək məzuniyyətinin əsas günlərinə əlavə 6 təqvim günü verilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-703/20 saylı icmal məktubunda göstərilmişdir ki, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. İş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması dəqiq göstərilməlidir. Bu halda məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyin müəyyən olunmasından gedir. Məhkəmə sorğusuna cavab olaraq Bakı Metropoliteni QSC-nin xx.xx.2025-ci il tarixli məktubunda sonradan sənədlərlə araşdırma aparılaraq İddiaçı elektrik peşəsinin göstərilən yarımbəndə uyğun olmadığının müəyyən edildiyi qeyd edilsə də məhkəmə qeyd edilən mövqe ilə razılaşmır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-218/2021 saylı,xx.xx.2021-ci il tarixli qərarında qeyd olunmuşdur ki, “Ali Məhkəmə tərəfindən formalaşdırılmış təcrübəyə əsasən, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr Siyahıdakı kodlarla müvafiq qaydada uyğunlaşdırılmalıdır. Onu da nəzərə almaq lazımdır ki, məhkəmələr iş yerlərindən təqdim edilmiş belə arayışları həmişə birmənalı sübut kimi qəbul etmək vəzifəsi daşımırlar. Ona görə də, işlərə baxılarkən həmin arayışların məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyibişləmədiyi mötəbər qaydada müəyyən olunmalıdır(...)” Məhkəmə hesab edir ki, iddiaçının çalışdığı vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 №-li qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın 1.1.1. Faydalı qazıntıların çıxarılması üzrə şaxtalarda, mədənlərdə, mədən axtarışlarında, geoloji kəşfiyyatda; drenaj şaxtalarında; şaxtaların, mədənlərin tikintisində yeraltı işlər bəndinin ç) il ərzində (hesablanma dövründə) yeraltı işlərdə məşğul olan fəhlələr, rəhbərlər, mütəxəssislər və qulluqçular yarımbəndinə uyğundur. Belə ki, qeyd edilən 1.1.1 bənddində yeraltı işlərdə tam iş günündə məşğul olan bütün fəhlələr, yeraltı sahələrin rəhbərləri və mütəxəssisləri nəzərdə tutulmuşdur ki, iddiaçıya qeyd edilən bəndin aid edilməməsi ona qarşı ayrı-seçkiliyin olmasına dəlalət edir. Məhkəməyə Bakı Metropoliteni QSC-nin tikinti departamentinin dəstəsində “elektrik” və “elektrik çilingəri” vəzifələrində çalışan işçilərin vəzifə təlimatları təqdim edilmişdir. Qeyd edilən təlimatlardan görünür ki, qeyd edilən vəzifədə çalışan işçilər mahiyyət etibarı ilə yeraltı stansiyalarda əsas vəzifə və funksiyaların icrasını həyata keçirirlər. Bakı Metropoliteni QSC-nin xx.xx.2025-ci il tarixli məktubunda da iddiaçının çalışdığı elektrik peşəsi üzrə əmək şəraitinin yeraltı olması təsdiq edilmişdir. Həmçinin, əlavə yeraltı iş şəraitinə görə iddiaçıya əmək məzuniyyətinin əsas günlərinə əlavə 6 təqvim günü verilmişdir. Bundan əlavə məhkəmə iddiaçının işlədiyi müəssisənin fəaliyyət istiqaməti və gördüyü işin xarakterini nəzərə alaraq qeyd edilən dövrün güzəştli iş stajı hesab edilməməsi ilə bağlı cavabdehin mövqeyini əsaslı hesab etmir. Göründüyü kimi iş materialları və məhkəmə araşdırması nəticəsində müəyyən edilir ki, iddiaçının 12 il 6 aydan çox güzəştli iş stajı mövcuddur. “Əmək Pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. 9.1. Axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Həmçinin iddiaçının sığortaolunanın hesabından çıxarışı məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. Beləliklə, iddiaçı hüququnun yarandığı (təqdim edilmiş güzəştli arayışlara və dövrlər üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqları nəzərə alınmaqla) xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini tələb etməkdə haqlı olmuşdur. Məhkəmə hesab edir ki, qeyd edilənlər iddianın təmin edilməsi üçün kifayət qədər əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı pensiya hüququnun yarandığı xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının üzərinə vəzifə olaraq qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi gündən) 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Axundova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar