Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-881/2022 12.04.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 12 may 2006-cı il tarixli, JN-168F, KOD-30305058 saylı şəhadətnaməsi ilə iddiaçının mülkiyyətinə aid olan Quba rayonu Qrız Dəhnə kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsinin dövlət reystrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması, Quba rayon Dövlət Notariat Konturunun o zamankı müvafiq notariusu, DTKX-nın Quba rayon şöbəsinin müdiri A.Xudaverdiyev və Dövlət Yerqurluşu Layihə İnstitunun müdiri F.Cəfərov barəsində xüsusi qərardad çıxarılması və məhkəmə xərclərinin cavabdehdən və üçüncü şəxsdən tutulması” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon DNK-nın 16 noyabr 2005-ci il tarixli 4-ə-1268 saylı alqı-satqı müqaviləsinə əsasən DTXK-nin Quba rayonu üzrə şöbəsinin 12 may 2006-cı il tarixli şəhadətnaməsi ilə Quba rayonu Qrız Dəhnə kəndi ərazisində yaşayış sahə, həyətyanı sahə, fərdi kollektiv və həyətyanı torpaq sahəsi, kooperativ bağlar,dövlət bağçılıq təsərüfatının bağı ilə həmin idarədə 758 nömrə ilə kitabda qeydə alınmış, JN-168F, KOD-30305058 saylı şəhadətnamə ilə əlaqədar mülkiyyət hüququ əsasında (mülkiyyət hüququnu təsdiq edən) İddiaçı adına verilmişdir. Belə ki, həmin torpaq sahəsini satmaq məqsədi ilə 2021 -ci ilin mart ayının əvvəllərində quba "Asan" xidmətinə rəsmi qaydada müraciət etdikdə onlara bidirmişlər ki, həmin şəhadətnamə Dövlət Reystrində qeydiyyata alınmamışdır. Belə olan halda onlar DƏDRXin 5 saylı Ərazi idarəsinə şəhadətnaməni qeydiyyata alınıb-alınmaması sorğu ilə həmin təşkilata müraciət etdik. Həmin təşkilatın 19.03.2021-ci tarixli cavab məktubunda-Sizin JN- 168F, KOD-30305058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin” qeydiyyatdan keçib-keçməməsi ilə bağlı 12 mart 2021-ci il tarixli sorğunuza 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır. Bildirirk ki, adınıza olan JN-168F,KOD-30305058 nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə"ləğv edilmiş, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamlərin verilməsi kitabından qeydiyyatdan keçməmişdir”. Cavab məktubunda cavabdeh nədənsə şəhadətnamənin hansı əsaslarla və nə vaxt ləğv edilməsinin səbəblərini qeyd etməmişdir. İddiaçı bu şəhadətnaməni Quba rayon DNK-nin 16 noyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsinə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsinin 758 nömrə ilə kitabda qeydə alınmış JN-168F KOD-30305058 saylı qeydi ilə əldə etmişdir. Həmin şəhadətnamənin və onda vurulkmuş möhürün doğrulubolmamasını müəyyən etmk üçün onun notariat qaydada surətinin təsdiq edilməsi üçün notariat kontoruna (ofisinə) müraciət etmiş və həmin şəadətnamənin surəti notariat ofisi tərəfindən təsdiq edilmişdir. Ona görə də cavabdehin cavab məktubu qanunsuz olduğundan və mülkiyyət hüququnun məcburi qaydada dövlət reystrində qeydiyyata alınmasının cavabdehin üzərinə məcburi qaydada qoyulması barədə iddia ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Həmçinin, ona verilmiş şəhadətnamə notariat kontorunda bağlanmış alqı-satqı müqaviləsinə əsaslandığından, həmin notoriat kontorunda sözügedən alqı-satqı müqaviləsi ilə bağlı 16 noyabr 2005-ci tarixli 4-Ə-1268 saylı alqı-satqı müqaviləsi mövcud olmadığı təqdirdə, habelə DTKX-nin Quba rayon şöbəsinin qeydiyyat kitabında 758 nömrə ilə qeydə alınması halı mövcüd olmadığı halda həm Quba rayon DNK-nin o zamankı notarisu həmdəki DTKX-nin Quba rayon şöbəsinin o zamanki rəisi A.Xudaverdiyevin və X1 İnstitunun o zamanki rəhbəri F.Cəfərovun barəsində xüsusi qərardadlar çıxarılmaldır. Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmənin ötən iclaslarında iştirak edən iddiaçı iddia tələbinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsinin məhkəmədən xahiş etmişdir. Məhkəmənin sonuncu iclası barədə iddiaçıya məhkəmə bildirişi göndərilmiş, lakin iddiaçının covid-19 vaksinasiya sertifikatı olmadığına görə məhkəmə prosesinə gəlməmişdir. Həmçinin, iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının təxirə salınmasını xahiş etmiş və buna dair hər hansı bir üzürlü səbəb göstərməmişdir. Məhkəmə tərəfindən məhkəmə iclasının təxirə salınması məqsədəmüvafiq hesab edilmədi. Ona görə də məhkəmə iş materiallarına əlavə edilmiş və özü tərəfindən araşdırılmış sübutlar əsasında iddia tələbinə mahiyyəti üzrə baxılması qərarına gəldi. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı JN-168F KOD 30305058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin qeydiyyatdan keçibkeçməməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 12 mart 2021-ci il tarixli ərizə ilə müraciət etmişdir. Ərizəyə 19.03.2021-ci il tarixli **********87 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, “Sizin JN-168F KOD 30305058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” nin qeydiyyatdan keçib-keçməməsi ilə bağlı 12 mart 2021-ci il tarixli sorğunuza 5 saylı Xaçmaz Ərazi İdarəsində baxılmışdır. Bildiririk ki, sizin adınıza olan JN-168F KOD 30305058 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə tənvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçməmişdir.” Bundan əlavə, ərazi idarəsinin elektron məlumat bazasında həmin şəhadətnamə öz əksini tapmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxs Quba Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə müraciət edərək, iş yükünün çoxluğu səbəbindən proseslərdə iştirak edə bilməyəcəyini və məhkəmə iclaslarına onların iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmişlər və bunun üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxmışdır. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Cavabdehin 19.03.2021-ci il tarixli **********87 nömrəli imtina məktubu, etirazı, DTXK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN- 168F KOD 30305058 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Akt”ın notarial qaydada təsdiqlənmiş surəti, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 01-1394/11 nömrəli, 04.03.2022-ci il tarixli məktubu və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, "Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4)İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan torpaq sahəsinə istifadə hüququnun yaranması haqqında Quba rayon Dövlət Notariat Konturunun 16 noyabr 2005-ci il tarixli 4-ə-1268 saylı alqı-satqı müqaviləsinin bağlandığı vaxtdan yaranmış olur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDRX-in 5 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDRX-in 5 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDRX-in 5 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDRX-in 5 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İddiaçı DƏDRXin 5 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın 19.03.2021-ci il tarixli **********87 nömrəli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Mubahisəli torpaq sahəsinin Quba rayonunda yerləşməsini nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İddiaçının tələbi üç hissədən ibarətdir: 1. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 12 may 2006-cı il tarixli, JN-168F, KOD-30305058 saylı şəhadətnaməsi ilə iddiaçının mülkiyyətinə aid olan Quba rayonu Qrız Dəhnə kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsinin dövlət reystrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması, 2. Quba rayon Dövlət Notariat Konturunun o zamankı müvafiq notariusu, DTKX-nın Quba rayon şöbəsinin müdiri A.Xudaverdiyev və Dövlət Yerqurluşu Layihə İnstitunun müdiri F.Cəfərov barəsində xüsusi qərardad çıxarılması, 3. məhkəmə xərclərinin cavabdehdən və üçüncü şəxsdən tutulması. İddiaçının tələbinin birinci hissəsinə, yəni Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 12 may 2006-cı il tarixli, JN-168F, KOD-30305058 saylı şəhadətnaməsi ilə iddiaçının mülkiyyətinə aid olan Quba rayonu Qrız Dəhnə kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsinin dövlət reystrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, məhkəmə tərəfindən iddiaçıya təqdim edilmiş 12 may 2006-cı il tarixli, JN- 168F, KOD-30305058 saylı şəhadətnamənin verilməsi üçün əsas olmuş alqı-satqı müqaviləsinin qüvvədə olmasının araşdırması zamanı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Dövlət Notariat Arxivinin 01-1394/11 nömrəli, 04.03.2022-ci il tarixli məktubuna əsasən müəyyən edilmişdir ki, İddiaçı Quba rayonu, Qrız Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsinin rəsmiləşdirməsinə səbəb olmuş Quba rayon Dövlət Notariat Konturunda bağlanmış 4-ə-1268 nömrəli, 16 noyabr 2005-ci il tarixli alqı-satqı müqaviləsi arxivə təhvil verilməmişdir. Bundan başqa o da müəyyən edilmişdir ki, İddiaçı Quba rayonu, Qrız Dəhnə kəndində yerləşən 0.12 ha torpaq sahəsi DTXK-nın Quba rayon şöbəsi tərəfindən verilmiş JN- 168F KOD 30305058 nömrəli “Torpağa mülkiyyət hüququna dair” şəhadətnamə barədə məlumat Əmlak Məsələləri Dövlət Xidmətinin elektron baza və arxiv materiallarında mövcud deyil. Göründüyü kimi məhkəmə araşdırması nəticəsində məlum oldu ki, iddiaçının faktiki istifadə etdiyi torpaq sahəsinin ona hansı formada ayrılmasını müəyyən etmək mümkün olmadığından, cavabdeh onun iddia tələbinin təmin edilməməsində haqlı olmuşdur. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sözügedən normalardan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. İddiaçının tələbinin ikinci və üçüncü hissəsi iddia tələbinin birinci hissəsindən asılı olduğundan məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilə bilməz. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 12 may 2006-cı il tarixli, JN-168F, KOD-30305058 saylı şəhadətnaməsi ilə iddiaçının mülkiyyətinə aid olan Quba rayonu Qrız Dəhnə kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsinin dövlət reystrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması, Quba rayon Dövlət Notariat Konturunun o zamankı müvafiq notariusu, DTKX-nın Quba rayon şöbəsinin müdiri A.Xudaverdiyev və Dövlət Yerqurluşu Layihə İnstitunun müdiri F.Cəfərov barəsində xüsusi qərardad çıxarılması və məhkəmə xərclərinin cavabdehdən və üçüncü şəxsdən tutulması” tələbinə dair iddiası əsassızdır və təmin edilməməlidir. Nəticəvi hissə: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75, 81, 85 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Quba rayon şöbəsi tərəfindən verilmiş 12 may 2006-cı il tarixli, JN-168F, KOD-30305058 saylı şəhadətnaməsi ilə iddiaçının mülkiyyətinə aid olan Quba rayonu Qrız Dəhnə kəndi ərazisində yerləşən 0.12 hektar torpaq sahəsinin dövlət reystrində qeydiyyata alınması vəzifəsinin cavabdehin üzərinə qoyulması, Quba rayon Dövlət Notariat Konturunun o zamankı müvafiq notariusu, DTKX-nın Quba rayon şöbəsinin müdiri A.Xudaverdiyev və Dövlət Yerqurluşu Layihə İnstitunun müdiri F.Cəfərov barəsində xüsusi qərardad çıxarılması və məhkəmə xərclərinin cavabdehdən və üçüncü şəxsdən tutulması” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-881/2022
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-881/2022
12.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver