Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-882/2020 14.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Sumqayıt şəhəri, 18-ci mikr-n, ev 19 B mənzil 19-da yaşayan), İddiaçının nümayəndəsi X1 (Bakı şəhəri 3 saylı Vəkil Bürosunun vəkili, Abşeron rayonu, Xırdalan şəhəri, H.Z.Tağıyev küçəsi, 56/22 saylı evdə yaşayan), Cavabdehin nümayəndələri X5 (Azərbaycan Respublikası ƏƏSMN Aparatının Dövlət qulluğu və kadr məsələləri şöbəsinin müdir müavini işləyən, Beyləqan şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan) və X3 (Azərbaycan Respublikası ƏƏSMN Dövlət qulluğu və kadr məsələləri şöbəsinin Aparatının Dövlət qulluğu və kadrların seçilmsi sektorunda məsləhətçi işləyən, Bakı şəhəri, Lökbatan qəsəbəsi, D.Bünyadzadə küşəsi, 136 saylı evdə yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinə qarşı xx xxx 2019cu il tarixli **********2 saylı əmrin ləğv edilməsi, işə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cvaabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehAzərbaycanRespublikasıƏmək və X9 Nazirliyi yanında Dövlət X13 Sumqayıt şəhər şöbəsinə qarşı iddia ərizəsiilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, iddiaçının AzərbaycanRespublikasıƏmək və X9 Nazirliyi yanında Dövlət X13 Sumqayıt şəhər şöbəsinə Sosial yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilməsi və məcburi işdən kənarlaşdırma vaxtının iş staı kimi hesablanması vəzifəsinin Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı idida tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək cavabdeh qismində Azərbaycan Respublikası Əmək və X9 Nazirliyini göstərmiş və Azərbaycan RespublikasıƏmək və X9 Nazirliyinin xx xxx 2019-cu il tarixli **********2 saylı əmrininləğvedilməsi, əvvəlki işlədiyi vəzifəyə bərpa edilməsi və məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx xxxxx 2005-ci il tarixdən Dövlət X13 Sumqayıt şəhər şöbəsinin X9 üzrə X16 və Müavinətlər sektorunuda baş məsləhətçisi vəzifəsində işləmişdir. xx xxxxxxx 2016-cı il tarixdən həmin şöbənin yardım və müavinət sektorunun müdiri vəzifəsinə təyin edilmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə rəhbərlik etdiyi sektorun baş məsləhətçisi X11 Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən tutularaq həbs edilmişdir. Şöbədə axtarış aparıb sənədlər götürüldüyündən o, öz təşəbbüsü ilə həmin idarəyə gedib işlə maraqlanmışdır, elə həmin gün onu da əsassız olaraq həbs etmişlər. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx xxx 2019-cu il tarixli hökmü ilə əməlində cinayət tərkibi olmadığından iddiaçıya bəraət verilmişdir. Cavabdeh Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsisinin “c” bəndini rəhbər tutaraq özünün xx.xx.2018-ci il tarixli əmri ilə iddiaçını tutduğu vəzifədən kənarlaşdırmış, xx.xx.2019cu il tarixli əmri ilə isə onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Halbuki, onun təqsirsizliyi məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə sübuta yetirilmişdir. Cavabdeh məhkəmə araşdırmasının sonunu gözləmədən ona qarşı qərəzli davranmışdır.belə ki, barəsindəki cinayət təqibi başa çatdıqdan sonra iddiaçı tutduğu vəzifədən azad edilməsi barədə əmri əldə etmək üçün dəfələrlə cavabdehə müraciət etməsinə baxmayaraq cavabdeh əmri ona təqdim etməmiş, yalnız 2020-ci ilin fevral ayının 25-də məktub göndərərk əmr barədə məlumat vermişdir. Nəticədə iddiaçının hüquqları iki ilə yaxındır kobud şəkildə pozulmaqdadır. İddiaçı əsassız olaraq həbs edildiyindən və onun barəsində bəraət hökmü qəbul edildiyindən hesab edir ki, cavabdeh tərəfindən verilmiş əmr qanunsuz hesab edilərək ləğv edilməli və o, əvvəlki vəzifəsinə bərpa edilərək məcburi işburaxma müddəti üçün əmək haqqı ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı və nümayəndəsi X2 iddianı müdafiə etdilər və iddia ərizəsinin dəlillərinə izahatına uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdilər. Cavabdehin nümayəndəsi X12 iddia tələbini qəbul etmədi və izah etdi ki, iddiaçı xx xxx 2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı maddəsinə əsasən işdən azad edilmişdir. İddiaçı işdən azad edilməsinə əsas Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xx.xx.2019-cu il tarixli məktubu və Nazirlik yanında Dövlət X13 Sumqayıt şəhər şöbəsində nazirliyin xx.xx.2018-ci il tarixli əmri əsasında həyata keçirilmiş audit yoxlaması olmuşdur. İddiaçı xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2018-ci il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə nəzətdə tutulmuş ittiham elan edilmiş, barəsində həbs qətimkan tədbiri seçilmiş və həmin tarixdən barəsində hökm çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Bununla bağlı İstintaq İdarəsinin xx.xx.2018-ci il tarixli məktubu əsasında xx.xx.2018-ci il tarixdə işən kənarlaşdırılmışdır. Nazirliyin xx.xx.2018-ci il tarixli əmrinə uyğun olaraq Dövlət X13 Sumqayıt şəhər şöbəsində xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırma aparılmış və İddiaçı rəhbərlik etdiyi Sosial yardım və müavinət sektorunda bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara artıq ödəmələrə yol verildiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 4-cü hissəsinə əsasən işdən kənar edilmiş işçiyə inzibati və ya cinayət məsuliyyətinə cəlb edilib-edilməməsindən asılı olmayaraq işəgötürən bu Məcəllənin 186-cı maddəsində nəzərdə tutulmuş intizam tənbehlərindən birini tətbiq edə bilər. Nazirliyin xx.xx.2019-cu il tarixli əmri ilə iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. “Dövlət qulluğu haqqında” Qanunun 18.0.4-cü maddəsinə əsasən başqa dövlət qulluqçularının işini çətinləşdirən, yaxud qulluq keçdiyi dövlət orqanının nüfuzunu aşağı sala biləcək hərəkətlərə yol verməmək və 18.0.12-ci maddəsinə əsasən etik davranış qaydalarına əməl etmək dövlət qulluqçularının vəzifələrinə aid edilmişdir. Həmin Qanunun 25.2-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində dövlət qulluğundan azad edilməsi kimi tədbir görülə bilər (25.2.6). Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Göstərilənlər nəzərə alaraq cavabdeh iddiaçının varəsində verilmiş əmri tam qanuni hesab edir və iddianən rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edir. Cavabdehin nümayəndəsi X7 iddianı qəbul etmədi və E.Əliyevin izahatına oxşar izahat verərək iddianən təmin edilməməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş : -iddiaçıya məxsus əmək kitabçasından görünür ki, o, xx.xx.2005-ci il tarixdı Sumqayıt şəhər X9 Mərkəzində məsləhətçi, xx.xx.2006-cı ildə baş məsləhətçi vəzifəsinə keçirilmiş, xx.xx.2016-cı il tarixdə Dövlət X14 Sumqayıt şəhər şöbəsində Sosial yardım və müavinət sektorunda baş məsləhətçi vəzifəsinə keçirilmiş, xx.xx.2017-ci il tarixdə həmin sektorun müdiri təyin edilmiş və xx.xx.2019-cu il tarixdə “Dövlət qulluğu haqqında” Qanunun 33.1.6-cı və 25.11-ci maddələrinə əsasən tutduğu vəzifədən azad edilmişdir. -Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, İddiaçı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmədiyindən ona bəraət verilmiş və barəsində həbs qətimqan tədbiri ləğv edilərək məhkəmə iclas zalından dərhal həbsdən azadd edilmiş; Dövlət X13 Sumqayıt şəhər şöbəsinin Sosial Yardım və Müavinətlər sektorunda sahə məsləhətçisi işləmiş X19 oölu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2,178.2.3-cü maddəsi ilə təqsirli bilinib 3 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. -Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxxx 2019-cu il tarixli qərarından görünür ki, hökm İddiaçı münasibətdə dəyişdirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli qərarından görünür ki, apellyasiya instansiya məhkəməsinin qərarı dəyişirilmədən saxlanılmışdır. -Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin xx.xx.2018-ci il tarixli əmrindən görünür ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin xx.xx.2018-ci il tarixli əmri əsas götürülərək iş vaxtı ərzində bilavasitə iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əməllər törətdiklərinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.1-ci maddəsi ilə cinayət işinin ibtidai istintaqı aparıldığı müddətdə Əmək və X9 Nazirliyi yanında DSMF-nin Sumqayıt şəhər şöbəsi Sosial Yardın və Müavinətlər sektorunun müdiri İddiaçı oölu və həmin sektorda sahə məsləhətçisi vəzifəsində qulluq keçən X11 işdən kənarlaşdırılmışlar. Əmrin verilməsi üçün əsas kimi Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin İstintaq İdarəsinin xx.xx.2018-ci il tarixli məktubu göstərilmişdir. -Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin xx.xx.2018-ci il tarixli əmrindən görünür ki, Dövlət X13 Sumqayıt şəhər şöbəsinin xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrası vəziyyətinin araşdırılması məqsədi ilə araşdırma qrupu yaradılmışdır. -Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin xx.xx.2018-ci il tarixli əmrindən görünür ki, Dövlət X13 Sumqayıt şəhər şöbəsində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair aparılmış arşdırmanın nəticəsində müəyyən edilmişdir ki, xx.xx.2017-ci il tarixdən xx.xx.2018-ci il tarixədək olan dövr ərzində dövlət büdcəsindən ayrılan vəsaitlərin, məcburi dövlət sosial sığortası üzrə gəlirlərin və xərclərin icrasına dair araşdırılması zamanı bir sıra nöqsanlara, o cümlədən vətəndaşlara pensiya və sosial müavinət təyin olunmasında ardıq ödəmə hallarına, təyinatı nöqsanlı hesab edilmiş pensiya və sosial müavinət işləri üzrə ödənişlərin aparılmasına yol verildiyi müəyyən olunmuşdur. -Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin xx.xx.2019-cu il tarixli əmrindən görünür ki, İddiaçı və X10 “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı və 25.11-ci maddələrinə əsasən tutduqları vəzifədən azad edilmişlər və onlarla bağlanmış əmək müqavilələrinə xitam verilmişdir. Əmrin verilməsi üçün əsas kimi Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin məktubu göstərilmişdir. - Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xx.xx.2019-cu il tarixli məktubundan görünür ki, həmin İdarə Əmək və X9 Nazirliyi Aparatının rəhbəri H.Abdullayevin xx.xx.2019-cu il tarixli sorğusuna cavab vermişdir ki, İddiaçı və X8 Azərbaycan Respublikaıs Cinayət Məcəlləsinin 311.3.1-ci və 311.3.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair istintaq olunmuş cinayət işinin istintaqı tamamlanaraq xx.xx.2019-cu il tarixdə ittiham aktı ilə aidiyyəti üzrə baxlmasından ötrü Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. -Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikası Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin xx.xx.2018-ci il tarixli məktubunu və Azərbaycan Respublikası Əmək Məcəlləsinin 62-ci maddəsinin 1-ci hissəsisinin “c” bəndinə əsasən xx.xx.2018-ci il tarixli əmr ilə tutduğu vəzifədən kənarlaşdırılmış, xx.xx.2019-cu il tarixli əmr ilə isə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işüzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddiaqismən təminedilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçı xx xxxxxx 2017-ci il tarixdən Dövlət X13 Sumqayıt şəhər şöbəsində Sosial yardım və mavinət sektorunun müdiri vəzifsəində işləmişdir. xx xxxxxxxx 2018-ci il tarixdə həmin sektorun əməkdaşı X11 ilə birlikdə şübhəli şəxs qismində tutulmuş və xx xxxxxxxx 2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx xxx 2019-cu il tarixdə onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və o, tutduğu vəzifədən azad edilmişdir. xx xxx 2019-cu il tarixdə Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə iddiaçıya bəraət verilmiş və o, dərhal həbsdən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Cinayətin törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsizliyini sübuta yetirməyə borclu deyildir. Ədalət mühakiməsi həyata keçirilərkən qanunu pozmaqla əldə edilmiş sübutlardan istifadə oluna bilməz. Məhkəmənin hökmü olmasa, kimsə cinayətdə təqsirli sayıla bilməz. Məhkəmə qeyd edir ki, cavabdeh Azərbaycan Respublikası Əmək və X9 Nazirliyi iddiaçını işdən kənarlaşdırarkən, həmçinin onun tutduğu vəzifədən azad edərkən iddiaçının barəsində təqsirsizlik prezumpsiyasını pozmuş, yəni məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan onun iş yerində cinayət tərkibi olan ictimai-təhlükəli əmllər törətdiyinə görə işdən kənarlaşdırılması və daha sonra yenə də Baş Prokuror yanında Mübarizə Baş İdarəsinin cinayət işinin baxılması üçün məhkəməyə göndərilməsi barədə məktuba istinad edərək onu tutduğu vəzifədən azad edilməsi barədə əmr vermişdir. Halbuki, iddiaçıya məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə bəraət verilmişdir. Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünün əsaslandırma hissəsində göstərilmişdir ki, məhkəmə baxışı nəticəsində İddiaçı rüşvət alma, qabacadan əlbir olmuş bir qrup şəxs tərəfindən təkrar rüşvət alma cinayətlərinin törətməsi, yəni Azərbaycan Respublikası CM-nin 311.3.1-ci və 311.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirliliyi sübuta yetirilmədiyindən və onun əməlində cinayət tərkibi müəyyən edilmdiyindən ona həmin maddələrlə bəraət verilməlidir. Buna baxmayaraq cavabdeh nazirlik İddiaçı tutduğu vəzifədən azad edilməsi barədə əmrdə “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 33.1.6-cı bə 25.11-ci maddələrini rəhbər tutmuşdur. Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Göstərilən Qanunun 25.2-ci maddəsinə görə dövlət qulluqçusu bu Qanunun 18-ci, 20-ci və ya 25.11-ci maddələrində nəzərdə tutulmuş tələbləri pozduqda, onun barəsində aşağıdakı intizam tənbeh tədbirlərindən biri tətbiq edilə bilər: http://www.eqanun.az/alpidata/framework/data/4/c_f_4481.htm 25.2.1. töhmət; 25.2.2. bir il müddətinədək vəzifə maaşının 5 faizindən 30 faizinədək azaldılması; 25.2.3. həmin təsnifatdan olan, lakin vəzifə maaşı aşağı olan vəzifəyə keçirilməsi; 25.2.4. daha aşağı təsnifatdan olan vəzifəyə keçirilməsi; 25.2.5. ixtisas dərəcəsinin bir pillə aşağı salınması; 25.2.6. dövlət qulluğundan azad edilməsi. Həmin Qanunun 33.1.6-cı maddəsinə əsasən bu Qanunun 25.2.6-cı maddəsinə uyğun olaraq dövlət qulluğundan azad edildikdə dövlət qulluğuna xitam verilə bilər. “Dövlət qulluğu haqqında” Qanunun 25.11-ci maddəsinə əsasən dövlət qulluqçusu “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və ya həmin Qanunun 9-cu maddəsində göstərilən hüquqpozmaları törətdikdə (onlar inzibati və ya cinayət məsuliyyəti yaratmadıqda) intizam məsuliyyətinə cəlb olunur. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, cavabdeh nazirlik iddiaçının əməlində cinayət tərkibinin olmasına dair məhkəmənin hökmü olmadan, yəni onun yuxarıda göstərilən normada qeyd olunan hüquqpozmaları törətməsi sübuta yetmədən onu tutduöu vəzifədən azad etmiş və onunla bağlanmış əmək müqaviləsinə xitam vermişdir. Bundan başqa qeyd olunmalıdır ki, cavabdeh mübahisələndirilən əmrdə qeyd etməsə də, iddia ərizəsinə etirazda bildirmişdir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsi barədə əmrin verilməsi üçün əsaslardan biri də 2018-ci ilin otktyabr ayında DSMF-nin Sumqayıt şəhər şöbəsində aparılan audyt araşdırması olmuşdur. Məhkəmə qeyd edir ki, həmin araşdırmanın nəticələrinə görə tərtib edilmiş arayışda bir sıra işçilərə inzibati tənbeh tədbirinin görülməsi təklif edilsə də, konkret olaraq İddiaçı adı qeyd olunmamışdır. İddiaçının işdən azad edilməsi barədə əmrdə əsas kimi yalnız Azərbaycan Respublikası Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsnin məktubu göstərilmişdir. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçının tutduğu vəzifədən azad edilməsinə dair əmrin verilməsi üçün əsas olmuş yeganə hal öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə görə şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habeləşikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə inzibati aktın ləğv edilməsi ilə yanaşı, iddiaçının hər hansı öhdəliyin (vəzifənin) yerinə yetirilməsini tələb etməyə haqlı olduğu hallarda, məhkəmə həmin icraat zamanı tələb olunan öhdəliyi (vəzifəni) yerinə yetirməyə məcbur etmə haqqında qərar qəbul edə bilər. Məhkəmə cavabdehin nümayəndəsinin iddia müddətinin ötürülmüş hesab edilməsinə dair vəsatətinə münasibətdə qeyd edir ki, iddia müddəti ötürülməmiş hesab edilməlidir. Belə ki, iddiaçı məhkəmə iclasında izah etdi ki, xx.xx.2018-ci il tarixdə şübhəli şəxs qismində tutularaq xx.xx.2018-ci il tarixdə barəsində həbs qətimkan tədbiri seçilmişdir. xx.xx.2019-cu il tarixdə o, həbsdən azad edilmişdir. Bundan sonra o, dəfələrlə nazirliyə müraciət etsə də, əmrin surətini əldə edə bilməmiş, nazirliyin portalında isə onunla bağlanmış əmək müqaviləsinin qüvvədə olduğu qeyd edilmişdir. Yalnız xx.xx.2020-ci il tarixli məktubunda cavabdeh ona mizahedici məktub göndərmişdir. Məhkəmə araşdırması zamanı cavabdeh inzibati orqan iddiaçının barəsində verilmiş əmrin və əmək kitabçasının qanunvericiliklə müəyyən edilmiş qaydada və müddətdə ona təqdim edilməsini təsdiq edən sübutu məhkəməyə təqdim edə bilmədi. Bununla bağlı məhkəmə hesab edir ki, iddia qisməntəminedilməli, Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin xx xxx 2019-cu il tarixli **********2 saylı əmri qismən, İddiaçı aid hissədə ləğv edilməli, onun əvvlki tutduğu vəzifəyə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır, iddia qalan hissədə təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasıİnzibati Prosessual Məcəlləsinin 69, 70, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Əmək və X9 Nazirliyinin xx xxx 2019-cu il tarixli **********2 saylı əmri qismən, İddiaçı aid hissədə ləğv edilsin. İddiaçı əvvəlki vəzifəsinə bərpa edilməsi və məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edsilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-882/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-882/2020
14.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver