Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-882/2021 09.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçı (işləməyən, Şabran şəhəri, Q.Qasımov küçəsi, ev 20 ünvanında yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X6 (Azərbaycan Respublikası DİN X12 İdarəsində baş inspektor işləyən, Bakı şəhəri, Yasamal rayonu, Ş.Mehdiyev küçəsi 1054, mənzil 192-də yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək müharibə veteranı adının və müvafiq vəsiqənin verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı iddia tələbini müdafiə etdi və izah etdi ki, o, xx.xx.1965-ci ildə Şabran rayonunda anadan olmuşdur.Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi sıralarında Vətənin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak edərək, öz vəzifə borcunu yerinə yetirmişdir, lakin veteran vəsiqəsini ala bilməmişdir.Dəfələrlə müraciət etsə də, xidməti ezamiyyətə göndərilməsi barədə verilmiş əmrlər, eləcədə qeydiyyat jurnalları tapılmadığına görə onun müraciəti baxılmamış saxlanılmışdır. 02.05.1992-ci il tarixdən 03.12.2013-cü il tarixədək polis çavuşu olaraq DİN Şabran rayon Polis şöbəsi yanında Mühafizə alayında xidmət etmiş və cəbhə bölgələrində xidməti ezamiyyətlərdə olmuşdur. 1992-ci ilin iyun ayında Qubadlı rayonunun Novlu kəndində, 1992-ci ilin dekabr ayında Cəbrayıl rayon Daşbaşı kəndində, 1993-cü ilin fevral ayında yenədə Cəbrayıl rayon Daşbaşı kəndində, 1993 -cü il iyul ayında Goranboy rayon İlqarlı kəndində, 1993 -cü ilin sentyabr ayında Qubadlı rayon Xocahan kəndində döyüş əməliyyatlarında iştirak etmiş, bu xidmət zamanı cinayətkar Məşədi bəyin tərksilah edilib həbs olunmasını təmin etmişdir. Bütün bu ezamiyyətlər dövründə onunla bərabər xidmət etmiş olan əməkdaşlar veteran adını və vəsiqəsini əmək kitabçasında işlədiyi müddət qeyd edilərkən döyüş bölgələrində olduğu ezamiyyət günləri ayrıca nəzərə alınmışdır. Eləcə də 25 iyun 1992-ci ildə 245 saylı əmrlə Qubadlı rayonunda döyüş zonasında olduğu 08.10.1998-ci il tarixdə 2035 saylı arayışla təsdiq olunmuşdur. Cavabdehin nümayəndəsi Həsənov Orxan iddianı qəbul etmədi və izah etdi ki, vətəndaş İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılmış döyüş zonalarına ezam olunması barədə DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən X12 İdarəsinə ünvanlanmış 07.06.2019-cu il tarixli, 012- 15954-1221 nömrəli məktubda vətəndaş İddiaçı 02.04.1992-ci ildən 11.10.2002-ci ilədək və 16.04.2004-cü ildən 03.12.2013-cü ilədək daxili işlər orqanlarında xidmət etdiyi, lakin arxiv şəxsi işinin xidmətkeçmə siyahısında onun döyüş əməliyyatlarında iştirak etməsi barədə qeydiyyat aşkar edilməmişdir. Eyni zamanda İddiaçı xidmət etdiyi Şabran rayon mühafizə bölməsinin əmrləri Nazirliyin arxivinə təhvil verilmədiyindən rayon polis şöbəsinin 1992- 1994-cü illəri əhatə edən əmrlərinə baxılmış və onun döyüş bölgəsinə ezam olunması barədə heç bir əmr müəyyən edilməmişdir. İş materiallarında olan : - Daxili İşlər Nazirliyi X11 İdarəsi tərəfindən verilən 16.01.2021-ci il tarixli 024- 67539Q-3221 №-li məktubundan görünür ki, İddiaçı Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirakı barədə hər hansı məlumat olmadığından qaldırılmış məsələnin müsbət həlli qüvvədə olan qanunvericiliyə əsasən mümkün olmamışdır. - Şabran rayon notariat ofisinin xüsusi notariusu tərəfindən X4, X3, X2 iştirakı ilə tərtib olunmuş 13.03.2020-ci il tarixli aktdan görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüşmüş veteranlar DİN-in Şabran rayon şöbəsi yanında mühafizə alayında xidmət etdikləri dövrdə 1992-1994-cü illərdə İddiaçı, onların hər biri ilə ayrıayrılıqda müxtəlif tarixlərdə Mühafizə alayının müvafiq əmrinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Dəvəçi rayon Polis şöbəsi tərəfindən verilmiş 08.10.1998-ci il tarixli 2035 saylı arayışdan görünür ki, İddiaçı işlədiyi müddət ərzində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 25.06.1992-ci il tarixdən 08.07.1992-ci il tarixə kimi 245 saylı əmrlə Qubadlı rayonunda döyüş zonasında iştirak etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Veteranlar haqqında» Azərbaycan Respublikası Qanunundan göründüyü kimi «Müharibə veteranı» adının verilməsi üçün şəxsin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etməsi əsas sayılır. Həmin Qanunun 7-ci maddəsinin üçüncü abzasına görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Məhkəmə hesab edir ki, iddiaçının döyüş bölgəsində xidməti Dəvəçi rayon Polis Şöbəsi tərəfindın verilmiş arayışla təsdiqləndiyindən ona müharibə veteranı adı və vəsiqəsinin verilməsindən imtina edilməsi əsassızdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvəlr veteranı və əmək veteranı adlarının verilməsi qatdası və şərtləri haqqında” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasəmn müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. “X1 şikayətinə əsasən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 27 sentyabr 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyası və qanunlarına uyğunluğunin yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsin Plenumunun 09 iyul 2007-ci il tarixli Qərarında göstərilir ki, müharibə veteranı adının verilməsi ilə bağlı mübahisələr məhkəmələrdə həll olunarkən hər bir halda şəxsin döyüş zonasında hansısa obyektiv və ya subyektiv səbəbdən olması və bu halda hansı şəxs qismində çıxış etməsi ilə yanaşı, onun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirakının sübuna yetirilməsi vacibdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 2116 nömrəli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında» Əsasnamənin 1-ci bölməsinin 11ci abzasına əsasən 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixindən sonra döyüş zonasında hərbi xidimət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuzsiya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, mili təhlükəsizlik, ədliyyə, fövqəladə hallar orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. Cavabdeh tərəfindən iddiaçının hərbi xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilməsi barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının döyüş bölgəsinə ezam olunması və döyüş əməliyyatlarında iştirak etməsi təsdiq edildiyindən cavabdehin imtinası əsassız hesab edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Göstərilən Məcəllənin 15.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı çəkişmə prinsipi əsasında həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir . 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırmalıdır. Məhkəmə toplanmış sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı oğluna müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adı və müvafiq vəsiqənin verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-882/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-882/2021
09.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver