Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-8823/2025 24.11.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏSİ: Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Cəbiyeva Nəzrin Qabil qızının katibliyi, İddiaçının nümayəndəsi-vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN 388 KOD 30121028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında iddiaçıya məxsus 0.32 ha torpaq sahəsinin (0.32-0.0497-0.0353=0,235 ha) 0.235 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair işə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: 1.İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-388, KOD 30121028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qusar rayon Çiləgir kəndi ərazisində yerləşən 0.32 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə çıxarışın verilməsi və plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-7297/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadına əsasən İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-318A, KOD 30113018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qusar rayon Zindan- Muruq kəndi ərazisində yerləşən 0.12 ha torpaq sahəsi; JN-323A, KOD 30113018 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qusar rayon Zindan- Muruq kəndi ərazisində yerləşən 0.32 ha torpaq sahəsi; JN-0801, KOD 50105018 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Qusar rayonu Ənig kəndi ərazisində yerləşən 3,43 ha torpaq sahəsi; JN-388, KOD 30121028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Qusar rayon Çiləgir kəndi ərazisində yerləşən 0,32 ha torpaq sahəsi; JN-318, KOD 30121028 olan “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktına əsasən, Qusar rayonu Çiləgir kəndi ərazisində yerləşən 1,90 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın, torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiasından İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “JN-388, KOD 30121028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə əsasən, Qusar rayon Çiləgir kəndi ərazisində yerləşən 0.32 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, həmin torpaq sahəsinə çıxarışın verilməsi və plan və ölçü sənədinin hazırlanması öhdəliyinin cavabdehin üzərinə qoyulması”na iddiası ayrıca icraata ayrılmışdır. Daha sonra iddiaçının nümayəndəsi-vəkili ərizə təqdim edərək, “JN 388 KOD 30121028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında iddiaçıya məxsus 0.32 ha torpaq sahəsinin (0.32-0.0497-0.0353=0,235 ha) 0.235 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması”na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İddia onunla əsaslandırılmışdır ki, DTXK-nin Qusar rayon şöbəsi tərəfindən verilmiş JN-388, KOD 30121028 olan “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnaməyə, Qusar rayon Çiləgir bələdiyyəsinin 15/06 nömrəli 01 mart 2006-cı il tarixli qərarına əsasən, Qusar rayonu Zindan-Muruq kəndi ərazisində 0.32 ha həyətyanı torpaq sahəsi İddiaçı mülkiyyətinə verilmişdir. İddiaçı qeyd edilən torpaq sahələri üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması və torpaq sahələrinin planı və ölçüsünün hazırlanması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh ərizələrin icrasından imtina edərək ona istinad etmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, sözügedən mülkiyyət sənədlərinin arxiv nüsxəsi 5 saylı Xaçmaz Ərazi İdarəsində aşkar edilməmiş, elektron məlumat bazasında olan xəritə üzərində öz əksini tapmamış, torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı torpaq sahələri olmaları göstərilmişdir. Hesab edir ki, imtina əsassızdır. 2.Məhkəmə icraatı iştirakçılarının izahatları və etirazının dəlilləri: Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi-vəkili Vəkil iddia ərizəsinə uyğun izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saydı. Cavabdeh tərəfindən iddiaya qarşı yazılı etirazda qeyd edilmişdir ki, Sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarınızın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etdiyiniz, 0.32 ha torpaq sahəsi üçün ərizənizə əlavə olunmuş JN-388 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktının arxiv nüsxəsi və qeydiyyatı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində aşkar edilməmişdir. Bildiririk ki, JN-388 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktı elektron məlumat bazasında öz əksini tapmamışdır. Həmçinin, JN-388 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair” Dövlət Aktında göstərilən Qusar rayonu Çiləgir bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 15/06 saylı qərarı əsasında sahibkarlıq məqsədi üçün ayrılmış 0.32 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı “kolluq” və “örüş” torpaq sahəsidir.
3. Mübahisənin həlli ilə bağlı məhkəmə araşdırmasının əsasını təşkil edən sənədlər:
İş materialları məhkəməyə təqdim edilmişdir. Həmin sənədlər məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Həmin sənədlərə: JN 388 KOD30121028 saylı şəhadətnamə; cavabdeh orqanın imtina məktubu; cavabdeh orqanın mütəxəssisləri tərəfindən tərtib edilmiş müayinə aktı və digər sənədlər daxildirlər.
Əsaslandırma hissəsi:
4. İddianın növü və mümkünlüyü:
Məhkəmə iş materiallarını tədqiq edib, ilkin olaraq müəyyən edir ki, iddia mümkün iddiadır. Belə ki, baxılan işdə söhbət Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra - İPM) 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddiaçı İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia qaldırmışdır. Həmin iddia növü üçün qanunda nəzərdə tutulmuş xüsusi mümkünlük şərti təmin olunmuşdur. Belə ki, bu növ iddianın xüsusi mümkünlük şərti iddiaçının əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etməsi, sonuncu tərəfindən müraciətinin qanunla müəyyən edilmiş müddət ərzində cavablandırılmaması və ya müraciətinin təmin edilməməsidir. İddianı mümkünsüz edən hər hansı hal müəyyən edilməmişdir.
5.Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi:
İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia mümkün olmaqla bərabər, əsaslı iddia olduğundan təmin edilməlidir. Belə ki, iş materialları ilə müəyyən olunur ki, Qusar rayon Çiləgir bələdiyyəsinin xx.xx.2006-ci il tarixli, 15/06 saylı qərarı ilə İddiaçı Qusar rayonu Çiləgir bələdiyyəsinin alqı-satqı predmeti olan torpaq sahəsindən həyətyanı məqsədilə 0.32 ha torpaq sahəsinin satılması qərara alınmış və həmin vaxtdan qeyd olunan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Buna dair iddiaçının adına JN388 KOD 30121028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” tərtib edilmişdir. İddiaçı həmin torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin cavabdehin 15 may 2025-cü il tarixli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. Cavabdeh orqan imtinasının əsasları kimi : Mübahisə predmeti olan 0.32 ha torpaq sahəsinə dair JN-388 nömrəli (KOD ********) seriyalı “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”nin arxiv nüsxəsi və qeydiyyatının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsində aşkar edilmədiyini, elektron məlumat bazasında öz əksini tapmadığını, JN-388 nömrəli (KOD ********) seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda göstərilən Qusar rayonu Çiləgir bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 15/06 saylı qərarı əsasında sahibkarlıq məqsədi üçün ayrılmış 0.32 ha torpaq sahəsi torpaqların elektron kadastr uçotu informasiya sistemində kənd təsərrüfatı təyinatlı “kolluq” və “örüş” torpaq sahələrinə aid olduğunu göstərmişdir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtinası əsassız olmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 10 və 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. Ərizədə hüquq əldə edən fiziki şəxsin soyadı, adı, atasının adı, ünvanı, şəxsiyyətini təsdiq edən sənəd, hüquqi şəxsin isə tam adı, ünvanı, qeydiyyatı haqqında şəhadətnamə, icra hakimiyyəti orqanının tam adı və ünvanı, xahişin məzmunu və əlavə olunan sənədlər göstərilməlidir. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 6.5-ci maddəsinin və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin tələbinə görə torpaq sahəsinin mülkiyyətə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Mübahisəli torpaq sahəsi iddiaçıya Qusar rayon Çiləgir bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 15/06 saylı qərarına əsasən satılmış və həmin vaxtdan torpaq sahəsi iddiaçının istifadəsində və sahibliyində olmuşdur. Beləliklə, torpaq sahəsi bələdiyyənin mülkiyyətində olmuş və onun tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilməklə iddiaçıya satılmışdır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin ümumi qaydaları müəyyənləşdirilmiş, istifadə, mühafizə sahəsində hüquq münasibətləri tənzimlənmişdir. Həmin qanunun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikası Qanununun iddiaçıya bələdiyyə tərəfindən torpaq sahəsi ayrıldığı dövrdə, yəni 01 mart 2006-cı ildə qüvvədə olan redaksiyasında torpaq sahələrinin şəxslərə torpaq hərracları və ya müsabiqələri ilə yanaşı bilavasitə satışının mümkünlüyü də təsbit edilmişdir. Beləliklə bələdiyyə tərəfindən iddiaçıya torpaq sahəsinin bilavasitə satılması həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun olmuşdur. İddiaçıya torpaq sahəsinin satılmasına hüququ olan orqan tərəfindən torpaq sahəsi ayrılmış və satılmışdır. Qusar rayon Çiləgir bələdiyyəsinin xx.xx.2006-cı il tarixli, 15/06 saylı qərarı əsasında iddiaçıya satılmış torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun həmin tarixdən yarandığı mübahisəsizdir. Torpaq sahəsinin iddiaçıya satılmasına qərarın və alqı-satqı aktının hansısa səlahiyyətli qurum və ya məhkəmə tərəfindən ləğv edilməsi müəyyən olunmamışdır. Məhkəmə sorğularına əsasən təqdim edilmiş müayinə aktında aşağıdakılar qeyd edilmişdir: Dövlət aktı TEKUİS və AZCAD modelinə inteqrasiya olunmuş elektron kadastr uçotu bazasında əksini tapmamışdır. İddia olunan 0.32 ha torpaq sahəsi dəqiqləşdirildikdə: 0.0497 ha hissəsi istifadəçi “X1” olmaqla (842 nömrəsi ilə), 0.0353 ha hissəsi “təmiz örüş”, 0.235 ha hissəsi isə “kolluq” uqodiyası ilə uçota alınmışdır. Dövlət aktı DWG və DBF siyahılarında əksini tapmamışdır. Faktiki koordinatlar üzrə torpaq “bələdiyyə” mülkiyyətinə aid kənd təsərrüfatı torpağı olmaqla uqodiyası “kolluqlar” göstərilmişdir. Torpaq sahəsinin 0.1725 ha hissəsi “35 kv-luq hava elektrik verilişi xətti” nin qoruma zolağına düşmür, Qeyd: İddia olunan 0.32 ha sahənin 0.0697 ha hissəsi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, №2-1(118)-2619/2023 nömrəli qərardadında mübahisələndirilmişdir. Məhkəmə cavabdeh orqanın müayinə aktında qeyd etdiyi 0.32 ha sahənin 0.0697 ha hissəsi Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, №2-1(118)-2619/2023 nömrəli qərardadında mübahisələndirilməsi məsələsinə münasibətdə bildirir ki, yuxarıda qeyd edilən 2-1(118)-2619/2023 nömrəli iş üzrə cavabdeh tərəfindən xx.xx.2024-cü il tarixdə təqdim edilmiş mütəxəssis rəyindən müəyyən edilir ki, iddia olunan torpaq sahəsinin digər şəxslərə məxsus torpaq sahələri ilə üst-üstə düşmə halı mövcud deyildir. Məhkəmə iş üzrə araşdırılmış hallara münasibətdə bildirir ki, cavabdeh orqanın imtina əsasları kimi qeyd etdiyi, digər şəxsin istifadəsində olan 0.0497 ha torpaq sahəsi və “təmiz örüş” sahəsi kimi qeyd edilən 0.0353 ha torpaq sahəsi iddiaçının dəqiqləşdirilmiş iddia ərizəsi ilə ilkin tələbə münasibətdə azaldılaraq, yalnız mübahisəsiz 0.235 ha hissəsi üzərinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması xahiş edilmişdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 52-ci maddəsinə əsasəm məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. İPM-in 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Göründüyü kimi, cavabdeh inzibati orqanın iddaçının müraciətinin təmin edilməsindən imtinası əsassız və qanunsuz olmaqla sonuncunun qanunla qorunan hüquqlarını pozmuşdur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, JN 388 KOD 30121028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” əsasında iddiaçıya məxsus 0.32 ha torpaq sahəsinin (0.32-0.0497-0.0353=0,235 ha) 0.235 ha hissəsi üzərində iddiaçının mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması, adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulmalıdır.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia təmin edilsin. JN 388 KOD 30121028 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə əsasında iddiaçıya məxsus 0.32 ha torpaq sahəsinin (0.32-0.0497-0.0353=0,235 ha) 0.235 ha hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun dövlət reyestrində qeydiyyata alınması, adına çıxarış və plan-ölçü sənədinin verilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Qərardan tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Mirzəyeva