Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-883/2020 12.11.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, Hakim köməkçisi Ağasıyeva Ülviyyə Şəmşir qızının katibliyi, İddiaçı (fərdi sahibkar, Bakı şəhəri, Zığ yolu küçəsi, ev 36 mənzil 14-də yaşayan), Cavabdeh Şamaxı rayon l Çaylı bələdiyyəsinin sədri X1 iştirakı ilə, İddiaçı cavabdeh Şamaxı rayon l Çaylı bələdiyyəsinə qarşı cavabdehin xx xxxxxx 2020-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi, “Çaylı dərəsi” adlanan ərazidə l Çaylı kənd sakinlərinin ümumi istifadəsində olan örüş-otlaq sahələrinin cənubunda yerləşən, l Çaylı bələdiyyəsinin mülkiyyətində olan, uzun müddıt istifadə olunmayan boş torpaqlardan 270 ha icarə hüququ ilə istifafdəsinə verilməsi üçün ayrılaraq açıq hərraca çıxarılmasına dair qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Şamaxı rayon l Çaylı bələdiyyəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin xx xxxxxx 2020-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi, “Çaylı dərəsi” adlanan ərazidə l Çaylı kənd sakinlərinin ümumi istifadəsində olan örüş-otlaq sahələrinin cənubunda yerləşən, l Çaylı bələdiyyəsinin mülkiyyətində olan, uzun müddıt istifadə olunmayan boş torpaqlardan 270 ha icarə hüququ ilə istifafdəsinə verilməsi üçün ayrılaraq açıq hərraca çıxarılmasına dair qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Şifahi məhkəmə baxışında İddiaçı iddia tələbini müdafiə edərək izah etdi ki, Şamaxı rayon l Çaylı bələdiyyəsinin ərazisində yerləşən 1200 ha torpaq sahəsi onun icarəsindədir. Onun 810 baş xırda, 51 baş iri buynuzlu heyvanı vardır. O, özünə məxsus qoyunçuıuq təsərrüfatının inkişaf etdirmək məqsədi ilə Şamaxı rayonu l Çaylı bələdiyyəsinə mnüraciət edərək istifadə olunmayan torpaqlardan 270 ha torpaq sahəsinin onun icarəsinə verilməsi üçün açıq hərraca çıxarılmasını xahiş etmişdir. Cavabdeh inzibati orqan ərizəyə baxaraq 15 gün müddətində qərar qəbul etməli olduği halda bunu etməmiş və bununla onun hüquqlarını kobud şəkildə pozmuşdur. Bələdiyyə sədri təkbaşına ona xx.xx.2020-ci il tarixdə 03 saylı imtina məktubunu göndərmişdir. Cavabdeh onun icarəsinə torpaq sahəsinin verilməməsini torpaqların azlığı ilə əlaqələndirsə də, digər tərəfdən 510 ha torpaq sahəsini mülkiyyətə vermək üçün hüquqlarının qeydiyyata alınması üçün DƏDRX-nin 14 saylı Ərazi İdarəsinə müraciət etmişdir. Cavabdeh torpaq sahəsini verməkdən qərəzli və qanunsuz olaraq imtina etmişdir. Bununla bağlı iddiaçı iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh Şamaxı rayon l Çaylı bələdiyyəsinin sədri X2 iddianı qəbul etmədi və izah etdi ki, hazırda bələdiyyənin ərazisində 965 baş iri, 525 xırda buynuzlu heyvanı vardır, bələdiyyənin istifadəsində olan torpaqlar örüş torpaq sahələri kimi istifadə olunur. İddiaçının onun icarəsinə əlavə 270 ha torpaq sahəsinin verilməsinə dair ərizəsi araşdırılmış və müəyyən edilmişdir ki, həmin sahənin icarəyə verilməsinə dair qərar qəbul edilərsə bələdiyyənin istifadəsində olan torpaqların azlığı problemi yaranacaqdır. Bununla bağlı cavabdeh bələdiyyə torpaq sahəsinin mülkiyyətçisi kimi torpaq sahəsinin hərraca çıxarılmasından imtina etmişdir. İddiaçının qoyduğu iddia tələbi bələdiyyənin mülkiyyət hüququna toxunur və onun diskresion səlahiyyətlərini aşkar şəkildə pozur. Bununla bağlı cavabdehin nümayəndəsi iddianın rədd edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş Şamaxı rayon Birinci Çaylı bələdiyyəsinin 03 saylı xx.xx.2020-ci il tarixli məktubundan görünür ki, hazırda Birinci Çaylı kənd sakinləri və sahibkarlarının ümumi təsərrüfatlarında 5300 baş xırdabuynuzlu, 965 baş iribuynuzlu heyvanları vardır. 270 ha torpaq sahəsininin hərraca çıxarılaraq icarəyə verilməsi məqsədəuyğun deyildir. Belə ki, bu kənd əhalisinin heyvanlarının saxlanmasında əlavə yer azlığı problemi yaradacaqdır. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbul olunmasının imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 73.3.1-ci maddəsinə görə inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. 74-cü maddəsinə əsasən inzibati orqan diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın, yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərinin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, İddiaçı hazırki iddia ilə bağlı müraciətinə cavabdeh Şamaxı rayon l Çaylı bələdiyyəsi cavab verərkən diskresion səlahiyyətlərindən irəli gələrək imtina etmiş və onun imtina etməsi əsaslı olmuşdur. Belə ki, Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci bəndinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Həmin Məcəllənin 56-cı maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilməyən dövlət torpaqlarını müvafiq icra hakimiyyəti orqanı, bələdiyyə torpaqlarını isə bələdiyyələr müəyyən edir. Göstərilən Məcəllənin 56-cı maddəsinin 2-ci və 6-cı bəndlərinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə bələdiyyənin qərarı (müqavilə) ilə, dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaqlar istifadəyə və icarəyə uyğun olaraq, müvafiq icra hakimiyyəti orqanının və bələdiyyənin qərarı (müqavilə) ilə verilir. «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikasının Qanununun 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Həmin Qanunun 7.3.2-ci maddəsinə əsasən xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları mülkiyyətində torpaq sahəsinin olub-olmamasından asılı olmayaraq haqqı ödənilməklə fərdi yaşayış və bağ evlərinin tikintisi üçün Azərbaycan Respublikasının vətəndaşlarına verilir. 9.6-cı maddəsinə əsasən bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Eyni zamanda “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşması qaydaları haqqında” Əsasnamənin 1-ci bəndində göstərilir ki, bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyət və icarə hüququ ilə hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Mülki Məcəllənin 241.1-ci maddəsinə görə torpaq sahəsi mülkiyyətçisi onu başqa şəxslərin istifadəsinə, o cümlədən icarəsinə verə bilər. Həmin Məcəllənin 241.2-ci maddəsinə görə dəvlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsindən istifadə hüququ fiziki və hüquqi şəxslərə torpaq sahələrini bu cür istifadəyə verməyə vəkil edilmiş dövlət orqanının və ya yerli özünüidarə orqanının qərarına əsasən, qanunla müəyyənləşdirilmiş qaydada verilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Yuxarıda sadalanan qanunvericilik normalarından aydın olur ki, bələdiyyə tərəfindən torpaqların özgəninkiləşdirilməsi, o cümlədən icarəyə verilməsi müqavilə əsasında rəsmiləşdirilməlidir. Məhkəmə qeyd edir ki, mübahisəli torpaq sahəsi cavabdehin mülkiyyətində olmaqla cavabdehin həmin əmlak üzərində ona sahib olmaq, əmlakdan istfiadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarət olmaqla mülkiyyət hüququna malikdir və bu hüquq dövlət tərəfindən qorunur. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinasının qanunsuz hesab edilməsi üçün hüquqi əsas mövcud deyildir, çünki cavabdeh onun mülkiyyətində olan əmlaka sərəncam verilməsinə məcbur edilə bilməz. Bununla bağlı məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Şamaxı rayon l Çaylı bələdiyyəsinə qarşı cavabdehin xx xxxxxx 2020-ci il tarixli imtina məktubunun qanunsuz hesab edilməsi, “Çaylı dərəsi” adlanan ərazidə l Çaylı kənd sakinlərinin ümumi istifadəsində olan örüş-otlaq sahələrinin cənubunda yerləşən, l Çaylı bələdiyyəsinin mülkiyyətində olan, uzun müddıt istifadə olunmayan boş torpaqlardan 270 ha icarə hüququ ilə istifafdəsinə verilməsi üçün ayrılaraq açıq hərraca çıxarılmasına dair qərarın qəbul olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməməlidir. Məhkəmə iddiaçının cavabdeh bələdiyyənin sədri barəsində xüsusi qərardad çıxarılmasına dair vəsatətinə münasibətdə qeyd edir ki, hazırki iş üzrə bələdiyyə sədrinin əməllərində cinayıt əlamətləri aşkar edilmədiyindən xüsusi qərardadın çıxarılmasına dair vəsatət də təmin edilməməlidir. Qüvvədə olan inzibati prosessual qanunvericilikdə xüsusi qərardad çıxarılması barədə norma nəzərdə tutulmamışdır. Belə olan halda Azərbaycan Repspublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Mübahisəyə baxarkən, hüquqi şəxsin, dövlət, yerli özünüidarə orqanının və digər orqanın, vəzifəli şəxsin və ya fiziki şəxsin fəaliyyətində qanunların və digər normativ hüquqi aktların pozulduğunu aşkar edilməsi zamanı məhkəmə tərəfindən xüsusi qərardad çıxarılmasını nəzərdə tutan Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 265.1- 265.3-cü maddələri Azərbaycan Respublikasının xx.xx.2009-cu il tarixli, 819-lllQD N-li Qanunla Məcəllədən çıxarılmışdır. Həmin Məcəllənin 265.4-cü maddəsinə əsasən məhkəmə işə baxarkən, tərəflərin və ya digər şəxslərin hərəkətlərində cinayətin əlamətlərini aşkara çıxararsa, o bu barədə xüsusi qərardad çıxarmaqla prokurora xəbər verir. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilməsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-883/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-883/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver