Məhkəmə qərarları › İş №2-1(118)-884/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-884/2021

24.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-884/2021 24.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı “10 may 1998-ci il tarixli JN-1297A Kod 30800086 saylı şəhadətnamənin ləğv edilməsi və Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 236 saylı qərarına əsasən Abşeron rayonu Saray qəsəbəsində fərdi mənzil tikintisi üçün mülkiyyətinə verilmiş 0,10 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə mübahisəyə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, ona Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 236 saylı qərarı ilə Saray üzümçülük sovxozunun ərazisindən Abşeron rayonu Saray qəsəbəsində fərdi mənzil tikintisi üçün 0,10 ha torpaq sahəsi ayrılmışdır. Lakin həmin qərarda 0,10 ha torpaq sahəsinin ayrılmasına və faktiki mövcudluğuna baxmayamaq, onun iştirakı və xəbəri olmadan tərtib olunmuş 10 may 1998-ci il tarixli JN-1297A Kod 30800086 saylı torpağın mülkiyyətinə dair şəhadətnamədə səhvən 0,08 ha, yəni 0,02 ha az torpaq sahəsi qeyd edilmişdir. Həmin torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə ona torpaq sahəsinin “plan və ölçü” sənədinin verilməsi barədə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin dövlət kadastrı kitabında 27 fevral 2012-ci il tarixli 18542 nömrə ilə uçota alınmış A N2 ******* saylı rəsmi sənəddə də ayrılmış torpaq sahəsinin ölçüsünün 0,10 ha olması (həmin sənəddə ölçü vahidi kimi kvadrat metr götürüldüyü üçün torpaq sahəsinin ölçüsü müvafiq olaraq 0,10 ha=1000 kv.metr kimi göstərilmişdir.) dəqiq göstərilmişdir. Baxmayaraq ki, mülkiyyətinə ayrılmış torpaq sahəsinin bütün sənədlərində, o cümlədən arxiv sənədlərində torpaq sahəsinin ölçüsü 0,10 ha olması təsdiq edilmişdir. Cavabdeh təşkilat yuxarıda qeyd oluıman şəhadətnamədəki buraxılmış nöqsanı əsas gətirərək ona torpaq sahəsinə onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və haqqında çıxarışın verilməsindən rəsmi surətdə imtina etmişdir. Buna görə də mülkiyyət hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 236 saylı qərarı ilə Abşeron rayon Saray qəsəbəsi ərazisində ona ayrılmış 0.10 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli JN-1297A Kod 30800086 saylı torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamədə əsasında ona ayrılmış 0.08 ha torpaq sahəsinin ümumi sahəsi 0.10 ha olmaqla vahid əmlak kimi onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə ərizəsi verərək, Abşeron rayon Saray qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinə görə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 236 saylı qərarı və 0.08 ha torpaq sahəsinə görə Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli qərarı əsasında torpaq sahəsinin ümumi sahəsi 0.10 ha olmaqla vahid əmlak kimi onun mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən iddiaçı eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən sözügedən torpaq sahəsinə dair iddiaçının və başqa şəxslərin (X2, X4, X3) adına ləğv edilmiş DT və XK tərəfindən JN-1297A nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə tərtib edildiyi aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsaslar olub-olmaması müəyyən edilir. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsim təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15- ci maddəsinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsi Plenumunun 28 mart 2017-cı ıl tarixli qərarında torpaq üzərində hüquqların dövlət qeydiyyatı aparılarkən müvafiq icra hakimiyyəti orqanının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda göstərilən tələblərə daha diqqətlə yanaşmalı olması, təqdim olunan sənədlərin qanunvericilikdə göstərilən tələblərə uyğun olub-olmamasının yoxlanılmasına xüsusi diqqət yetirməsinin vacibliyi xüsusi olaraq qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmiaMn dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyəneüiC! sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Eləcə də, İnzibati Prosessual Məcəllənin 38-ci maddəsinə müvafiq olaraq, Mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Belə ki, Abşeron rayonu, Saıay qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dovİət reyestrində qeydiyyata alınması ilə bağlı İddiaçı 03 noyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciətinə imtina 25.11 2020-ci il tarixində verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarının 9cu maddəsinə əsasən İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştirak edən cavabdehin nümayəndəsi eyniməzmunlu izahat verərək, iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: JN-1297A KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin surəti, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin 07 may 2021-cu il tarixli, **********52 saylı məktubu, cavabdeh təşkilatın etirazı, Abşeron rayon XDS İK-nin 25.10.1991-ci il tarixli 236 saylı qərarı ilə fərdi yaşayış evinin tikmək üçün ayrılmış 1.000 kv.m torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin verdiyi plan və ölçü sənədi, DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin məhkəmənin sorğusuna əsasən göndərdiyi 17.06.2021-ci il tarixli cavab məktubu və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 66-cı maddəsinin 2-ci bəndinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67-ci maddəsinin 1-ci bəndinə əsasən torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 4.1-ci maddəsinə əsasən 2006-cı il iyulun 6dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Həmin Qanunun 8.0.5-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün 2006cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri əsas hesab olunur. Məhkəmə tədqiqatı zamanı müəyyən olundu ki, Abşeron rayon XDS İK-nin 25.10.1991-ci il tarixli 236 nömrəli qərarı ilə İddiaçı fərdi yaşayış evinin tikintisi üçün 1.000 kv.m torpaq sahəsi ayrılmışdır. Eyni zamanda Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 nömrəli qərarı ilə İddiaçı və onun ailə üzvlərinə 0.08 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmənin cavabdeh təşkilata göndərdiyi məktuba əsasən cavabdeh təşkilatın mütəxəssisləri tərəindən qeyd olunan torpaq sahəsinə baxış keçirilmiş və məlum olmuşdur ki, İddiaçı ayrılmış hər iki torpaq sahəsinin koordinatları üst üstə düşür, yəni hər hər iki qərar ilə ayrılmış torpaq sahəsi eyni torpaq sahəsidir. Cavabdeh təşkilat iddia tələbinə qarşı verdiyi etirazında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına verilmiş JN-1297A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə ləğv edildiyi tədqirdə Abşeron rayon XDS İK-nin 25.10.1991-ci il tarixli 236 nömrəli qərarı ilə İddiaçı ayrılmış 1.000 kv.m torpaq sahəsinin dövlət qeydiyyatına alınmasının mümkün olacağını bildirmişdir. Bu səbəbdən iddiaçının müraciəti cavabdeh təşkilat tərəfindən müsbət cavablandırılmamışdır. Cavabdeh təşkilatın gətirdiyi arqumentə münasibətdə məhkəmə aşağıdakıları qeyd etməyi zəruri bilir. İlk növbədə nəzərə alınmalıdır ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən İddiaçı adına verilmiş JN-1297A saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamənin ləğv edilməsinin subyektiv səbəblər baxımından həyata keçirilməsi mümkün deyil. Nəzərə alınmalıdır ki, həmin Şəhadətnamə qeydiyyat funksiyasını həyata keçirmiş DTXK-si tərəfindən verilmiş və həmin Şəhadətnamənin verilməsinə əsas Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 nömrəli qərarı olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2005-ci il tarixli 226 saylı fərmanına əsasən "X9 Komissiyasının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 mart tarixli 290 nömrəli Fərmanı qüvvədən düşmüş hesab edilmişdir. Başqa sözlə desək respublika ərazisində torpaqların aqrar islahatı 20 aprel 2005-ci ildə bitmiş və həmin komissiyanın qərarından şikayət vermə müddəti İddiaçı tərəfindən ötürülmüşdür. Belə ki, “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa əsasən fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Belə olduğu tədqirdə İddiaçı Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli 16 nömrəli qərarını mübahisələndirməsinin heç mənası yoxdur. Lakin digər tərəfdən oda nəzərə alınmalıdır ki, qeyd olunan torpaq sahəsinə verilmiş hər iki qərar qanunidir və həmin qərarlarda qeyd olunan torpaq sahəsi vahid torpaq sahəsidir. Ona görədə məhkəmə hesab edir ki, Abşeron rayon Saray qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinə görə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 236 saylı qərarı və 0.08 ha torpaq sahəsinə görə Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli qərarı əsasında (JN-1297A KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə) torpaq sahəsinin ümumi sahəsi 0.10 ha olmaqla vahid əmlak kimi İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi cavabdeh təşkilatın üzərinə qoyulmalıdır. Bundan əlavə, məhkəmə, cavabdehin iddia ərizəsinə etirazda əsaslandığı dəlillərinə münasibətdə qeyd edir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsinə əsasən qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvləri, onları aşkar etdiyi və ya bu barədə maraqlı şəxslərdən ərizə aldığı gündən üç gün müddətində aradan qaldırır. Hüquqların dövlət qeydiyyatı zamanı yaranan münasibətlərin maraqlı iştirakçılarına səhvlərin aradan qaldırılması barədə 48 saat müddətində yazılı məlumat verilməlidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2004-cu il 10 avqust tarixli, 113 nömrəli Fərmanının 4.2.1-ci bəndinə əsasən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 16.1-ci maddəsində nəzərdə tutulmuş “qeydiyyat orqanı”nın səlahiyyətlərini Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti həyata keçirir. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun 4.1-ci maddəsinə əsasən, 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. Abşeron rayon Saray qəsəbəsi ərazisində 0.10 ha torpaq sahəsinə görə Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 oktyabr 1991-ci il tarixli, 236 saylı qərarı və 0.08 ha torpaq sahəsinə görə Abşeron rayon Aqrar İslahat Komissiyasının 10 may 1998-ci il tarixli qərarı əsasında (JN-1297A KOD 30800086 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” Şəhadətnamə) torpaq sahəsinin ümumi sahəsi 0.10 ha olmaqla vahid əmlak kimi İddiaçı mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulsun. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar