Məhkəmə qərarları › İş №2-1(118)-885/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-885/2021

14.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-885/2021 14.06.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, İddiaçı nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 0,68 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tikinti işlərinin aparılmasına yaradılan maneələrin Cavabdehnə qadağan edilməsi” tələbinə dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı iddia qaldıraraq Cavabdeh 21.12.2020-ci il tarixli 71 saylı məktubunun əsassız hesab edilməsi və mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 0,68 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tikinti işlərinin aparılmasına yaradılan maneələrin Cavabdehnə qadağan edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı daha sonra iddia tələbini dəqiqləşdirərək mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 0,68 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tikinti işlərinin aparılmasına yaradılan maneələrin Cavabdehnə qadağan edilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 0,68 ha torpaq sahəsi onun xüsusi mülkiyyəti kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və adına Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 17.01.2018-ci il tarixli RX seriyalı ******* saylı Çıxarış verilmişdir. Torpaq sahəsində sahibkarlıq fəaliyyəti məqsədilə tikinti işlərinin aparılmasına icazə verilməsi üçün 2018-ci ildə Cavabdehnə müraciət etmişdir. Cavabdeh 08.2.2018-ci il tarixli 23 saylı sərəcamı ilə Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 0,68 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti məqsədilə tikinti işlərinin aparılmasına icazə verilmişdir. Tikinti işlərinin aparılmasına icazə verildikdən sonra tərəfindən kənd təsərrüfatı məhsullarının saxlanması üçün soyuducu anbar kompleksinin tikintisi üçün ölkənin xaricindən avadanlıqlar gətirilmişdir. Avadanlıqlar gətirildikdən sonra tikinti və rekonstruksiya işlərinin görülməsinə başlanan zaman Cavabdeh əməkdaşları tərəfindən tikinti işlərinin aparılması barədə sərəncamın olmasına baxmayaraq, tikintinin aparılmasına maneələr yaradılmağa başlanmışdır. Bundan sonra tərəflərindən 05.11.2020-ci il tarixdə Cavabdehnə ərizə ilə müraciət edilmişdir. Müraciətinə cavab olaraq cavabdeh orqanın 21.12.2020-ci il tarixli 71 saylı məktubu ilə bildirilmişdir ki, tikinti üçün nəzərdə tutulan torpaq sahəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarı ilə “Ehtiyat fondu torpaqları” kateqoriyasından sözügedən obyektin yerləşdirilməsi mümkün olan torpaqlar kateqoriyasına keçirildikdən sonra məsələyə baxıla bilər. Hesab edir ki, cavabdehin imtinası qanunsuz və əsassızdır. Torpaq sahəsi onun xüsusi mülkiyyətindədir və ehtiyat fondu torpağıdır. Köhnə Xudat kəndində yerləşən 0,68 ha torpaq sahəsində bir sahibkar kimi məqsədi kənd təsərrüfatı məhsullarının saxlanması üçün soyuducu anbar inşa etməkdir. Soyuducu anbarın yaradılması ilk növbədə respublikasının ixrac potensialının artmasına, ərzaq təhlükəsizliyinin təmin olunmasınavə əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təmin olunmasına öz töhfəsini verəcəkdir. Hazırda sahibkarlar tərəfindən respublikaının müxtəlif regionlarında, o cümlədən meyvə-tərəvəz məhsulları istehsalı və iri istehlak mərkəzlərinə yaxın ərazilərdə soyuducu anbar komplekslərinin yaradılmasına dövlətin dəstək verdiyi bir dönəmdə cavabdeh orqan tikinti işlərinin aparılmasına qanunsuz olaraq maneələr yaradır və sərəncamın icrasını yubadır. Halbuki Cavabdeh tərəfindən maneələr yaradılmazsa soyuducu anbar kompleksinin inşası kənd təsərrüfatı məhsullarının istehsalının və ixracının artmasına, idxaldan aslılığın əhəmiyyətli dərəcədə azalmasına, ərzaq mallarının qiymətlərinin sabitləşməsinə səbəb olacaqdır. Tərəflərindən torpaq sahəsinin kateqoriyasını, məqsədli təyinatı barədə məlumatın verilməsi köməklik göstərilməsi barədə Azərbaycan Respublikası Əmlak Məslələri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətinə cavab olaraq 30.12.2020-ci il tarixli, **********7 saylı məktubla bildirilmişdir ki, Xaçmaz rayonu köhnə Xudat kəndində yerləşən 0,68 ha torpaq sahəsi ehtiyat fondu torpaqlarına aid olmaqla məqsədli istifadəsi sahibkarlıqdır. Qeyd edilən hal bir daha cavabdeh orqanın hərəkətlərinin qanunsuz və əsasız olmasını sübut edir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi və vəkili X3 iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, məsələ ilə əlaqədar İddiaçı tərəfindən 11.11.2020-ci il tarixdə Cavabdehnə məktub daxil olmuşdur. Məktubla əlaqədar vətəndaş X2 etibarnamə ilə çıxış edərək Cavabdehnə gəlmiş və ona şifahi formada sözügedən ünvanda tikinti və rekonstruksiya işləri üçün nəzərdə tutulan torpaq sahəsi “Ehtiyat fondu torpaqları” kateqoriyasına aid olduğu üçün sözügedən obyektin yerləşdirilməsi mümkün olan torpaqlar kateqoriyasına keçirildikdən sonra məsələyə baxılacağı bildirilmişdir. Belə ki, Torpaq Məcəlləsinin 33-cü maddəsinin 4-cü bəndin əsasən “X4”nın istifadəsinə müvafiq kateqoriyaya keçirildikdən sonra yol verilir. Buna görə də sözügedən ünvanda yerləşən torpaq sahəsinin mövcud qanunvericiliyə uyğun olaraq “Ehtiyat fondu torpaqları” kateqoriyasına aid olduğu üçün təyinatının dəyişdirilməsi zərurəti yaranmış və bu məqsədlə 21.12.2020-ci il tarixli 71 saylı məktubla cavab bildirilmişdir. Azərbaycan Respublikası Prezidentinin 17 sentyabr 2018-ci il tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikası ərazisində tikintisinə icazə tələb olunan tikililərə Şəhərsalma və Arxitektura Komitəsinin müvafiq müsbət rəyi olduqdan sonra tikintiyə icazə verilir. Tərəflərindən ehtiyat fondu torpaqlara aid torpaqlarda tikintiyə icazə alınması ilə bağlı əvəllər də edilmiş müraciətlər əsasında müvafiq rəyin alınması üçün Şəhərsalma və Arxitektura Komitəsinə göndərilmiş, lakin Komitə tərəfindən müsbət rəy verilməmiş və “Ehtiyat fondu” torpaqları kateqoriyasından müvafiq kateqoriyaya keçirildikdən sonra məsələyə yenidən baxılacağı bildirilmişdir. Cavabdehin nümayəndəsi şifahi məhkəmə baxışı ilə bağlı məhkəmə iclasına dəvət olunmasına baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclası cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilmişdir. İş materiallarına aşağıdakı sənədlər əlavə edilmişdir: İş materaillarına əlavə edilmiş “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən” RX seriyalı, ******* saylı çıxarışla Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 0,68 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına qeydiyyata alınmışdır. İşdə olan Cavabdeh başçısının 08.02.2018-ci il tarixli 23 saylı sərəncamından çıxarışdan görünür ki, İddiaçı DƏDRX-nin RX seriyalı, ******* saylı çıxarışına əsasən mülkiyyətində olan, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 0,68 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti məqsədilə tikinti işlərinin aparılmasına icazə verilməsi qərara alınmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanladığı 30 dekabr 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, mülkiyyətlərində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən 0,68 ha torpaq sahəsi ehtiyat fondu torpaqlarına aid olmaqla məqsədli istifadəsi sahibkarlıqdır. Əsaslandırma hissəsi: Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, hazırki iddia öhdəliyin icrası haqqında iddia növünə daxildir. İddianı mümkünsüz edən hər hansı bir hal müəyyən edilməmişdir. İddianın əsaslılığı ilə bağlı məhkəmə qeyd edir ki, iddia əsaslı iddiadır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 0,68 ha torpaq sahəsi daşınmaz əmlakın dövlət reyestrində xüsusi mülkiyyət hüququ əsasında RX seriyalı, ******* saylı çıxarışla İddiaçı adına qeydiyyata alınmışdır. Cavabdeh başçısının 08.02.2018-ci il tarixli 23 saylı sərəncamı ilə iddiaçıya həmin torpaq sahəsi üzərində sahibkarlıq fəaliyyəti ilə əlaqədar tikinti işlərinin aparılmasına icazə verilmişdir. Daha sonra cavabdeh tərəfindən mülkiyyətində olan torpaq sahəsində tikinti işlərinin aparılmasına maneələr törədilmişdir. Həmin orqan iddiaya qarşı yazılı etirazında tikintinin aparılmasına maneə ilə ehtiva olunan hərəkətlərinin əsası kimi tikintinin aparılacağı torpaq sahəsinin ehtiyat fondu torpaqlarına aid olmasını göstərmişdir. İşə əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin İddiaçı ünvanladığı 30 dekabr 2020-ci il tarixli məktubunda qeyd edilmişdir ki, onun mülkiyyətində Xaçmaz rayonu, Köhnə Xudat kəndi ərazisində yerləşən 0,68 ha torpaq sahəsinin ehtiyat fondu torpaqlarına aid olmaqla məqsədli istifadəsi sahibkarlıqdır. Beləliklə cavabdeh tərəfindən iddiaçıya icazə verilməsinə dair sərəncam qüvvədə olmaqla, həmin sərəncamın ləğvinə dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Tikintiyə icazə ilə bağlı sərəncam qüvvədə ola-ola iddiaçının ona məxsus torpaq sahəsində tikinti işlərinin aparılmasına qanunsuz olaraq müdaxilələr edilmişdir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Hazırki işdə də cavabdeh iddiaçı tərəfindən tikinti işlərinin aparılmasına etdiyi müdaxilələri zəruri edən faktiki şərtləri sübut edə bilməmişdir. Məhkəmə eyni zamanda qeyd edir ki, hazırki dövrdə dövlət tərəfindən dövlətsahibkar münasibətlərinin inkişaf etdirilməsi, sahibkarlığın dəstəklənməsinin və inkişafının infrastrukturunun formalaşdırılması, biznes mühitinə dair qanunvericiliyin və inzibati prosedurların təkmilləşdirilməsi, sahibkarlıq subyektlərinə maliyyə, maddi, elmi-texniki və informasiya resurslarının əldə etmələri üçün güzəştli şəraitin yaradılması, regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizmlərinin səmərəliliyinin artırılması istiqamətində mühüm tədbirlər həyata keçirilir. Sahibkarların fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu ilə sahibkarların fəaliyyətinə qanunvericilikdə nəzərdə tutulan hallar istisna olmaqla hər hansı müdaxilə qadağan olunur. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 0,68 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tikinti işlərinin aparılmasına yaradılan maneələr Cavabdehnə qadağan edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Xaçmaz rayonu, Köhnə Xudat kəndində yerləşən 0,68 ha torpaq sahəsində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq üçün tikinti işlərinin aparılmasına yaradılan maneələr Cavabdehnə qadağan edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 3 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Leyla Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar