Məhkəmə qərarları › İş №2-1(118)-889/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-889/2021

25.11.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-889/2021 25.11.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı »Oktavia Group»Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi və vəkili X1, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “20 oktyabr 2020-ci il tarixli **********056000 saylı Qərarın ləğv edilməsi”nə dair iddiasına Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı MMC cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “20 oktyabr 2020-ci il tarixli **********056000 saylı Qərar əsassız olduğu üçün ləğv edilməsi”nə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı "xxxx" MMC (VÖEN **********) Azərbaycan Respublikası Vergilər Nazirliyində dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs kimi, öz nizamnaməsinə və qüvvədə olan qanunvericiliyə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. Cavabdeh 20 oktyabr 2020-ci il tarixli **********056000 saylı Qərarı ilə MMC-yə əlavə olaraq 449 449 manat borc hesablamışdır. Borcun hesablanması tamamilə qanunsuz olmuşdur. Belə ki, MMC cavabdehə hesabtlar təqdim etmişdir. Hesabatlarda MMC-nin illik dövriyəsi, xərcləri və gəlirləri tam şəffaf şəkildə əks olunmuşdur. Cavabdeh heç bir hüquqi əsas olmadan MMC-nin illik dövriyyəsini yuxarı qaldırmışdır. Dövriyyə artırılsa da, xərclər eyni saxlanılmışdır. Misal üçün: MMC- illik dövriyyəsini 1 300 000 göstərmişdir. Xərclərini isə 1 200 000 qeyd etmişdir. Cavabdeh dövriyyəni 3 000 000 qaldırmış amma xərcləri eyni ilə 1 200 000 olaraq saxlamışdır. Bunun nəticəsində MMC-yə əlavə vergilər hesablanmışdır. Oxşar qərar 2019-cu ilin dekabr ayında qəbul edilmişdir. Lakin MMC oktyabr ayında dəqiqləşdirilmiş hesabat verərək cavabdehə törətdiyi qanunsuzluqları aradan qaldırmaq imkanı yaratmışdır. Təssüflər olsun ki, cavabdeh eyni formada davranaraq MMC-yə qanunsuz borcun hesablanmasını həyata keçirtmişdir. Dekabr ayında qanunsuz borcun hesablanmasından sonra MMC-yə yeni vergi borcun hesablanmasma dair 31 may 2020-ci il tarixli **********720900 saylı qərar qəbul edilmişdir. Qərara əsasən MMC-yə əlavə olaraq 497 644,54 manat vergi borcu hesablanmışdır. Qərarda göstərilən hallardan bəlli olur ki, eyni malın satılmasına görə MMC iki dəfə vergi ödəməlidir. Bundan əlavə hətta fərz etsək ki, qanunvericilik buna (yəni eyni malın satışına görə iki dəfə erginin hesablanmasına) imkan verir, bu halda belə hesablama düzgün aparılmamışdır. Bütün məbləğ mənfəət kimi hesablanmışdır. Halbuki, bu məbləğdən malın dəyəri və digər xərclər çıxılmalı idi. Qərarın qəbulu və qərar əsasən borcun hesablanması əsaslandırılmamışdır. Cavabdeh öz qəranını əsaslandırmağa borcludur. Cavabdeh qərarın qəbulu üçün əsaslar gətirə bilmədiyi üçün qərar ləğv edilməlidir. AR İPM-sində göstərilir: Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı »Oktavia Group»Məhdud Məsuliyyətli Cəmiyyətin nümayəndəsi və vəkili X3 tərəfindən məhkəməyə təqdim edilmiş yazılı çıxışda qeyd edilir ki, İddiaçı Məhdud Məsuliyyətli Cəmiyyət Vergilər Nazirliyindi dövlət qeydiyyatına alınmaqla hüquqi şəxs qismində öz nizamnaməsinə və qanunvericiliyin tələblərinə əsasən xarici iqtisadi fəaliyyətlə məşğul olur. MMC-nin fəaliyyətinin əsasını ölkəyə mal idxal etmək təşkil edir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Dövlət Verg Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin 19 oktyabr 2020-ci il tarixi **********056000 saylı qərarı ilə MMC-yə 2019-cu ilin oktyabr ayı üçün əlavə dəyər vergisi bəyannaməsi üzrə 449 496 manat borc hesablanmışdır. Hesablanmış borcun qanunsuz və əsassız olduğunu hesab edərək MMC tərəfindən Dövlət Vergi Xidmətinə inzibati şikayət verilmişdir. Şikayət əsasında araşdırma aparan vergi xidməti inzibati şikayətin təmin edilməməsi haqqında qərar qəbul etmişdir.Qərardan narazı qalındığı üçün məhkəməyə şikayət verilərək qərarın ləğv olunması xahiş olunmuşdur. Cavabdeh mübahisələndirilən qərarında 449 496,34 manat borcun kameral yoxlama nəticəsində müəyyən edildiyini yazır. 19 oktyabr 2020-ci il tarixli qərardan verilmiş şikayətə cavabdeh tərəfindən yazılı etiraz verilmiş və həmin etirazda qeyd olunur ki, Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi 24.10.2019-cu il tarixli xidməti məktuba əsasən OKTAVİA GROUP MMC-yə məxsus obyektdə ümumi alış dəyəri 564 890 manat mal qalığı aşkar edilmiş və vergi ödəyicisi 01.01.2019-cu il tarixdən operativ vergi nəzarəti tədbirləri keçirilən günədək 3.598 374,48 manat (ƏDV-siz) dəyərində mal idxal etmişdir. Aparılmış təhlillər zamanı yuxarıda qeyd edilən vergi ödəyicisi idxal etdiyi mallan təqdim etməsinə baxmayaraq bəyannamə məlumatlarında əks olunmadığı üçün 2.497 201,89 (ƏDV-siz) dövriyyəyə əsasən 449 496,34 manat vergidən yayınma riski yaradılmışdır. Bununla bağlı qeyd olunmalıdır ki, İddiaçı MMC 01.01.2019 İl - 31.12.2019-cu il dövr üzrə minik avtomaşınlarının şinləri, yük avtomaşınlarının şinləri və ehtiyyat hissələri çeşidində malları idxal etmişdir. Bu halın təsdiqi üçün İddiaçı MMC-nin həmin dövr üzrə mallann hərəkət cədvəlinə diqqət yetirmək kifayətdir. İkincisi, 2019-cu ilin sentyabr ayının axırlarında, oktyabr və dekabr ayları ərzində Vergilər Nazirliyi tərəfindən MMC-nin ƏDV depozit hesabı qanunsuz bloklaşdırılmış və bu səbəbdən idxal olunmuş mallann satışı malların təhvil-təslim aktlarına əsasən aparıldığından elektron qaimələr yazılmamışdır. Depozit hesabının bloklaşdırılması dekabr ayının sonlarında aradan qaldırıldıqdan sonra malların sənədləşdirilməsinə başlanmış və 2020-ci ilin fevral ayına kimi hissə-hissə həyata keçirilmiş, alıcılar tərəfindən mallar üçün ödənişlər hesablarına daxil olmuşdur. Bu halın təsdiqi olaraq 20.09.2019-cu il tarixdən başlayaraq 14.10.2019-cu il tarixədək olan müddət ərzində 10 sayda malların təhvil- təslim aktları və onların əsasında 28.12.2019-cu il tarixdən başlayaraq 31.01.2020- ci il tarixədək elekton qaimələr tərtib olunmuşdur. Həmin aktların məzmunundan görünür ki, satıcı qismində çıxış edən İddiaçı MMC alıcı qismində çıxış edən «X8 Sanayi və Ticaret Anonim Şirketi»-nin Azərbaycan Respublikasındakı filialına avtomobillər üçün rezin şinlər, avtomobillər üçün ehtiyyai hissələri, yük avtomobilləri üçün rezin şinlər çeşidli (çeşidlər fərqli deyildir) mallarını sataraq təhvil vermişdir. Həmin aktların məzmunundan görünür ki, malların dəyəri ƏDV daxil olmaqla formalaşmışdır. Göründüyü kimi, obyektiv səbəbdən təhvil-təslim aktları əsasında satışı həyata keçirilmiş malların dəyərinə dair elekton qaimələr tərtib edilmiş və malların dəyərinə ƏDV daxil olunmuşdur. 10 sayda təhvil-təslim aktları əsasında həyata keçirilmiş satışlar üzrə məbləğ 2. 846 466 manat təşkil edir, həmin satışlar üzrə 434202 manatdan artıq əlavə dəyər vergisi ödənilmişdir. Buradan belə bir nəticəyə gəlinir ki, təhvil-təslim aktları əsasında həyata keçirilmiş satışlar üzrə məbləğ 2. 846 466 manat təşkil edir, həmin məbləğdən ödənilmiş 434202 manatdan artıq əlavə dəyər vergisi çıxıldıqda 2.412.264 manat qalır, bu məbləğ cüzi istisna olmaqla cavabdehin 14.04.2021-ci il tarixli yazıb etirazında əks olunmuş 2.497.201,89 manat (ƏDV-siz) olan məbləği təşkil edir. Bununla da, cavabdeh bir malın satışına görə MMC-dən iki dəfə vergi ödənilməsinə çalışır.Vergi ödəyicisi tərəfindən ödənilən vergi, kameral vergi yoxlaması nəticəsində təkrarən tələb olunur. Bu hal, yəni eyni malın satışına görə iki dəfə verginin hesablanması qanunverciliyin tələblərinə tamamilə ziddir. Məhkəmə araşdırması dövründə (07.06.2021-ci il tarixli ərizənin surəti məhkəməyə təqdim olunmuşdur) cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinə müraciət olunaraq 2019-cu ilin ayları üzrə ƏDV bəyannaməsinin və mənfəət vergisi bəyannaməsinin hesablanması, vergilərin və faizlərin açıqlanmasının verilməsi xahiş olunsada, hazırkı müddətədək rəsmi müraciətə cavab alınmamışdır. Burada xüsusilə qeyd olunmalıdır ki, cavabdeh tərəfindən apanlan kameral yoxlama nəticəsində MMC-yə ƏDV bəyannaməsinə əsasən 31.05.2020-ci il tarixli qərarla mənfəət vergisi üzrə 497 644 manat borc hesablanmışdır. Həmin qərar məhkəmə qaydasında tərəflərindən mübahisələndirilir və həmin məhkəmə araşdırması dövründə təyin edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 9/3732 №-li ekspert rəyində göstərilir ki, MMC-nin kameral yoxlama ilə əhatə olunan dövrə dair maliyyə-təsərüffat fəaliyyətini əks etdirən sənədlərin tədqiqi zamanı müəyyən edilmişdir ki, MMC 2019-cu il üzrə apardığı əməliyyatlara görə 17 226,90 manat məbləğində mənfəətlə fəaliyyət göstərmiş və aparılmış əməliyyatlara görə 3 445,38 manat məbləğində mənfəət vergisinin hesablanması müəyyən edilir. Bununla da, hər iki iş üzrə tərəflər eyni olduğundan və ƏDV bəyannaməsi ilə mənfəət vergisi bəyannaməsi birbiri ilə əlaqəli olduğundan AR ƏN-nin MEM-i tərəfindən verilmiş ekspert rəyinin surəti nəzərə alınması üçün məhkəməyə təqdim olunmuşdur. Nümayəndəsi olduğu hüquqi şəxsə qarşı cavabdeh tərəfindən əsassız və qanunsuz qərarın qəbul olunmasının əsasını müəyyən etmək üçün MMC-nin 2020- ci il üçün tərtib edilmiş şəxsi hesab vərəqəsinə diqqət yetirmək kifayətdir.Həmin şəxsi hesab vərəqəsində 2020-ci ilin yanvar ayı üçün ƏDV üzrə cari bəyannamə əsasında hesablama əməliyyatı aparılarkən cəmiyyətin mühasibi tərəfindən edilmiş texniki səhv nəticəsində məbləğ 9.168.126,39 manat göstərilmişdir. Belə ki, 01.01.2020- 31.01.2020-ci il hesabat dövründəki dövriyyə üzrə təqdim edilmiş əlavə dəyər vergisi üzrə cari bəyannamənin mal, iş və xidmətlərin dəyəri bölümündə ƏDV nəzərə alınmadan məbləğ səhvən 51 055 560.00 manat göstərilmiş, həmin məbləğin ƏDV- si 9 190 000... göstərilmişdir, texniki səhv olmadan isə məbləğ 510 555,60 manat, həmin məbləğin ƏDV-si 91 900 manat təşkil etmişdir. MMC-nin 51 milyon məbləğində aylıq hətta illik dövriyyəsinin olması mümkün deyildir. Həmin texniki səhv 21.02.2020-ci il tarixdə saat 13.06.12-də edilmiş, təxminən 4 dəqiqə sonra, 21.02.2020-ci il tarixdə saat 13.10.51-də əlavə dəyər vergisi üzrə azalma barədə dəqiqləşmiş bəyannamə verilmiş, azalmanın məbləği 9.098.100,79 manat göstərilmişdir. Əlavə olaraq bildirilir ki, texniki səhv baş verdikdən təxminən 3 dəqiqə sonra 2 saylı Ərazi Vergilər Baş İdarəsinə elektron məktub ünvanlanaraq 21.02.2020-ci il tarixi yanvar ayı üçün ƏDV bəyannaməsinin BTB proqram üsulu ilə hazrlanması zamanı texniki səhvə yol verildiyi(rəqəmlərdə vergülün düz qoyulmadığı), nəticədə şəxsi hesab vərəqəsində düzgün hesablama göstərilmədiyi, bununla əlaqədar dəqiqləşdirilmiş ƏDV bəyannaməsi təqdim edildiyi və qeyd olunanların nəzərə alınması xahiş edilmişdir.Cavabdeh isə bunları nəzərə almadan azalmanı təsdiqlənməmiş azalmalara yönəltmişdir. Nəticədə MMC-nin borcu yaranmış və buna əsasən banka sərəncam göndərilmiş MMC-nin bank hesablan üzrə əməliyyatlar dayandırılmışdır. Bundan suiistifadə edən cavabdeh MMC-yə təsir edərək satılan mallar üçün ikinci dəfə vergi hesablatdırmışdır. MMC-nin şəxsi hesab vərəqəsinə baxdıqda 03.03.2020-ci il tarixdə ƏDV 2020/01 üçün dəqiqləşmiş bəyannaməsində 263 700,00 manat və 27.03.2020-ci il tarixdə ƏDV 2020/01 üçün dəqiqləşmiş bəyannaməsində 214. 433, 35 manat məbləğ hesablanmışdır, yəni cəmi 478 133 manat məbləğ formalaşmışdır. Bununda nəticəsi olaraq MMC-nin 160.000 manat borcu yaranmış, hesab bağlanmışdır. Halbuki, məlumdur ki, Vergilər Nazirliyi haqqında Əsasnamədə ƏDV depoziti üzrə vəsaitlərin hərəkətinə hər hansı məhdudiyyətin qoyulması imkanı nəzərdə tutulmamışdır. Həmin texniki səhvdən qaynaqlanan narazılığın aradan qaldırılması ilə bağlı cavabdeh tərəflə aralarında danışıqlar aparılarkən, cavabdeh tərəf çatışmayan malların ƏDV-ni kameral yoxlama ilə hesablanmasını təklif edərək, növbəti hesabat verilərkən nəzərə alınacağını bildirmişdirlər, bu səbəbdən MMC 2020-ci ilin yanvar ayı üçün dövriyə az vermişdir. Lakin cavabdeh tərəf şifahi danışıqlarda olan razılaşmaları sonradan inkar edərək 19 oktyabr 2020-ci il tarixli qərarı qəbul etmişdir. Odur ki, iddia təmin olunaraq cavabdehin qəbul etdiyi 19 oktyabr 2020-ci il tarixli qərar tam əsassız və qanunsuz olduğundan ləğv edilməlidir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, Vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların(işlərin, xidmətlərin) dəyərinin, həmçinin dövrlər üzrə ƏDV bəyannamələrində əks etdirilmiş dövriyyə məbləğinin araşdırılması zamanı təqvim ili ərzində ümumi gəlirlərin 3 699 897.79 manat müəyyən edilməsinə baxmayaraq, təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyə 1 738.07 manat qeyd olunmuşdur ki, bu hal vergidən yayınma riski qiymətləndirilmişdir. Eyni zamanda mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.2-ci (İcarə haqqı fiziki şəxslər üzrə) sətrindəki 10070.00 manat məbləğ, ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.2-ci ( Hesabat ilinə aid olan fiziki şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 10007.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Həmçinin Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi 24.10.2019-cu il tarixli **********897800 nömrəli xidməti məktubuna əsasən "xxxx" MMC-nə (VÖEN: **********) məxsus obyektdə ümumi alış dəyəri 564890,00 manat mal qalığı aşkar edilmişdir və vergi ödəyicisi 01.01,2019-cu il tarixdən operativ vergi nəzarəti tədbiləri keçirilən günədək 3598374.48 manat (ƏDV-siz) dəyərində mal idxal etmişdir. Aparılmış təhlillər zamanı yuxarıda qeyd olunan vergi ödəyicisi idxal etdiyi malları təqdim etməsinə baxmayaraq bəyannamə məlumatlarında əks olunmadığı üçün 2497201.89( ƏDV-siz) dövriyyəyə əsasən 449496.34 manat vergidən yayınma riski yaradılmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən 13.04.2020-ci il tarixli **********868100 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini vj vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəlir (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərir saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bı Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar verg yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayı; binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotum aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibə və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinir müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarınır ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçür malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri ve vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əlde etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüquqi vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində verg bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıc göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyət orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasınc dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri ve vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüquqi göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmac üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüquqi vardır. Beləliklə, vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılaraq 2019-cu ilin Mənfəət vergisi bəyannaməsində 497644.54 manat vergi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 20 oktyabr 2020-ci İİ tarixli, **********056000 nömrəl Qərarı göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 48.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatının iştirakçıları yazılı vəsatətlərini, etirazlarını, izahatlarını və bununla əlaqədar sənədləri məhkəməyə təqdim etməyə borcludurlar. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iştirak etmiş, etirazı müdafiə edərək, iddianın rədd edilməsini məhkəmədən xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, mübahisələndirilən qərar qəbul edilən zaman qanuni olmuşdur. İddiaçı 2020-ci ilin yanvar ayı üçün dəqiqləşmiş bəyannamə verərək, mübahisənin həllinə nail ola bilər. Çünki, iddiaçının üç il ərzində dəqiqləşmiş bəyannamə vermək hüququ vardır. Məhkəmə prosesi gedişində iddiaçının bu bəyannaməni verməməsi məhkəmə mübahisəsindən sonra dəqiqləşmiş bəyannamə verərək, özünə uyğun vəziyyət yaratmaq istəyi ola bilər. Çünki, məhkəmə qərarı ilə borc silindikdən sonra, həmin hissəyə müdaxilə etmək olmur. Məhkəmənin 13.10.2021-ci il tarixli sorğusuna Oktavia Group MMC cavab məktubunda qeyd etmişdir ki, 29.12.2019-cu il tarixində MMC-yə 2019-cu ilin oktyabr ayı üçün 449496,34 manat Vergi orqanı tərəfindən KYB əsasən borc hesablanmışdır. Nəticədə MMC-nin büdcə ilə hesablaşmalar üzrə 629648.00 manat artıq ödəmə məbləğindən həmin məbləğ silinmişdir və artıq ödəmə qrafasında məbləğ 180152,00 manat qalmışdır. Aktla təqdim edilən çatışmayan malın sənədləşdirilməsi 2020-ci ilin yanvar ayında baş verdiyinə görə, 2020-ci ilin fevral ayında həmin ayın ƏDV bəyannaməsində KYB hesablanmış vergi məbləği danışıqlara görə nəzərə alınmamışdır. Lakin, hesabatın hazırlanması zamanı MMC-nin məsul işçisi tərəfindən texniki səhvə yol verilərək, şəxsi vərəqəyə qat-qat böyük məbləğ qeyd olunmuşdur, bir neçə dəqiqə sonra həmin səhvlə bağlı dəqiqləşdirilmiş bəyannamədə azalma verilməsinə baxmayaraq, həmin düzəliş nəzərə alınmamışdır və bu məbləğ təsdiqlənməmiş azalmalara yönəlmiş, MMC-nin bank və digər hesabların bloklaşdırılmasına səbəb olmuşdur. Bu da MMC-ni xarici partnyorlarla iş münasibətlərinin pozulmasına gəlirib çıxara bilərdi. Nəticədə, vergi orqanının israrına və təzyiqinə əsasən, 03.03.2020-ci ıl tarixində ƏDV məbləği 263700 manat və 27.03.2020-ci il tarixində ƏDV məbləği 214433 manat, cəmi 478133 manat məbləğində hesablama formalaşmışdır. Bu da MMC-nin büdcə ilə hesablaşmalarda 160056 manat borcun yaranmasına gəlirib çıxarmışdır. Beləliklə, vergi orqanının məlum qərarından sonra, KYB və MMC tərəfindən iki dəqiqləşdirilmiş bəyannamə təqdim edilməsinin nəticəsində, həmin qərarda qeyd olunmuş malların satışı üzrə yaranan ƏDV məbləği təkrar şəkildə hesablanmışdır və MMC-nin büdcəyə artıq ödəmə məbləğindən silinmişdir. Hazırda 08.11.2021-ci il və 23.11,2021-ci il tarixlərində vergi orqanı tərəfindən MMC-nin şəxsi hesab vərəqəsində azalma əməliyyatları aparılmış, və nəticədə büdcə ilə hesablaşmalarda 650987 manat artıq ödəmə məbləği müəyyən edilmişdir. Qeyd: Cavabda göstərilən məlumatların təsdiqi olaraq. MMC-nin şəxsi hesab vərəqəsi əlavə olunmuşdur. Məhkəmin 13.10.2021-ci il tarixli sorğusuna Dövlət Vergi Xidmətini 2 saylı Ərazi Vergilər Baş İdarəsi cavab məktubunda bildirmişdir ki, Oktavia Group MMC tərəfindən qərarın əhatə etdiyi 2019-cu il oktyabr ayı üçün qərarın açıldığı tarixdən hazırki tarixədək dəqiqləşdirilmiş bəyannamə təqdim edilməmiş və hər hansı vergi ödənişi həyata keçirilməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Məhkəmə ilk növbədə iddianın mümkünlüyünə münasibətdə qeyd edir ki, iddia mübahisələndirmə haqqında iddiadır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən edilmir. İddianın əsaslılığı ilə bağlı məhkəmə hesab edir ki, aşağıda qeyd olunanlara görə iddia təmin edilməməlidir. Cavabdeh vergi orqanı mübahisələndirilən qərar və hərəkətlərinin qanuniliyini onunla əsaslandırır ki, Vergi ödəyicisi tərəfindən təqdim edilmiş malların (işlərin, xidmətlərin) dəyərinin, həmçinin dövrlər üzrə ƏDV bəyannamələrində əks etdirilmiş dövriyyə məbləği; araşdırılması zamanı təqvim ili ərzində ümumi gəlirlərin 3 699 897.79 manat müe edilməsinə baxmayaraq, təqdim edilmiş mənfəət vergisi bəyannaməsində dövriyyə 1 738.07 manat qeyd olunmuşdur ki, bu hal vergidən yayınma riski qiymətləndirilmişdir.Eyni zamanda mənfəət vergisi bəyannaməsinin hesabat dövrünün gəlirlərin əldə edilməsi ilə bağlı xərclər hissəsinin 221.5.1.2-ci (İcarə haqqı fiziki şəxslər üzrə) sətrindəki 10070.00 manat məbləğ, Ödəmə mənbəyində tutulan vergi bəyannaməsinin (təqvim ili üzrə 4 rübün cəmi) 1607.1.2-ci ( Hesabat ilinə aid olan fiziki şəxslər üzrə daşınan və daşınmaz əmlak üçün ödənilən icarə haqqı) sətirlərindəki cəmi 10007.00 manat məbləğdən böyük olduğuna görə kənarlaşma aşkar edilmişdir. Həmçinin Vergilər Nazirliyinin İdxal-İxrac Əməliyyatları üzrə Nəzarət Baş İdarəsi 24.10.2019-cu il tarixli **********897800 nömrəli xidməti məktubuna əsasən "xxxx" MMC-nə (VÖEN: **********) məxsus obyektdə ümumi alış dəyəri 564890,00 manat mal qalığı aşkar edilmişdir və vergi ödəyicisi 01.01,2019-cu il tarixdən operativ vergi nəzarəti tədbiləri keçirilən günədək 3598374.48 manat (ƏDV-siz) dəyərində mal idxal etmişdir. Aparılmış təhlillər zamanı yuxarıda qeyd olunan vergi ödəyicisi idxal etdiyi malları təqdim etməsinə baxmayaraq bəyannamə məlumatlarında əks olunmadığı üçün 2497201.89( ƏDV-siz) dövriyyəyə əsasən 449496.34 manat vergidən yayınma riski yaradılmışdır. Vergi Məcəlləsinin 37.1-ci maddəsinə əsasən kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Həmin Məcəllənin 37.3-cü maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə, vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edə bilər. Yuxarıda qeyd olunanlara əsasən 13.04.2020-ci il tarixli **********868100 nömrəli nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin tələb edilməsi haqqında” məktubla iddiaçıya müraciət edilərək 5 gün müddətində yaranmış uyğunsuzluqla əlaqədar əsaslandırılmış izahat məktubunun, vergi bəyannaməsində əks etdirilən xərcləri təsdiq edən sənədlərin və dəqiqləşdirilmiş bəyannamənin təqdim edilməsi tələb edilmiş, lakin iddiaçı tərəfindən qeyd olunan müddət ərzində cavabdeh vergi orqanına hər hansı sənəd təqdim edilməmişdir. Vergi Məcəlləsinin 16.1.3, 16.1.6 və 16.1.7-ci maddələrinə əsasən qanunvericiliklə nəzərdə tutulmuş qaydada gəlirlərinin (xərclərinin) və vergitutma obyektlərinin uçotunu aparmaq, bu Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada vergi orqanlarına və onların vəzifəli şəxslərinə zəruri olan məlumatları və sənədləri, habelə mühasibat uçotu elektron formatda aparıldığı halda, özünün və filiallarının elektron daşıyıcılarında olan məlumatlara birbaşa və ya məsafədən çıxış imkanı yaratmaqla, həmin məlumatları vergi orqanının tələbi ilə təqdim etmək, qanunvericiliklə müəyyən edilmiş müddətdə mühasibat sənədlərini və vergilərin hesablanması və ödənilməsi üçün zəruri olan digər sənədlərin, habelə alınan gəlir (hüquqi şəxslər üçün çəkilən xərcləri də) və ödənilən (tutulan) vergiləri təsdiq edən sənədlərir saxlanılmasını təmin etmək vergi ödəyiclərinin vəzifəsi kimi müəyyən edilmişdir. Həmin Məcəllənin 67.1-ci, 67.1.3-cü, 67.1.6-cı və 67.1.9-cü maddələrinə əsasən bı Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar verg yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayı; binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotum aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, mühasibə və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinir müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarınır ödənilməli olan verginin məbləğini vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçür malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri ve vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlardan, vergi orqanının əlde etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlardan istifadə etməklə hesablamaq hüquqi vardır. Həmin Məcəllənin 37.4-cü maddəsinə əsasən kameral yoxlama nəticəsində verg bəyannaməsində vergilərin düzgün hesablanmaması (vergi məbləğinin az və ya artıc göstərilməsi) aşkar edildikdə, vergi ödəyicisinə 5 iş günü müddətində müvafiq icra hakimiyyət orqanının müəyyən etdiyi formada vergi orqanı tərəfindən vergilərin hesablanmasınc dair vergi orqanının qərarı göndərilir. Vergi orqanının qərarında hesablamanın səbəbləri ve vergi ödəyicisinin bu Məcəllənin 62-ci maddəsinə uyğun olaraq şikayət etmək hüquqi göstərilməlidir. Bu maddənin birinci hissəsində göstərilən hallarda və (və ya) kameral yoxlama aparmac üçün vergi bəyannaməsi, sənədlər və məlumatlar üzrlü əsas olmadan təqdim edilmədikdə vergi orqanının bu Məcəllənin 67-ci maddəsinə müvafiq olaraq vergiləri hesablamaq hüquqi vardır. Beləliklə, İnzibati orqan vergi ödəyicisi tərəfindən qeyd edilən məktuba heç bir münasibət bildirilmədiyi üçün cavabdeh tərəfindən kameral vergi yoxlaması aparılaraq 2019-cu ilin Mənfəət vergisi bəyannaməsində 497644.54 manat vergi hesablanılmış və vergi ödəyicisinə vergi orqanının "Vergilərin hesablanması barədə" 20 oktyabr 2020-ci İİ tarixli, **********056000 nömrəl Qərarı göndərilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan qərar qəbul edərkən qanunvericiliyin tələblərini pozmamışdır. İddiaçı isə qeyd edir ki, İddiaçı MMC 01.01.2019 İl - 31.12.2019-cu il dövr üzrə minik avtomaşınlarının şinləri, yük avtomaşınlarının şinləri və ehtiyyat hissələri çeşidində malları idxal etmişdir. Bu halın təsdiqi üçün İddiaçı MMC-nin həmin dövr üzrə mallann hərəkət cədvəlinə diqqət yetirmək kifayətdir. İkincisi, 2019-cu ilin sentyabr ayının axırlarında, oktyabr və dekabr ayları ərzində Vergilər Nazirliyi tərəfindən MMC-nin ƏDV depozit hesabı qanunsuz bloklaşdırılmış və bu səbəbdən idxal olunmuş mallann satışı malların təhviltəslim aktlarına əsasən aparıldığından elektron qaimələr yazılmamışdır. Depozit hesabının bloklaşdırılması dekabr ayının sonlarında aradan qaldırıldıqdan sonra malların sənədləşdirilməsinə başlanmış və 2020-ci ilin fevral ayına kimi hissə-hissə həyata keçirilmiş, alıcılar tərəfindən mallar üçün ödənişlər hesablarına daxil olmuşdur. Bu halın təsdiqi olaraq 20.09.2019-cu il tarixdən başlayaraq 14.10.2019-cu il tarixədək olan müddət ərzində 10 sayda malların təhvil- təslim aktları və onların əsasında 28.12.2019-cu il tarixdən başlayaraq 31.01.2020- ci il tarixədək elekton qaimələr tərtib olunmuşdur. Həmin aktların məzmunundan görünür ki, satıcı qismində çıxış edən İddiaçı MMC alıcı qismində çıxış edən «X8 Sanayi və Ticaret Anonim Şirketi»-nin Azərbaycan Respublikasındakı filialına avtomobillər üçün rezin şinlər, avtomobillər üçün ehtiyyai hissələri, yük avtomobilləri üçün rezin şinlər çeşidli (çeşidlər fərqli deyildir) mallarını sataraq təhvil vermişdir. Həmin aktların məzmunundan görünür ki, malların dəyəri ƏDV daxil olmaqla formalaşmışdır. Göründüyü kimi, obyektiv səbəbdən təhvil-təslim aktları əsasında satışı həyata keçirilmiş malların dəyərinə dair elekton qaimələr tərtib edilmiş və malların dəyərinə ƏDV daxil olunmuşdur. 10 sayda təhvil-təslim aktları əsasında həyata keçirilmiş satışlar üzrə məbləğ 2. 846 466 manat təşkil edir, həmin satışlar üzrə 434202 manatdan artıq əlavə dəyər vergisi ödənilmişdir. Buradan belə bir nəticəyə gəlinir ki, təhvil-təslim aktları əsasında həyata keçirilmiş satışlar üzrə məbləğ 2. 846 466 manat təşkil edir, həmin məbləğdən ödənilmiş 434202 manatdan artıq əlavə dəyər vergisi çıxıldıqda 2.412.264 manat qalır, bu məbləğ cüzi istisna olmaqla cavabdehin 14.04.2021-ci il tarixli yazıb etirazında əks olunmuş 2.497.201,89 manat (ƏDV-siz) olan məbləği təşkil edir. Bununla da, cavabdeh bir malın satışına görə MMC-dən iki dəfə vergi ödənilməsinə çalışır. Məhkəmə qeyd edir ki, məhkəmə prosesi gedişində mübahisənin tərəflər arasında məhkəmədənkənar həlli müzakirə edilmiş, cavabdeh inzibati orqaqnın nümayəndəsi bildirmişdir ki, iddiaçının dediyi halların ortadan qaldırılması üçün iddiaçı 2020-ci ilin yanvar ayına dəqiqləşmiş bəyənnamə verə bilər. Bu halda artıq mübahisə məhkəmədənkənar həllini tapmış olar. İddiaçının nümayəndəsinə məhkəmə tərəfindən həmin dövrlərə aid dəqiqləşmiş bəyannamə vermək təkilif edilmiş, iddiaçının nümayəndəsi dəqiqləşmiş bəyyannamə verəcəklərini bildirsədə, uzun müddət ərzində belə bir bəyannamənin verilməsi həyata keçirilməmiş, bununla bağlı müvafiq sübut məhkəməyə təqdim edilməmişdir. Bu isə iddiaçının öz hüquq və vəzifələrindən qanunvericiliyin tələblərinə uyğun istifadə etmədiyini göstərir. İnzibati icraat haqqında Azərbaycan Respublikası Qanununun 10.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında inzibati icraat Azərbaycan Respublikasının Konstitusiyasında və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə nəzərdə tutulmuş prosessual təminatlar, habelə hüququn və hüquqi dövlətin hamılıqla qəbul olunmuş prinsipləri əsasında həyata keçirilir. Məhkəmə qeyd edir ki, vergi öhdəliyi mövcud qanunvericiliyə əsasən vergi ödəyicisinin vəzifəsi olaraq müəyyən edildiyi üçün, qanunvericiliyə uyğun olaraq yaranmış vergi öhdəliyinin qarşısını almağa yönəlmiş iddialar ilə hüquqdan suiistifadə qəbul edilə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı mübahisələndirtilən qərarın hüquqi nəticələri müəyyən edildikdən sonra yaranmış münasibətlərə istinad edərək iddiasının əsaslı olduğunu isbat etməyə çalışır. Halbu ki, hazırda iddianın predmetini mübahisələndirilən inzibati akt təşkil etdiyi üçün, məhkəmə həmin qərarın qanuni olub-olmadığını yoxlamalıdır. Yuxarıda qeyd edildiyi kimi cavabdeh inzibati orqan mübahisələndirilən qərarı qəbul edərkən qanunvericiliyin tələblərini pozmadığı üçün hazırkı iddia əsaslı hesab edilə bilməz və məhkəmə hesab edir ki, buna görədə iddia rədd edilməlidir. İddiaçıya izah edilsin ki, vergi qanunvericiliyində nəzərdə tutulmuş müvafiq dəqiqləşmiş bəyannamə verərək, hüquq və vəzifələrin düzgün həyata keçirilməsi baxımından ədalətli nəticəyə nail olması istisna edilmir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsassız olduğundan rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar