Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-89/2020 13.10.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: Hakim Məmmədov Ceyhun Bəşir oğlunun sədrliyi, İsmayılova Şəfəq Mehralı qızının katibliyi, İddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi X1 iştrakları ilə, İddiaçı Abşeron rayonu İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı “ İddiaçı mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsi təklif olunan prosesdə dəyər qiyməti qanunla düzgün təyin edilmədiyindən qanunla qorunan maraq və hüquqlarının pozulmasını nəzərə alıb mülkiyyətində olan 6 sot torpaq sahəsinin özəlləşdirilməsini cavabdehin üzərinə qoyulması və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kolleqiyasının xx xxxxx 2017-ci il tarixli 2-1(102)-690/2017 saylı qərarı Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən icra olunmadığı üçün inzibati tədbir görülməsi tələbinə” dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı Abşeron rayon XDS-in xx xxx 1991-ci il tarixli 86 saylı qərarı ilə əvvəllər fəaliyyət göstərmiş «xxxxxxxx» kooperativinin balansında təşkil edilmişdir. Müəssisə 1995ci il tarixində Azərbaycan Respublikası Ədliyyə Nazirliyində qeydə alınaraq 25633 saylı şəhadətnamə almışdır. Müəssisə Xırdalan şəhəri, 26-cı məhəllə, bina-5 ünvanında yerləşir. Abşeron rayon XDS İK-nın xx xxxxxxx 1990-ci il tarixli 31 mart 271 qərarı ilə İddiaçınə Xırdalan şəhəri qeyri yaşayış sahəsində, istifadəyə yararlı, qrunt sularına məruz qalan və bataqlığı qurutmaq şərti ilə 26-cı məhəllə, 5 saylı çoxmərtəbəli binaya yaxın ünvanda 9 sot torpaq sahəsi verilmişdir. Bu torpaq sənəsindən müəssisə 6,0 sotunu istifadə edərək öz vəsaiti hesabına komersiya yönümlü dükanlar inşa etmişdir. Müəssisənin mülkiyyəti oktyabr 2002-ci il tarixində 28 -bşeron rayon 2 saylı Reyestri Xidməti İdarəsində qeydə alınmış və mülkiyyət hüququnu təsdiq edən 159 saylı vəsiqə və texniki pasport almışdır. Sonradan bu hüquqi sənədlər Əmlak Məsələləri Dövlət Komitəsinin qanunsuz tələbləri ilə dəyişdirilərək xx.xx.2013-cü il tarixində Abşeron rayon 4 saylı İdarəsində Reyestr nömrəsi **********-06301 texniki pasport, Seriya RX ******* nömrəli Çıxarış verilmişdir. İstifadəsində olan 6 sot torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə xx xxxxxx 2010-cu il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət edir. Əmlak Məsələləri Dövlət Komitəsində açıq-aşkar hökm sürən rüşvətxorluq və süründürməçilik sahibkarlıq və insan hüquqlarını pozmuş, tələb olunan rüşvəti verməyə imkanı olmadığından mülkiyyətində olan torpaq sahəsini özəlləşdirmək mümkün olmamışdır. Əmlak Məsələləri Dövlət Komitəsi gözdən pərdə asmaq məqsədi ilə şişirildilmiş qiymətlərlə torpağın özəlləşdilməsini xx xxxxxxxx 2016-cı il tarixində **********04 saylı bildiriş vermişdir. Belə yüksək qiymətə torpaq sahəsini almaq mümkün olmadığından komitə müəssisəni bir daha süründürməçiliyə məruz qoymuşdur.Belə ki, Əmlak Məsələləri Dövlət Komitəsi torpağın özəlləşdirilməsinə bildiriş verərkən qanunveriçiliyin tələblərinə uyğun əsaslandırılmamış qiymət qoymuş, torpağın əvvəlki vəziyyətini, istifadəyə yararsız şəraitini, iqtisadi zonasını, normativ qiymətini və əmsalını nəzərə almadan torpaq sahəsi özəlləşdirilməsin deyə 68 000 min manat dəyərində qiymətləndirmişdir. Mülki Məcəllənin müvafiq maddəsinə əsasən yeni verilmiş qərarlar əvvəl verilmiş qərarların tələbinə qanunla təsir etmir. Abşeron rayonu ikinci iqtisadi zona olduğundan bu əmsalla da torpağın dəyər qiyməti qiymətləndirilməlidir. Nazirlər Kabinetinin xx xxx 2000-ci il tarixli 89 saylı qərarı ilə əmsal və zona torpağı sahəsinin özəlləşdirilməsində komitə tərəfindən qiymətləndirmə əmsalı müəssisəyə tətbiq olunmamış və bu qərarla təsdiq edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahəsinin alqı-satqı zamanı torpaq sahəsi bazar qiymətindən aşağı olduqda, bazar qiymətinin 2 %-i əvvəlki əmsala əlavə olunur. Əmlak Məsələləri Dövlət Komitəsinə xx xxxxxx 2010-cu il tarixində torpaq sahəsini özəlləşdirmək məqsədi ilə müraciət olunmuşdur. Komitə yuxarıda göstərilən səbəblərdən qanunsuz olaraq mülkiyyətində olan torpaq sahəsinin özəlləşdirilməsindən imtina etmiş, iş məhkəmə mübahisə predmentində olmuşdur. Altı ilə yaxın davam edən məhkəmə prosesi nəhayət ki, xx xxxxx 2017-ci il tarixində bir çox qanun pozuntularına baxmayaraq ədalətsiz qərar qəbul olunmuşdur. Ali Məhkəmənin xx xxxxx 2017-ci il tarixli 2-1(102)-690/2017 saylı qərarından xx xxx 2017-ci il tarixində X5 Məhkəməsinə şikayət verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati-İqtisadi Kolleqiyasının xx xxxxx 2017-ci il tarixli 2-1(102)-690/2017 saylı qərarında İddiaçı istifadəsində olan 6 sot torpaq sahəsinin özəlləşdirilməsində Agentliyin üzərinə iddiaçının müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı məhkəmənin bu qərarda təsbit edilmiş hüquqi mövqeyini nəzərə almaqla əsaslandırılmış qərar qəbul etmək öhdəliyini qoymuşdur. Qərar xx xxxxxx 2017-cı il tarixədək icra olunması üçün Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət idarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə göndərilmişdir. Qərarın icrası təmin olunmamışdır.Bununla əlaqədar xx xxxx 2017-ci il tarxli, 25 məktubla Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx xxxxx 2017-cı il tarixli 2-1(102)-690/ 2017 saylı qərarının icrasının təmin olunması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə müraciət etmişdir. Komitə qərarın icrasindan imtina etmiş və xx xxxxxx 2017-ci il tarixli ********** saylı məktubunda müraciətini baxılmamış saxlamışdır. Əmlak Məsələləri Dövlət Komitəsi Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə və şikayət etdiyi hüquq orqanlarına və Dövlət başçısına yanlış cavab verərək bildirir ki, İddiaçı çoxsahəli kiçi məssisəsinə satın alınması üçün 6 sot torpaq sahəsi təklif edilmişdir. İddiaçı tərəfindən torpaq sahəsinin satın alınması ilə bağlı güya heç bir tədbir görülmür.Komitənin bu təklifi bütün sahibkarlara ünvanlandığı kimi İddiaçınə də ünvanlanmışdır. Bütün torpaq sahələrinin istifadəçiləri bu təklifi qəbul etməmiş və torpağın dəyər qiyməti 100 dəfədən çox komitə tərəfindən tələb olunur. Həmin torpaq sahəsinin özəlləşdirilməsi ilə bağlı o, ƏMDK-nə müraciət edərkən qeyd olunan Əsasnamənin 6-1-ci bəndi mövcud deyildi. Hesab edir ki, müəssisənin istifadəsində olan 600 m 2 torpaq sahəsi qiymətləndirici tərəfindən müəyyən edilən qiymət ilə deyil torpağın baza dəyəri ilə müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia ərizəsinə dəqiqləşdirmə verərək bildirmişdir ki, İddiaçı Xırdalan şəhəri, H.Əliyev prospektində tikinti altında olan olan 600 m 2 torpaq sahəsinin özəlləşdirilməsinin müraciəti dövründə qüvvədə olan torpağın dəyər qiymətini Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli 27 saylı qərarı ilə özəlləşdirilməsi öhdəliyini Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı iddia tələbinə dəqiqləşdirmə verərək, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə xx xxxx 2016-cı il tarixli 377 saylı qərar əsasında əlavə edilmiş 6- 1 bəndinin müddəalarını tətbiq etmədən İddiaçı istifadəsində olan Xırdalan şəhəri,H.Əliyev prospektində tikinti altında olan 600 m 2 torpaq sahəsinin Əsasnamənin 6-cı bəndinin tələblərinə uyğun normativ qiymətinin müəyyən edilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən iddiaçının nümayəndəsi eyni məzmunlu izahat verərək, iddianın təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”yə uyğun olaraq, Abşeron rayonu, Xırdalan şəhəri, H.Əliyev prospekti ünvanında yerləşən, İddiaçı mülkiyyətində olan qeyri-yaşayış binasının yerləşdiyi dövlət mülkiyyətində olan və daşınmaz əmlakın dövlət reyestrinin məlumatına əsasən dəyəri 60100 manat təşkil edən 601 kv.metr torpaq sahəsi satın alınması və ya satınalma hüququ ilə icarəyə götürülməsi üçün Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən xx.xx.2016-cı il tarixli, **********05 nömrəli bildirişlə iddiaçıya təklif olunmuşdur.Buna baxmayaraq, iddiaçı torpaq sahəsinin özəlləşdirilməsi və ya icarəyə götürülməsinə razılığını Komitəyə bildirməmişdir.İddiaçı torpaq sahəsinin dəyərinin qanunvericiliyə uyğun olaraq düzgün müəyyən edilmədiyini qeyd etmişdir. Bununla bağlı bildiririk ki, özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələri özəlləşdirilərkən həmin torpaq sahələrinin dəyəri Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1998ci il tarixli, 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə uyğun olaraq müəyyən edilir.Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-cı il tarixli 377 nömrəli Qərarı ilə qeyd edilən Əsasnaməyə yeni məzmunda 6-1 -ci hissə əlavə edilmiş və həmin normaya əsasən torpaq sahələrinin həmin Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqısatqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir.Qeyd edilən yeni norma xx.xx.2016-cı il tarixdən sonra özəlləşdiriləcək bütün torpaq sahələrinin qiymətləndirilməsinə aiddir. Belə ki, Mülki Məcəllənin 390.2-ci maddəsinə əsasən müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir.Beləliklə, tərəflər arasında mübahisəli torpaq sahəsinin alqı-satqısına dair bağlanacaq müqavilə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.2-ci maddəsinə əsasən həmin müqavilənin bağlandığını zaman qüvvədə olan hüquq normalarına uyğun olmalıdır.Həmçinin tərəflər arasında torpaq sahəsinin qiyməti ilə bağlı mübahisə xx.xx.2016-cı il tarixində iddiaçıya torpaq sahəsinin satın alınmasına dair müvafiq bildiriş göndərildikdən sonra yarandığından, Mülki Prosessual Məcəllənin 217-ci maddəsinə uyğun olaraq həmin mübahisənin yarandığı zaman qüvvədə olan maddi hüquq normaları əsas götürülməklə iddiaya hüquqi qiymət verilməlidir ki, bu halda da iddia rədd edilməlidir.Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.Yuxarıda qeyd edildiyi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2016-ci il tarixli, 377 nömrəli Qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövləttorpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə”yə yeni norma əlavə edilmiş və həmin norma özəlləşdirilmiş müəssisə və ya obyektlərin yerləşdiyi torpaq sahəsinin qiymətinin bazar dəyərinə uyğun hesablanması üçün hüquqi əsasdır. Torpaq sahəsinin dəyərinə dair mübahisə isə artıq həmin normanın qüvvədə olduğu zaman yaranmışdır. Beləliklə, mübahisənin yarandığı zaman qüvvədə olan maddi hüquq norması tətbiq edilməklə iddia rədd edilməlidir.İddiaçının Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli, 2-1(102)-690/2017 nömrəli qərarının icra edilməməsinə dair iddiası da əsassızdır.Belə ki, yuxarıda qeyd edildiyi kimi Komitənin xx.xx.2016-cı il tarixli, **********05 nömrəli bildirişi ilə torpaq sahəsinin satın alınması və satınalma hüququ ilə icarəyə götürülməsi iddiaçıya təklif edilmişdir. Qeyd olunanlara əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə prosesində iştrak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: Daşınmaz Əmlakın Texniki Pasportu, Çıxarış, Əmlakın plan və ölçüləri, Abşeron rayon XDS İK-nın xx xxx 1991-ci il tarixli 86 saylı qərarın surəti, cavabdehin etirazı, xx.xx.1995-ci il tarixli, 25633 nömrəli Təsərrüfat Subyektinin Dövlət Qeydiyyatı haqqında Şəhadətnamənin surəti, Azərbaydcan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli 2-1(102)-690/2017 saylı qırarının surəti və digər sənədlər daxildir. Bu materialların məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları və qanunda, beynəlxalq hüququn ümumi prinsiplərində nəzərdə tutulan hallardan başqa əmlakından məhrum edilə bilməz. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 27 aprel tarixli 93 nömrəli qərarına əlavələr və dəyişikliklər edilməsi barədə qərarına əsasən Sumqayıt və Gəncə şəhərlərinin 6-cı zonası, Abşeron rayonunun qəsəbə və kəndlərində yerləşən torpaq sahələrinin 100 kv.metrinin bazis qiyməti 90 manat müəyyən edilmişdir. “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamənin 6-cı bəndinə əsasən sərbəst torpaq sahələrinin normativ qiyməti müəyyən edilərkən 1-6 nömrəli əlavələrdə göstərilən əmsallar 7 nömrəli əlavədəki zonaların bazis qiymətlərinə vurmaqla müəyyən edilir. Həmin Əsasnaməyə xx.xx.2016-cı ildə 6-1 bəndi əlavə edilmiş və həmin bəndin tələblərinə əsasən-torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Məhkəmə tədqiqatı zamanı müəyyən olunmuşdur ki, Abşeron rayon Xalq deputatlar Sovetinin İcraiyyə Komitəsinin xx xxxxxxx 1990-cı il tarixli, 271 saylı qərarı ilə Xırdalan qəsəbəsinin H.Tağıyev küçəsində 28-ci məhəlləsində İddiaçı sələfi olmuş “xxxxxxxx” kooperativinə 0,9 ha torpaq sahəsi təhkim edilmişdir. xx xxx 1991-ci ildə “xxxxxxxx” kooperativinin bazasında İddiaçı təsis edilmişdir. Qeyd olunan 09 ha torpaq sahəsinin 600 m 2 hissəsində müəssisə özünə qeyri-yaşayış sahəsi tikmiş və qeyri-yaşayış sahəsi dövlət reyesterində İddiaçı mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Mübahisə predmeti olan torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə İddiaçı Azərbaycan Respublikası ƏMDK yanıında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinə müraciət etmiş, lakin müsbət cavab almadığına görə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bir müddət davam edən məhkəmə çəkişmələrindən sonra Ali Məhkəmənin xx xxxxx 2017-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kolleqiyasının xx xxxxxx 2016-cı il tarixli 2- 1(105)-129/2016 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarına əsasən Azərbaycan Respublikası ƏMDK yanıında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin üzərinə İddiaçı müraciətinə yenidən baxmaq və həmin müraciətlə bağlı məhkəmənin qərarında təsbit edilmiş hüquqi mövqeyini nəzərə almaqla əsaslandırılmış qərar qəbul etmək öhdəliyi qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2016-cı il tarixli qərarı icra olunmadığına görə İddiaçı xx.xx.2017-ci ildə yenidən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarilxi 2-1(85)-149/2018 saylı qərardadı ilə əvvələr qeyd olunan iddia tələbinə baxılması səbəbindən iddia tələbi qeyri mümkün hesab edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx xxx 2018-ci il tarixli qərardadı ləğv edilmişdir. Sumqayıt Apellyasiya Məhkəməsi xx xxxxxx 2018-ci il tarixli qərardadında birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsinə əsas kimi göstərmişdir ki, öncədən qaldırılmış iddia tələbində əmlakın özəlləşdirilməsi zamanı tətbiq olunacaq normativ qiymət mübahisələndirilməmiş və əvvələr qaldırılmış iddia tələbi başqa quruma qarşı qaldırılmışdır. Qeyd olunanlara əsasən inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə geri göndərilmişdir. Məhkəmə araşdırması zamanı oda müəyyən olunmuşdur ki, ƏMDK-si “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnaməsinə xx.xx.2016-cı ildə əlavə edilmiş 6-1 bəndini əsas gətirərək,yəni qeyd olunan torpaq sahəsi üçün müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olması səbəbindən torpaq sahəsinin dəyəri müstəqil qiymətləndiricinin rəyinə uyğun müəyyən edilmiş qiymətə özəlləşdirmək niyyətindədir. Məhkəmə yuxarıda müəyyən olunan hallara əsas gətirərək hesab edir ki, cavabdeh təşkilatın hazır ki, iddia tələbi üzrə gətirdyi arqumentlər əsaslıdır. Nəzərə alınmalıdır ki, “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında Əsasnamə xx.xx.2016-cı ildə 6-1 bəndi əlavə edilmiş və həmin bəndin tələblərinə əsasən-torpaq sahələrinin bu Əsasnamə ilə müəyyən edilən normativ qiyməti daşınmaz əmlakın dövlət reyestrində torpaq sahələrinin alqı-satqısı zamanı təşəkkül tapan bazar dəyərindən aşağı olduqda, həmin torpaq sahələrinin qiymətləndirilməsi “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İddiaçı istifadəsində olan 600 m2 torpaq sahənin özəlləşdirilməsi hüququ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kolleqiyasının xx xxxxxx 2016-cı il tarixli 2-1(105)-129/2016 saylı qərarının Azərbaycan Respublikası Ali Məhkəməsinin xx xxxxx 2017-ci il tarixli qərarı ilə qüvvədə saxladığı müddətdən etibarən yaranmışdır. Yəni İddiaçı 600 m 2 torpaq sahəsinin özəlləşdirilməsi hüququ yaranmamışdan öncə qeyd olunan əsasnamənin 6-1-ci bəndi artıq qüvvədə idi. Belə olduğu tədqirdə iddiaçının istifadəsində olan 600 m 2 torpaq sahəsinin özəlləşdirilməsi zamanı normativ qiymətin müəyyən edilməsi üçün qiymətləndiricinin rəyinə cavabdeh təşkilat tərəfindən istinad edilməsi əsaslıdır. Hesab olunur ki, Abşeron rayonu Xırdalan şəhəri, H.Əliyev prospektində yerləşən və iddiaçının istifadəsində olan 600 m 2 torpaq sahəsinin bazis qiyməti möcud bazar dəyərindən aşağıdır. Belə ki, Əsasnamənin 6-cı bəndinə uyğun olaraq 3 nömrəli əlavədə göstərilmiş əmsal 7 nömrəli əlavədə göstərilmiş 90 manat olan bazis qiymətinə vurulur və iddiaçının iddia tələbində iddia etdiyi torpaq sahəsinin 100 m 2 dəyəri 90 manatdan 450 manata kimi olması müəyyən edilir. Bu isə mübahisəli torpaq sahəsinin yerləşdiyi ərazidə torpaq sahəsnin mövcud bazar qiymətini özündə əks etdirmir. Ona görədə cavabdeh təşkilat tərəfindən hazır ki, torpaq sahəsinin qiymətinin müəyyən edilməsi zamanı “Qiymətləndirmə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilməsi qanuna uyğundur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 4.1-ci maddəsinə görə inzibati mübahisəyə baxılması və onun həll edilməsi ilə bağlı məhkəmə qərar qəbul edir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Abşeron rayonu İddiaçı cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxx 1998-ci il tarixli 27 saylı qərarı ilə təstiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə xx xxxx 2016-cı il tarixli 377 saylı qərar əsasında əlavə edilmiş 6-1 bəndinin müddəalarını tətbiq etmədən İddiaçı istifadəsində olan Xırdalan şəhəri,H.Əliyev prospektində tikinti altında olan 600 m 2 torpaq sahəsinin Əsasnamənin 6cı bəndinin tələblərinə uyğun normativ qiymətinin müəyyən edilməsi öhdəliyinin cavabdeh təkilatın üzərinə qoyulması tələbinə” dair iddiası təmin edilməsin. Qərar tam formada təqdim olunduğu gündən 30 gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə ondan, Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanında yerləşən Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apelyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ceyhun Məmmədov
Məhkəmə qərarları › İş №2-1(118)-89/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-89/2020
13.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver