Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-890/2020 23.09.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi ilə, X4 Ramiz qızının katibliyi ilə, İddiaçı1 (işləməyən, Sumqayıt şəhəri, 17-ci mikr-n, ev 5, mənzil 33-da yaşayan) iştirakı ilə, Cavabdehin nümayəndəsi X3 (Sumqayıt şəhəri qeydiyyat şöbəsinin rəisi işləyən, Sumqayıt şəhəri, 9-cu məhəllə, ev 8, mənzil 35-də yaşayan) iştirakı ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı xx.xx.1982-ci il təvəllüdlü İddiaçı1 və övladının xx.xx.2008-ci il təvəllüdlü X1 “Əzməmmədova” kimi yazılması barədə iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı xx.xx.1982-ci il təvəllüdlü İddiaçı1 və övladı - xx.xx.2008-ci il təvəllüdlü X1 “Əzməmmədova” kimi yazılması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Şifahi məhkəmə baxışında iştirak edən iddiaçı və digər İddiaçı2 nümayəndəsi İddiaçı1 iddia tələbini müdafiə edərək izah etdi ki, o, İddiaçı2 ilə xx xxxx 2000-ci ildə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan 3 övladları - xx.xx.1999-cu il təvəllüdlü X5, xx.xx.2003-cü il təvəllüdlü X6 və xx.xx.2008-ci il təvəllüdlü X7 vardır. İddiaçı bildirdi ki, onun övladı xx.xx.2008-ci il təvəllüdlü X7 Azərbaycan Respublikası Sumqayıt şəhərində dünyaya gəldiyindən onun soyadının Əzməmmədli kimi yazılmasına etiraz etməmişdir. Hazırda onun özünün və sonuncu övladı Ləmanın soyadları digər ailə üzvlərinin soyadından fərqlidir. Belə ki, həyat yoldaşı İddiaçı2 və digər iki övladının soyadı “Əzməmmədov” olsa da, onun və Ləmanın soyadı “Əzməmmədli” kimi qeyd edilmişdir. İddiaçı həmçinin izah etdi ki, digər uşaqları Rusiya Federasiyasında doğlulduğundan doğum haqqında şəhadətnamələrində soyadları “Əzməmmədov” kimi, Ləman isə Azərbaycanda doğulduğundan onun soyadı “Əzməmmədli” sonluğu ilə yazılmışdır. Özünün soyadının sonluğuna gəldikdə isə iddiaçı izah etdi ki, o soyadılnın həyat yoldaşının soyadına uyöun yazılmasını istəmiş, nə səbəbdən “Əzməmmədli” kimi qeyd edilməsi ona bəlli deyildir. Bununla bağlı o, Sumqayıt şəhər qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmiş, lakin ona imtina cavabı verilmişdir. Məhkəmə iclasında iştirak edən xx.xx.2008-ci il təvəllüdlü X7 izah etdi ki, o, soyadının “Əzməmmədova”ya dəyişdirilməsini və qardaşları ilə eyni soyadını daşımağı arzulayır. Cavabdehin nümayəndəsi X3 iddianı qəbul etmədi və izah etdi ki, iddiaçının övladı xx.xx.2008-ci il təvəllüdlü X1 “Əzməmmədli”dən “Əzməmmədova”ya dəyişdirilməsi barədə ərizəsinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli, 79 saylı 5.10 bəndi “Adın, ata adının və soyadının verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən soyadın və adın növbəti dəfə dəyişdirilməsinə yol verilmədiyini bildirdi. Soyadın sonluğuna dəyişiklik edilməsinə şəxs həm yetkinlik yaşına çatanadək, həm də yetkinlik yaşına çatdıqdan sonra yol verilir, lakin soyad sonluğuna yetkinlik yaşına çatdıqdan sonra növbəti dəfə dəyişdirilməsinə yol verilmir. İş materiallarına əlavə edilmiş : - AZE № ******** seriyalı şəxsiyyət vəsiqəsindən görünür ki, İddiaçı1 xx.xx.1982-ci ildə Qəbələ rayonu Dızaxlı kəndində anadan olmuşdur. -AA № ******* seriyalı şəxsiyyət vəsiqəsinsən görünür ki, İddiaçı2 xx.xx.1977-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. - Qəbələ rayonu qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 461571 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, X8 və X9 xx.xx.2000-ci ildə rəsmi nikaha daxil olmuşlar və sonuncu “Əzməmmədova” soyadını qəbul etmişdir. Daha sonra soyadın sonluğunun üstündən xətt çəkilərək “Əzməmmədli” qeyd edilmiş və ““Əzməmmədli” soyadına inanmaq” qeydi aparılaraq qeydiyyat şöbəsinin möhürü vurulmuşdur. - Sumqayıt şəhəri qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ–İİ № 938043 seriyalı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2008-ci il tarixdə Sumqayıt şəhərində anadan olmuş və ata qrafasında “X8”, ana qrafasında “İddiaçı1” göstərilmişdir. İş materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, iddiaçıların digər övladları Zamin və Şahinin soyadları “Əzməmmədov” kimi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçılar soyadın dəyişdirilməsi ilə bağlı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə müraciət etmiş, lakin cavabdeh soyadın növbəti dəfə dəyişdirlməsinin yolverilməz olduğunu bildirərək iddiaçıların müraciətinin təmin olunmasından imtina etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 158.2-ci maddəsinə əsasən doğum, ölüm, nikahın bağlanması, nikahın pozulması, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, ata adının və soyadın dəyişdirilməsi müvafiq icra hakimiyyəti orqanlarında qeydiyyatdan keçirilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən hər bir uşaq doğulduqdan sonra Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq qeydiyyata alınır və vətəndaşlıq əldə edir. Azərbaycan Respublikasının xx xxxx 1992-ci ildən qoşulduğu "Uşaq hüquqları haqqında" Konvensiyanın 7-ci maddəsinin 1-ci hissəsinə əsasən uşaq doğulduqdan sonra dərhal qeydə alınır və doğulduğu andan ad və vətəndaşlıq almaq hüququna, habelə, mümkün olduğu dərəcədə, öz valideyinlərini tapmaq və onlardan qayğı görmək hüququna malikdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.1-ci maddəsinə görə Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onlarıəvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərləəlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, azyaşlı Ləmanın atasının və qardaşlarının soyadı “Əzməmmədov”dur. Məhkəmə hesab edir ki, ailədə uşaqların soyadlarında müxtəlifliyin yaranmaması üçün Ləmanın da soyadı digərlərinin soyadına uyğunlaşdırılması məqsədəuyğundur. Cavabdeh imtina cavabını onunla əsaslandırmışdır ki, iddiaçının soyadı “Əzməmmədova”dan “Əzməmmədli”yə dəyişdirilmiş, hazırda onun soyadı “Əzməmmədova”ya dəyişdirilərsə, bu artıq növbəti dəfə soyadının dəyişdirilməsi olacaqdır ki, bu imkan da qanunvericiliklə məhdudlaşdırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci və 26.4-cü maddələrinə əsasən hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilçiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarının müddəalarına görə : -1.3-cü bəndinə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir. -1.5-ci maddəsinə əsasən adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Yuxarıda göstərilmiş qanunvericilik normalarından görünür ki, sözügedən məsələdə qanunvericiliklə təsbit edilmiş qayda ondan ibarətdir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istisna olmaqla adın, ata adının və soyadının dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuns istinad etməli və imtina qərarlarını qanunvericiliyin konket müddəalarına istinadla əsaslandırılmalıdırlar. Məhkəmə hesab edir ki, İddiaçı1 konstitusion hüququndan istifadə edərək soyadının sonluğunun dəyişdirilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddiaçının ərinin soyadına uyğun olaraq “Əzməmmədova” soyadını daşımaq onun hüququdur və bununla bağlı qanunvericilikdə hər hansı məhdidyyət nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 34.1-ci maddəsinəəsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli və iddiaçı xx.xx.1982-ci il təvəllüdlü İddiaçı1 və övladı - xx.xx.2008-ci il təvəllüdlü X1 “Əzməmmədova” kimi yazılması öhdəliyi cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı xx.xx.1982-ci il təvəllüdlü İddiaçı1 və övladı - xx.xx.2008-ci il təvəllüdlü X1 “Əzməmmədova”ya dəişdirilməsi və bununla bağlı vətəndaşlıq vəziyyəti aktlarında dəyişiklik edilməsi öhdəliyi cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi, 120 ünvanda yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova
Məhkəmə qərarları › İş №2-1(118)-890/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-890/2020
23.09.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver