Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-890/2021 05.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X1 Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi Vəkil iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “iddiaçının təqaüdünün Bakı şəhər Baş Polis İdarəsinin Polk Patrul Xidməti Alayının (X4 Alayının) komandir müavini vəzifəsindən qanunvericiliyin tələblərinə müvafiq qaydada yenidən hesablanaraq (bütün fərqlər göstərilməklə) tərtib edilən yeni ödəmə vərəqəsinin DSMF-nin Xüsusi Rütbəli İşlər İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmasına” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “iddiaçının təqaüdünün Bakı şəhər Baş Polis İdarəsinin Polk Patrul Xidməti Alayının (X4 Alayının) komandir müavini vəzifəsindən qanunvericiliyin tələblərinə müvafiq qaydada yenidən hesablanaraq (bütün fərqlər göstərilməklə) tərtib edilən yeni ödəmə vərəqəsinin DSMF-nin Xüsusi Rütbəli İşlər İdarəsinə göndərilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin üzərinə qoyulmasına” dair iddia ilə Bakı İnzibati məhkəməsinə müraciət etmiş, Məhkəmənin 2-1(112)-1985/2021 saylı, 26.01.2021-ci il tarixli Qərardadı ilə inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə X5 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı Məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək pensiyanın yenidən hesablanması və birdəfəlik ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-109/2019 saylı, 08.10.2019-cu il tarixli qərarı ilə iddia rədd edilmişdir. iddiaçı apelyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2664/2019 saylı, 05.12.2019-cu il tarixli Qərarı ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-2664/2019 saylı, 05.12.2019-cu il tarixli Qərarından iddiaçı kassasiya şikayəti vermişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 05.06.2020-ci il tarixli qərarı ilə şikayət təmin edilməmiş, apelyasiya instansiyası məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi eyni əsaslarla, 2-1(81)-3004/2018 saylı 19.07.2018-ci il tarixli və 2-1(81)-109/2019 saylı 24.01.2019-cu il tarixli qərardadları ilə iddiaçının iddiası mümkün sayılmamışdır. İddiaçının apelyasiya şikayətləri üzrə Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının müvafiq qərardadları ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadları ləğv edilməklə iş yenidən araşdırılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə qaytarılmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyası birinci instansiya məhkəməsinin “cavabdehin düzgün seçilməməsi” barədə mövqeyini əsassız saymaqla işə baxılması barədə qərardadlar qəbul etmişdir. Həm məhkəmə prosesləri zamanı, həm də iddianın mümkün sayılmaması barədə Qərardadlarla və həm də yekun məhkəmə Qərarlarında məhkəmələr iddiaçıya tövsiyə etmişdir ki, iddiaçı əvvəlcə xidmət etdiyi Daxili İşlər Nazirliyinə müraciət etsin və xidmət illəri yenidən hesablanmaqla yeni məlumat vərəqəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsinə göndərilməsini xahiş etsin. Həmin nazirlik iddiaçının xahişini yerinə yetirməsə həmin nazirliyə qarşı məhkəmədə iddia qaldırsın. Sonra məhkəmə DİN-ə iddiaçının xidmət illərinin yenidən hesablamaq və ona yeni məlumat vərəqəsi vermək öhdəliyini həmin nazirliyə həvalə etsin, DİN-nin təqdim etdiyi yeni məlumat vərəqəsi əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsi iddiaçının pensiyasını yenidən hesablamasa, bu halda iddiaçı yenidən bu dəfə adı keçən nazirliyə iddia qaldırsın. Beləliklə daha əvvəl işə baxmış bütün instansiya Məhkəmələri iddiaçıya AR DİN-nə müraciət etməsini və imtina alacağı təqdirdə Bakı İnzibati Məhkəməsinə müraciət etməsini tövsiyə etmişdir. İddiaçı da məhz bu tövsiyəyə müvafiq olaraq 17.07.2020-ci il tarixli ərizə ilə AR DİNnə müraciət etmişdir. Məhkəmə orqanlarının qərarlarında təsbit olunmuş hüquqi mövqeyi əsas götürərək cavabdeh orqandan xahiş etmişdir ki, təqaüdünün Bakı şəhər Baş Polis İdarəsinin Polk Patrul Xidməti Alayının (X4 Alayının) komandir müavini vəzifəsindən qanunvericiliyin tələblərinə müvafiq qaydada yenidən hesablanaraq (bütün fərqlər göstərilməklə) tərtib edilən yeni ödəmə vərəqəsinin DSMF-nin Xüsusi Rütbəli İşlər İdarəsinə göndərilməsi barədə göstəriş verilsin. Lakin cavabdeh inzibati orqan tərəfindən 26.08.2020-ci il tarixli məktubla imtina cavabı verilmişdir. Cavab məktubunda bildirilmişdir ki, Suraxanı RPİ-nin 31-ci polis bölməsinin növbətçi baş inspektoru vəzifəsində işləyərkən daxili işlər orqanlarından öz xahişinizlə xaric olunmağınız barədə raportunuz nəzərə alınaraq, AR DİN-in şəxsi heyət üzrə 05.06.1995-ci il tarixli müvafiq əmri ilə Müvəqqəti Təlimatın 4-cü maddəsinin “E” bəndinə əsasən (şəxsi xahişinizə görə) daxili işlər orqanlarında xidmətdən xaric edilmisiniz. Sonuncu vəzifəniz Suraxanı RPİ-nin 31-ci polis bölməsinin növbətçi baş inspektoru olduğundan “Hərbi qulluqçuların pensiya təminatı haqqında” AR Qanununa uyğun olaraq sizə pensiya bu vəzifəyə uyğun olaraq təyin edilmişdir. Buna görə də xahişinizin müsbət həlli mümkün deyil. Cavabdeh inzibati orqanın imtinası əsassızdır və qanunsuzdur ona görə ki, əvvəla iddiaçı 1995-ci ilin mart və aprel ayında olmaqla öz xahişi DİO-dan işdən azad olunması barədə 2 raport yazmışdır. Həmin raportları da yazanda iddiaçının tutduğu vəzifə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin növbətçi baş inspektoru yox, Bakı şəhəri Baş polis İdarəsinin Post-Patrul Xidməti Alayının komandir müavini olmuşdur. Bildirir ki, iddiaçı ümumiyyətlə Suraxanı RPİ-nin 31-ci polis bölməsinin növbətçi baş inspektoru vəzifəsində heç vaxt çalışmamışdır və həmin vəzifədə raport yazmamışdır. Belə olan halda iddiaçının çalışmadığı vəzifədən daxili işlər orqanlarında xidmətdən xaric edilməsi və həmin vəzifəyə uyğun olaraq ona pensiya təyin edilməsi qeyri-mümkündür. Məhz buna görə də iddiaçı inzibati orqana 11.09.2020-ci il tarixində yenidən müraciət edərək, qeyd olunan xüsusatların aydınlaşdırılmasını, işdən azad olunması barədə raportların və AR DİN-in şəxsi heyət üzrə 05.06.1995-ci il tarixli əmrinin surətini ona təqdim edilməsini xahiş etmişdir. Hazıradək müraciətinə cavab ala bilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati-iqtisadi məhkəmələr və inzibati-iqtisadi kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1 -ci maddəsinə əsasən Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə əsasən Bu Məcəllənin 33.1 -ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Eyni zamanda həmin Məcəllənin 38.2-ci maddəsinə əsasən Məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin Məcəllənin 73.1-ci maddəsinə əsasən İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qovur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş İnzibati orqanların təsnifatına əsasən hazırki cavabdeh inzibati orqan hesab olunur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məkhəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı X3 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək, əlavə olaraq bildirmişdir ki, o Bakı şəhəri Suraxanı RPİ-nin baş növbətçi inspektoru vəzifəsindən istefaya getsə belə, qanunvericiliyə əsasən həmin vəzifədən əvvəl işlədiyi vəzifəyə uyğun olaraq hesablama aparılmalı idi. Sonda iddiaçı X3 iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddiaya etirazında qeyd edir ki, Daxili İşlər Nazirliyinin sabiq əməkdaşı X2 iddia tələbinə dair Sumqayıt İnzibati Məhkəməsindən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə daxil olmuş Məhkəmə sənədlərinə baxılmışdır. Bildirirlər ki, X3 Bakı şəhəri Suraxanı RPİ-nin baş növbətçi inspektoru vəzifəsindən polis polkovnik-leytenantı rütbəsi ilə «öz xahişinə görə» 05.06.1995-ci il tarixindən daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 21 il, 6 ay, 11 gün, imtiyazlı xidmət müddəti 28 il, 29 gün təşkil etmişdir. Daxili işlər orqanlarından xaric olunduğu vaxt qüvvədə olan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanununa əsasən, pensiya almaq hüququ olan 28 il güzəştli xidmət illəri nəzərə alınaraq, xidmət etdiyi sonuncu vəzifənin müvafiq təminat xərcliyinin 74 faizi hesabı ilə ona pensiya təyin edilmiş və 31 dekabr 2006-cı il tarixinədək Daxili İşlər Nazirliyi tərəfindən ödənilmişdir. Hazırda «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5. maddəsinə (təminat xərcliyihərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğdir)əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ödənilən pensiya təminatı: vəzifə maaşı - 458 manat, rütbə maaşı -154 manat, xidmət illərinə görə əlavə 30 faiz - 183,60 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə - 160,30 manat və ərzaq payı əvəzinə kompensasiya- 64 manat nəzərə alınmaqla cəmi 1019,90 manat təminat xərcliyindən yeni hesablama qaydasına görə 735,36 manat təşkil edir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Məhkəmə iclasında cavabdehin nümayəndəsi Vəkil iştirak etmiş, etirazı müdafiə edərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Əsaslandırma hissəsi: Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Belə ki, iddiaçı təqaüdünün Bakı şəhər Baş Polis İdarəsinin Polk Patrul Xidməti Alayının (X4 Alayının) komandir müavini vəzifəsindən qanunvericiliyin tələblərinə müvafiq qaydada yenidən hesablanaraq (bütün fərqlər göstərilməklə) tərtib edilən yeni ödəmə vərəqəsinin DSMF-nin Xüsusi Rütbəli İşlər İdarəsinə göndərilməsi istəyir. Cavabdeh qeyd edir ki, X3 Bakı şəhəri Suraxanı RPİ-nin baş növbətçi inspektoru vəzifəsindən polis polkovnik-leytenantı rütbəsi ilə «öz xahişinə görə» 05.06.1995-ci il tarixindən daxili işlər orqanlarından xaric edilmişdir. Pensiya təyini üçün xidmət müddəti təqvimi hesablama ilə 21 il, 6 ay, 11 gün, imtiyazlı xidmət müddəti 28 il, 29 gün təşkil etmişdir. Daxili işlər orqanlarından xaric olunduğu vaxt qüvvədə olan «Hərbi qulluqçuların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının 29 aprel 1992-ci il tarixli 109 nömrəli Qanununa əsasən, pensiya almaq hüququ olan 28 il güzəştli xidmət illəri nəzərə alınaraq, xidmət etdiyi sonuncu vəzifənin müvafiq təminat xərcliyinin 74 faizi hesabı ilə ona pensiya təyin edilmiş və 31 dekabr 2006-cı il tarixinədək Daxili İşlər Nazirliyi tərəfindən ödənilmişdir. Hazırda «Əmək pensiyaları haqqında» Qanunun 1.0.5. maddəsinə (təminat xərcliyihərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq vəzifə maaşı, rütbə maaşı, xidmət illərinə görə əlavə, ərzaq payı əvəzinə verilən pul kompensasiyası, vəzifə maaşından hesablanan digər əlavələrdən ibarət olan məbləğdir) əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan Xüsusi Şərtlərlə Təyinat İdarəsi tərəfindən İddiaçı ödənilən pensiya təminatı: vəzifə maaşı - 458 manat, rütbə maaşı -154 manat, xidmət illərinə görə əlavə 30 faiz - 183,60 manat, məharət dərəcəsinə görə 35 faiz əlavə - 160,30 manat və ərzaq payı əvəzinə kompensasiya- 64 manat nəzərə alınmaqla cəmi 1019,90 manat təminat xərcliyindən yeni hesablama qaydasına görə 735,36 manat təşkil edir. Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsaslı olmuşdur, iddia əsaslı sayıla bilməz. İddiaçı bildirir ki, Suraxanı RPİ-nin 31-ci polis bölməsinin növbətçi baş inspektoru vəzifəsində heç vaxt çalışmamışdır və həmin vəzifədə raport yazmamışdır. Belə olan halda iddiaçının çalışmadığı vəzifədən daxili işlər orqanlarında xidmətdən xaric edilməsi və həmin vəzifəyə uyğun olaraq ona pensiya təyin edilməsi qeyri-mümkündür. Lakin cavabdeh inzibati orqanın məhkəməyə təqdim etdiyi şəxsi xidmət siyahısından görsənir ki, iddiaçı X3 Bakı şəhəri Suraxanı RPİ-nin baş növbətçi inspektoru vəzifəsindən polis polkovnik-leytenantı rütbəsi ilə «öz xahişinə görə» 05.06.1995-ci il tarixindən daxili işlər orqanlarından xaric edilmişdir. Bu isə hesablanmış pensiyanın qanunvericiliyə uyğun olduğunu göstərir. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilən şərtlər ödənilmədiyi üçün Hərbi qulluqçuların pensiya təminatı haqqında Qanunun 40-cı maddəsinin 2-ci hissəsidə iddiaçının pensiya hesablanması zamanı tətbiq edilə bilməz. Belə ki, Hərbi qulluqçuların pensiya təminatı haqqında Qanunun 40-cı maddəsinin 2-ci hissəsinə əsasən səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilmiş və keçirildiyi gün xidmət illərinə görə pensiya almaq hüququna malik olan hərbi qulluqçular xidmətdən buraxılarkən onların pensiyası bilavasitə göstərilən köçürməyədək azı bir il çalışdıqları vəzifə üzrə maaşdan hesablanır. Göründüyü kimi bu normanın tətbiqi üçün hərbi qulluqçunun səhhəti və ya yaşı ilə əlaqədar olaraq xidmət mənafeyi naminə daha az maaşlı vəzifəyə keçirilməsi tələb olunur. Lakin iddiaçı üçün isə bu şərtlər mövcud deyil. Qeyd edilənlər cavabdeh inzibati orqanın pensiya hesablanması ilə bağlı hərəkətlərinin qanunvericiliyin tələblərinə uyğun olduğunu göstərir və buna görədə məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-890/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-890/2021
05.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver