Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-8928/2025 12.02.2026 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə (X11 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi) GİRİŞ HİSSƏ X13-Abbaszadə Tapdıq qızının sədrliyi, məhkəmə iclas katibi X1, iddiaçının nümayəndəsi X6 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinə (X11 üçüncü şəxs qismində cəlb edilməklə) qarşı “torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 12 fevral 2026-cı il tarixdə Sumqayıt İnzibati Məhkəməsinin (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) inzibati binasında, açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ: I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2016-cı ilə kimi faktiki istifadəsində olmuş və kənd təsərrüfatı məhsulları (taxıl) əkdiyinə görə subsidiya aldığı, faktiki sahiblik etdiyi JN-0015, kod: 30509028, xx.xx.1999-cu il tarixli torpağa mülkiyyət hüququna dair dövlət aktı ilə kənd təsərrüfatı məhsulları istehsalı üçün ayrılmış torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının müəyyən edilməsi, torpaq sahəsinin plan və ölçülərinin aparılması və həmin torpaq sahəsinə mülkiyyət hüququnun verilməsinin AR İN yanında ƏMDX DƏDK və RPHŞ 2 saylı Sumqayıt Əİ-nin üzərinə öhdəlik qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.
2. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli, F-110 nömrəli əmrinə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin strukturunda dəyişiklik baş vermişdir. Əmrə əsasən, “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin tabeliyindəki ərazi idarələrinin fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının publik hüquqi şəxsə verilməsi nəzərdə tutulmuşdur. Qeyd edilənlərə əsasən, cavabdeh qismində Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi qəbul edilmişdir.
3. Daha sonra, iddiaçının nümayəndəsi iddia tələbinə dəqiqləşmə verərək, cavabdehin əsl cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi ilə əvəz olunmasını, Siyəzən rayonunda yerləşən JN-0015, xx.xx.1999-cu il tarixli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə ona məxsus olan 8,07 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın və plan ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1964-cü ildə Siyəzən rayonu, Yuxarı Ələz kəndində anadan olmuşdur. Keçmiş DTXK-nin verdiyi (JN-0015, KOD: 30509028 ) “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 27 dekabr tarixli, 30 №-li qərarı ilə Siyəzən rayonu, Yuxarı Ələz kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə mərhum həyat yoldaşı X3 adına 8,07 hektar torpaq sahəsi ayrılmışdır. Həyat yoldaşı X8 xx.xx.2004-cü ildə rəhmətə gedib. AR ƏN-nin 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisində xx.xx.2025-ci il tarixli, 449 saylı məktubu ilə mərhum əri X3 vərəsəsi arvadı İddiaçı vərəsələr siyahısına daxil edilməsi bildirilmişdir. Həmin sənədlərlə torpaq sahəsinə dair reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin 2 saylı Sumqayıt Əİ-nə rəsmi müraciət ünvanlamışdır. xx.xx.2022-ci il tarixli, **********09 saylı cavab məktubu ilə bildirmişlər ki, torpaq sahəsinə baxış keçirilərkən əldə edilən məlumatların elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı faktiki istifadəsində olan torpaq sahəsinin kadastr xəritəsindəki məlumatlara uyğun olmadığı, həmçinin kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid olduğu müəyyən edilmişdir. AR Torpaq Məcəlləsinin 9.3-cü maddəsinə əsasən, torpaqların kateqoriyalara aid edilməsi və onların bir kateqoriyadan digərinə keçirilməsi müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. xx.xx.2024-cü il tarixli, 3-21-3-31/2-1639/2024 saylı cavab məktubu ilə isə bildirilib ki, müraciəti ilə bağlı idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün müayinə baxışı keçirilərkən tərəfimdən göstərilən faktiki torpaq sahəsi başqa torpaq sahələri ilə üst-üstə düşür və faktiki torpaq sahəsinin koordinatları JN-15 nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nda qeyd edilən koordinatlardan 775 metr kənar məsafədə yerləşir. Faktiki torpaq sahəsinin başqa şəxslər tərəfindən istifadə edildiyi müəyyən olunub. Ona görə də, ərizənin icrasından imtina edilib. Bundan əlavə, həmin torpaq şəhadətnaməsində oğlu X6 adı səhvən X2 qeyd olunmuşdur. Ona görə də, Siyəzən Rayon Məhkəməsinə “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin ərizəçiyə məxsus olması faktının müəyyən edilməsi” barədə ərizə ilə müraciət etmişdir. Siyəzən Rayon Məhkəməsinin iş №2(059)-538/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi ilə ləğv edilmiş AR DTXK-nin Siyəzən rayon şöbəsi tərəfindən xx.xx.1998-ci il tarixdə verilmiş “Torpağın mülkiyyətə verilməsinə dair JN seriyalı, 0015 nömrəli, 30509028 kodlu şəhadətnamənin mülkiyyət hüququ ilə ərizəçi X9 məxsus olması faktı müəyyən edilmişdir. İddiaçı bildirir ki, yuxarıda qeyd etdiyi torpaq sahəsindən 2016-cı ilə kimi iddiaçı istifadə etmiş və torpaq sahəsindən istifadə etdiyi illərdə dövlət tərəfindən əkdiyi əkin sahəsinə görə subsidiya almışdır. Lakin 2019-cu ildə elektron kənd təsərrüfatı sistemi yaradılmışdır. Ona görə də, həmin sistemdə aldığı subsidiya pulları görünmür.
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır.
6. Məhkəmənin 25 dekabr 2025-ci il tarixli, 2-1(118)-8928/2025 nömrəli qərardadı ilə iş üzrə (X4 üçüncü şəxs qismində (zəruri cəlb etmə) inzibati məhkəmə icraatına cəlb edilməsi qərara alınmışdır.
7. Əvvəlki məhkəmə iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X7 iddianı qəbul etməmiş və izah etmişdir ki, Siyəzən rayonu, Yuxarı Ələz kəndində yerləşən, üzərində hüquqlar qeydiyyata alınmış, ümumi sahəsi 8.07 ha olan torpaq sahəsinə dair reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə əlaqədar “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə daxil olmuş xx.xx.2025-ci il tarixli ********** qeydiyyat nömrəli ərizəyə baxılmışdır. Müraciətlə bağlı olaraq bildirilir ki, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlaka natura quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün müayinə baxışı keçirilərkən əldə olunan məlumatların idarənin istifadəsində olan elektron kadastr baza məlumatlarında yoxlanılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsi JN-25, JN- 26, JN-27, JN-28, JN-29 nömrəli “Torpağa mülkiyyət hüququnda dair dövlət aktları”nda qeyd edilən torpaq sahələri ilə üst-üstə düşür və faktiki torpaq sahəsinin koordinatları JN-15 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən koordinatlardan 700 metr kənar məsafədə yerləşir. Əlavə olaraq bildirilir ki, JN-0015 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda vətəndaşın adı “X14” kimi qeyd olunsa da şəxsiyyət vəsiqəsində “X15” yazılmışdır. Bildiririk ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır.
8. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi.
9. Cavabdehə və üçüncü şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə baxışı iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir.
10. Məhkəmə işə şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsinin və üçüncü şəxsin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir.
ƏSASLANDİRMA HİSSƏSİ
II. İddianın növü və mümkünlüyü
11. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər.
13. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.
14. İddia tələbi torpaq sahəsinə mülkiyyət hüququna dair reyestrdən çıxarışın və plan-ölçü sənədinin verilməsi ilə bağlıdır. İddianın növü öhdəliyin icrasına dair iddiadır.
15. Beləliklə, iddia mümkündür.
İİİ. Məhkəmə tərəfindən tədqiq edilən sübutlar:
16. JN-0015 KOD 30509028 seriyalı “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”ndan görünür ki, Siyəzən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli, 30 nömrəli qərarına əsasən, 0,8,07 ha torpaq sahəsi X5 və ailə üzvlərinə ayrılmışdır.
17. AZ-İ № 087865 saylı ölüm haqqında şəhadətamədən görünür ki, X8 xx.xx.2004-cü il tarixdə ölmüşdür.
18. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 1 saylı Sumqayıt Regional “ASAN Xidmət” mərkəzində notariat ofisi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 449 nömrəli məktubdan görünür ki, 1 saylı Sumqayıt Regional "ASAN Xidmət" mərkəzində notariat ofisinə xx.xx.2004-cü tarixdə ölmüş X3 (Doğum tarixi: xx.xx.1966) (Ölüm haqqında şəhadətnamə: AZ-İ 087865, Siyəzən rayon VVADQ şöbəsi, xx.xx.2023) vərəsəsi - arvadı – İddiaçı müraciət etmiş və vərəsələr siyahısına daxil edilmişdir.
19. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Ərziküş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq torpaqların kateqoriyalara aid edilməsinə və onların bir kateqoriyadan digər kateqoriyaya keçrilməsindən ötrü dövlət mülkiyyətinə aid torpaqlarla münasibətlərdə rayon icra hakimiyyəti, Bələdiyyə mülkiyyətində olan torpaqlarla münasibətdə müvafiq bələdiyyələr, xüsusi torpaqlarla münasibətdə mülkiyyətçilər tərəfindən müraciət olunmalıdır.
20. Siyəzən Rayon İcra Hakimiyyəti başçısının Ərziküş kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 22 nömrəli məktubdan görünür ki, İddiaçı ailə üzvlərinə 1997-ci ildə torpaq islahatı zamanı 8,07 ha kənd təsərrüfatı məhsulları istehsalı üçün pay torpağı verilmişdir. 2019-cu il elektron kənd təsərrüfatı sistemi yaranana qədər ailə torpaq sahəsindən istifadə etdiyi illərdə dövlət tərəfindən əkdiyi əkin sahəsinə görə subsidiya almışdır.
21. Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-60/2-3876/2025 saylı məktubdan görünür ki, Mərkəzin arxivində JN-0015 (kod ********) nömrəli “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı”nın arxiv nüsxəsi aşkar edilməmişdir. Əlavə olaraq bildirilir ki, arxivdə mövcud olan Siyəzən rayon Aqrar İslahat Komissiyasının 30 nöməli Qərarı xx.xx.1997-ci il tarixli deyil, xx.xx.1997-ci il tarixli qərardır. Arxivdə saxlanılan Siyəzən rayonu, Yuxarı Ələz kəndi üzrə pay torpaq sahəsinə dair subyektlərin siyahısından X3 (ailə üzvləri ilə birgə) adı qeyd edilmiş hissədən çıxarışın, eləcə də Siyəzən rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 30 nömrəli Qərarının təsdiq olunmuş surəti təqdim edilmişdir.
22. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-31/2-4931/2025 saylı məktubdan görünür ki, ərazi idarəsində mövcud olan arxiv materiallarına əsasən JN-0015 (kod: ********) nömrəli “Torpağın mülkiyyət hüququna dair dövlət aktı”nın surəti göndərilmişdir.
23. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-31/2-5462/2025 saylı məktubdan görünür ki, JN-0015 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nın və hazırlanmasına əsas olmuş sənədlərin surəti təqdim edilmişdir.
24. Məhkəmənin sorğusuna əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21- 3-31/2-5492/2025 saylı məktubdan görünür ki, JN-0015 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə qeydiyyata alınmış 8.07 ha torpaq sahəsinin vətəndaş tərəfindən tanıdılan yerləşmə mövqeyi ilə idarənin istifadəsində olan elektron kadastr məlumatlarında qeyd edilən yerləşmə mövqeyi arasında 700.0 metr fərq mövcuddur. Vətəndaş tərəfindən tanıdılan torpaq sahəsi JN-25, JN-26, JN-27, JN-28, JN-29 nömrəli “Torpağa mülkiyyət hüququnda dair dövlət aktları”nda qeyd edilən torpaq sahələri ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi müəyyən edilməmişdir. Torpaq sahəsinə dair tərtib edilmiş müayinə aktı və ortofoto görüntüsü təqdim edilmişdir.
25. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktından görünür ki, torpaq sahəsi faktiki 8,07 hektardır. Qonşu torpaq və qorunma zolaqları ilə əhatə edilib. Torpaq sahəsində invertarlaşma işi aparılmış, vətəndaşlara göstərdiyi sahəsi yeni uçot və xəritədə olan torpaq sahəsindən 767 metr məsafədə fərqlidir. Yeni uçot və xəritədə olan torpaq sahəsi meşə zolağına düşür. Vətənda bununla razılaşmır. Vətəndaşın göstərdiyi torpaq sahəsi yeni uçot və xəritədə JN-25, 26, 27, 28, 29 nömrəli dövlət aktları ilə üst-üstə düşür. Kofiqurasiya fərqlidir.
26. Məhkəmənin sorğusuna əsasən, Siyəzən Rayon Dövlət Arxivi tərəfindən verilmiş xx.xx.2025ci il tarixli məktubdan görünür ki, Siyəzən Rayonu Aqrar İslahat Komissiyasının 27 dekabr 1997-ci il tarixli 30 nömrəli qərar və onunla bağlı adlı siyahı Siyəzən rayon Dövlət Arxivinə təhvil verməmişdir.
IV. Tətbiq edilən hüquq
27. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən, hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
28. Azərbaycan Respublikası Mülki Məcəlləsi: 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir.
29. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 46. Dövlətin torpaq üzərində mülkiyyət hüququ 1.Dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. 2.Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 3.Dövlət mülkiyyətində olan torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.
4. Dövlət mülkiyyətində olan torpaqların istifadəsi və mühafizəsi sahəsində dövlət idarəetməsini öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Maddə 55. Torpaq sahəsi üzərində hüquqların yaranmasının əsasları Hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları: müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr; ...
30. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaqları Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8) dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 9) dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir.
31. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar Mülki Məcəllənin 139-1 və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8-ci maddələrində müəyyən olunmuşdur.
32. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq, daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir (həmin normalar Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də qeyd olunmuşdur). 8.0.5. 2006-cı il iyulun 6- dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
33. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 28 mart 2017-ci il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.
34. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 28 oktyabr 2021-ci il tarixli F-144 nömrəli əmri ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri daşınmaz əmlakın dövlət reyestrinin daşınmaz əmlakın vahid dövlət kadastrının, dövlət torpaq kadastrının tərtibi və aparılması, ünvan reyestrinin, yerquruluşu və xüsusi (sahəvi) təyinatlı geodeziya işlərinin aparılması sahəsində fəaliyyət göstərən Azərbaycan Respublikası Prezidentinin 26 iyun 2021-ci il tarixli 1382 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin əsasında Xidmətin tabeliyində yaradılmış publik hüquqi şəxsdir; 3.1-ci bəndinə əsasən bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq: 3.1.2. dövlət reyestrini tərtib etmək və aparmaq, hüquqların dövlət qeydiyyatını həyata keçirmək, o cümlədən dövlət reyestrində təminat qeydini aparmaq, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsinin və başqasına keçməsinin dövlət qeydiyyatının rəsmiləşdirilməsi məqsədilə dövlət reyestrindən elektron üsulla təqdim olunan çıxarış vermək; 3.1.16. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri (texniki pasport və torpaq sahəsinin planı və ölçüsünü) tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün yerquruluşu planlarını hazırlamaq; 3.1.21. hüquqların dövlət qeydiyyatının və dövlət reyestrinin aparılması, ünvan reyestri, dövlət kadastrı, yerquruluşu, dövlət torpaq kadastrı sahəsində funksiyaların icrasını və digər aidiyyəti dövlət orqanları ilə əlaqələndirilməklə məkan məlumatları infrastrukturunun formalaşdırılmasını təmin etmək, o cümlədən məkan məlumatlarının daxil edilməsinin, saxlanılmasının, idarə olunmasının, inteqrasiyasının və istifadəsinin təmin edilməsi sahəsində tədbirlər görmək cavabdeh DƏDKR-in vəzifələrinə aid edilmişdir.
35. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 12 may tarixli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Əsasnaməsinin 3.0-cı bəndində göstərilmişdir: Bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, Xidmətin vəzifələri aşağıdakılardır: 3.0.23. daşınmaz əmlakla, o cümlədən torpaq sahələri ilə bağlı inventarlaşdırma işlərini aparmaq və texniki sənədləri, torpaq sahələrinin planını və ölçüsünü tərtib etmək, daşınmaz əmlak obyektlərinin və torpaqların yerquruluşu məqsədləri üçün kadastr planlarını hazırlamaq.
IV. Məhkəmənin mövqeyi
36. Məhkəmə tərəflərin mövqelərini nəzərə alaraq, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır.
37. Məhkəmə tərəfindən müəyyən edildi ki, Keçmiş DTXK-nin verdiyi JN-0015, KOD: 30509028 “Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı” ilə Siyəzən rayonu Aqrar İslahat Komissiyasının 1997-ci il 27 dekabr tarixli, 30 №-li qərarı ilə Siyəzən rayonu, Yuxarı Ələz kəndi ərazisində kənd təsərrüfatı məhsulları istehsalı məqsədi ilə mərhum həyat yoldaşı X3 adına 8,07 hektar torpaq sahəsi ayrılmışdır. Həyat yoldaşı X8 xx.xx.2004-cü ildə rəhmətə gedib. AR ƏN-nin 1 saylı Sumqayıt Regional “ASAN XİDMƏT” Mərkəzinin Notariat Ofisində xx.xx.2025-ci il tarixli, 449 saylı məktubu ilə mərhum əri X3 vərəsəsi arvadı İddiaçı vərəsələr siyahısına daxil edilməsi bildirilmişdir. Həmin sənədlərlə torpaq sahəsinə dair reyestrdən çıxarış və torpaq sahəsinin planı və ölçüsünün verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri ”publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə rəsmi müraciət ünvanlamışdır. xx.xx.2022-ci il tarixli, **********09 saylı cavab məktubu ilə imtina cavabı verilmişdir.
38. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-21-3-31/2-5492/2025 saylı məktuba əsasən, JN-0015 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı” ilə qeydiyyata alınmış 8.07 ha torpaq sahəsinin vətəndaş tərəfindən tanıdılan yerləşmə mövqeyi ilə idarənin istifadəsində olan elektron kadastr məlumatlarında qeyd edilən yerləşmə mövqeyi arasında 700.0 metr fərq mövcuddur. Vətəndaş tərəfindən tanıdılan torpaq sahəsi JN-25, JN-26, JN- 27, JN-28, JN-29 nömrəli “Torpağa mülkiyyət hüququnda dair dövlət aktları”nda qeyd edilən torpaq sahələri ilə üst-üstə düşür. Sözügedən torpaq sahəsinin qonşuluğunda yerləşən torpaq sahələrinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilməsi müəyyən edilməmişdir.
39. Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən müayinə (baxış) aktına əsasən, torpaq sahəsi faktiki 8,07 hektardır. Qonşu torpaq və qorunma zolaqları ilə əhatə edilib. Torpaq sahəsində invertarlaşma işi aparılmış, vətəndaşlara göstərdiyi sahəsi yeni uçot və xəritədə olan torpaq sahəsindən 767 metr məsafədə fərqlidir. Yeni uçot və xəritədə olan torpaq sahəsi meşə zolağına düşür. Vətəndaşın göstərdiyi torpaq sahəsi yeni uçot və xəritədə JN-25, 26, 27, 28, 29 nömrəli dövlət aktları ilə üst-üstə düşür. Kofiqurasiya fərqlidir.
40. Cavabdeh iddiaçının müraciətindən imtinasında, həmçinin etirazında aşağıdakılara istinad etmişdir: 1) faktiki torpaq sahəsinin JN-25, JN-26, JN-27, JN-28, JN-29 nömrəli “Torpağa mülkiyyət hüququnda dair dövlət aktları”nda qeyd edilən torpaq sahələri ilə üst-üstə düşməsi, 2) faktiki torpaq sahəsinin koordinatları nınJN-15 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda qeyd edilən koordinatlardan 700 metr kənar məsafədə yerləşməsi, 3) JN-0015 nömrəli "Torpağa mülkiyyət hüququna dair dövlət aktı”nda vətəndaşın adı “X14” kimi qeyd olunsa da şəxsiyyət vəsiqəsində “X15” yazılması.
41. Yuxarıda göstərilən hüquq normalarının məzmunundan göründüyü kimi, qanunverici daşınmaz əmlak kimi torpaqların məqsədli təyinatını və hüquqi rejimini, yerquruluşu işlərinin aparılması qaydalarını, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqlarının ümumi şərtlərini, o cümlədən istifadə hüququnu, torpaq sahəsi üzərində hüquqların yaranmasının ümumi əsaslarını və digər məsələləri dəqiq müəyyənləşdirmişdir.
42. Qeyd edilən qanunvericilik normalarından göründüyü kimi meşə fondu torpaqlarının xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə qadağan edilmişdir.
43. Qeyd edilənlər cavabdeh inzibati orqanın hərəkətləri və imtinasının əsaslı olduğunu göstərir.
44. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi.
45. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olub-olmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırki işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmadığı müəyyən edilmişdir.
46. “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır.
47. Həmin Qanunun 15.1-ci maddəsinə əsasən, hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə;
48. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırki iddia tələbi təmin oluna bilməz.
49. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 68.1-ci maddəsinə görə, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. 68.2-ci maddəsinə görə, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur.
NƏTİCƏVİ HİSSƏ
50. Göstərilənlərə əsasən və İPM-in 4.1, 23.1, 52, 58.7, 69, 75, 78-79, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia təmin edilmir. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Sumqayıt Məhkəmə Kompleksi; Sumqayıt şəhəri, Sülh prospekti 70) apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir.
X13-Abbaszadə