Məhkəmə qərarları › İş №2-1(118)-893/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-893/2023

21.09.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-893/2023 21.09.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X9 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı, İddiaçının nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “Vətən Müharibəsində döyüş əməliyyatlarında iştirak etdiyi üçün, ona müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 25 avqust 2022-ci il tarixli, 413/9606 saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1998-ci il tarixdə Xızı rayonunun Gilzəi qəsəbəsində anadan olmuşdur. xx.xx.2017-ci il tarixdə Səfərbərlik və Hərbi Xidmətə Gağırış üzrə Dövlət Xidmətinin Xızı rayon bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. Müddətli həqiqi hərbi xidmət müddətinin başa çatması ilə əlaqədar xx.xx.2019-cu il tarixdə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli sərəncamına əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb edilərək Vətən Müharibəsinə göndərilmişdir. İlkin olaraq Goranboy rayonunun Ballıqaya kəndinə gətirilərək, orada hərbi geyim verilmiş, orada bir gün qaldıqdan sonra Bərdə rayonuna, N nömrəli Hərbi Hissəyə göndərilmişdir. xx.xx.2020-ci il tarixdən isə N nömrəli Hərbi Hissəyə göndərilmişdir. Həmin hərbi hissənin tərkibində döyüş əməliyyatllarına qatılaraq, oktyabr ayının ortalarında Talışkənd-Suqovuşan istiqamətində gedən döyüşlərdə iştirak etmiş, 3-cü taborun 7-ci bölüyündə olmuşdur, Tabor komandiri Mireliyev Elnur, bölük komandiri Muradlı Heydər, zampolit Muradlı Omar, döyüş yoldaşı X6 olmuşdur. 2020-ci ilin oktyabr ayının axırı-noyabr ayının əvvələrində Qubadlı və Laçın rayonlarının azad olunmasında gedən döyüşlərdə iştirak etmişdir. xx.xx.2021-ci il tarixdə N nömrəli Hərbi Hissədən təxris olunaraq ehtiyata buraxılmışdır. Müharibədən qayıdandan sonra səhhətində narahatçılıqlar baş vermişdir. Başında küt ağrılar, yaddaş pozulması, dildə pəltəklik, ürəyində sıxıntılar, fikir dağınıqlığı və sudurğalar yaranmışdır. 2021-ci ilin fevral ayında SHXÇDX-nin Xızı rayon bölməsinin göndərişi ilə Müdafiə Nazirliyinin Mərkəzi Poliklinikasında müayinə olunmuşdur. Ona "psixonevrotik hallar" diaqnozu qoyulmuş, həkim nəzarəti ilə ev şəraitində 6 ay müalicə almışdır. Döyüş yoldaşlarına "Müharibə veteram" adı və vəsiqəsi verilmişdir. Ona görə o, "Müharibə veteranı adını və vdsiqəsini almaq üçün Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmişdir. Hərbi biletində 157 №-li Hərbi Hissənin tərkibində Vətən müharibəsində iştirak etməyi təsdiq edilmişdir. Qeyd olunanlara baxmayaraq, Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrin verilməsi üzrə komissiyasının katibi Elbrus Mehdixanovun imzası ilə göndərilmiş xx.xx.2022-ci il tarixli 4/3-9606 nömrəli məktubu ilə ona veteran vəsiqəsinin və adının verilməsindən imtina edilmişdir. İmtinanın səbəbi kimi göstərilir ki, N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1826 nömrəli məktubuna əsasən o, döyüş əməliyyatlarına cəlb edilməyən bölmədə xidmət etmişdir. İmtina məktubu xx.xx.2022-ci il tarixdə poçtla göndərilmiş, xx.xx.2022-ci il tarixdə yaşadığı ərazinin poçt şöbəsinə çatdırılmışdır. Əslində, iddiaçı N nömrəli hərbi hissədə deyil, N nömrəli hərbi hissədə xidmət etmişdir. Sorğunun N nömrəli hərbi hissəyə göndərilməsinin səbəbi ona məlum deyil. Bəlkə də, imtinanın səbəbi sorğunun aidiyyəti olmayan hərbi hissəyə göndərilməsi və yanlış cavab alınmasıdır. Ona Müharibə veteranı adının və vəsiqəsinin verilməsindən imtina edilməsi əsassız və qeyri-qanuni olmaqla, hüquqlarını və halal haqqını pozur. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı və onun nümayəndəsi X10 iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdeh etirazında qeyd etmişdir ki, N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1826 nömrəli məktubuna əsasən, iddiaçı döyüş əməliyyatlarına cəlb olunmuş bölmədə xidmət etmədiyindən, iddiaçıya “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Azərbaycan Respublikası Nazırlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən: "Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə - hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasından “Müharibə veteranı" adı verilir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi: Məhkəmə iş materiallarını və işdə olan sənədləri tədqiq edib sübutları qiymətləndirərək hesab edir ki, iddia mümkün iddia olmaqla yanaşı, həm də əsaslıdır. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğuna və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğuna, cavabdeh inzibati orqan hazırkı tələbin təmin olunmasına səlahiyyətli olduğuna və iddiaçının hazırkı iddianı qaldırmaqda subyektiv hüququ olduğuna görə, məhkəmə hesab edir ki iddiaya mahiyəti üzrə baxılmalıdır, iddianı mümkünsüz edən hər hansı bir əsas müəyyən olunmur. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. İddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsini istəyir. Cavabdeh isə qeyd edir ki, N nömrəli hərbi hissənin xx.xx.2022-ci il tarixli 1826 nömrəli məktubuna əsasən, iddiaçı döyüş əməliyyatlarına cəlb olunmuş bölmədə xidmət etmədiyindən, ona “Müharibə veteranı" adının və vəsiqəsinin verilməsindən imtina olunmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh orqanın imtinası əsaslı olmamışdır. Belə ki, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazırlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında" Əsasnamənin 1-ci hissəsinin 1-ci bəndinin 9-cu yarımbəndinə əsasən müharibə veteranı adı aşağıdakı qaydada verilir: Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Şuşa, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd və Xocalı rayonlarının, Tərtər rayonunun Talış, Suqovuşan və Çaylı kəndlərinin ərazilərində, habelə Füzuli və Ağdam rayonlarının 2020-ci il 27 sentyabr tarixinədək işğal altında olmuş ərazilərində hərbi hissə (bölmə) və ya orqanların tərkibində döyüş əməliyyatlarında iştirak etmiş, yəni döyüş əməliyyatlarının icrasının təşkilini və ya bu əməliyyatlara rəhbərliyi göstərilən ərazilərdə həyata keçirmiş, həmin ərazilərdə döyüşlərdə bilavasitə iştirak etmiş hərbi qulluqçulara və ya döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları yerinə yetirmiş hərbi qulluqçulara (hərbi hissə (bölmə) və ya orqanların mülki işçilərinə), həmçinin döyüş əməliyyatları aparan hərbi hissələrə (bölmələrə) və ya orqanlara döyüş tapşırığının və ya döyüş əməliyyatlarının aparıldığı ərazilərdə həmin əməliyyatların bütün təminat növləri üzrə tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında; 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatlarının planlaşdırılmasını, hazırlanmasını və ya idarə edilməsini həyata keçirmiş, habelə hərbi aviasiya, hava hücumundan müdafiə, radioelektron kəşfiyyat (əks-kəşfiyyat) və mübarizə, pilotsuz uçan aparatlar, raket və artilleriya bölmələrinin tərkibində döyüş əməliyyatlarında bilavasitə iştirak etmiş və ya həmin əməliyyatların döyüş təminatı üzrə tapşırıqları (bu Əsasnamənin 1-ci hissəsinin onuncu abzasında qeyd olunan ərazilərdə isə döyüş əməliyyatlarının bütün təminat növləri üzrə tapşırıqları) yerinə yetirmiş şəxslərə – hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, ezamiyyət vəsiqələri, əmrlərdən çıxarışlar və hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında Qeyd. 1. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci, doqquzuncu və onuncu yarımbəndlərində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış, əmək müqaviləsinə xitam verilmiş şəxslərin sonuncu xidmət keçdiyi (qulluq etdiyi, işlədiyi), hərbi hissələrə (bölmələrə) və ya orqanlara ezam olunmuş mülki şəxslərin isə ezam olunduqları yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının X2 Dövlət Agentliyi tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: Respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Qeyd. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin doqquzuncu və onuncu yarımbəndlərində nəzərdə tutulan şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi həmin ad və vəsiqəni vermək səlahiyyəti olan dövlət orqanlarının göstərilən şəxslərə münasibətdə müəyyən etdikləri siyahılar Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırıldıqdan sonra verilir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X1 Xidməti və Azərbaycan Respublikasının X2 Dövlət Agentliyi bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildikdən sonra 5 (beş) iş günündən gec olmayaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Zəfər” altsisteminə daxil edilməsini təmin edirlər. Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti və Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti bu Əsasnamənin 1-ci hissəsinin onuncu və on birinci abzaslarında nəzərdə tutulan şəxslərə dair məlumatların müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi verildiyi vaxtdan, 5 (beş) iş günündən gec olmayaraq, kağız və elektron daşıyıcıda Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim edilməsini təmin edirlər. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Ordusunun hərbi qulluqçularına münasibətdə müharibə veteranı adının və vəsiqəsinin, habelə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən şəxsin müharibə veteranı olmasına dair arayışın verilməsi üçün maraqlı şəxs “Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin müraciətləri üzrə vahid əlaqələndirmə mərkəzlərinə də müraciət edə bilər. Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Azərbaycan Respublikası Xüsusi Rabitə və X1 Xidmətinin və Azərbaycan Respublikası X2 Dövlət Agentliyinin vəsaiti hesabına ödənilir. Qanunvericiliyin tələblərindən göründüyü kimi iddiaçıya müharibə veteranı adı verilməsi üçün onun döyüş əməliyyatlarında iştirak etməsi sübut olunmalıdır. İş materiallarına əlavə edilmiş SX seriyalı, ******* saylı hərbi biletdə İddiaçı vətən müharibəsində heyət nəfəri kimi iştirak etdiyi qeyd edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı xx.xx.2017-ci il tarixdə SHXÇDX-nin Xızı rayon bölməsi tərəfindən müddətli həqiqi hərbi xidmətə göndərilmişdir. xx.xx.2017-ci il tarixdən xx.xx.2017-ci il tarixə qədər N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.2019-cu il tarixdən N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.2019-cu il tarixdə ehtiyata buraxılmışdır. Azərbaycan Respublikası Prezidentinin 28 sentyabr 2020-ci il tarixli müvafiq sərəncamına əsasən xx.xx.2020-ci il tarixdə qismən səfərbərliyə cəlb olunmuş, xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixə qədər N nömrəli hərbi hissədə, xx.xx.2020-ci il tarixdən N nömrəli hərbi hissədə xidmət etmiş, xx.xx.2021-ci il tarixdə tərxis olunaraq ehtiyata buraxılmışdır. İddiaçı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına daxil olmuş müraciəti olmuşdur. İddiaçının müraciətləri əsasında cavabdeh orqan tərəfindən əlavə inzibati icraat aparılmış, Müdafiə Nazirliyinin Hüquq İdarəsinin rəisinə verilmiş izahatlarda müvafiq olaraq qeyd edilmişdir: İddiaçı: “Sual: Vətən müharibəsi zamanı hərbi döyüşlərə cəlb olunduğunuzu qeyd edirsiniz, döyüşlərə cəlb edilən zaman Sizə silah verilmişdirmi? Cavab: Bəli, N nömrəli hərbi hissədə döyüşə cəlb olunduğum zaman mənə AK markalı avtomat silah təhkim olunmuşdur. Döyüş əməliyyatları bitdikdən sonra silahı hərbi hissəyə təhvil verdim. Sual: ******* nömrəli hərbi biletinizdə N nömrəli hərbi hissədə xidmətdə olduğunuz barədə qeydlərin aparılmasına baxmayaraq, silahın təhkim olunması barədə heç bir qeydlərin aparılmadığı görünür. Bu barədə nə deyə bürəsiniz, Sizə təhkim olunmuş avtomat silahın nömrəsini deyə bilərsinizmi? Cavab: mən bir daha bildirirəm ki, xx.xx.2020-ci il tarixdə N nömrəli hərbi hissəyə gəldiyim zaman mənə AK markalı avtomat silah təhkim olunmuşdur, hərbi biletimdə silahla bağlı qeydlərin aparılmaması ilə bağlı heçnə deyə bilmərəm. Mənə təhkim olunmuş avtomat silahın nömrəsi yadımda deyil, bu səbəbdəndə nömrəsini deyə bilmirəm. Sual: Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin tərkibində döyüş əməliyyatları zamanı döyüşlərə cəlb olunduğunuzu kimlər təsdiq edə bilər? Cavab: Bildirirəm ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatları zamanı mənim döyüşlərə cəlb olunmağımı N nömrəli hərbi hissənin zabitləri, kapitan Elnur Əlyev, baş leytenant X11, baş leytenant ömər Muradlı, baş leytenat X12, hal-hazırda ehtiyatda olan əsgərlər X7 və X5 təsdiq edə bilərlər. Digər hərbi qulluqçuların adları yadımda qalmadığı üçün adlarını deyə bilmirəm. Sual: Sənədlərdən görünür ki, Sizin Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılmış döyüş əməliyyatları zamanı döyüşlərə cəlb olunmağınız barədə N nömrəli hərbi hissə komandirinin müvafiq əmri verilməmişdir. Bu barədə nə deyə biırsiniz? Cavab: mən bir daha bildirirəm ki, N nömrəli hərbi hissənin tərkibində döyüşlərə cəlb olunmuşdum və döyüş əməliyyatlarında iştirak etmişəm. N nömrəli hərbi hissə komandirinin müvafiq əmrində mənim döyüşlərdə iştirak etməyimin qeyd edilməməsinin səbəbi barədə məlumatım olmadığından heçnə deyə bilmərəm.” Baş leytenant X8: “Sual: N nömrəli hərbi hissədə səfərbərlik üzrə xidmət keçmiş əsgər İddiaçı tanıyırsınızmı? Cavab: Bəli tanıyıram, əsgər İddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin N tabor, N bölük, xidmət edirdi, lakin sonradan gələnlərdən olduğunun nəzərə alaraq, 3-cü tabora cəlb olunsada hansı taqımın tərkibində olduğu yadımda deyil. Sual: əsgər İddiaçı döyüş əməliyyatlarına cəlb edilmişdirmi? Cavab: Bəli, əsgər İddiaçı Vətən müharibəsi zamanı, 2020-ci ilin noyabr ayınadək Azərbaycanın ərazi bütövlüyü uğrunda Talış kənd-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarına cəlb olunduğunun şahidi olmuşam, belə ki, həmin əsgər döyüşlərdə iştirak etmişdir və tərəfimdən verilən əmr və göstərişləri icra edirdi. Sual: Vətən müharibəsi zamanı əsgər İddiaçı silah təhkim olunmuşdurmu? Cavab: Bəli, döyüş əməliyyatlarında iştirak etdiyinə görə əsgər İddiaçı AKM markalı, nömrəsi yadımda deyil, avtomat silahı təhkim olunmuşdur. Sual: N nömrəli hərbi hissənin Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanlanmış cavab məktubunda Vətən müharibəsi zamanı əsgər İddiaçı xidmət etdiyini 5-ci taborun döyüş əməliyyatlarına və umumiyyatlə onun döyüş əməliyyatlarına cəlb edilmədiyi göstərilmişdir. Bu barədə nə deyə bilərsiniz? Cavab: Bildirirəm ki, müharibə dövründə N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tərkibində olumuşdur, müharibədən sonra N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tərkibinə keçmişdir, lakin bir daha bildirirəm ki, İddiaçı Vətən müharibəsi zamanı 3-cü taborun tərkibində döyüş əməliyyatlarına cəlb edilmişdi. Sual: izahatınızda əsgər İddiaçı N tabor, N bölük, 2-ci taqımda xidmət etdiyini bildirirsiniz, lakin toplanmış sənədlərdən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin 5-cü tabor 14-cü bölüyün, pulemyot manqasında xidmət edtdiyi görünür. Sənədlə və izahatınızdakı məlumat arasında olan ziddiyəti nə ilə izah edə bürəsiniz? Cavab: bildirirəm ki, 5-ci tabor ehtiyat tabor olduğuna görə, döyüş əməliyyatları zamanı çatışmayan şəxsi heyət həmin tabordan cəlb olunurdu, mən Vətən müharibəsi zamanı 3-cü taborun tərkibində döüyüş əməliyyatlarına xidmət etdiyimi nəzərə alaraq əsgər İddiaçı bizimlə birlikdə 3-cü taborun tərkibində Talış kənd-Suqovuşan istiqamətində döyüş əməliyyatlarına cəlb edilmişdi, onun adının 5-ci taborda qeyd olunması barədə məlumatım yoxdur. Sual: Müharibə dövrəndə əsgər İddiaçı 3-cü taborun tərkibində xidmət etməsini və ya həmin taborun tərkibinə necə düşməsi barəd nə deyə bürəsiniz? Cavab: Bildirirəm ki, İddiaçı 3-cü taborun 9-cu bölüyün tərkibində döyüş əməliyyatlarında iştirak etmişdir. Qaytarılmas döyüş itkilərini, yaralıları nəzərə alaraq, döyüş əməliyyatları zamanı gündəlik olaraq, döyüş sursatı, ərzaq alınması və şəxsi heyətin komplektləşdirilməsi məqsədi ilə bölüklərdən bir nəfərin rəhbərliyi altlında şəxsi heyət arxa təminat məntəsədinə gedirdi. Tarix dəqiq yadımda deyil, əsgər İddiaçı şəxsi heyət komplektləşdirilməsi zamanı arxa təminat məntəsədindən 3-cü tabora təhvil verilmişdir.” N nömrəli hərbi hissənin 2-ci taborunun 2-ci bölüş komandirinin şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət edən baş leytenant X17: “Sual: N nömrəli hərbi hissədə səfərbərlik üzrə xidmət keçmiş əsgər İddiaçı tanıyırsınızmı? Cavab: Bəli tanıyıram, əsgər İddiaçı Vətən müharibəsi zamanı N nömrəli hərbi hissənin 3-cü tabor, 9-cu bölük, 2-ci taqımda xidmət edirdi. Sual: əsgər İddiaçı döyüş əməliyyatlarına cəlb edilmişdirmi? Cavab: Bəli, əsgər İddiaçı Vətən müharibəsi zamanı, 2020-ci ilin noyabr ayinədək Azərbaycanın ərazi bütövlüyü uğrunda Talış kənd-Suqovuşan istiqamətində gedən döyüş əməliyyatlarına cəlb olunduğunun şahidi olmuşam, belə ki, həmin əsgər döyüşlərdə iştirak etmişdir. Sual: Vətən müharibəsi zamanı əsgər İddiaçı silah təhkim olunmuşdurmu? Cavab: Bəli, döyüş əməliyyatlarında iştirak etdiyinə görə əsgər İddiaçı AKM markalı, nömrəsi yadımda deyil, avtomat silah təhkim olunmuşdur. Sual: N nömrəli hərbi hissənin Müdafiə Nazirliyinin Hüquq İdarəsinə ünvanlanmış cavab məktubunda əsgər İddiaçı xidmət etdiyi 5-ci taborun döyüş əməliyyatlarına və ümumiyyətlə onun Vətən müharibəsi zamanı döyüş əməliyyatlarına cəlb edilmədiyi göstərilmişdir. Bu barədə nə deyə bilərsiniz? Cavab: Bildirirəm ki, müharibə dövründə N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tərkibində olumuşdur, müharibədən sonra N nömrəli hərbi hissə N nömrəli hərbi hissənin tərkibinə keçmişdir, lakin bir daha bildirirəm ki, İddiaçı Vətən müharibəsi zamanı döüyüş əməliyyatlarına cəlb edilmişdir. Sual: İzahatınızda əsgər İddiaçı 3-cü tabor, 9-cu bölük, 2-ci taqımda xidmət etdiyini bildirirsiniz, lakin toplanmış sənədlərdən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin 5-cü tabor 14-cü bölüyün, pulemyot manqasında xidmət etdiyi görünür. Sənədlər və izahatınızdakı məlumat arasında olan ziddiyəti nə ilə izah edə bürəsiniz? Cavab: Bildirirəm ki, döyüş əməliyyatları zamanı şəhid və yaralılar olduğuna görə, bölmələrə şəxsi heyət ehtiyat tabor olan 5-ci tabordan cəlb olunurdu. Mən Vətən müharibəsi zamanı 3-cü taborun tərkibində döyüş əməliyyatlarına cəlb edildiyimi nəzərə alaraq əsgər İddiaçı bizimlə birlikdə 3-cü taborun tərkibində Talış kənd - Suqovuşan qəsəbəsi istiqamətində döyüş əməliyyatlarına cəlb edilmişdir, onun adının 5-ci taborda qeyd olunması barədə məlumatım yoxdur. Sual: İddiaçı döyüş əməliyyatlarına ehtiyyat tabordan necə cəlb olunmuşdur? Cavab: Döyüş əməliyyatları zamanı hər gün bölüklərdən bir nəfərin rəhbərliyi altında hərbi qulluqçular döyüş sursatı, ərzaq alınması və komplektləşdirilmə məqsədi ilə arxa təminat məntəqəsinə gedirdi. İddiaçı da, həmin komplektləşdirmə zamanı 3-cü tabor, 9-cu bölük, 2-ci taqımında döyüşlərdə iştirak edib.” Göründüyü kimi cavabdeh orqan tərəfindən aparılmış inzibati icraat zamanı iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, toplanmış sənədlərdən İddiaçı xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci il tarixədək N nömrəli hərbi hissənin 5-cü tabor 14-cü bölüyün, pulemyot manqasında xidmət etməsinə dair ziddiyyətli məlumat iddiaçının məsuliyyətinə səbəb ola bilməz. Eyni zamanda idddiaçının hərbi biletində vətən müharibəsində iştirak etməsi ilə bağlı qeydiyyat aparılmışdır. Cavabdeh, tərəfindən aparılmış inzibati icraat nəticəsində iddiaçıya müharibə veteranı adı və vəsiqəsi verməli olmasına baxmayaraq əsassız olaraq bundan imtina edilmişdir. Beləliklə məhkəmə araşdırması əsasında iddiaçının döyüş əməliyyatlarında iştirak etməsi və qanuni əsaslarla ordu sıralarından tərxis olunması öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, yuxarıda qeyd edilənlər iddianın təmin edilməsi üçün əsas təşkil edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməlidir. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.1 və 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulsun. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim İsmayıl Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar