Məhkəmə qərarları › İş №2-1(118)-895/2021

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-895/2021

16.08.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-895/2021 16.08.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X5 Ramiz qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil (Bakı şəhəri 2 saylı Vəkil Bürosunun vəkili, ünvan 1 ünvanında yaşayan) iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X15 adına DTXK tərəfindən verilmiş JN-5083 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 250 ha, X1 adına DTXK tərəfindən verilmiş JN-6496 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha, X6 adına DTXK tərəfindən verilmiş JN-6496 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 300 ha, X7 adına DTXK tərəfindən verilmiş JN-9424 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha və X4 adına DTXK tərəfindən verilmiş JN-5062 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha örüş otlaq sahəsinə aid məlumatların elektron bazadan silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Azərbaycan prospekti, 22 ünvanda yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı X15 adına DTXK tərəfindən verilmiş JN-5083 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 250 ha örüş otlaq sahəsinə, X1 adına DTXK tərəfindən verilmiş JN-6496 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha örüş otlaq sahəsinə, X6 adına DTXK tərəfindən verilmiş JN-6496 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 300 ha örüş otlaq sahəsinə, X7 adına DTXK tərəfindən verilmiş JN-9424 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha örüş otlaq sahəsinə və X4 adına DTXK tərəfindən verilmiş JN-5062 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha örüş otlaq sahəsinə aid məlumatların elektron bazadan silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmənin 25.05.2021-ci il tarixli qərardadı ilə X21, X8, X16, X17 və X14 inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Vəkil iddianı müdafiə edərək izah etdi ki, icarə müqavilələrinin müddətinin bitməsi ilə əlaqədar Quba rayonu Yerfı Bələdiyyəsinin 31 avqust 2020-ci il tarixli 08 saylı qərarı ilə bağlı “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə’lərə aid məlumatların elektron bazadan silinməsi barədə 03.09.2020-ci il tarixli 41-45 nömrəli məktublarla Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə müraciət edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 23.09.2020-ci il tarixli cavaba əsasən bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və bu hüquqlara xitam verilməsi daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.2 bəndinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsi və aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə aid edildiyi üçün, məktub baxılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 26 fevral 2021-ci il tarixli cavabında bildirilmişdir ki, “Torpaqdan müvəqqəti istifadə hüququna dar Şəhadətnamələr H.Həsənovun, Ə.Adayevin, A.Ağayevin, Ç.Həsənovun və F.Hüseynovun istifadə hüquqları dövlət reyestrində qeydiyyata alınmadığı üçün ərazi idarəsi tərəfindən istifadə hüquqlarının ləğvi mümkün olmamışdır. H.Həsənovun, Ə.Adayevin A.Ağayevin, C Həsənovun və F.Hüseynovun istifadə hüquqlarının ləğvi ilə bağlı ərazi idarəsinə müraciət edəcəkləri təqdirdə müraciətlərinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. İcarə müqavilələrinə Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 73-cü maddəsinin 1-ci bəndinə əsasən icarə müddətinin bitməsi ilə əlaqədar xitam verilmişdir. Qərar icra olunması üçün göndərilsə də, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamə” lərə aid məlumatların elektron bazadan silinməsi ilə bağlı hərəkətsizliyi qanunsuz hesab edilməli, “H.Həsənovun, Ə.Adayevin, A.Ağayevin, Ç.Həsənovun və - F.Hüseynovun adına torpaqdan müvəqqəti istifadə hüququna dar Şəhadətnamələrə dair məlumatlar ləğv edilməlidir. Bununla bağlı iddiaçının nümayəndəsi iddia tələbinin təmin olunması barədə qərar çıxarılmasını xahiş etdi. Cavabdeh və üçüncü şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən cavabdehin nümayəndəsinin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəməyə ünvanladığı iddiaya etiraz ərizəsində bildirmişdir ki, Quba rayonu Yerfi bələdiyyəsi X1, X7, X15, X6 və X4 icarələrinə verilmiş 200 ha, 200 ha, 250 ha, 300 ha və 200 ha torpaq sahələrinə dair ləğv edilmiş DT və XK tərəfindən hazırlanmış JN- 6496,9424,5083,6621 və 5062 (kod ********) nömrəli “Torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamələrin cizgilərinin xəritədən silinməsinə köməklik məqsədi ilə 08.02.2021-ci il tarixli 4, 5, 6, 7 və 8 nömrəli ərizələr ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edilmişdir. Müraciətə 26.02.2021-ci il tarixli **********98 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, məktubda qeyd olunan “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamələr üzrə H.Həsənovun, Ə.Adayevin, A.Ağayevin, Ç.Həsənovun və F.Hüseynovun istifadə hüquqları Dövlət reyestrində qeydiyyata alınmadığı üçün ərazi idarəsi tərəfindən istifadə hüquqlarının ləğvi mümkün olmamışdır. İş materiallarında olan : -Quba rayonu Yerfi bələdiyyəsinin 31.05.2020-ci il tarixli 08 nömrəli iclas qərarından 31.08.2020-ci il tarixli çıxarışdan görünür ki, icarəçi X6 icarə müqaviləsinin müddətinin bitməsinin nəzərə alınması, icarəçi X12 Yerfı bələdiyyəsinin 24.05.2004-cü il tarixli 05 nömrəli iclasının qərarı ilə 300 ha örüş otlaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair 24.05.2004-cü il tarixli 05 nömrəli icarə müqaviləsinin icarə müddəti bitdiyindən həmin müqaviləyə xitam verilməsi qərara alınmış və həmin müqavilə əsasında ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-6621 (kod ********) saylı icarə Şəhadətnaməsində göstərilən cizgilərin xəritədən silinməsi üçün Kadastr və Yerquruluşu Layihə Tədqiqat MMC-yə müraciət olunması tövsiyyə edilmişdir. -Quba rayonu Yerfi bələdiyyəsinin 31.05.2020-ci il tarixli 08 nömrəli iclas qərarından 31.08.2020-ci il tarixli çıxarışdan görünür ki, icarəçi X4 icarə müqaviləsinin müddətinin bitməsinin nəzərə alınması, icarəçi X9 Yerfı bələdiyyəsinin 24.05.2004-cü il tarixli 05 nömrəli iclasının qərarı ilə 200 ha örüş otlaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair 24.05.2004-cü il tarixli 06 nömrəli icarə müqaviləsinin icarə müddəti bitdiyindən həmin müqaviləyə xitam verilməsi qərara alınmış və həmin müqavilə əsasında ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-5062(kod ********) saylı icarə Şəhadətnaməsində göstərilən cizgilərin xəritədən silinməsi üçün Kadastr və Yerquruluşu Layihə Tədqiqat MMC-yə müraciət olunması tövsiyyə edilmişdir. -Quba rayonu Yerfi bələdiyyəsinin 31.05.2020-ci il tarixli 08 nömrəli iclas qərarından 31.08.2020-ci il tarixli çıxarışdan görünür ki, icarəçi X2 icarə müqaviləsinin müddətinin bitməsinin nəzərə alınması, icarəçi X3 Yerfı bələdiyyəsinin 24.11.2004- cü il tarixli 13 nömrəli iclasının qərarı ilə 200 ha örüş otlaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair 24.11.2004-cü il tarixli 13 nömrəli icarə müqaviləsinin icarə müddəti bitdiyindən müddəti bitdiyindən həmin müqaviləyə xitam verilməsi qərara alınmış və həmin müqavilə əsasında ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-6496(kod ********) saylı icarə Şəhadətnaməsində göstərilən cizgilərin xəritədən silinməsi üçün Kadastr və Yerquruluşu Layihə Tədqiqat MMC-yə müraciət olunması tövsiyyə edilmişdir. -Quba rayonu Yerfi bələdiyyəsinin 31.05.2020-ci il tarixli 08 nömrəli iclas qərarından 31.08.2020-ci il tarixli çıxarışdan görünür ki, icarəçi X7 icarə müqaviləsinin müddətinin bitməsinin nəzərə alınması, icarəçi X13 Yerfı bələdiyyəsinin 10.12.2005-ci il tarixli 08 nömrəli iclasının qərarı ilə 200 ha örüş otlaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair 10.12.2005-ci il tarixli 08 nömrəli icarə müqaviləsinin icarə müddəti bitdiyindən həmin müqaviləyə xitam verilməsi qərara alınmış və həmin müqavilə əsasında ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-9424(kod ********) saylı icarə Şəhadətnaməsində göstərilən cizgilərin xəritədən silinməsi üçün Kadastr və Yerquruluşu Layihə Tədqiqat MMC-yə müraciət olunması tövsiyyə edilmişdir. -Quba rayonu Yerfi bələdiyyəsinin 31.05.2020-ci il tarixli 08 nömrəli iclas qərarından 31.08.2020-ci il tarixli çıxarışdan görünür ki, icarəçi X15 icarə müqaviləsinin müddətinin bitməsinin nəzərə alınması, icarəçi X18 Yerfı bələdiyyəsinin 24.12.2003-cü il tarixli 12 nömrəli iclasının qərarı ilə 250 ha örüş otlaq sahəsinin 15 il müddətinə icarəyə verilməsinə dair 24.12.2003-cü il tarixli 12 nömrəli icarə müqaviləsinin icarə müddəti bitdiyindən həmin müqaviləyə xitam verilməsi qərara alınmış və həmin müqavilə əsasında ləğv edilmiş DTXK tərəfindən verilmiş JN-5083(kod ********) saylı icarə Şəhadətnaməsində göstərilən cizgilərin xəritədən silinməsi üçün Kadastr və Yerquruluşu Layihə Tədqiqat MMC-yə müraciət olunması tövsiyyə edilmişdir. -ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti "xxxx" MMC-nin **********98 saylı 23.09.2020-ci il tarixli məktubundan görünür ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması, başqasına keçməsi və bu hüquqlara xitam verilməsi daşınmaz əmlakın dövlət reyestrində aparılır. Azərbaycan Respublikası Prezidentinin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.2 bəndinə uyğun olaraq daşınmaz əmlakın dövlət reyestrinin tərtib edilməsi və aparılması Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin fəaliyyət istiqamətlərinə aid edildiyi üçün, məktub baxılması məqsədilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə göndərilmişdir. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 26.02.2021-ci il tarixli **********98 saylı məktubundan görünür ki, “Torpaqdan müvəqqəti istifadə hüququna dair Şəhadətnamələr H.Həsənovun, Ə.Adayevin, A.Ağayevin, Ç.Həsənovun və F.Hüseynovun istifadə hüquqları Dövlət reyestrində qeydiyyata alınmadığı üçün ərazi idarəsi tərəfindən istifadə hüquqlarının ləğvi mümkün olmamışdır. H.Həsənovun, Ə.Adayevin A.Ağayevin, C Həsənovun və F.Hüseynovun istifadə hüquqlarının ləğvi ilə bağlı ərazi idarəsinə müraciət edəcəkləri təqdirdə müraciətlərinə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılacaqdır. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 08.05.2021-ci il tarixli **********17 saylı sorğuya cavab məktubundan görünür ki, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarına əsasən JN-5083 KOD 30314018, JN-5496 KOD 30314018, JN-S424 KOD 30314018 və JN- 5062 KOD 30314018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə” lərin arxiv nüsxələri aşkar edilməmişdir. -DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin 22.06.2021-ci il tarixli **********36 saylı sorğuya cavab məktubundan görünür ki, JN-5083 (kod ********) saylı, JN-6496 (kod ********) saylı, JN-9424 (kod ********) saylı, JN-5062 (kod 30314018 saylı icarə şəhadətnamələrin arxiv nüsxələri aşkar edilməmiş, lakin şəhadətnamələrin cizgisi və nömrəsi elektron baza məlumatlarında öz əksini tapmışdır. -ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********47 saylı 21 iyun 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, müraciətlə əlaqədar Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-nin, eyni zamanda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin arxivlərində Quba rayonu, vətəndaşlar X15 (JN 5083 kod ********), X1 (JN 6496 kod ********), X10 (JN 9424 kod ********) və X4 (JN 5062 kod ********) adlarına olan şəhadətnamələr aşkar edilməmişdir. -ƏMDK Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin **********09 saylı 31 may 2021-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, müraciətlə əlaqədar Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzi MMC-də aparılan araşdırma zamanı sözügedən Şəhadətnamələrə dair məlumatlar aşağıdakı kimi qeydə alınmışdır : JN-5083 (kod ********) saylı Şəhadətnamə ilə qeydə alınmış 250 ha torpaq sahəsi Yerfi Bələdiyyəsinin 24.12.2003-cü il tarixli 12 saylı qərarı ilə 15 il müddətinə vətəndaş X15 icarəsinə; JN-6496 (kod ********) saylı Şəhadətnamə ilə qeydə alınmış 250 ha torpaq sahəsi Yerfi Bələdiyyəsinin 24.11,2004-cü il tarixli 13 saylı qərarı ilə 15 il müddətinə vətəndaş X2 icarəsinə; JN-9424 (kod ********) saylı Şəhadətnamə ilə qeydə alınmış 200 ha torpaq sahəsi Yerfi Bələdiyyəsinin 10.12.2005-ci il tarixli 08 saylı qərarı ilə 15 il müddətinə vətəndaş X7 icarəsinə; JN-5062 (kod ********) Şəhadətnamə ilə qeydə alınmış 200 ha torpaq sahəsi Yerfi Bələdiyyəsinin 24.05.2004-cü il tarixli 08 saylı qərarı ilə 15 il müddətinə vətəndaş X11 icarəsinə və JN-6621 (kod ********) Şəhadətnamə ilə qeydə alınmış 257.35 ha torpaq sahəsi Yerfi Bələdiyyəsinin 24.05.2004-cü il tarixli 05 saylı qərarı ilə 15 il müddətinə vətəndaş X6 icarəsinə verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə iş üzrə toplanmış materialları tədqiq edərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, araşdırılan sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunun 1ci və 2-ci maddələrinə əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı” haqqında Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi və vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə bələdiyyəyə təhvil verirlər. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyə mülkiyyətində olan torpa qsahəsinini qanunvericiliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Məhkəmə qeyd edir ki, cavabdeh imtinasının əsası kimi üçüncü şəxslərin istifadə hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığını qeyd etsə də, daha sonra bu məsəlyə üçüncü şəxslərin müraciət edəcəkləri təqdirdə baxılacağını bildirmişdir. Bundan başqa məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən bildirilmişdir ki, həmin şəxxlərə verilmiş “Torpaqdan müvəqqəti istifadə hüququna dair” şəhadətnamələrə dair məlumatlar qeydə alınmışdır. Bundan sonra DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi 22 iyun 2021-ci il tarixli məktubunda bildirmişdir ki, sözügedənşəhadətnamələrin arxiv nüsxələri aşkar edilməmiş, lakin şəhadətnamələrin cizgisi və nömrəsi elektron baza məlumatlarında öz əksini tapmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi izah etdi ki, həmin cizgilər barədə məlumatlar ləğv silinməsə, bələdiyyənin həmin torpaq sahələri üzərində sərəncam vermək hüququ məhdudlaşır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə mübahisəli torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması üçün qanunvericilikdə nəzərdə tutulmuş hər hansı məhdudiyyət və ya imtina üçün əsas mövcud deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nətıcəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir, Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. X15 adına DTXK tərəfindən verilmiş JN-5083 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 250 ha, X1 adına DTXK tərəfindən verilmiş JN-6496 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha, X6 adına DTXK tərəfindən verilmiş JN-6496 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 300 ha, X7 adına DTXK tərəfindən verilmiş JN-9424 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha və X4 adına DTXK tərəfindən verilmiş JN-5062 (kod ********) saylı icarə şəhadətnaməsində göstərilən 200 ha örüş otlaq sahəsinə aid məlumatların elektron bazadan silinməsi öhdəliyi cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ünvan 5 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar