Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-895/2024 22.02.2024 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədrliyi ilə, X4 Mövlətxan oğlunun katibliyi ilə İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “İddiaçı müharibə veteranı adının və vəsiqəsinin verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması” barədə iddiasına dair işə Sumqayıt İnzibati Məhkəməsinin inzibati binasında, inzibati məhkəmə icraatı qaydasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddiaçı, müharibə veteranı adının və müvafiq vəsiqəsinin üçün cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin N7 may 2023-cü il tarixli, 4/3-476N saylı məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı imtina ilə razılaşmayaraq hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia onunla əsaslandırılmışdır ki, xx.xx.N75-ci il təvəllüdlü İddiaçı 2N aprel N93cü il tarixdə Zəngilan rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək N saylı hərbi hissənin tərkibində, xx.xx.N93-cü il tarixdən xx.xx.N93-cü il tarixədək N saylı hərbi hissədə, xx.xx.N94-cü il tarixdə N saylı hərbi hissədə xx.xx.N97-ci il tarixdə N saylı - hərbi hissənin tərkibində xidmət keçmişdir. xx.xx.N94-cü il tarixdən xx.xx.N94-cü il tarixədək döyüşən ordunun tərkibində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında iştirak etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi İşlər İdarəsi Mərkəzi Arxivinin xx.xx.202N- ci il tarixli 9/2-N427 saylı arayışında xidməti barədə məlumat qeyd olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya «Müharibə Veteranı» adının və vəsiqəsinin verilməsi üçün müraciət etmişdir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyaya xx.xx.2023 - cü il tarixli,4/3N427- sayh məktubu ilə mənə imtina cavabı verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 saylı qərarına əsaslanaraq və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 6 yanvar N98-ci il tarixli 4 saylı əmri ilə qüvvəyə minmiş «Müharibə Veteranı»,«Silahlı Qüvvələr Veteranı» və «Əmək Veteranı» adlarının verilməsi qayda və şərtləri haqqında Əsasnamənin Silahlı Qüvvələrdə tədbiq edilməsi qaydalarına dair təlimastının N9N-ci il oktyabrın 9-dan N94-cü il mayın N0-dək döyüş əməliyyatları aparan hərbi hissə tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallar təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili İşlər və Milli Təhlükəsizlik Nazirliklərinin orqanları və ya hərbi hissələr tərəfindən verilmiş arayışlar) əsasında verilir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iştirak etmiş, iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh etirazında qeyd etmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr N95-ci il tarixli 2N6 №-li Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi və şərtləri haqqında» Əsasnamənin N-ci maddəsinə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-cİ ilin fevralın N-dən N94-cü ilin mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində-Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla) keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan(Seyİdlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu .Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığımmn yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara-müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar, əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı təsdiq edən başqa sənədlər əsasında verilir. Göründüyü kimi inzibati orqan və vətəndaş arasında yaranan və məcburetmə iddiası ilə nəticələnən inzibati hüquq münasibətin əsasını bilavasitə tənzim edən qüvvədə olan veteranlar haqqında qanunvericiliyin fakultativ deyil imperativ göstərişi şəxsin hərbi xidmət keçməsi və bunun qeyd olunan normanın dispozisiyasında əks edilmiş sənədlərdə əks edilməsidir. Hərbi xidmətkeçmə dedikdə isə şəxsin hərbi hissəyə daxil olması və hərbi hissədən qanuni əsaslarla ehtiyata buraxılmasıdır. Normanı ümumiləşdirərək qeyd etmək istəyir ki, şəxsə Müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün normanın dispozisiyasında göstərilən 2 zəruri şərtin gözlənilməsi inzibati orqan və nəticədə yaranan inzibati mübahisəyə baxan məhkəmə üçün imperativdir. N. Şəxsin keçməsi xidmət keçməsi. Hərbi xidmət keçmə məfhumu altında hərbi qulluqçunun hərbi hissə komandirinin müvafiq əmri İlə hərbi hissənin siyahısına daxil olması, hərbi xidmət müddətinin sona çatması ilə hərbi hissədən qanuni əsaslarla müvafiq əmrlə ehtiyata buraxılması.
2. Bunun müvafiq sənədlərdə əks edilməsi. Bu zaman zəruri sənədlər məfhumuna AR Nazirlər Kabinetinin 20N8-ci il 28 sentyabr tarixli Qərarı ilə qeyd olunan normaya edilmiş dəyişiklikdən sonra hərbi biletlə yanaşı hərbi hissənin nizami hissə üzrə əmrləri və ya arxiv arayışı da daxil edilmişdir. Qeyd olunan şərtlərin birinin və ya hər ikisinin mövcud olmaması şəxsə “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən İmtina edilməsi üçün əsasdır. İddia tələbinin təmin edilməsini İstisna edən faktiki əsasına gəldikdə isə qeyd etmək zəruridir ki, Mərkəzi Arxivin N fevral 202N-ci il tarixli 9/2-N427 nömrəli arayışına əsasən, iddiaçının qanunla müəyyən edilmiş qaydada hərbi xidməti tam başa vurmağı və qanuni əsaslarla ehtiyata buraxılmağı barədə məlumat mövcud deyildir. Bu səbəbdən də Müdafiə Nazirliyinin aparatı nəzdində Veteran adlannın və müvafiq vəsiqələrinin verilməsi üzrə Komissiya N7 mart 2023-cü il tarixli qərarı ilə əsaslı olaraq iddiaçıya “Müharibə veteranı" adı və vəsiqəsinin verilməsindən imtina edilmişdir. Cavabdeh etiraza əlavəsində qeyd etmişdir ki, xx.xx.N93-cü il tarixdə Zəngilan RHK-dan həqiqi hərbi xidmətə çağırılmış, N75-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il tarixli 82 №-li əmrilə (əsas: §-N2, sıra-6, səh-39) xx.xx.N93cü il tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara salınaraq "sıravi” hərbi rütbəsi verilmiş və “kursant” vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N93-cü il 85 №-li əmrində (əsas: §-7,sıra-NN, səh-2N, əmrdə adı “Raıb” yazılmışdır) xx.xx.N93-cü il tarixdə hərbi hissənin şəxsi heyətinin siyahsından, bütün növ təminatlardan çıxarılaraq avtomobil taborunun təlim komandirinin sərəncamına göndərilən gənc çağırışçıların siyahısında X3 adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin N7.0N N94-cü il tarixli N7 №-li əmrilə (əsas: §-2, sıra-N2, səh-3, əmrdə təvəllüdü “N76-cı il” yazılmışdır) Zəngilan RHK-nın çağırışçısı, N76cı il təvəllüdlü, sıravi İddiaçı Təmir taborundan Tank taboruna keçirilərək bütün növ təminatlara qoyulmuş və sürücü vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 220 №-li əmrində (əsas: §-2, sıra-26, səh-N20, əmrdə adı və atasının adı fərqli rəngli diyircəkli qələm və fərqli xətlə əmrə sonradan əlavə olunmuşdur) Təlim bölüyündən 4-cü MAT-a keçirilən hərbi qulluqçuların siyahısında İddiaçı adı qeyd olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 279 Ns-li əmrilə (əsas: §-N, bəna-q, sıra-3, səh-66) sıravi İddiaçı Təmir bölüyünün təmir manqasında mexanik vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli 299 №-li əmrilə (əsas: §-7, sıra-N, səh-N07) Təmir bölüyünün hərbi qulluqçusu, sıravi İddiaçı xx.xx.N94-cü il tarixdən xx.xx.N94-cü il tarixədək, qısa müddətli məzuniyyətə göndərilərək qazan təminatından çıxarılmışdır. Əvvəllər döyüş mövqeyni özbaşına tərk etmiş, Zəngilan RHK-nın çağırışçısı, N75-ci il təvəllüdlü, 5-ci motoatıcı taborun ştatdan kənar hərbi qulluqçusu, sıravi İddiaçı N Ne-li hərbi hissə komandirinin xx.xx.N96-cı il tarixli 44 №-li əmrilə (əsas: §-5, səh-N30, sıra-536) xx.xx.N96-cı il tarixdən şəxsi heyətin siyahısından çıxarılmışdır. Müdafiə Nazirliyinin Mərkəzi Arxivində olan N №-li hərbi hissə komandirinin apreldekabr N93-cü il, N №-li hərbi hissə komandirinin aprel-dekabr N93-cü il, N №-li hərbi hissə komandirinin N93-N94-cü il, fevral N97-ci il tarixli nizami hissə üzrə əmrlərində və hərbi hissənin şəxsi heyətinin əlifba qeydiyyatı kitablarında İddiaçı barəsində məlumat aşkar edilməmişdir. Qeyd edilənlərə əsasən iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdirlər. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Əsaslandırma hissəsi:
Məhkəmə hesab edir ki, iddia mümkün iddia olsada, əsaslı deyil və təmin edilməməlidir. Məhkəmə iddianın mümkünlüyü ilə bağlı qeyd edir ki, iddiaçı ona “Müharibə Veteranı” adı və vəsiqəsinin verilməsi ilə bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət etmişdir. Həmin orqan tərəfindən iddiaçının müraciəti təmin edilməmişdir. İddia öhdəliyin icrası hesab olunduğu və iddiaçının cavabdeh inzibati orqana müraciəti olduğu üçün, məhkəmə hesab edir ki, iddiaya mahiyəti üzrə baxılmalıdır. İddianın əsaslılığı ilə bağlı məhkəmə aşağıdakıları qeyd edir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar; Həmin Qanunun 7-ci maddəsinə əsasən, müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95-ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarı ilə təsdiq edilmiş Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda N88-ci il fevralın N-dən N94-cü il mayın N2-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin N94-cü il N2 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Xüsusi Rabitə və XN Xidməti, Azərbaycan Respublikasının Strateji X2 Agentliyi və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında müharibə veteranı adı verilir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi
qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin N95ci il 22 sentyabr tarixli 2N6 nömrəli qərarında dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 sentyabr 20N8-ci il tarixli, 422 №li qərarına əsasən “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin N-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə “hərbi biletlər” sözlərindən sonra “(hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda)” sözləri və “yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar” sözlərindən sonra “(döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda)” sözləri əlavə edilmişdir. “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin qeyd hissəsində göstərilmişdir ki, Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın N-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir. “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun N4-cü maddəsinə əsasən hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Qeyd edilən normaların tələbindən göründüyü kimi, müharibə veteranı adı verilməsi üçün hərbi biletdə göstərilən məlumatlar hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə təsdiq edilməli, hərbi qulluqçu qanuni əsaslarla hərbi xidmətdən təxris olunmalıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsində qeydiyyatda olan N75-ci il təvəllüdlü İddiaçı 22 aprel N93-cü il tarixdə müddətli həqiqi hərbi xidmətə çağırılmışdır. Hərbi vəzifəli R.C. Abdullayevin uçot kartasında xx.xx.N93-cü ildən xx.xx.N97-ci il tarixədə Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət keçməyi qeyd edilmişdir. Uçot kartasındakı məlumatlar R.C. Abdullayevə məxsus NZ№6N7N36N nömrəli hərbi biletdəki qeydlər əsasında yazılmışdır. (Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zəngilan rayon bölməsinin 3-43-64/2-832/2023 saylı, xx.xx.2023-cü tarixli məktubu) Arxiv arayışından görünür ki, Zəngilan RHK-dan çağırılmış, N75-ci il təvəllüdlü İddiaçı N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 82 №-li əmrilə (əsas: §N2, sıra-6, səh-39) "sıravi” hərbi rütbəsi verilməklə şəxsi heyətin siyahısına, bütün növ təminatlara salınmış, kursant vəzifəsinə təyin olunmuşdur. N №-li hərbi hissə komandirinin N aprel N93-cü il tarixli 85 №-li əmrilə (əsas: §7,sıra-NN, səh-2N, əmrdə adı Raib yazılmışdır) X5 şəxsi heyətin siyahısından, bütün növ təminatlardan çıxarılaraq avtomobil taborunun təlim komandirinin sərəncamına göndərilmişdir. Zəngilan RHK-dan çağırılmış, N76-cı il təvəllüdlü, sıravi İddiaçı N № li hərbi hissə komandirinin xx.xx.N94-cü il tarixli N7 №-li əmrilə (əsas: §2, sıra-N2, səh-3, əmrdə təvəllüdü N76-cı il yazılmışdır) tank batalyonunun bütün növ təminatlarına salınaraq sürücü vəzifəsinə təyin olunmuşdur. Qısa müddətli məzuniyyətə göndərilmiş sıravi İddiaçı N №-li hərbi hissə komandirinin N noyabr N94-cü il tarixli 299 №-li əmrilə (əsas: §7, sıra- N, səh-N07) qazan təminatından çıxarılmışdır. N №-li hərbi hissə komandirinin aprel-dekabr N93-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir. N №-li hərbi hissədə sonrakı xidmət dövrü qeyd edilmədiyindən və N №-li hərbi hissə komandiri tərəfindən xx.xx.N97-ci il tarixli 30N №-li əmr verilmədiyindən İddiaçı xidməti barədə əlavə araşdırma aparılması mümkün olmamışdır. Göründüyü kimi iddiaçının hərbi biletində qeydiyyat olsa da onun arxiv məlumatlarına görə qanuni əsaslarla ordu sıralarından təxris olunması müəyyən olunmur. Bu isə inzibati orqanın imtinası üçün əsas təşkil edir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, cavabdeh inzibati orqananın imtinası əsaslı olmuşdur və iddia rədd edilməlidir.
Nəticəvi hissə:
Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75, 85.N və NN0-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia rədd edilsin. Qərardan, tam formada təqdim edildiyi gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim İsmayıl Quliyev