Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-896/2020 30.04.2020 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Sumqayıt İnzibati Məhkəməsi, Sumqayıt İnzibati Məhkəməsinin hakimi Quliyev İsmayıl Rza oğlunun sədirliyi ilə, İsgəndərov Vüqar Mövlətxan oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “onun 1990-cı ilin iyun ayından 1991-ci ilin oktyabr ayına kimi Şuşa rayon könüllü özünümüdafiə dəstəsinin tərkibində torpaqların müdafiəsi uğrunda əsgər kimi Dağlıq Qarabağ və onun ətrafında baş vermiş hadisələrlə əlaqədar olaraq sərhəd bölgələrinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında, Qarabağın düşmən hücumundan qorunmasında fəal iştirak edən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması və Vətən uğrunda vuruşaraq xidmət etməsini nəzərə alaraq “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulmasına dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia qaldıraraq onun 1990-cı ilin iyun ayından 1991-ci ilin oktyabr ayına kimi Şuşa rayon könüllü özünümüdafiə dəstəsinin tərkibində torpaqların müdafiəsi uğrunda əsgər kimi Dağlıq Qarabağ və onun ətrafında baş vermiş hadisələrlə əlaqədar olaraq sərhəd bölgələrinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında, Qarabağın düşmən hücumundan qorunmasında fəal iştirak edən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması və Vətən uğrunda vuruşaraq xidmət etməsini nəzərə alaraq “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1970-ci ildə Ermənistan Respublikasının Əzizbəyov rayonunda anadan olmuşdur. 1988-1990-cı illərdə Sovet Ordusunda xidmət keçdikdən və ehtiyata tərxis olunduqdan sonra qaçqın kimi gəldikləri doğma Azərbaycanda 1990-cı ilin iyun ayından Şuşa şəhər Hərbi Komissarlığında qeydiyyata götürülərək 1990-cı ilin iyun ayından 1991ci ilin oktyabr ayına kimi Şuşa rayon könüllü özünümüdafiə dəstəsinin tərkibində torpaqların müdafiəsi uğrunda əsgər kimi Dağlıq Qarabağ və onun ətrafında baş vermiş hadisələrlə əlaqədar olaraq sərhəd bölgələrinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək onun düşmən hücumundan qorunmasında fəal iştirak edərək Azərbaycan Respblikasının ərazi bütövlüyünün qorunması uğrunda Vətən uğrunda vuruşmuşdur. Bunu onunla birlikdə vuruşmuş bütün şahidləri və əsgər yoldaşları da təsdiq edə bilərlər və əlində olan bütün sübutlar bunu bir daha təsdiq edir. Şuşa rayon məhkəməsinin xx xxxxxx 2018-ci il tarixli qətnamsə ilə onun 1990-cı ilin iyun ayından 1991-ci ilin oktyabr ayına kimi Şuşa rayon könüllü özünümüdafiə dəstəsinin tərkibində torpaqlarımızın müdafiəsi uğrunda əsgər kimi Dağlıq Qarabağ və onun ətrafında baş vermiş hadisələrlə əlaqədar olaraq sərhəd bölgələrinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək onun düşmən hücumundan qorunmasında fəal iştirak edərək Azərbaycan Respblikasının ərazi bütövlüyünün qorunması uğrunda Vətən uğrunda vuruşma faktı təsdiq və müəyyən edilmişdir. Sonradan məhkəmələr müharibə veteranı vəsiqəsinin və adının verilməsi üçün aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etməyi izah etmişlər. İddiaçı,müvafiq sənədlərlə birlikdə ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi ilə əlaqədar rəsmi ərizə ilə Cavabdeh1nə və Azərbaycan Respublikası Müddafıə Nazirliyinə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Müddafıə Nazirliyi Şəxsi Heyət Baş İdarəsi Müdafiə Nazirliyinin aparatı nəzdində veteran adlarının və müvafiq vəsiqələrinin verilməsi üzrə komissiyanın məktubuna əsasən, ona “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsi məqsədəuyğun hesab olunmamış, qeyd olunan məsələ ilə əlaqədar ərazi üzrə İnzibati Məhkəməyə müraciət olunması məsləhət görülmüşdür. Eyni cavabı Cavabdeh1 də vermişdir. Hal-hazırda, iddiaçıya “Müharibə Veteranı” adının və vəsiqəsinin verilməsinə ehtiyacı vardır. Bu barədə Azərbaycan Respublikası Müddafıə Nazirliyinə və Cavabdeh1nə müraciət etsə də orada bunu etməkdən imtina etdilər. Azərbaycan Respublikası Müddafıə Nazirliyi və Cavabdeh1 müraciətlərinə cavab olaraq aidiyyəti üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Ona görə də, iddiaçı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iddia ərizəsini və ona əlavə olunmuş sənədləri araşdıraraq, iddianın mümkünlüyünü yoxlayaraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. İddiaçı onun 1990-cı ilin iyun ayından 1991-ci ilin oktyabr ayına kimi Şuşa rayon könüllü özünümüdafiə dəstəsinin tərkibində torpaqların müdafiəsi uğrunda əsgər kimi Dağlıq Qarabağ və onun ətrafında baş vermiş hadisələrlə əlaqədar olaraq sərhəd bölgələrinin müdafiəsi uğrunda gedən döyüş əməliyyatlarında, Qarabağın düşmən hücumundan qorunmasında fəal iştirak edən Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması və Vətən uğrunda vuruşaraq xidmət etməsini nəzərə alınaraq “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsini istəyir və cavabdeh inzibati orqanlar kimi Cavabdeh1 və Azərbaycan Respublikası Müdafiə Nazirliyini göstərir. Lakin iddiaçının qeyd etdiyi əsaslarla müharibə veteranı statusu verən orqan isə Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətidir. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnaməyə əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia mümkün hesab edilməməlidir. İddiaçıya izah olunsun ki, Şuşa rayon könüllü özünümüdafiə dəstəsinin tərkibində iştirakı ilə əlaqədar müharibə veteranı adının verilməsi ilə bağlı Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qanunvericilikdə nəzərdə tutulmuş formada müraciət edə bilər. Cavabdeh inzibati orqan istənilən inzibati aktı qəbul etməkdən imtina edərsə 30 gün müddətində, hərəkətsizlik göstərərsə müraciətdən 35 gün sonra cavabdehin yerləşdiyi müvafiq məhkəmədə məcburetmə haqqında iddia qaldıra bilər. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim İsmayıl Quliyev
Məhkəmə qərarları › İş №2-1(118)-896/2020
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-896/2020
30.04.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver