Məhkəmə qərarları › İş №2-1(118)-896/2023

Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-896/2023

16.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-896/2023 16.02.2023 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X1 Ramiz qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazilrliyinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 13 dekabr 2019-cu il tarixli 14/A-112/175-019/23 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi və şikayət ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsinin mümkünlüyünü Sumqayıt şəhəri, Sülh prospekti, 70 ünvanında yerləşən məhkəmənin binasında açıq məhkəmə iclasında yoxlayaraq, MÜƏYYƏN ETDİ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazilrliyinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 13 dekabr 2019-cu il tarixli 14/A-112/175-019/23 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi və şikayət əriəsinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarizli qərardadı ilə iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı məhkəmə qərarının icra edilməməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Dövlət nəzarəti şöbəsinə ərizə ilə müraciət etmişdir. Həmin şöbə tərəfindən ərizə xx.xx.2019-cu il tarixli 14/A-112/175-019/23 saylı məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilmişdir. Lakin cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən ərizəyə cavab verilməməsi təmin edilməmişdir. Bununla bağlı iddiaçı cavabdehin ərizəyə cavab verməməsinin qanunsuz və əsassız hesab edilməsi və ərizəyə cavab verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən dəfələrlə məhkəmə iclası təyin edilmişdir. Bundan başqa iddiaçıya hüquqi yardım göstərilərək hüquqi marağının nədən ibarət olmasını dəqiqləşdirmək və şikayət ərizəsinin surətini məhkəməyə göndərmək təklif edilmişdir. Həmin məktublar və bildirişlər iddiaçı tərəfindən alınmasına baxmayaraq cavablandırılmamışdır. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Belə ki, iddia ərizəsi və əlavə edilmiş sənədlərdən ümumiyyətlə hansı məhkəmə qərarından söhbət getdiyi, iddiaçının hüquqi marağının nədən ibarət olmasının müəyyən edilməsi mümkün deyildir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki iddia tələbi ilə çıxış etməsi üçün qanuni əsaslar mövcud deyildir, yəni iddiaçının hüquqlarının və qanunla qorunan maraqların cavabdeh tərəfindən pozulması halının baş verdiyi sübuta yetirilmir. Bu isə qaldırılmış iddianın inzibati məhkəmə icraatı qaydasında baxılmasını mümkünsüz edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 saylı Qərarında qeyd edilir ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə qarşı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazilrliyinin Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının 13 dekabr 2019-cu il tarixli 14/A-112/175-019/23 saylı məktubu ilə cavabdeh orqana göndərilən şikayət ərizəsinə cavab verilməməsinin qanunsuz və əsassız hesab edilməsi və şikayət ərizəsinə cavab verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddia ərizəsi mümkün sayılmasın. Qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində ondan Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar