Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(118)-897/2021 23.07.2021 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mirzəyeva Leyla Eytibar qızının sədrliyi, Davudova Nigar Şaban qızının katibliyi, Üçüncü şəxs X7 nümayəndəsi və vəkili X8 iştirakı ilə, İddiaçı Xaçmaz Regional Ədliyyə İdarəsinin cavabdeh Qusar rayonu Quxuroba bələdiyyəsinə qarşı “Xaçmaz Regional Ədliyyə İdarəsinin 23.02.2021-ci il tarixdə 04/İ-66/2 saylı təklif məktubunun təmin edilməməsi barədə bələdiyyənin 02.03.2021-ci il tarixli, 03 saylı iclasının qərarının ləğv edilməsi, vətəndaşlar Rauf Abdurzayev və Gülyaz Abdurzayevanın hər birinə (bir-biri ilə yanaşı) fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,12 ha torpaq sahəsinin ayrılması barədə Quxuroba bələdiyyəsinin 10.04.2007-ci il tarixli, 04 saylı qərarının etibarsız hesab edilməsi, vətəndaşların mülkiyyətlərinə ayrılmış 0.24 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması” tələbinə dair iddiasının mümkünlüyünü inzibati məhkəmə icraatı qaydasında yoxlayaraq, müəyyən etdi: İddiaçı Xaçmaz Regional Ədliyyə İdarəsi cavabdeh Qusar rayonu Quxuroba bələdiyyəsinə qarşı iddia qaldıraraq “Xaçmaz Regional Ədliyyə İdarəsinin 23.02.2021-ci il tarixdə 04/İ-66/2 saylı təklif məktubunun təmin edilməməsi barədə bələdiyyənin 02.03.2021-ci il tarixli, 03 saylı iclasının qərarının ləğv edilməsi, vətəndaşlar Rauf Abdurzayev və Gülyaz Abdurzayevanın hər birinə (bir-biri ilə yanaşı) fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,12 ha torpaq sahəsinin ayrılması barədə Quxuroba bələdiyyəsinin 10.04.2007-ci il tarixli, 04 saylı qərarının etibarsız hesab edilməsi, vətəndaşların mülkiyyətlərinə ayrılmış 0.24 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması” tələbinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sevil İsabəyovanın ailəsinin istifadəsində olan torpaq sahəsinin Qusar rayonu Quxuroba bələdiyyəsi tərəfindən başqa şəxslərə satılması barədə Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin Katibliyindən daxil olmuş müraciəti Xaçmaz Regional Ədliyyə İdarəsində araşdırılmışdır. Şikayətçinin həyat yoldaşı İsabəyov Elxan Əmirbəy oğlunun eyni məzmunlu müraciətinin 2019-cu ildə regional ədliyyə idarəsi tərəfindən araşdırılmasının nəticəsi ilə bağlı regional ədliyyə idarəsi tərəfindən hüquqları izah edilməklə, vətəndaşa cavab verilmişdir. Təqdim edilmiş arayış və sənədlər öyrənilərkən müəyyən olunmuşdur ki, Quxuroba bələdiyyəsinin 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarına əsasən Quxuroba kəndi ərazisindən hər birinə (bir-biri ilə yanaşı) 0,12 ha olmaqla ümumilikdə 0.24 ha torpaq sahəsi fərdi yaşayış evinin tikintisi məqsədi ilə, vətəndaşlar Rauf Abdurzayev və Gülyaz Abdurzayevanın mülkiyyətlərinə qanunsuz satılmışdır. Araşdırma zamanı R.Abdurzayevə və G.Abdurzayevaya 0.24 ha torpaq sahəsi ayrılan zaman Qusar rayon İcra Hakimiyyətinin Memarlıq Xidmətinin rəyinin alınmadığı və torpağın dəyəri bələdiyyə büdcəsinə ödənilmədən qərar qəbul edildiyindən Quxuroba bələdiyyəsinin 10.04.2007-ci il tarixli 04 saylı qərarı Bələdiyyələrlə iş mərkəzinin təklifi əsasında Quxuroba bələdiyyəsinin 09 avqust 2019-cu il tarixli 08 nömrəli qərarı ilə ləğv edilmişdir. Bundan sonra R.Abdurzayev və G.Abdurzayeva Bələdiyyələrlə iş mərkəzinin təklifi əsasında onlara torpaq sahəsinin satılması ilə bağlı Quxuroba bələdiyyəsinin 10.04.2007-ci il tarixli 04 saylı qərarının ləğv edilməsi barədə bələdiyyənin 09.08.2019-cu il tarixli 08 saylı qərarının ləğv edilməsi tələbi ilə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmış, iddia təmin edilərək 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarın ləğv edilməsi barədə Qusar rayonu Quxuroba bələdiyyəsinin 09 avqust 2019-cu il tarixli 08 saylı qərarı məhkəmənin 28.02.2020-ci il tarixli qərarı ilə ləğv edilmişdir. Quxuroba bələdiyyəsi tərəfindən məhkəmənin qərarından apellyasiya şikayəti verilməmişdir. X14 (3-cü şəxs qismində) Sumqayıt İnzibati Məhkəməsinin 28.02.2020-ci il tarixli qərarından verdiyi apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsində baxılmış, onun 3-cü şəxs qismində prosesdə iştirakına xitam verilmiş, apellyasiya şikayəti mümkün sayılmayaraq şikayətin qəbulundan imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi də həmin qərarı qüvvədə saxlamışdır. Qeyd olunur ki, apellyasiya məhkəməsinin qərarında E.İsabəyovun torpaq sahəsini qanunsuz istifadə etdiyi, bu torpaq sahəsi üzərində hüquqlarının olmaması əsas götürülərək şikayət mümkün sayılmamışdır. Hazırkı müraciətin araşdırılması zamanı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Xaçmaz Regional Ədliyyə İdarəsinə verilmiş 16.02.2021-ci il tarixli məlumatda R.Abdurzayev və G.Abdurzayevaya fərdi yaşayış evinin tikintisi məqsədi ilə ayrılmış torpaq sahələrinin bələdiyyə mülkiyyətinə aid örüş sahəsi olduğu bildirilmişdir. Bu səbəbdən Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən Quxuroba bələdiyyəsinin 10.04.2007-ci il tarixli 04 saylı qərarının ləğv edilməsi barədə bələdiyyəyə yenidən təklif verilməsi məsələsinə münasibət bildirilməsi ilə bağlı X10 müraciət edilmişdir. Bələdiyyələrlə iş Mərkəzi tərəfindən bələdiyyə mülkiyyətinə aid vətəndaşlara ayrılmış torpaq sahəsinin örüş təyinatlı olması və satış predmeti olmaması səbəbindən bu torpaq sahəsinin satılması barədə bələdiyyə qərarının ləğv edilməsi üçün təklif verilməsi, həmçinin buraxılmış müddətin bərpası, məlum olmuş yeni hallarla bağlı Sumqayıt inzibati Məhkəməsinin 28.02.2020-ci il tarixli qərarından bələdiyyə tərəfindən apellyasiya şikayətinin verilməsinin təmin edilməsi barədə Xaçmaz Regional Ədliyyə İdarəsinə məktub göndərilmişdir. Qeyd olunanları nəzərə alaraq Quxuroba bələdiyyəsinin 10.04.2007-ci il tarixli 04 saylı qərarının ləğv ediİməsi, həmçinin buraxılmış müddətin bərpası, məlum olmuş yeni hallarla bağlı Sumqayıt İnzibati Məhkəməsinin 28.02.2020-ci il tarixli qərarından bələdiyyə tərəfindən apellyasiya şikayətinin verilməsinin təmin edilməsi barədə bələdiyyəyə 23.02.2021-ci il tarixdə Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən yenidən təklif məktubu göndərilmişdir. Lakin Qusar rayonu Quxuroba bələdiyyəsi tərəfindən qeyd olunan təklif bələdiyyənin 02.03.2020-ci il tarixli 03 saylı iclasında müzakirəyə çıxarılmış və R.Abdurzayev və G.Abdurzayevaya 0.24 ha torpaq sahəsinin satılması ilə bağlı Quxuroba bələdiyyəsinin 10.04.2007-ci il tarixli 04 saylı qərarının ləğv edilməsi barədə bələdiyyənin 09.08.2019-cu il tarixli 08 saylı qərarının ləğv edilməsi tələbinə dair iddiası Sumqayıt İnzibati Məhkəməsinin 28.02.2020-ci il tarixli qərarı ilə ləğv edildiyindən, həmçinin mübahisəli məsələ ilə bağlı Sumqayıt Apelyasiya Məhkəməsinin və Azərbaycan Respublikası Ali Məhkəməsinin qanuni qüvvəyə minmiş qərarları olduğundan təklif təmin edilməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkməyə ərizə ünvanlayaraq işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Cavabdehin iddiaya qarşı yazılı münasibətində qeyd edilmişdir ki, X11 2015-ci ilin yanvar ayından Qusar rayonu X19 sədri vəzifəsində işləyir. Bələdiyyə sədri vəzifələrinin icrasına başladıqdan sonra o bələdiyyə üzvləri ilə birlikdə X19 balansında olan torpaq sahələrinin monitorinqini keçirmişdir. Məlum olmuşdur ki, iddiaçılar X9 və X3 Qusar rayonu X19 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarı ilə hərəsinə 0,12 ha, cəmi 0,24 ha həyətyanı torpaq sahələri satılmışdır. Onlara satılmış həmin cəmi 0,24 ha həyətyanı torpaq sahələri, habelə Qusar rayonu X19 mülkiyyətində olan daha 2,0 hektara yaxın torpaq sahəsi faktiki olaraq Qusar rayonu Quxur Oba kənd sakini İsabəyov Elxan Əmirbəy oğlu tərəfindən qanunsuz olaraq zəbt edilərək istifadə olunur. İsabəyov Elxan Əmirbəy oğlu tərəfindən qanunsuz istifadə olunan həmin 2,0 hektardan artıq torpaq sahəsinin 1,5 ha hissəsi Qusar rayonu X24 tərəfindən 07 yanvar 2014-cü il tarixdə İsabəyov Elxan Əmirbəy oğlunun həyat yoldaşı X4 cəmi 11 aylıq icarəyə verilmiş, icarə müddəti 2014-cü ilin sonunda başa çatmışdır. İcarə müddəti 2014-cü ilin sonunda başa çatdıqdan sonra həmin 1,5 ha torpaq sahəsi Qusar rayonu X24 tərəfindən bir daha İsabəyov Elxan Əmirbəy oğlunun və ya ailə üzvlərinin icarəsinə verilməmişdir. Lakin bu günədək İsabəyov Elxan Əmirbəy oğlu həm Qusar rayonu X21 məxsus həmin 1,5 ha torpaq sahəsini, həm də X9 və X3 Qusar rayonu X19 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarı ilə hərəsinə satılmış 0,12 ha, cəmi 0,24 ha həyətyanı torpaq sahələrinin zəbt edərək qanunsuz istifadə etməkdə davam edir. 2015-ci ilin yanvarından X24 tərəfindən İsabəyov Elxan Əmirbəy oğlu və ailə üzvləri ilə torpaq icarə müqaviləsi bağlanmamışdır. X12 və X1 Rayon Məhkəməsində cavabdeh İsabəyov Elxan Əmirbəy oğluna qarşı Qusar rayonu X19 10 aprel 2007-ci il tarixli qərarlarına əsasən onlara Qusar rayonunun Quxur Oba kəndi ərazisindən satılmış hərəsinə 0,12 ha olmaqla, cəmi 0,24 ha həyətyanı torpaq sahələrindən çıxarılmasına dair iddia qaldırmışlar. Həmin işə Qusar Rayon Məhkəməsində baxılarkən İsabəyov Elxan Əmirbəy oğlu həmin torpaq sahələrinin iddiaçılara guya qanunsuz satılması barədə Ədliyyə Nazirliyinin X10 və Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə şikayət etmiş, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi Qusar rayonu X21 yazılı təklif göndərərək X9 və X3 Qusar rayonunun Quxur Oba kəndi ərazisindən hərəsinə 0,12 ha həyətyanı torpaq sahələrinin satılması barəsində olan X19 10 aprel 2007-ci il tarixli qərarlarının ləğv edilməsini bizdən tələb etmişdir. Qusar rayonu X24 də öz növbəsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin bu təklifinə əsasən 09 avqust 2019-cu il tarixli 08 nömrəli qərar qəbul edərək X9 və X3 Qusar rayonunun Quxur Oba kəndi ərazisindən hərəsinə 0,12 ha həyətyanı torpaq sahələrinin satılması barəsində olan X19 10 aprel 2007-ci il tarixli qərarlarını ləğv etmişdir. X12 və X1 rayonu X19 09 avqust 2019-cu il tarixli 08 nömrəli qərarını qanunsuz hesab edərək həmin qərarın məhkəmə qaydasında ləğv edilməsinə dair Qusar rayonu X13rşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 138/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərarına əsasən Qusar rayonu X19 09 avqust 2019-cu il tarixli 08 nömrəli qərarı ləqv edilmiş. Qusar rayonu X24 tərəfindən X9 və X3 hərəsinə 0,12 ha həyətyanı torpaq sahələrinin satılması barədə olan 10 aprel 2007-ci il tarixli qərarların qanuni olmasını təsdiq etmişdir. Həmin işdə üçüncü şəxs kimi iştirak edən İsabəyov Elxan Əmirbəy oğlu Sumqayıt İnzibati Məhkəməsinin 2- 1(118)-138/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-291/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərardadı ilə İsabəyov Elxan Əmirbəy oğlunun Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-138/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamışdır. İsabəyov Elxan Əmirbəy oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-291/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərardadından Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayətini vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-293/2021 saylı, 13 yanvar 2021-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-291/2020 saylı, 04 noyabr 2020- ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Belə bir vəziyyətdə iddiaçı Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin 23 fevral 2021-ci il tarixdə təzədən Qusar rayonu X21 təklif göndərərək X9 və X3 həyətyanı torpaq sahələrinin satılması barədə olan X19 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarının ləğv edilməsini tələb etməsini əsassız hesab edirlər. Belə ki, Qusar rayonu X24 tərəfindən həmin qərarlar Bələdiyyənin 09 avqust 2019-cu il tarixli 08 nömrəli qərarı ilə bir dəfə ləğv olunmuşdur. Lakin Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-138/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərarına əsasən Qusar rayonu X19 09 avqust 2019-cu il tarixli 08 nömrəli qərarı ləğv edilmiş, X9 və X3 həyətyanı torpaq sahələrinin satılması barədə olan X19 10 aprel 2007-ci il tarixli 4 nömrəli qərarlarının düzgünlüyü təsbit edilmişdir. Ona görə də Qusar rayonu X19 02.03.2021-ci il tarixli iclas qərarına əsasən Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin 23 fevral 2021-ci il tarixli təklifi təmin edilməmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat veriməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə iclasında içtirak edən üçüncü şəxs X7 nümayəndəsi və vəkili X17 izahatında bildirdi ki, X12 və X1 Rayon Məhkəməsində cavabdeh İsabəyov Elxan Əmirbəy oğluna qarşı Qusar rayonu X19 10 aprel 2007-ci il tarixli qərarlarına əsasən onlara Qusar rayonunun Quxur Oba kəndi ərazisindən satılmış hərəsinə 0,12 ha olmaqla, cəmi 0,24 ha həyətyanı torpaq sahələrindən çıxarılmasına dair iddia qaldırmışlar. Onlar Qusar Rayon Məhkəməsində cavabdeh İsabəyov Elxan Əmirbəy oğluna qarşı torpaq sahələrindən çıxarılması barədə iddia qaldırdıqdan sonra İsabəyov Elxan Əmirbəy oğlu həmin torpaq sahələrinin guya onlara qanunsuz satılması barədə Ədliyyə Nazirliyinin X10 və Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinə şikayət etmiş, Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi isə Qusar rayonu X21 göstəriş verərək X9 və X3 Qusar rayonunun Quxur Oba kəndi ərazisindən hərəsinə 0,12 ha həyətyanı torpaq sahələrinin satılması barəsində olan Qusar rayonu X19 10 aprel 2007-ci il tarixli qərarlarının ləğv edilməsini tələb etmişdir. Qusar rayonu X24 də öz növbəsində Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzinin bu qanunsuz təklif-göstərişinə əsasən 09 avqust 2019-cu il tarixli 08 nömrəli qərar qəbul edərək iddiaçılar X9 və X3 Qusar rayonunun Quxur Oba kəndi ərazisindən hərəsinə 0,12 ha həyətyanı torpaq sahələrinin satılması barəsində olan Qusar rayonu X19 10 aprel 2007-ci il tarixli qərarlarını ləğv etmişdir. Onlar Qusar rayonu X19 09 avqust 2019-cu il tarixli 08 nömrəli qərarını qanunsuz hesab edirək həmin qərarın məhkəmə qaydasında ləğv edilməsinə dair Qusar rayonu X13rşı Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldırmışlar. Həmin iddiaya baxılarkən İsabəyov Elxan Əmirbəy oğlu işə üçüncü şəxs kimi cəlb olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 138/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərarına əsasən Qusar rayonu X19 09 avqust 2019-cu il tarixli 08 nömrəli qərarı ləğv edilmiş, Qusar rayonu X24 tərəfindən iddiaçılara hərəsinə 0,12 ha həyətyanı torpaq sahələrinin satılması barədə olan 10 aprel 2007-ci il tarixli qərarların qanuni olmasını təsdiq etmişdir. Cavabdeh Qusar rayonu X24 tərəfindən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-138/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilməmişdir. Eləcə də, onlara torpaq sahələrinin satılması barədə olan 10 aprel 2007-ci il tarixli qərarlarının ləğv edilməsinin təşəbbüskarları olan Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi və Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən də Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-138/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayətini verilməmişdir. Lakin işdə üçüncü şəxs kimi iştirak edən İsabəyov Elxan Əmirbəy oğlu Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 138/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərarından Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti vermişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-291/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərardadı ilə İsabəyov Elxan Əmirbəy oğlunun Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-13 8/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərarından verdiyi apellyasiya şikayəti mümkün sayılmamışdır. İsabəyov Elxan Əmirbəy oğlu Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1 (105)- 291/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərardadından Azərbaycan Respublikasının Ali Məhkəməsinə kassasiya şikayətini vermişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-l(102)-293/2021 saylı, 13 yanvar 2021-ci il tarixli qərarına əsasən Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)- 291/2020 saylı, 04 noyabr 2020-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılaraq İsabəyov Elxan Əmirbəy oğlunun kassasiya şikayəti təmin edilməmişdir. Bununla da Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-138/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərarı qanuni qüvvəyə minmişdir. Həmin qərara əsasən Qusar rayonu X24 tərəfindən ona və X3 hərəsinə 0,12 ha həyətyanı torpaq sahələrinin satılması barədə olan 10 aprel 2007-ci il tarixli qərarların qanuniliyi təsdiq edilmişdir. Qusar rayonu X24 tərəfindən ona və X3 hərəsinə 0,12 ha həyətyanı torpaq sahələrinin satılması barədə olan 10 aprel 2007-ci il tarixli qərarların qanuniliyini təsdiq edən Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)- 138/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərarı qüvvədə olduğundan həmin qərarların məhkəmə qaydasında etibarsız hesab edilməsi haqqında Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsi tərəfindən yenidən iddianın qaldırılması yolverilməzdir. İddiaçı Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin həmin iddianı irəli sürməsinə qanun icazə vermir. İddiaçı yalnız qanunla müəyyənləşdirilmiş müddətlərdə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-13 8/2020 saylı, 28 fevral 2020-ci il tarixli qərarını öz maraqlarına toxunan qərar hesab edərək apellyasiya qaydasında mübahisələndirməkdə haqlı ola bilərdi. Sonda üçüncü şəxsin nümayəndəsi iddianın təmin edilməməsini məhkəmədən xahiş etdi. Digər üçüncü şəxs X5 məhkəmə iclasına gəlməmiş, məhkəməyə ərizə ünvanlayaraq işə onun iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddiaya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün sayılmamalıdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçı: -Xaçmaz Regional Ədliyyə idarəsinin 23.02.2021-ci il tarixli 04/İ-66/2 saylı təklif məktubunun təmin edilməməsi barədə bələdiyyənin 02.03.2021-ci il tarixli, 03 saylı iclasının qərarının ləğv edilməsini; -vətəndaşlar Rauf Abdurzayev və Gülyaz Abdurzayevanın hər birinə (bir-biri ilə yanaşı) fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,12 ha torpaq sahəsinin ayrılması barədə Quxuroba bələdiyyəsinin 10.04.2007-ci il tarixli, 04 saylı qərarının etibarsız hesab edilməsini; -vətəndaşların mülkiyyətlərinə ayrılmış 0.24 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının hazırki iddiasının əsasını Quxuroba bələdiyyəsinin 10.04.2007-ci il tarixli, 04 saylı qərarının ləğvi təşkil edir. Onun digər tələbləri də məhz həmin qərarın ləğvinin nəticələri ilə bağlıdır. Belə ki, iddiaçının məhkəmədə mübahisələndirdiyi 10.04.2007-ci il tarixli qərar bələdiyyə tərəfindən 09.08.2019-cu il tarixdə ləğv edilmişdir. X12 və X2 rayon Quxuroba bələdiyyəsinə qarşı bələdiyyənin həmin qərarının ləğvi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmışlar. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-138/2020 saylı, 28.02.2020-ci il tarixli qərarı ilə iddia təmin edilmiş, iddiaçılar X9 və X3 0,12 ha torpaq sahəsinin satılması barədə Qusar rayonu Quxuroba bələdiyyəsinin 09 avqust 2019cu il tarixli 08 saylı qərarının ləğv edilməsi qərara alınmışdır. Sözügedən qərarda məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, bələdiyyələr başqa şəxslərin hüquqlarına toxunan qərarlarını ləğv etmək səlahiyyətlərinə malik deyillər. Quxuroba bələdiyyəsinin qanunun tələblərini pozmaqla qəbul etdiyi mübahisə predmeti olan qərar iddiaçının hüquqlarını pozduğundan Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanununun 48-ci maddəsinin 2-ci bəndini və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 yanvar 2010-cu il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyi nəzərə alan məhkəmə hesab edir ki, Quxuroba bələdiyyəsinin qərarı qanunsuz inzibati aktdır və ləğv olunmalıdır. Eyni zamanda həmin qərarda qeyd edilmişdir ki, iş üzrə iddiaçılar Quxuroba bələdiyyəsinə qeyd edilən Qanunun etimad prinsiplərinə əsaslanaraq Quxuroba bələdiyyəsinə müraciət edərək, torpaq sahələri əldə etmişdirlər və sonradan Quxuroba bələdiyyəsi həmin torpaq sahələrinin ayrılmasına dair verdiyi qərarını ləğv etmişdir. Hesab olunur ki, Quxuroba bələdiyyəsinin 09 avqust 2019-cu il tarixli 08 saylı qərarı qeyd olunan prinsip baxımından qanunsuzdur. Bundan başqa qərarda qeyd olunmuşdur ki, Quxuroba bələdiyyəsi İsabəyov Elxan Əmirbəy oğlu ilə qeyd olunan torpaq sahələri ilə bağlı 17 dekabr 2014-cü ildə icarə müqaviləsi bağlamışdır. Bu isə ona dəlalət edir ki, Quxuroba bələdiyyəsi həmin torpaq sahəsinə dair qəbul etdiyi aktın əlverişsiz olmasından məlumatlı olmuşdur. İddia olunan qanun pozuntusu ilə qəbul edilmiş qərarın 5 ildən sonra ləğv edilməsi qanunvericiliyin tələbləri baxımından yolverilməzdir. Belə ki, “İnzibati icraat haqqında”Azərbaycan Respublikası Qanununun 67.11 və 68.4-cü maddələrində istər qanuni, istərsədə qanunsuz qərarların ləğv edilməsi üçün 1 illik iddia müddəti nəzərdə tutulur. Beləliklə yuxarıda adı qeyd olunan məhkəmə qərarı ilə bələdiyyənin sözügedən qərarına hüquqi qiymət verilmiş, bələdiyyənin mübahisələndirilən 10.04.2007-ci il tarixli qərarının bələdiyyə tərəfindən 09.08.2019-cu il tarixli qərarla ləğv edilməsi qanunsuz hesab edilmişdir. İddiaçı sözügedən məhkəmə qərarının olmasına baxmayaraq, yenidən 10.04.2007-ci il tarixli qərarın bələdiyyə tərəfindən ləğv edilməsini tələb etmişdir. Bu zaman iddiaçı məhkəmə aktı ilə müəyyən olunmuş halın yenidən araşdırılmasının yol verilməzliyi ilə bağlı qanunvericiliyin tələbini nəzərə almamışdır. A.Kərimov və qeyrilərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 iyul 2019-cu il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 13 may 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki qərarlarında formalaşdırdığı hüquqi mövqeyini təsdiqləyərək qeyd edir ki, qanuni qüvvəyə minmiş məhkəmə aktı özündə mübahisələndirilən maddi hüququn, yaxud belə hüquqa əsaslanan faktın mövcud olub-olmamasını qəti surətdə müəyyənləşdirir və səlahiyyətli şəxsin tələbi ilə hər hansı qeyd-şərt qoyulmadan onların həyata keçirilməsini ehtiva edir. Məhz bu baxımdan prosessual qanunvericilikdə nəzərdə tutulmuş bütün müdafiə vasitələri istifadə edildikdən sonra qanuni qüvvəyə minmiş məhkəmə aktı təkzibolunmazlıq, müstəsnalıq və məcburilik kimi hüquqi xüsusiyyətlərə malikdir (C.İsmayılzadənin şikayəti üzrə 2014-cü il 6 iyun tarixli Qərar). Məhkəmə qərarının preyudisiallığı prinsipi də qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə müəyyənləşdirilmiş faktların və hüquq münasibətlərinin işdə iştirak edən şəxslər tərəfindən yenidən mübahisələndirilməsinin, məhkəmə üçün isə onların başqa prosesdə araşdırılmasının və təkzib edilməsinin mümkünsüzlüyünü ehtiva edir. Preyudisiallıq məhkəmə aktının qanuni qüvvəsinin təkzibedilməzliyi, müstəsnalığı və məcburiliyi kimi keyfiyyət göstəricilərini özündə ehtiva edir. Preyudisiya institutu məhkəmə aktlarına yenidən baxılmasının qarşısının alınmasına, məhkəmə təcrübəsində eyniliyin, sabitliyin və hüquqi müəyyənliyin təmin edilməsinə yönəlmişdir (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 82.3-cü maddəsinin şərh edilməsinə dair” 2016-cı il 23 fevral tarixli Qərarı). Hüquqi müəyyənlik prinsipi baxımından eyni predmet üzrə qanuni qüvvəyə minmiş fərqli məhkəmə qərarlarının olması nəticədə məhkəmə aktlarının icrası prosesini mümkünsüz və səmərəsiz edir (Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin şikayəti üzrə 2020-ci il 14 fevral tarixli Qərarı). Bundan əlavə məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən Qusar rayon Quxuroba bələdiyyəsinin 10.04.2007-ci il tarixli, 04 saylı qərarının mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmşüdür. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarında qeyd edilir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Məhkəmələr ilk növbədə iddiaçının həmin tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub- olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub- olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar, iddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. Hazırki işdə iddiaçının bələdiyyənin sözügedən qərarının ləğv edilməsinə dair iddiası inzibati aktın ləğvi ilə bağlı olmaqla Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia növünə aiddir. Həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Göründüyü kimi mübahisləndirmə haqqında iddialara baxılması üçün prosessual qanunvericilikdə müəyyən şərtlər nəzərdə tutulmuşdur ki, bu şərtlərə əməl olunmadan məhkəmədə iddia qaldırılması həmin iddiaya baxılmasının mümkünsüzlüyünə səbəb olur. Buna görə də qeyd edilən iddia növünün şərtlərinə uyğun olaraq məhkəmə müddət məsələsinə münasibət bildirilməsini zəruri hesab edir və hesab edir ki, hazırki işdə iddianın qaldırılması üçün qanunvericilikdə nəzərdə tutulmuş iddia müddəti ötürülmüşdür. Belə ki, iş materiallarına əlavə edilmiş, habelə yuxarıda da adı qeyd olunan məhkəmə qərarlarından göründüyü kimi iddiaçının sözügedən bələdiyyə qərarlarından həmin qərarla bağlı digər məhkəmə mübahisələrinin gedişatında məlumatı olmamış, lakin buna baxamayaraq həmin qərarı qanunvericilikdə müəyyən edilmiş müddət ötürülməklə məhkəmədə mübahisələndirmişdir. Məhkəmə iddianın 04 saylı qərarının etibarsız hesab edilməsi, vətəndaşların mülkiyyətlərinə ayrılmış 0.24 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması hissəsinə münasibətdə qeyd edir ki, həmin torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması Qusar rayon Quxuroba bələdiyyəsinin 10.04.2007-ci il tarixli, 04 saylı qərarı ilə bağlı mübahisə həll olunduqdan sonra, həmin qərar ləğv edildiyi təqdirdə baxıla bilər. Yəni sonuncu tələb cavabdeh bələdiyyənin 10.04.2007-ci il tarixli, 04 saylı qərarı ilə bağlı mübahisənin nəticəsindən asılıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Xaçmaz Regional Ədliyyə İdarəsinin cavabdeh Qusar rayonu Quxuroba bələdiyyəsinə qarşı “Xaçmaz Regional Ədliyyə İdarəsinin 23.02.2021-ci il tarixdə 04/İ-66/2 saylı təklif məktubunun təmin edilməməsi barədə bələdiyyənin 02.03.2021-ci il tarixli, 03 saylı iclasının qərarının ləğv edilməsi, vətəndaşlar Rauf Abdurzayev və Gülyaz Abdurzayevanın hər birinə (bir-biri ilə yanaşı) fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,12 ha torpaq sahəsinin ayrılması barədə Quxuroba bələdiyyəsinin 10.04.2007-ci il tarixli, 04 saylı qərarının etibarsız hesab edilməsi, vətəndaşların mülkiyyətlərinə ayrılmış 0.24 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması” tələbinə dair iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 16.3, 35, 80, və 85-ci maddələrini rəhbər tutaraq məhkəmə qərara aldı: İddiaçı Xaçmaz Regional Ədliyyə İdarəsinin cavabdeh Qusar rayonu Quxuroba bələdiyyəsinə qarşı Xaçmaz Regional Ədliyyə İdarəsinin 23.02.2021-ci il tarixdə 04/İ-66/2 saylı təklif məktubunun təmin edilməməsi barədə bələdiyyənin 02.03.2021-ci il tarixli, 03 saylı iclasının qərarının ləğv edilməsi, vətəndaşlar Rauf Abdurzayev və Gülyaz Abdurzayevanın hər birinə (bir-biri ilə yanaşı) fərdi yaşayış evinin tikintisi məqsədi ilə 0,12 ha torpaq sahəsinin ayrılması barədə Quxuroba bələdiyyəsinin 10.04.2007-ci il tarixli, 04 saylı qərarının etibarsız hesab edilməsi, vətəndaşların mülkiyyətlərinə ayrılmış 0.24 ha torpaq sahəsinin bələdiyyə mülkiyyətinə qaytarılması tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində ünvan 1 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Mirzəyeva
Məhkəmə qərarları › İş №2-1(118)-897/2021
Sumqayıt İnzibati Məhkəməsi Qərardad — İş №2-1(118)-897/2021
23.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver