Məhkəmə qərarları › İş №2-1(118)-898/2022

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-898/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-898/2022 03.03.2022 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əzizova Vəfa Ehtiram qızının sədrliyi, X4 Ramiz qızının katibliyi, İddiaçı2 (işləməyən, Sumqayıt şəhəri, 12-ci mikrorayon , məcburi köçkün şəhərciyi, ev 2, mənzil 114-də yaşayan) iştirakı ilə, İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt Regional Cavabdehin Qeydiyyat şöbəsinə qarşı övladları 20.10.2021-ci il təvəllüdlü X1 “Quliyev”dən–“Tahirli”yə dəiyişdirilməsi öhdəliyinin cavabdeh Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: TƏSVİRİ HİSSƏ İddiaçılar İddiaçı2 və İddiaçı1 cavabdeh Sumqayıt Regional Cavabdeh qeydiyyat şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları 20.10.2021-ci il təvəllüdlü X1 “Quliyev”dən–“Tahirli”yə dəiyişdirilməsinə icazə verilməsinin Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Daha sonra iddiaçılar iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək övladları 20.10.2021-ci il təvəllüdlü X1 “Quliyev”dən–“Tahirli”yə dəiyişdirilməsi öhdəliyinin cavabdeh Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinin üzərinə qoyulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək izah etdi ki, 05.07.2011-ci ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Birgə nikahdan üç övladlar var: 18.09.2012-ci il təvəllüdlü X6, 02.08.2014-cü il təvəllüdlü X7 və 20.10.2021 -ci il təvəllüdlü X8. İddiaçılar 20.10.2021-ci il təvəllüdlü X2 baba adına uyğun olaraq “Tahirli”yə dəyişmək istəyirlər. Belə ki, dihər iki uşağın soyadı artılq dəyişdirilmişdir. Bunun üçün Sumqayıt lASAN xidmət" mərkəzi qeydiyyat şöbəsinə müraciət etmişlər. Lakin müraciətə müsbət cavab verilməmiş və onlara məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. İddiaçı2 1992-ci ildə şəhid olmuşdur. Onun adını yaşatmaq üçün onun adını övladlarına soyad vermək istəyirlər. İddiaçı İddiaçı1 və cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinin tələbinə əsasən işə İddiaçı1 və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh Sumqayıt Regional Cavabdehin Qeydiyyat şöbəsi məhkəməyə ünvanladığı etiraz ərizəsində bildirmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir.Həmin məcəllənin 54-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.Eyni zamanda “Məcəllə” nin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adım dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.Yuxanda göstərilənlərə əsasən X1 dəyişdirilməsi ilə bağlı müraciətin tərəfimizdən təmin edilməsi qanunvericiliyə əsasən mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş: - AZ-İ № 686497 seriyalı nikah haqqında şəhadətnamədən görünür ki, İddiaçı1 və İddiaçı2 Tahir oğlu 05.07.2011-cü il tarixdə nikaha daxil olmuşlar. -AZ İV- № 665462 seriyalı doğum haqqında şəhadətnamədən görünür ki, X8 20.10.2021-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı2 Tahir oğlu, ana qrafasında İddiaçı1 qeyd edilmişdir. - AZ-İİİ № 445778 seriyalı 21.08.2014-ci il tarixli və AZ-lll 010103 seriyalı 22.09.2012-ci il tarixli doğum haqqında şəhadətnamələrdən görünür ki, müvafiq olaraq X7 02.08.2014-cü ildə Bakı şəhərində, X6 isə 18.09.2012-ci il tarixdə Bakı şəhərində anadan olmuşlar. Ata qrafasında İddiaçı2 Tahir oğlu, ana qrafasında İddiaçı1 qeyd edilmişdir. - AZ-1 № seriyalı ölüm haqqında şəhadətnamədən görünür ki, X3 faciəsi zamanı aldığı xəsarətlərdən 31.05.1992-ci ildə vəfat etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Məhkəmə İddiaçı2 izahatını dinləyərək, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə hesab edir ki, cavabdeh Sumqayıt Regional Cavabdeh qeydiyyat şöbəsinin iddiaçıların tələbinin təmin olunmasından imtinası qanunsuz olmuş və iddiaçıların hüquqları pozulmuşdur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 51.2-ci maddəsinə əsasən uşağın hüquqlarının və qanuni mənafelərinin müdafiəsi valideynlər (onları əvəz edən şəxslər), bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda isə müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) və məhkəmə tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 53.3-cü maddəsinə əsasən uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı (yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları) uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 59.1-ci maddəsinə əsasən valideynlər uşaqların hüquq və mənafelərini müdafiə etməlidirlər. Valideynlər uşaqlarının qanuni nümayəndəsi kimi onları məhkəmələrdə, habelə hər hansı fiziki, hüquqi şəxslərlə əlaqədar hüquqlarını və maraqlarını buna səlahiyyət almadan müdafiə edə bilərlər. Məhkəmə hesab edir ki, iddiaçıların uşağı Tahirin soyadlarının «Quliyevdən »dən «Tahirli» soyadına dəyişdirilməsi məqsədəuyğundur. Belə ki, uşağın bacıları artıq Tahirli soyadını daşıyırlar. Uşaqların soyadının arasında fərqin olmaması üçün məhkəmə iddianınm ətmin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialar üzrə belə müdaxiləni zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi müvafiq inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Bununla bağlı məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, iddiaçılar İddiaçı2 Tahir oğlunun və İddiaçı1 övladları 20.10.2021-ci il təvəllüdlü X1 “Quliyev”dən–“Tahirli”yə dəiyişdirilməsi öhdəliyi Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinin üzərinə qoyulmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 75, 81 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçılar İddiaçı2 Tahir oğlunun və İddiaçı1 övladları 20.10.2021-ci il təvəllüdlü X1 “Quliyev”dən–“Tahirli”yə dəiyişdirilməsiöhdəliyi Sumqayıt Cavabdeh qeydiyyat şöbəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Sumqayıt İnzibati Məhkəməsi vasitəsi ilə Sumqayıt şəhəri, Sülh prospekti 70, ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə verilə bilər. Hakim Vəfa Əzizova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar