Məhkəmə qərarları › İş №2-1(118)-898/2025

Sumqayıt İnzibati Məhkəməsi Qərar — İş №2-1(118)-898/2025

23.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(118)-898/2025 23.05.2025 SUMQAYIT İNZİBATİ MƏHKƏMƏSİ Giriş hissə: X7 Təşəkkül oğlunun sədrliyi, X4 oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş **********14 saylı, 09 yanvar 2024-cü il tarixli imtina qərarı ləğv olunmaqla ona qanunla müəyyən edilmiş qaydada satılmış 0.08 ha həyətyanı və tikinti məqsədli torpaq sahəsi üçün çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiasına məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi: Təsviri hissə: İddia tələbi onunla əsaslandırılmışdır ki, qanunla müəyyən edilmiş qaydada ona verilmiş 0.08 ha torpaq sahəsinə çıxarış almaq istəyir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivi şamaxı X2 “Asan Xidmət” Mərkəzinə ünvanlanmış 78 saylı, 31 mart 2022-ci il tarixli məktubda yazılmışdır ki, Şamaxı Rayon Bələdiyyəsinin 15 dekabr 2006-cı il tarixli 368 saylı qərarının təsdiqlənmiş surəti qoşma 7 vərəqlə birgə göndərilir.Bu təsdiqlənmiş qoşma sənədlərə daxil edilmiş Şamaxı Bələdiyyə başçısının 15 dekabr 2006cı il tarixli, 368 saylı qərarı ilə bələdiyyənin perspektiv inkişaf ehtiyyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatına az yararlı (şərti yararsız) torpaq sahəsindən tikinti məqsədi üçün cəmi 0.08 ha torpaq sahəsinin mənə satılması barədə qərar qəbul edilmişdir. Bu qərarın əsili ilə doğruluğu təsdiq edilmişdir. Bu təsdiqlənmiş qoşma sənədlərə daxil edilmiş Şamaxı Rayon İcra Hakimiyyətinin Tikinti və Memarlıq şöbəsindən verilmiş rəydə yazılmışdır ki, onlar fərdi yaşayış evi tikmək üçün Şamaxı Ərazisinində ona 800 kv.m torpaq sahəsi ayrılıb satılmasına etiraz etmir. Həmin rəyə torpaq sahəsinin sxematik planı daxil edilmişdir. Bu qərarın və sxematik planın əsilləri ilə doğruluğu təsdiq edilmişdir.Bu təsdiqlənmiş qoşma sənədlərə daxil edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş rəydə yazılmışdır ki, həyətyanı məqsədlə, tikinti məqsədlə ona satılması nəzərdə tutulan 0.08 ha torpaq sahəsi Şamaxı Bələdiyyəsinin mülkiyyətindədir. Satılan torpaq sahəsi kənd təsərrüfatına az yararlı və ya yararsız olmaqla alqı-satqı predmetidir və onun ona satılınası məqsədə müvafiqdir. Bu rəyə Şamaxı rayonu Şamaxı Bələdiyyəsi torpaqlarının yer quruluşu xəritəsindən çıxarış əlavə edilmişdir. Bu qərarın və çıxarış əlavəsinin asilləri ilə doğruluğu təsdiq edilmişdir.Bu təsdiqlənmiş qoşma sənədlərə daxil edilmiş Torpaqların alqı-satqısma dair Aktdan görünür ki, Şamaxı Bələdiyyəsinin mülkiyyətində olan 0.08 ha torpaq sahəsi mənə satılmışdır və bu məqsədlə 04 saylı qəbzlə 200 manat haqq tərəfindən daxili hesaba ödənilmişdir. Bu aktın əsili ilə doğruluğu təsdiq edilmişdir. Beləliklə, bu ərizəyə daxil etdiyi sənədlərin təsdiq olunmuş surətlərindən görünür ki, Şamaxı Bələdiyyəsinin mülkiyyətində olan kənd təsərrüfatı üçün şərti yararsız hesab edilən 0.08 ha torpaq sahəsi həyətyanı və tikinti məqsədi ilə qanunla müəyyən edilmiş qaydada ona satılmışdır. Beləliklə, qanunla müəyyən edilmiş qaydada ona satılmış 0.08 ha həyətyanı və tikinti məqsədilə torpaq sahəsinə öz adına Çıxarış almaq üçün cavabdeh 14 saylı Şamaxı Ərazi İdarəsinə ərizə ilə müraciət etmiş, cavabdeh tərəfindən mənə verilmiş **********14 saylı, 09 yanvar 2024-cü il tarixli imtina aktı ilə ona Çıxarış verilməsindən imtina edilmişdir.Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.Qeyd edilənlərə əsasən iddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə müraciət edərək, Şamaxı şəhəri ərazisində yerləşən 0.08 ha torpaq sahəsinin üzərində mülkiyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına köməklik göstərilməsini xahiş etmişdir. Qeydiyyat üçün təqdim olunmuş sənədlərə torpaq sahəsinin koordinatlarını əks etdirən Torpaq sahəsinin planı və ölçüsü sənədi təqdim olunmamışdır.Ərizənin icrasını təmin etmək məqsədilə aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, İddiaçı tərəfindən göstərilən faktiki torpaq sahəsinin yerləşdiyi ərazi digər şəxsin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ötən məhkəmə iclasının iştirakçılarına məhkəmə qərarının elanının vaxtı barəsində məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə qərarın elanında iştirak etməmişlər. İcraat materialları məhkəməyə təqdim olunmuşdur. Həmin materiallara: cavabdehin **********14 nömrəli, 09 yanvar 2024-cü il tarixli imtina məktubu, Şamaxı Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 368 nömrəli qərarının surəti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən verilmiş rəyin surəti, cavabdehin etiraz ərizəsi, X5 filialı tərəfindən verilmiş 78 nömrəli, xx.xx.2022-ci il tarixli məktubu, DƏDKR-in 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyi və digər sənədlər daxildir. Həmin sənədlərin məzmununa istinad edilir. Onlar məhkəmə araşdırmasının predmetini təşkil etmişlər. Əsaslandırma hissəsi: Məhkəmə iddianın mümkünlük şərtləri ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri bilir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun İnzibati Məhkəmə icraatında iddianın mümkünlüyünə dair 10 aprel 2015-ci il tarixli, 5 nömrəli Qərarında göstərilir ki, Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Həmin Qərarın 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə: 1) subyektiv hüququnun olub-olmamasını, 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, 3) qanunvercilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olubolmamasını, 4) İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini yoxlamalıdırlar. Qeyd olunanlardan başqa İnzibati Prosessual Məcəlləsinin 8-ci maddəsində nəzərdə tutulmuş məhkəmə aidiyyətinin müəyyən edilməsi də vacib meyarlardan biridir. İddiaçının hazırkı iddia tələbi üzrə iddia qaldırmağa subyektiv hüququ onun mübahisə predmeti olan daşınmaz əmlaka istifadə hüququnun əmələ gəlməsi vaxtından yaranmış olur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi iddia tələbi üzrə həmin iddiaya cavab verib-verməməsi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılaraq DƏDKR-in 14 saylı Ərazi İdarəsi hazırkı iddiaya cavab verməli orqan olması müəyyənləşdirilmişdir. Belə ki, iddiaçının istifadəsində olan torpaq sahəsi DƏDKR-in 14 saylı Ərazi İdarəsinin xidmət göstərdiyi ərazidə yerləşir və qeyd olunan ərazi üzrə daşınmaz əmlakın qeydə alınması səlahiyyəti DƏDKR-in 14 saylı Ərazi İdarəsinə aiddir. Belə olduğu tədqirdə DƏDKR-in 14 saylı Ərazi İdarəsinin hazırkı iddia tələbi üzrə cavab verməli orqan olduğu müəyyənləşdirilmişdir. İddia tələbinin mümkünlük şərtlərindən biri də cavadeh təşkilatın imtinasının olubolmaması ilə bağlıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, iddiaçı DƏDKRin 14 saylı Ərazi İdarəsinə müraciət etmiş və inzibati orqanın **********14 nömrəli, 09 yanvar 2024-cü il tarixli məktubu ilə imtina cavabını almışdır. Məhkəmə digər mümkünlük şərtlərindən olan prosessual müddətlərə iddiaçı tərəfindən riayət olunub-olunmamasına dair qeyd etməyi zəruri bilir ki, hazırkı iddia öhdəliyin icrası ilə bağlı olduğuna və öhdəliyin icrası tələblərində iddia müddətinin Qanunda nəzərdə tutulmadığına görə bu hissədə də iddia tələbi mümkün hesab edilməlidir. İddia tələbinin məhkəmə aidiyyətinin müəyyən edilməsi ilə bağlı məhkəmə qeyd etməyi zəruri bilir ki, İnzibati Prosessual Məcəllənin 8.1.1-ci maddəsinə əsasən daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. Daşınmaz əmlakın Şamaxı rayon ərazisində olması və cavabdehin rəsmi ünvanının Şamaxı rayonu ərazisi olduğuna görə məhkəmə hesab edir ki, məhkəmə aidiyyəti baxımından da iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsi tərəfindən baxılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mümkünlük şərtlərindən irəli gələn bütün tələblərə cavab verən hazırkı iddia tələbinə Sumqayıt İnzibati Məhkəməsində baxılması mümkündür. Ədalətli məhkəmə araşdırması aparılması məqsədilə mübahisəli torpaq sahəsinin müayinə edilməsi üçün məhkəmə tərəfindən mütəxəssis rəyi alınmışdır. DƏDKR-in 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli mütəxəssis rəyindən görünür ki, iddiaçının naturada göstərdiyi və iddia etdiyi torpaq sahəsi 0.08 ha təşkil edir. Şamaxı rayonu Şamaxı bələdiyyəsinin yerquruluşu xəritəsindən çıxarış və sxematik plan yerquruluşu qaydasında hazırlanmadığından (miqyas, ayrılmış torpaq sahəsinin ölçüləri, yerləşdiyi ərazi və qonşuluqları, hər hansı istinad nöqtəsindən məsafənin göstərilməməsi) torpaq sahəsinin naturada dəqiq yerini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən İddiaçı naturada göstərdiyi və iddia etdiyi 0.08 ha torpaq sahəsinin koordinatlarının bələdiyyənin yerquruluşu planından çıxarışda göstərilən torpaq sahəsinə uyğun olubolmamasını müəyyənləşdirmək mümkün olmadı. İddiaçının naturada göstərdiyi və iddia etdiyi 0.08 ha torpaq sahəsinin üzərində X1 0.08 ha torpaq sahəsinin mülkiyyət hüquqları qeydə alınmışdır və reyestr nömrəsi **********49 olan çıxarış verilmişdir.İddiaçının naturada göstərdiyi və iddia etdiyi 0.08 ha torpaq sahəsi X3 verilmiş reyestr nömrəsi **********49 olan çıxarışında yaşayış məntəqələri torpaqları kateqoriyasına aid edilmişdir. Göründüyü kimi mübahisəli torpaq sahəsi digər şəxsin mülkiyyətindədir. Ekspert rəyinə və çıxarışlara əsasən iddiaçıya ayrılmış torpaq sahəsi hal-hazırda hüquqi cəhətdən yüklü olduğundan, iddiaçının tələbinin təmin edilməsi qanunvericiliyin müəyyən etdiyi hədlərdə təmin etmək mümkün deyildir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. “Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanununun 9-cu maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Sözügedən normadan göründüyü kimi daşınmaz əmlakın dövlət reyestri aparılarkən bəyan olunan hüquqlarla qeydiyyata alınan hüquqlar arasında ziddiyyətlərin olubolmaması, habelə hüquqları təsdiq edən sənədlərin hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğunluğu yoxlanılmalıdır. Hazırkı işdə də cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir.Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh olunan xüsusatlara və istinad olunan hüquq normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Nəticəvi hissə: Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “cavabdeh tərəfindən verilmiş **********14 saylı, 09 yanvar 2024-cü il tarixli imtina qərarı ləğv olunmaqla ona qanunla müəyyən edilmiş qaydada satılmış 0.08 ha həyətyanı və tikinti məqsədli torpaq sahəsi üçün çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan, onun tam formada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində ziyanına qərar qəbul edilmiş inzibati məhkəmə icraatının iştirakçıları (tərəflər və məhkəmə icraatına cəlb olunmuş üçüncü şəxslər) Sumqayıt İnzibati Məhkəməsi vasitəsilə Sumqayıt şəhəri, Sülh prospekti 70 ünvanında yerləşən Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilərlər. Qərar, surəti rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. X8

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar